Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə153/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   216

milli  dəyərlərini  qoruyub  saxlamağa  və  inkişaf  etdirməyə  cəhdlər 

göstərdi.  Sənayenin  sürətlə  inkişafi,  yeni  iş  yerlərinin  açılması,  kəndli 

gənclərin  Bakıya  axını  nəticəsində  burada  azərbaycanlıların  sayı  xeyli 

artdı,  demoqrafik  vəziyyət  dəyişdi.  Bu,  mərkəzdəki  şovinistlərin 

beynəlmiləl şəhər olan Bakını Azərbaycanın tərkibindən çıxanb müstəqil 

inzibati  vahid  kimi  birbaşa  Moskvaya  tabe  etmək  planını  pozdu. 

İ.Mustafayevin  respublikaya  rəhbərlik  etdiyi  illərdə  ərzaq  məhsulları  - 

taxıl,  kartof,  tərəvəz,  meyvə,  çay  yarpağı  istehsalı,  mal-qaranın  sayı 

çoxaldı.  O,  Azərbaycan  dilinin  rəsmi  dövlət  dili  statusunun  təmin 

olunmasına  çalışdı.  Bu  məsələ  mətbuatda  açıq  müzakirə  edilməyə 

başlandı.  Rəsmi  sənədlərin,  kargüzarlıq  işlərinin  Azərbaycan  dilində 

apaniması  üçün  konkret  tədbirlər  görüldü.  Elmi  işçilərin,  aspirantlann 

sayı xeyli çoxaldı. 1957-1959-cu illərdə «İncəsənət» almanaxı, 1958-ci 

ildən  «Bakı»  axşam  qəzeti,  uşaqlar  üçün  «Göyərçim>  jurnalı  çap 

olunmağa başlandı. 1956-cı ildə Bakı telestudiyası işə düşdü. 

Azərbaycanda  xalqın  milli  ruhunun  oyanışı  açıq  hiss  olunurdu. 

Ədəbiyyata  yeni,  xalqın  taleyi  ilə  bağlı,  ictimai  hadisələrin  təhlilinə 

çağıran  cəsarətli  mövzular  daxil  edildi.  Bəxtiyar  Vahabzadənin 

«Gülüstan»,  Rəsul  Rzanın  «Qızıl  gül  olmayaydı»  poemalan  bu  illərin 

məhsulu idi. 

50-ci  illərin  ortalarında  siyasi  ab-havanın  nisbətən  yumşalması  ilə. 

əlaqədar  milli  respublikalarda,  o  cümlədən  Azərbaycan  SSR-də  milli 

dirçəliş meyi İləri mərkəzdə şovinizmin güclənməsinə səbəb olmuş, ciddi 

müqavimətə 

rast 

gəlmişdi. 



N.S.Xruşşov 

hakimiyyətdə 

möhkəmləndikdən,  xüsusən  1957-ci  ildə  Sov.İKP  MK-nın  iyun 

plenumunda  mühafizəkar  siyasi  rəqiblərini  məğlub  edib  partiyadan  və 

rəhbər  vəzifələrdən  qovduqdan,  orduda  və  Dövlət  Təhlükəsizlik 

Komitəsində rəhbərliyi təzələdikdən sonra partiya və cəmiyyət üzərində 

şəxsi amir- liyini gücləndirdi. Xruşşov «volyuntarizmi» dövrü başlandı. 

1959-cu  ildə  millətçilik  üstə  İmam  Mustafayev  vəzifəsindən  azad 

edildi.  Vəli  Axundov  Azərbaycan  KP  MK-nın  birinci  katibi  vəzifəsinə 

gətirildi.  Tezliklə  Azərbaycan  SSR-in  təhsil  haqqında  1959-cu  il 

qanununa respublikada təhsilin rus dilində aparılmasına geniş imkanlar 

açan  əlavələr  edildi.  Yüksək  vəzifələrdə  rusların  və  ermənilərin  sayı 

yenidən artdı. Xalqı qorxutmaq və müti halında saxlamaq üçün mərkəz 

A.Mikoyan  və  M.Suslovun  təşəbbüsü  ilə  növbəti  dəfə  Dağlıq  Qarabağ 

məsələsini ortaya atdı. Ermənistan SSR və Azərbaycan SSR-in DQMV 

erməni  əhalisi  Dağlıq  Qarabağın  Ermənistana  verilməsini  tələb  etməyə 

başladılar. Ermənistanda antitürk əhvali-ruhiyyəsi yenidən qızışdınidı. 

386 



1955-ci  ildə  Yerevan  Pedaqoji  İnstitutunun  Azərbaycan  bölməsi 

bağlandı.  Yerevan  Azərbaycan  Pedaqoji  Texnikumu  Azərbaycanın 

Xanlar  rayonuna  köçürüldü.  Ermənistanda  əsası  hələ  40-cı  illərdə 

qoyulmuş Qarabağ hərəkatı xeyli leqallaşdı. Ermənilərin Moskvada güclü 

arxası olduğunu bilən, özünün isə təkləndiyini hiss edən azərbaycanlılar 

həyəcan  içində  idilər.  Məsələ  1960-cı  ilin  sonlarında  Sov.İKP  MK-da 

müzakirə olundu. Xruşşov təklənmiş «kiçik qardaşla» da ədalətli «böyük 

qardaşa»  ümid  və  inamı  möhkəmləndirmək  üçün,  habelə  sərhəd 

dəyişikliklərinin  qəsdən  mübahisəli  ərazilər  yaradılmış  başqa 

respublikalarda  da  arzuedilməz  reaksiyalar  doğuracağından  çəkinib 

Azərbaycanın  hüquqlarını  müdafiə  etdi.  1964-cü  ildə  də  A.Mikoyanın 

SSRİ  Ali  Sovetinin  sədri  kimi  bu  məsələnin  ermənilərin  xeyrinə  həll 

etmək  üçün  Xruşşova  təsir  göstərmək  cəhdi  baş  tutmadı.  Lakin 

Ermənistanda anti- türk psixozunun qızışdırılmasma rəvac verildi. 60-cı 

illərdə  Ermənistanda  «Qarabağ  Komitəsi»  açıq  fəaliyyətə  başladı. 

S.Kaputikyanın  rəhbərliyi  ilə  bir  qrup  Dağlıq  Qarabağdakı  alban 

abidələrinin  ermənilərə  mənsub  olduğunu  iddia  edərək  onlann 

öyrənilməsi  və  qorunmasının  Ermənistana  tapşıniması  məsələsini 

qaldırdı. 

1965-ci  il  aprelin  23-də  uydurma  «erməni  genosidi»nin  50  illiyi 

Ermənistanda  geniş  qeyd  edildi  və  bu  burada  ata-baba  torpaqlannda 

yaşayan azərbaycanlılann daha da sıxışdınimasına yeni, güclü təkan oldu. 

Azərbaycanlılar  rəhbər  vəzifələrindən  qovuldular,  Azərbaycan  dilində 

çıxan  rayon  qəzetləri  bağlandı.  Bununla  yanaşı,  mərkəzin  bilavasitə 

köməyi ilə 60-cı illərdə Azərbaycanda güclü erməni lobbisi yaradıldı. Bu, 

Moskvadakı havadarları rüşvət vasitəsilə respublikanın siyasi dairələrinə 

təsir  göstərə  bilən  qabil  qüvvə  idi.  DQMV-də  erməni  millətçiliyi  açıq 

şəkildə  dərinləşirdi.  Azərbaycanlılar  burada  -  öz  torpaqlannda 

sıxışdırılırdı.  Vilayətin  azərbaycanlılar  yaşayan  məntəqələrinə  kömək 

etmək  məqsədilə  1967-ci  ildə  ayrılan  vəsaitin  Bakıda  DQMV-nin 

rayonlan üzrə konkret tələblərə bölünüb təsdiq olunması cəhdinə erməni 

lobbisi  ciddi  müqavimət  göstərdi.  Həmin  il  Xankəndində 

azərbaycanlılara divan tutulmuş, bir neçə nəfər qətlə yetirilmişdi. Hətta 

mərkəzin  təzyiqi  ilə  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti 

1969-cu il 7 may tarixli qəran ilə sərhəd rayonlannda 2 min hektardan çox 

Azərbaycan  torpağının  (Laçın  Qaragöl  yaylağı.  Qubadlıda  Çayzəmin 

adlanan  sahə,  Qazağın  Kəmərli  kəndi  torpaqlannm  bir  hissəsi, 

Kəlbəcərdəki  Zod  adlanan  sahə  və  s.)  Ermənistana  verilməsi  haqqında 

hələ 1938-ci il 5 mayda verilmiş qəran təsdiq etdi. Lakin az 

387 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə