Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə160/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   216

kolxozçulara  da  həmkarlar  ittifaqında  birləşmək  hüququ  verildi.  90-cı 

illərin  əvvəllərində  həmkarlar  ittifaqlannda  2,6  milyona  qədər  əməkçi 

birləşdirilmişdi.  Lakin  bu  təşkilatlar  partiyanın  diktəsi  ilə  fəaliyyət 

göstərdiyindən  əmək  adamlarının  həqiqi  müdafiəçisinə  çevrilə 

bilməmişdilər. 

1987-ci  ildə  respublikada  1365  yerli  sovetə  51  min  686  deputat 

«seçilmişdi».  Formal  şəkildə  9  mindən  çox  daimi  komissiyalar 

yaradılmış, onlann işinə 40 min deputat və on minlərlə fəal cəlb edilmişdi. 

Lakin  xalqı  oyanmağa,  azadlığı  uğrunda  siyasi  mübarizəyə 

hazırlaşmağa  çağıran  qüvvələr  də  vardı.  MAQ  gizli fəaliyyətini  davam 

etdirirdi.  1973-cü  ildə  Asəf  Kərimovun  rəhbərliyi  ilə  «Millİ30^ət»  adlı 

qeyri-leqal  qrup  təşkil  olunmuşdu.  Bu  qrup  təbliğatdan  başqa,  etirazın 

açıq  formalanndan  da  istifadə  edirdi.  1974-cü  ilin  yayında  Litva 

tələbələrinin  «Litvaya  azadlıq»  şüarı  ilə  dinc  çıxışının  qan  içində 

boğulmasına qarşı etiraz əlaməti olaraq Bakı tələbələrinin nümayişi təşkil 

olunmuşdu. Nümayişçilər «Rədd olsun Sov.İKP!» şüan ilə «Kommunisb) 

küçəsindən  keçmişdilər.  Milis  nümayişçi  tələbələrin  bir  neçəsini  tutub 

döymüşdü. Bu dövrdə Əbülfəz Əliyev gizli qruplar təşkil edir, siyasi iş 

apanrdı. 1975-ci ilin yayında o, DTK tərəfindən həbs edildi. Onun işinə 

Heydər Əliyevin səyləri sayəsində Moskvada deyil, Bakıda baxıldı, bir 

ildən  sonra  azad  olundu  və  mübarizəsini  davam  etdirdi.  70-ci  illərin 

ortalannda  Bakı  Baş  Tikinti  İdarəsinin  yataqxanalannda  Arif 

Abdullayevin  və  məsləkdaşlannın  təşkil  etdikləri  üçlük  qruplar  da 

fəhlələr arasında azadlıq ideyalannm yayılmasında mühüm rol oynayırdı. 

1976-cı ildə «Milliyyəb> qrupu «Azərbaycan Milli Demokrat İttifaqına» 

çevrildi. Bu təşkilatın üzvləri həmin il Bakının baş meydanında 1 May 

nümayişinə  Azərbaycan  Demokratik  Respublikasının  üçrəngli, 

ay-ulduzlu bayrağı ilə çıxmışdılar. 

Azadlıq  ideyalarını  təbliğ  edən  gizli  siyasi  təşkilatlar  Sumqayıtda, 

Gəncədə və başqa şəhərlərdə də fəaliyyət göstərirdi. 

Onlar  əsasən  millətçilik  zəminində  durur,  Azərbaycan  dilinin  dar 

çərçivədə  işlədilməsini,  respublikanın  xammal  bazasına  çevrilməsini, 

SSRİ-nin rəhbər orqanlarında azərbaycanlılann az olmasını tənqid edir, 

xalqı milli azadlığa çağınrdılar. 

L.İ.Brejnevin vəfatından sonra (1982-ci il 10 noyabr) Heydər Əliyev 

Sov.İKP  MK  Siyasi  Bürosuna  üzv  seçilib  Moskvaya,  SSRİ  Nazirlər 

Soveti sədrinin birinci müavini vəzifəsinə apanidı. Onun yerinə Kamran 

Bağırov təyin edildi. Lakin siyasi sistemdə çürümə prosesi də 



402 


rinləşməyə  başlamışdı.  Moskva  «yenidənqurma»  ilə  əlaqədar  ölkədə 

mərkəzdənqaçan  qüvvələrin  açıq-aşkar  gücləndiyi  vaxtda  mühüm 

geosiyasi  əhəmiyyəti  olan  bir  respublikada  Heydər  Əliyev  kimi  güclü 

siyasi  xadimin  nüfuzunu  zəiflətməyə  çalışırdı.  Bu  işdə  Azərbaycanı 

parçalayıb  torpaqlanna  sahib  olmaq  istəyən  erməni  millətçiləri, 

respublikada  dərəbəylik  edən  mafioz  qruplaşmalar.  Əliyevin 

siyasətindən  narazı  olan  şəxslər,  mərkəzə  gələn  şikayətlər  mühüm  rol 

oynadı.  1987-ci  ilin  yayında  Heydər  Əliyev  tutduğu  vəzifədən  istefa 

verdikdən  sonra  respublikada  siyasi  vəziyyət  daha  da  mürəkkəbləşdi, 

hakimiyyətə can atan qüvvələr arasında mübarizə gücləndi. 

İqtisadi  və  sosial 

70-ci  illərdə  respublikada  idarəçiliyin,  dövlət  və 

inkişafın 

plan intizamının möhkəmlənməsi, kadrlara tələb- 

xususiyyətləri 

karlığın,  tapşırılan  iş  üçün  məsuli)^ətin  artması  nəticəsində  xalq 

təsərrüfatında  mühüm  irəliləmələr  baş  verirdi.  Respublikanın  rəhbəri 

mərkəzdəki  nüfuzundan  istifadə  edərək  iqtisadiyyatın  müxtəlif 

sahələrinin  inkişafı  üçün  müvafiq  qərarlar  qəbul  edilməsinə,  vəsait 

aynimasma nail oldu. 

Neft  sənayesində  tənəzzülü  aradan  qaldırmağa  cəhdlər  göstərildi. 

Kəşfiyyat işləri genişləndirildi. Xəzərdə «28 aprel»,  «Bahanı, «Azəri», 

«Günəşli» və başqa zəngin neft və qaz kondensatı yataqlan aşkar edildi. 

Sualtı neft kəməri çəkildi. Neftçıxarma texnikası və texnologiyası xeyli 

təkmilləşdirildi.  Dənizdə  2800-6500  metr  dərinlikdə  neft  quyulan 

qazılmağa başlandı. Müasir «Xəzəm, «Bakı», «Kaspmor-neft», «Şelf-1», 

«Şelf-3»  və  başqa  üzən  qazma  qurğulanndan  geniş  istifadə  olunurdu. 

1970-ci  ildə  neft  hasilatı  17,3  milyon  ton  olmuşdu.  Azərbaycanın  neft 

yataqlanndan 1972-ci ilədək 1 milyard ton neft çıxanimışdı. Daha dərin 

və  zəngin  qatlarda  olan  yataqlann  istismarına  başlanmışdı.  Lakin  bu, 

daha çox vəsait, ən başlıcası isə müasir texnika və texnologiyalar tələb 

etdiyindən  sonrab  illərdə  hasilat  durmadan  azalmışdı.  1990-cı  ildə 

respublikada  cəmi  12,9  milyon  ton  neft  və  8  milyard  kub  m.  qaz 

çıxanimışdı. 

Neft emalı müəssisələri sürətlə inbşaf etdirilirdi. 1976-cı ildə Yeni 

Bab Neftayırma zavodunda, l982-ci ildə isə Bab neftayırma zavodunda 

neftin ilbn emalı üçün ELOU-AVT qurğusu işə düşdü. Bu müəssisələrdə 

90  adda  müxtəlif  neft  məhsullan  -  təyyarə,  reabiv  qurğu,  avtomobil  və 

dizel yanacağı, sürtkü yağlan, aşqarlar, bi tum, neft-bmya sənayesi üçün 

xammal istehsal olunurdu. 



403 


Bu  illərdə  respublikanın  neft-maşınqayırma  zavodlarında  da  əsas 

sexlər  yenidən  quruldu,  yeni  istehsal  sahələri  işə  salındı.  1985-ci  ildə 

Dərin  dəniz  özülləri  zavodu  ilk  məhsulunu  istehsal  etdi.  90-cı  illərin 

əvvəllərində  SSRl-də  istehsal  olunan  neftçıxarma  texnikasının  2/3-ni 

Azərbaycan verirdi. 

1983-cü  ildə  Qrozni-Bakı  neft  kəmərinin  istifadəyə  verilməsi  ilə 

Azərbaycan  SSRİ-nin  vahid  neft  kəmərinə  qoşuldu.  Sibir  nefti  emal 

olunmaq üçün Bakıya axmağa başladı. 

Bu  illərdə  sənayedə  struktur  dəyişiklikləri  davam  edirdi.  Yeni 

cihazqayırma  müəssisələri  yaradıbrdı.  70-ci  illərdə  Bala  və  Gəncə 

cihazqayırma yeni istehsal xətləri istifadəyə verildi, yenidənqurma işləri 

aparıldı.  1975-ci  ildə  Bab  məişət  kondisionerləri  zavodu  çox  qısa  bir 

vaxtda  tiblib  işə  salındı.  Sumqayıtda  məişət  kompressorlan  zavodu 

istifadəyə  verildi.  1984-cü  ildə  Babda  äğır  elektrik  qaynaq  avadanhğı 

zavodu işə başladı. 

Əhalinin  tələblərini  ödəmək  üçün  istehlak  malları  istehsal  edən 

müəssisələr  şəbəkəsi  genişləndi.  70-ci  illərdə  Babda  tikiş,  ayaqqabı, 

Sumqayıtda trikotaj, xovlu iplik fabrikləri, Gəncədə ət kombinatı, qən- 

nadı  fabrib,  melixor  qablar  zavodu,  Yevlaxda  yunun  ilbn  emalı, 

Xankəndində  ayaqqabı  fabrikləri,  80-ci  illərdə  Bakıda  makaron, 

Xırdalan- da dəri mallar, Abşeronda və Siyəzəndə iri broyler fabrikləri, 

Xırdalan- da metal örtük konstruksiyaları zavodu, habelə onlarla çörək, 

şərab zavodu, konserv kombinatı işə salındı. Tibnti materialları istehsalı 

artınl-  dı.  Bakıda  ib  evtikmə  kombinatı,  Sumqayıt  və  Mingəçevirdə 

evtikmə zavodlan, Sumqayıtda şüşə zavodu, habelə bir neçə dəmir-beton 

konstruksiyalar istehsal edən müəssisələr işə düşdü. 

Enerjitutumlu  sahələrin  inkişafı  respublikada  elektrik  enerjisi 

istehsalının artmasını tələb edirdi. 1971-ci ildə Naxçıvan MSSR-də Araz 

su-  elektrik  stansiyası,  70-ci  illərin  ortalannda  Tərtər  su-elebrik 

stansiyası, 1981-1984-cü illərdə Şəmbr su-elektrik stansiyası tikilib işə 

salınmışdı.  70-80-ci  illərdə  elektrik  enerjisi  istehsalı  2  dəfəyə  qədər 

artmış, 1990-cı ildə 23,2 milyard kVt saata çatmışdı. 

Azərbaycanda  90-cı  illərin  əvvəllərində  1026  sənaye  müəssisəsi 

vardı.  Onlann  yandan  çoxu  ağır  sənayenin  payına  düşürdü.  70-80-ci 

illərdə respublikada sənaye məhsulu istehsalı 3 dəfəyə qədər artmışdı. 

Əmək ehtiyatlanm istehsalata daha geniş cəlb etmək üçün xırda və 

orta müəssisələrin çoxu paytaxtdan kənarda tiblirdi. 1970-ci ildə sənaye 

məhsulunun  32  faizi,  1985-ci  ildə  isə  42  faizi  Bab-Sumqayıt  sənaye 

rayonunun hüdudlarından kənarda istehsal edilirdi. 

404 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə