Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə134/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   216

qaldmidı,  məzuniyyətlər  ləğv  edildi.  Əmək  intizamı  möhkəmləndirildi. 

İşdən özbaşına çıxıb getmək üstə azadlıqdan 5 ildən 8 ilə qədər məhrum 

edilmək cəzası müəyyən olundu. 1941-ci ilin noyabrından ərzaq, 1942-ci 

ilin aprelindən isə sənaye mallan satışı üzrə kartoçka sistemi tətbiq edildi. 

Orduya səfərbər olunanların yerinə qadınlar, yeniyetmələr gətirildi. 

Onlardan 43 min nəfərdən çox ixtisaslı fəhlələr hazırlandı. Müəssisələrdə 

plan  tapşınqlannı  200,  300  faiz  yerinə  yetirmək  uğrunda  «cəb-  həçi», 

«komsomolçu»  briqadalar  təşkil  edildi.  Sənaye  cəbhə  üçün  məhsullar 

istehsal etməyə başladı. 

Müharibə illərində Bakı Sovet ordusunun mühüm cəbbəxanalarından 

birinə  çevrildi.  Vəziyyət  ağır  idi.  Maşınqayırma  zavodlan  şərqə 

köçürülmüşdü. 1943-cü ilədək neft avadanlığı istehsal olunmadı. 1944-cü 

ilədək  yeni  neft  quyulan  qazılmadı.  Texnikanın  və  iş  qüvvəsinin 

çatışmazlığı  üzündən  böyük  çətinliklərə  düçar  olmasına  baxmayaraq, 

neftçilər müharibə illərində ölkəyə 75 milyon tona qədər neft verdilər. Bu, 

0 zaman ölkədə çıxanlan neftin dörddə üç hissəsini təşkil edirdi. 

1941-

 

1945-ci illərdə Bakının neft emalı müəssisələrində 22 milyon ton 



benzin,  sürtkü  yağı  və  başqa  neft  məhsulları  istehsal  olundu.  Yüksək 

oktanlı  benzin  istehsalına  başlandı.  Cəbhəyə  təyyarə  benzininin  85-90 

faizini Bakı verirdi. Sovet hərbi təyyarələrinin hamısında bu benzindən 

istifadə olunurdu. 1941-ci ildə Bakıda müdafiə əhəmiyyətli ilk hidro- gen 

qurğusu işə salındı. 

Bakının  maşınqayırma  müəssisələrində  silah,  habelə  məşhur 

«Katyuşa» - reaktiv artilleriya döyüş maşını, «Şpagin» pulemyotu, hərbi 

təyyarələr üçün hissələr istehsal olunurdu. 1942-ci ildə burada 130 növ 

silah, silah hissələri və sursat istehsal edilirdi. 1941-ci ildə böyük hərbi və 

xalq  təsərrüfatı  əhəmiyyəti  olan  Culfa-Mincivan,  Osmanlı-Astara, 

Salyan-Neftçala,  Popanin-Hacıqabul  xətləri  istifadəyə  verildi.  Bakı 

avtomobil zavodunun əsası qoyuldu. Yüngül və yerli sənaye müəssisələri 

də  cəbhə  üçün  lazımi  mallar  istehsal  edirdi.  1944-cü  ildə  Bakıda  yeni 

ayaqqabı, 1945-ci ildə çaybükmə fabrikləri işə salındı. 

Azərbaycanın dəmiryol nəqliyyatçılan müharibə illərində 1300 min 

vaqon və 600 min sistem, habelə Xəzər dəniz gəmiçiləri 20 milyon ton 

hərbi  və  xalq  təsərrüfatı  yükləri  daşıdılar.  Yanacağın  dəmiryolu  ilə 

daşınması  mümkün  olmadığı  1942-ci  ildə  Xəzər  dənizçiləri  tankerlər 

çatışmadığı üçün dünya təcrübəsində ilk dəfə neft doldurulmuş sistem və 

çənləri gəmilərin yedəyinə alıb Krasnovodskiyə apanrdılar. 



343 


Azərbaycan  kəndliləri  də müharibə illərində  məhsuldar  qüvvələri 

olduqca zəifləməsinə baxmayaraq, ölkəyə yüz min tonlarla ərzaq məh 

sulu, pambıq, tütün, barama və s. verdi. 

Azərbaycanlılar müdafiə fonduna 15 kq qızıl, 952 kq gümü^ 311 

milyon  manatlıq  istiqraz  verdi, tank  və  tə)^arə  dəstələri  fondlann  230 

milyon manat pul köçürdülər. Cəbhəyə 1,6 milyon hədiyyə bağla malan, 

135 vaqon isti paltar göndərildi

Azərbaycan özü ağır vəziyyətdə olsa da, mərkəzin tələbi ilə faşis 

işğalçılanndan azad edilmiş rayonlarda xalq təsərrüfatının bərpasın fəal 

kömək göstərməli idi. 1943-cü ilin payızında bu məqsədlə Res publika 

yardım  komitəsi  və  onun  rayon  komissiyalan  təşkil  olundu.  Şi  mali 

Qafqaz  neftçilərinə,  Leninqrad,  Stalinqrad,  Stavropol,  Ukrayna  tə 

sərrüfatlanna  çoxlu  pul,  ərzaq,  tikinti  materiallan,  mal-qara,  istehsa 

avadanlıqlan və s. göndərildi. 

Faşizmə  qarşı  müharibəyə  xalq  kütlələrinin  bütün  təbəqələrindi 

münasibət eyni deyildi. Güclü ideoloji təzyiqlə əhalinin bir hissəsind? 

uzun  illər  rəhbərlərə,-  «kommunizm  işinə»,  «dünya  kommunist  inqila 

bma» inam, habelə mexaniki icraçılıq adəti tərbiyə olunmuşdu. Belə ləri 

sidq  ürəklə  SSRİ-ni  zəhmətkeşlərin  xoşbəxtliyi  üçün  hər  cür  şərai 

yaratmağa  çalışan  bir  ölkə  hesab  edir,  onu  qorumağı  şərəf  işi  sayırdı 

Minlərlə adam ön və arxa cəbhədə, həqiqətən, fədakarlıq göstərirdi. 

Azərbaycanın  imperiya  daxilində  müstəmləkə  olmasını,  hakimiy 

yətin  xalqdan  qəsb  edilməsini  dərk  edənlər  də  az  deyildi.  Elm  vı 

mədəniyyət  xadimlərinin  bir  çoxu  yaxşı  başa  düşürdü  ki,  Azərbaycaı 

xalqının  azadlığı  faşizmin  qələbəsində  deyil,  çünki  bütün  dünyanı  istil; 

etməyə çalışan faşist Almaniyası Azərbaycana istiqlal gətirə bilməz Buna 

görə  də  xalqı  daha  böyük  bəlalardan  qorumaq,  nəyin  bahasına 

olursa-olsun faşizmə qalib gəlmək lazımdır. Görkəmli kimyaçı alim Yusif 

Məmmədəliyevin  rəhbərliyi  ilə  respublikada  yüksək  oktanlı  təyyarə 

benzininin istehsalı üçün orijinal və daha səmərəli texnologiya yaradıldı. 

Geoloqlardan Mirəli Qaşqay, Şamil Əzizbəyov və başqalan yeni strateji 

xammal  mənbələri,  nadir  metalları  əvəz  edən  materiallar  kəşf  etdilər. 

Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli 

metodlar  işləyib  hazırladılar,  minlərlə  döyüşçünü  həyata  qaytardılar. 

Respublikada təşkil olunmuş 150-dən çox hərbi hospitalda müalicə edilən 

yaralılann 70 faizindən çoxu tam sağaldılıb yenidən döyüş meydanlarına 

qaytanimışdı. 

344 



Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Süleyman  Rəhimov,  Məmməd 

Rahim,  Mehdi  Hüseyn,  Rəsul  Rza,  Mirzə  İbrahimov  kimi  şair  və 

yazıçılar,  Üzeyir  Hacıbəyov,  Qara  Qarayev,  Fikrət  Əmirov.  Niyazi, 

Soltan  Hacıbəyov  kimi  bəstəkarlar,  habelə  Əzim  Əzimzadə,  Salam 

Salamzadə,  Tağı  Tağıyev,  Maral  Rəhmanzadə  kimi  fırça,  Fuad 

Əbdürəhma-  nov.  Cəlal  Qaryağdı  kimi  tişə  ustaları  xalqı  qələbələrə 

ruhlandıran  əsərlər  yaratdılar.  İctimai  elmlər  sahəsində  çalışan  alimlər 

xalqın  qəhrəmanlıq  tarixindən,  döyüş  ənənələrindən  bəhs  edən  əsərlər 

yazdılar. 

Onlarla  azərbaycanlı  sərkərdə,  istedadlı  komandir  -  Həzi  Aslanov, 

Akim  Abbasov,  Mehdi  Mahmudov,  Yaqub  Quliyev,  Həbibulla 

Hüseynov, Aslan Vəzirov və başqaları xalqı yeni, daha dəhşətli bəladan 

qurtarmaq amalı ilə parlaq hərbi təşkilatçılıq qabiliyyəti və əsgəri rəşadət 

göstərdilər. 

Ruhanilər də xalqın faşizmə qarşı mübarizəyə səfərbər olunmasında 

fəal  iştirak  etdilər.  1944-cü  il  aprelin  14-də  SSRİ  Ali  Soveti  Rəyasət 

heyətinin  qərarı  ilə  Zaqafqaziya  Müsəlmanlannın  Ruhani  İdarəsi  təşkil 

olunmuşdu.  Cənubi  Qafqaz  müsəlmanlarının  birinci  qurultayında  onun 

sədri - şeyxülislam, sədr müavini - müfti və idarə üz\ ləri seçilmişdilər. 

İdarənin  ilk  sədri  şeyxülislam  Ağa  Əlizadə  Təzə  Pir  məscidindəki  ilk 

moizəsində dindarları hökumətin qanunlanna itaət göstərməyə, bu yolla 

«dini hifz etməyə» çağırmışdı. 

§ 2. Döyüş meydanlarında 

Faşizmə  qarşı  on 

Sovet  döyüşçülərinin  böyük  fədakarlığına  bax- 

cəbhələrdə 

mayaraq,  müharibənin  ilk  aylannda  komandanlığın  ciddi 

səhvləri  üzündən  baş  vermiş  geriləmələri  rus  zabitləri  özlərinə  haqq 

qazandırmaq  üçün  milli,  xüsusən  istehza  ilə  «yoldaşı»  adlandırdıqları 

türk xalqlanndan olan əsgərlərin bacanqsızlığının, qorxaqlığının nəticəsi 

kimi  qələmə  verməyə  çalışırdılar.  Lakin  tarix  bu  iddiaların  əsassız 

olduğunu sübut etdi. 

Minlərlə  azərbaycanlı  oğlan  və  qız  faşizmə  qarşı  əldə  silah 

cəbhələrdə mərdlikdə vuruşurdular. Müharibənin ilk günlərindən bir çox 

azərbaycanlı  döyüşçü  əsgəri  rəşadətləri  ilə  fərqlənmişdi.  Faşist  işğalçı- 

lannın hücumundan bir aydan artıq müddətdə mərdliklə müdafiə olunan, 

düşmənə  böyük  tələfat  verən  Brest  qalasının  qəhrəman  döyüşçüləri 

arasında 44 nəfər azərbaycanlı vardı. 1941-ci ilin oktyabr-dekabr 



345 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə