Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin


partiyalann, çoxlu qəzet və jurnalların fəaliyyəti



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə142/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   216

çıxmış müxtəlif məsləkli partiyalann, çoxlu qəzet və jurnalların fəaliyyəti 

nəticəsində getdikcə mütəşəkkil ictimai-siyasi mübarizə formasını alırdı. 

Əsas 

tələblərə 



dövlət 


quruluşunu 

demokratikləşdirmək, 

mülkədar-feodal təbəqəsinin ağalığını məhdudlaşdırmaq, zəhmətkeşlərin 

vəziyyətini  yaxşılaşdırmaq  və  hüquqlanm  qorumaq,  ölkənin 

suverenliyini  təmin  etmək  və  s.  daxil  idi.  İranın  ayn-ayrı  rayonlarının 

ictimai- siyasi inkişaf səviyyəsindən və başqa amillərdən asılı olaraq, bu 

hərəkat həm radikal, ardıcıl və ya əksinə, mötədil xarakter daşıyır, həm də 

bəzi hallarda mürtəce şəkil alır, bu və ya digər ictimai-siyasi qüvvələrin 

mənafeyini əks etdirirdi. 

ölkənin siyasi həyatı zahirən normal şəkil almışdı. Yenidən meydana 

çıxmış siyasi partiyalar və təşkilatlar (1941-1943-cü illərdə bunların sayı 

30-a çatmışdı), mətbuat, müxtəlif klublar, ictimai-mədəni təşkilatlar ölkə 

qarşısında  duran  daxili  və  xarici  problemləri  sərbəst  müzakirə  edir,  öz 

proqram və tələblərini irəli sürür, parlament vasitəsilə bunlan qanunlara 

çevirməyə  çalışırdı.  Lakin  müharibə  nəticəsində  faşizmin  iflasa 

uğrayacağı  yaxınlaşdıqca  İrandakı  siyasi  vəziyyət  mürəkkəbləşir  və 

mübarizə kəskinləşirdi, ölkənin iqtisadi vəziyyəti pisləşirdi və bunun da 

əsas  ağırlığı,  birinci  növbədə  zəhmətkeş  təbəqələrin  -  fəhlələrin,  xırda 

burjua  ünsürlərin,  müəllimlərin,  dövlət  aparatında  çalışan  sıravi 

məmurların  üzərinə  düşürdü  ki,  bu  da  onlann  müxtəlif  formalarda 

(tətillər, kütləvi şikayətlər və s.) çıxışlanna səbəb olurdu. Bu təbəqələrin 

mənafeyini  ən  ardıcıl  surətdə  (lakin,  bəzən  real  vəziyyətlə 

hesablaşmayaraq)  1942-ci  ilin  əvvəllərində  yaradılmış  İran  Xalq 

Partiyası («Hizbi Tudə») və ona yaxın olan həmkarlar ittifaqları, mətbuat 

orqanlan  (onlar  «Azadlıq  cəbhəsində»  birləşmişdi),  ictimai,  mədəni 

təşkilatlar müdafiə edirdi. Öz kütləviliyinə, irəli sürdüyü əsas şüarlanna 

görə bu orqanlar, demokratik cəbhəni təşkil edirdi. İkinci, liberal cəbhəyə 

«milliyyətçi» tipli partiya və təşkilatlar (məsələn, mühacirətdən qayıtmış 

Seyid Ziyaəddin Təba-Təbainin başçılıq etdiyi «Vətən» partiyası) daxil 

idi, buraya yalançı həmkarlar ittifaqları, əsasən xırda və orta burjuaziya, 

ziyalıların  xeyli  hissəsi,  zabitlərin  orta  təbəqələri  qoşulurdu.  Üçüncü 

cəbhəni əsasən iri mülkədarlar və kompra- dor burjuaziya, tayfa xanları, 

iri dövlət məmurlan və yüksək rütbəli zabitlər, generallar təşkil edirdi və 

buna görə bu cəbhə ən mühafizəkar, mürtəce qüvvələri birləşdirirdi. Onu 

da  qeyd  etmək  lazımdır  ki,  həmin  cəbhələrdən  heç  biri,  xüsusən 

hakimiyyət  başında  duran  üçüncü  cəbhə  tam  qanunçuluq  çərçivəsində 

hərəkət etmirdi. 

361 



Nəhayət,  müharibə  dövründə,  xüsusən  1943-cü  ildən  başlayaraq, 

Ölkədə  siyasi-ictimai  vəziyyətə  təsir  göstərən  daha  bir  amili  -  xarici 

dövlətlərin, yəni, bir tərəfdən SSRİ, o biri tərəfdən ABŞ və İngiltərənin 

İrandakı siyasətini qeyd etmək lazımdır. Onlar öz bəyanatlannda İranın 

daxili  işlərinə  qarışmayacaqlarını  dəfələrlə  elan  etmişdilərsə  də,  bu 

prinsipi  daima  pozurdular.  SSRİ  hökuməti,  ilk  növbədə  fəhlə  və 

kəndlilərin,  ziyalılann  mütəşəkkilləşməsinə  və  onların  sovet  dövlətinin 

sinfi-ideoloji  xarici  siyasəti  prinsipləri  ruhunda  siyasi  mübarizə 

aparmasına  bütün  vasitələrlə  kömək  edirdi.  ABŞ  və  İngiltərə  isə  öz 

növbəsində varlı təbəqələrə, o cümlədən mürtəce qüvvələrə arxalanaraq 

mərkəzi  hökumət  dairələrini,  parlamenti,  ordu  və  polisi  öz  təsiri  altına 

almaq  və  onların  vasitəsilə  İranın  daxili  və  xarici  siyasətini  «qanuni» 

yolla  istiqamətləndirməyə  çalışırdı.  Bu  mənada  ABŞ,  xüsusilə  fəallıq 

göstərərək, 1943-1946-cı illərdə buraya çoxlu «müşavirlər» göndərmişdi 

(bunlardan  ən  mühümü  1942-1944-cü  illərdə  İranın  bütün  iqtisadi 

həyatını nəzarət altına almış Milsponun maliyyə missiyası, 1945-1946-cı 

illərdə  general  Şvarskopun  hərbi-polis  missiyası  olmuşdur).  Lazım 

gəldikdə isə ABŞ və İngiltərə hökumətləri «qanunçuluq», «demokratiya» 

prinsiplərini kənara ataraq İrandakı tərəfdarlarının köməyilə iş görürdü. 

Bu, xüsusən onlar tərəfindən «qanuni» mərkəzi hökumətin və XIII-XIV 

(1947-ci ildən isə habelə XV) çağınş məclislərin siyasəti və fəaliyyətinə 

tərəfdarlıq  etməsində  özünü  göstərirdi.  Depu-  tatlan  hələ  Rza  şah 

vaxtında  təyin  olunmuş  XIII  çağınş  (1941-1944)  və  nisbi  azadlıq 

dövründə seçilmiş XIV çağırış (1944-1946) məclislər nə öz sosial tərkibi 

cəhətdən  (bunlann  böyük  əksəriyyəti  mülkədarlar,  iri  tacir  və 

kapitalistlər, yüksəkrütbəli dövlət məmurlan, köhnə siyasətbazlar idi), nə 

də yeni şəraiti nəzərə almaq cəhətdən hərtərəfli daxili və xarici siyasəti 

həyata keçirməyə hazır olan bir orqan deyildi. Onlar müharibə şəraitinin 

və müharibədən sonrakı İranın mürəkkəb beynəlxalq vəziyyətini bəhanə 

gətirərək  heç  bir  real  demokratik  islahatlara  başlamaq,  xüsusilə  də 

zəhmətkeş  kütlələrin  ağır  vəziyyətini  yüngülləşdirəcək  hər  hansı  bir 

tədbir  görmək  niyyətində  deyildi  və  yalnız  müxtəlif  qruplaşmalann 

hakimiyyət  uğrunda  mübarizəsini  əks  etdirirdi.  XIV  çağınş  məclisə 

İXP-nin  8  nümayəndəsi,  habelə  liberal  məsləkli  bir  neçə  deputat 

seçilmişdisə  də,  onlar  məsələni  həll  etmirdi.  Təbiidir  ki,  parlamentin 

bütün fəaliyyəti, o cümlədən hökumətin təşkili ya tam mühafizəkar, ya da 

açıq  mürtəce  xarakter  daşıyırdı.  Burada,  o cümlədən onun  təşkil  etdiyi 

hökumətlərdə daim «azadlıq», «demokra 



362 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə