Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin


partiyalı inzibati-amirlik sistemi ədalətli və tarixən özünü



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə152/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   216

dı. Yenə də təkpartiyalı inzibati-amirlik sistemi ədalətli və tarixən özünü 

doğrultmuş  bir  sistem  kimi  qələmə  verildi.  Əməli  cəhətdən  partiya 

nəzarətindən çıxmış və siyasi sistemə həddindən çox təzyiq gücünə malik 

olan Daxili İşlər Nazirliyi, onun yerli orqanları nəzarət altına alındı. Bu 

nazirlik,  habelə  partiya  aparatı  1953-cü  ilin  iyun  ayında  hakimiyyət 

uğrunda  mübarizədə  daha  çevik  hərəkət  edən  Xruşşovun  səyi  ilə 

vəzifəpərəstlikdə, millətçilikdə, xarici kəşfiyyatla əlaqədə təqsirləndirilib 

həbs  edilmiş  L.P.Beriyanın  əlaltılarından  təmizləndi.  Onun  yaxın 

adamlanndan  biri  kimi  M.Bağırov  da  Azərbaycan  KJ*  MK  və  Bakı 

Komitəsinin  birgə  plenumunda  (1953-cü  il  13  iyul)  ziyankarlıqda, 

qüsurlu  rəhbərlik  metodlarında,  kadrlara  səmərəli  fəaliyyət  üçün  şərait 

yaratmamaqda  və  başqa  əməllərdə  təqsirkar  bilinib  vəzifəsindən  kənar 

edildi  və  tezliklə  həbsə  alındı,  Bakıda  SSRİ  Ali  Məhkəməsi  Hərbi 

Kollegiyası  tərəfindən  mühakimə  edilib  (1956-cı  il,  12-26  aprel),  xalq 

düşməni  kimi  ölüm  cəzasına  -  güllələnməyə  məhkum  olundu.  Onun 

respublikada  cəza  orqanlarına  rəhbərlik  etmiş  əlaltılan  -  Y.D.Sum- 

batov-Topuridze,  X.Qriqoryan,  T.Borşov,  S.Yemelyanov,  A.Atakişi- 

yev, R.Markaryan da öz qanlı əməllərinə görə mühakimə olundular. 

Məhkəmə  quruculuğu,  mülki  cinayət  və  məhkəmə  məcəllələrinin 

qəbulu 1956-cı ilin mayından respublikanın öz ixtiyarına verildi. 

Repressiya  illərində  cəzaya  məruz  qalanların  işlərinə  yenidən 

baxılması üçün komissiyalar təşkil olundu. Siyasi məhbuslar saxlanılan 

düşərgələrə  rəhbərlik  edən  islah  Əmək  Düşərgələri  Baş  İdarəsi  - 

«QULAK»  ləğv  edildi.  Bəraətvcrmə  prosesi  başlandı.  Repressiyalarda 

mövcud sistemi deyil, stalinizmi təqsirləndirmək, bu bəladan təmizlənən 

sovet siyasi sisteminin ədalətli olmasına xalqda inam yaratmaq məqsədilə 

bu  proses  mühüm  siyasi  kampaniya  kimi  planlaşdırılmışdı.  Buna 

baxmayaraq,  bəraətvermə  prosesi  böyük  humanist  addım  idi.  SSRİ  Ali 

Məhkəməsinin  hərbi  kollegiyası,  Azərbaycan  SSR  Ali  Məhkəməsinin 

cinayət  işləri  üzrə  məhkəmə  kollegiyası  çoxlanna  bəraət  qazandırdı. 

Yüzlərlə azərbaycanlının üzərindən «xalq düşməni» damğası götürüldü. 

Onların  ailələrinin,  övladlarının  məruz  qaldığı  təqiblərə  son  qoyuldu, 

hüquqlan  bərpa  edildi.  1956-cı  ilin  ortalarından  başlayaraq  yüzlərlə 

dövlət,  ədəbiyyat  və  incəsənət  xadiminə,  o  cümlədən  Nəriman 

Nərimanova,  Hüseyn  Cavidə,  Əhməd  Cavada,  Mikayıl  Müşfiqə,  Yusif 

Vəzir Çəmənzəminliyə və başqalanna bəraət verildi. Xalqın tarixi, ədəbi 

dil,  folklor  və  etnoqrafiya  baxımından  çox  qiymətli  monumental 

qəhrəmanlıq dastanı olan «Kitabi-Dədə Qorqudwun üzərindən 



384 


«feodal burjua, qeyri-xəlqi ideyalar daşıyıcısı» kimi damğalar götürüldü. 

Yüzlərlə «həbs olunmuş» kitab, o cümlədən A.Bakıxanovun, akademik 

Heydər  Hüseynovun  əsərləri  «aza6>  edildi.  Bəraət  almış  şair  və 

yazıçıların bir sıra əsərləri yenidən çap olundu. 

Bununla  belə,  bəraətvermə  prosesində  minlərlə  siyasi  mübarizə, 

günahsız  qurbana,  habelə  20-30-cu  illərdə  apardığı  istiqlal  mübarizəsi 

üstə  təqib  olunaraq  xaricə  getməyə  məcbur  olmuş  mühacirlərə  bəraət 

verilmədi. Tarixi keçmişimizdən, türk xalqları birliyindən bəhs edən bir 

çox  əsərlər  üzərindən  qadağalar  götürülmədi.  Hüseyn  Cavidin  «Topal 

Teymur», 

«Peyğəmbər» 

pyesləri 

yenə 

qəsdən 


«unuduldu». 

Repressiyalara məruz qalmış dörd minə qədər adam, yüzlərlə əsər yalnız 

80-ci illərin ikinci yarısında bəraət ala bildi. 

Partiya elitasının amiranə idarəçilik üsulu partiyanın yerli təşkilat- 

lannın da fəaliyyətini zəiflədirdi. 

Həmkarlar ittifaqları, komsomol təşkilatlannda da vəziyyət belə idi. 

Bu təşkilatların seçkili orqanları yenə də partiyanın ciddi nəzarəti altında 

formalaşdırılır  və  fəaliyyət  göstərirdi.  Həmkarlar  ittifaqlarına  1958-ci 

ildə  fəhlə  və  qulluqçuların  əmək  və  məişət  şəraitini  yaxşılaşdırmaq 

tədbirlərində,  təsərrüfat  planlannm  hazırlanması  işində  iştirak  etmək, 

idarə  rəhbərini  dəyişdirmək  haqqında  məsələ  qaldırmaq,  əmək 

məsələlərinin  həllində  qəti  qərar  vermək,  əmək  mühafizəsi  və  sığorta 

işlərini,  1960-cı  ildən isə, həm  də  sanatoriya  və istirahət  evlərini idarə 

etmək  hüququ  verildi.  Lakin  60-cı  illərin  əvvəllərində  600  minə  qədər 

fəhlə və qulluqçunun üzv olduğu bu təşkilat partiya elitasının diktəsi ilə 

işlədiyi  üçün  zəhmətkeşlərin  mənafeyinin  həqiqi  müdafiəçisinə  çevrilə 

bilmədi.  Onlara,  başqa  ictimai  təşkilatlarda  olduğu  kimi,  əsasən  daha 

partiyaya və quruluşa inanmayan, tutduğu vəzifədən öz mənafeyi üçün 

istifadə  etməyə  çalışan  «kommunistlər»  rəhbərlik  edirdilər.  Sıralannda 

300  min  oğlan  və  qızı  birləşdirən  komsomol  təşkilatlan  da  partiyanın 

diktəsi altında fəaliyyət göstərir və gənc nəsli bu cür tərbiyə edirdi. 

Dövlət, partiya orqanlarında, idarə və müəssisələrdə rüşvət alınması, 

cəmiyyətin və dövlətin aldadılması adi hala çevrilməyə başlamışdı. 

Mövcud təkpartiyalı siyasi sistemdə bö3öik hakimiyyəti olan partiya 

rəhbərlərinin  şəxsi  keyfiyyətlərindən  çox  şey  asılı  idi.  1954-cü  ildə 

Azərbaycan  KP  MK-nm  birinci  katibi  vəzifəsinə  gətirilmiş  İmam 

Mustafayev  şəraitdən  istifadə  edib  respublikanın,  xalqın  vəziyyətini 

imkan daxilində yaxşılaşdırmağa, onun itib-batmaq təhlükəsində olan 



385 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə