Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə145/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   216

inzibati-təsərriifat  və  mədəni  muxtariyyət  ideyasının  əhalinin  geniş 

təbəqələri  içərisində,  həm  də  təkcə  kəndlilər,  fəhlələr,  sənətkarlar  və 

ziyalıların böyük əksəriyyətində deyil, varlı zümrələrin, o cümlədən xırda 

və orta mülkədarlann, tacirlərin və sahibkarlann da bir hissəsi içərisində 

kök  salması  ilə  izah  edilməlidir.  Deməli,  milli-azadlıq  uğ-  runda 

mübarizə  ümumxalq  xarakteri  daşıyırdı.  Belə  bir  şəraitdə  İranın  hakim 

dairələri,  mərkəzi  hökumət  kütləvi  terrora,  cəza  tədbirlərinə,  əslində 

vətəndaş  müharibəsinə  başlamadan  hərəkatı  boğa  bilməzdi.  Bu  işi  isə 

həyata  keçirmək  1945-ci  ilin  payızında  bir  sıra  daxili  və  xarici  amillər 

üzündən mümkün deyildi. Əwəla bu zaman müttəfiqlərin qoşunları hələ 

İrandan çıxarılmamışdı. Bu səbəbə görə mərkəzi hökumət demokratlara 

qarşı geniş hərbi əməliyyata başlaya bilməzdi, çünki müttəfiqlər mütləq 

buna  qarışmalı  olardılar.  İkincisi,  milli-demokratik  hərəkat  İran 

Kürdüstanını  da  bürümüşdü  və  az  sonra,  yəni  1946-cı  ilin  yanvannda 

burada da Milli hökumət yaradıldı. İran hökuməti isə eyni vaxtda hər iki 

xalq  hərəkatını  boğmağa  qadir  deyildi.  Hadisələrin  sonrakı  gedişi 

göstərdi ki, hökumət «danışıqlan> taktikasına əl ataraq, vaxt qazanmağa 

çalışırdı. 

Milli  hökumətin  yaranması  ilə  Cənubi  Azərbaycanda  demokratik 

hərəkatın yeni, üçüncü - milli quruculuq mərhələsi başlandı. 

Milli hökumət ən əvvəl, İran dövlətçiliyi çərçivəsində Azərbaycanın 

muxtariyyəti prinsipini öz proqramında bir daha təsbit edərək bildirirdi ki, 

İran dövlətinin bütövlüyü, toxunulmazlığı və suverenliyini rəhbər tutur. 

Eyni zamanda burada qeyd olunurdu ki, mərkəzi hökumət sosial iqtisadi, 

siyasi,  mədəni  sahələrdə  demokratik  islahatlar  keçirməlidir.  Milli 

hökumət, habelə bildirirdi ki, həm Azərbaycanın muxtariyyəti məsələsi, 

həm də digər mühüm məsələlər üzrə mərkəzi hökumətlə danışıqlara və 

əldə  edilən  razılıqlara  tam  riayət  etməyə  hazırdır.  Bu  məqsədlə 

Pişəvərinin başçılığı altında xüsusi nümayəndə heyəti təşkil olundu. 

Milli hökumətin qarşısında duran birinci dərəcəli vəzifə  -  yerlərdə 

yeni inzibati-ərazi orqanlarının yaradılması idi. Bu məqsədlə Milli Məclis 

vilayət,  mahal,  şəhər  və  qəsəbə,  kənd  əncümənlərinə  -  hakimiyyət 

orqanlarına  seçkilər  haqqında  qanun  qəbul  etdi.  Seçkilər  1946-cı  ilin 

yanvar-fevral  aylannda  keçirildi  və  müvafiq  strukturlann  yaradılmasına 

başlandı. 

Demokratik  hərəkatın  ən  mühüm  tədbirlərindən  biri  də 

zəhmətkeşlərin  xeyrinə  sosial-iqtisadi  islahatlann  keçirilməsi  idi.  Buna 

görə Milli hökumət 1946-cı il fevralın 16-da aqrar qanun verdi. Qanuna 

görə 

368 



«xalisə»  -  dövlət  mülkiyyətində  olan  torpaqlar,  habelə  Azərbaycandan 

qaçmış  və  ona  qarşı  mübarizəni  davam  etdirən  mülkədarların  və  digər 

sahibkarlann  torpaqlan  kəndlilər  arasında  bölüşdürülməli  idi,  İslahat 

haqqındakı qanunu həyata keçirmək məqsədilə yerlərdə xüsusi komitələr 

yaradıldı  və  bu  komitələr  1946-cı  ilin  yaz-yayı  ərzində  lazımi  işləri, 

çətinliklə  də  olsa,  həyata  keçirməyə  başladı.  İslahat  nəticəsində  yarım 

milyon hektardan çox torpaq sahəsi kəndlilərin istifadəsinə keçdi. Lakin 

onlar  bu  torpaqlann  mülkiyyətçisi  deyildilər,  yəni  onu  satmaq,  icarəyə 

vermək hüququndan məhrum idilər. Bir qədər sonra mayın 12-də qəbul 

olunmuş  «Əmək  haqqında  qanun»  sosial  sahədə  digər  mühüm  addım 

oldu. Bu qanuna görə fəhlə və qulluqçuların iş şəraiti xeyli yaxşılaşdınlır, 

sahibkarlar  tərəfindən  istismar  məhdudlaşdırılır,  onlann  həmkarlar 

ittifaqlarının fəaliyyəti, o cümlədən müəssisələrin işinə fəhlələrin nəzarət 

etmək  hüququ  təsdiq  edilirdi.  Bununla  bərabər,  Milli  Məclisin  bir  sıra 

başqa qanunları və Milli hökumətin fərmanlan Azərbaycanda ticarət və 

sənayenin  inkişafını  təmin  etməyə,  bu  sahədə  fəaliyyət  göstərən 

sahibkarlara  maliyyə  cəhətdən  kömək  etməyə,  vergi  sistemini 

təkmilləşdirməyə  yönəlmişdi.  Bütün  bunlar  sübuta  yetirirdi  ki,  milli 

hakimiyyət  xalqın  böyük  əksəriyyətini,  o  cümlədən  hərəkatla  həmrəy 

olan  varlı  təbəqələrin  də  mənafeyini,  sosial  həmrəylik  və  ədalət 

prinsiplərini təmin etmək istiqamətində iş aparır. 

Lakin  milli  hakimiyyətin  ən  böyük  nailiyyəti  mədəniyyət 

sahəsindəki,  milli  mədəniyyətin  inkişafı  əsaslannı  yaratmaq  yolundakı 

addımlar oldu. Bu istiqamətdə birinci dərəcəli tədbir 1946-cı il yanvann 

6-da Milli Məclisin qəbul etdiyi «Dil haqqında» qanun idi. Bu qanunla 

Azərbaycan-türk dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan 

olundu.  Bütün  idarə  və  təşkilatlarda,  məktəblərdə  işlər  ana  dilində 

görülürdü.  Azərbaycanda  yaşayan  milli  azlıqlann  öz  dillərində  təhsil 

almaq hüququ saxlanılmışdı. Qısa bir zamanda ana dilində dərsliklərin, 

müxtəlif  ədəbiyyat,  qəzet  və  jumallann  nəşr  edilməsinə,  radio 

verilişlərinin  təşkilinə  başlandı.  Az  bir  vaxtda  onlarla  kitabxana  və 

qiraətxa-  na  açılması,  əhalinin  köməyi  ilə  yüzlərlə  yeni  məktəbin, 

xüsusən  kənd  yerlərində  açılması,  1946-cı  ilin  iyununda  Təbriz 

Universitetinin  təsis  edilməsi,  müxtəlif  yaradıcı  birlik  və  təşkilatların, 

muzeylərin düzəldilməsinə başlanması əsl milli-mədəni inqilab üçün əsas 

yaradır, demokratik hərəkatın milli məzmununu möhkəmləndirirdi. 

Açıq  irticaçı  Sədr  və  Hakimi  hökumətlərinin  (1945-ci  ilin  iyunu  - 

1946-cı ilin yanvan) bütün tranda demokratik qüvvələrin qanuni tələb 



369 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə