Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə159/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   216

20 milyon kvadrat metr mənzil sahəsi, yüzlərlə müasir, yaraşıqlı ictimai 

bina  tikildi. Kənddə  istehsal dəfələrlə artdı.  Pambıqçılıq  və  üzümçülük 

rayonlannda  əməkçilərin  gəlirləri,  abad  kəndlərin  və  qəsəbələrin  sayı 

xeyli çoxaldı. 

Milli  kadr  potensialı  artdı.  Minlərlə  azərbaycanlı  gənc  SSRİ-nin 

apancı elm və tədris ocaqlanna göndərilmiş, gözəl mütəxəssis kimi geri 

qayıtmışdı.  Bu  illərdə  Nizaminin,  Əcəminin,  Nəsiminin,  Tusinin, 

Vaqifin,  Aşıq  Ələsgərin,  Üzeyir  Hacıbəyovun,  Müslüm  Maqomayevin, 

Hüseyn  Cavidin  və  başqa  elm,  ədəbiyyat  və  incəsənət  xadimlərinin 

yubileyləri,  Azərbaycan  teatnnm  yüz  illiyi  respublikada  və  Moskvada 

təntənə  ilə  qeyd  olunmuşdu.  Azərbaycan  dilinin  təbliği  genişlənmişdi. 

Dörd cildlik «Müasir Azərbaycan dili» kitabı nəşr olunmuş və 1974-cü 

ildə  dövlət  mükafatına  layiq  görülmüşdü.  Azərbaycan  dilinə,  xalqın 

tarixinə  aid  araşdırmalara yüksək  dövlət  mükafatları verilməsi  yaradıcı 

ziyalılan  bu  sahədə  fəaliyyəti  genişləndirməyə  ruhlandırırdı.  Bir 

zamanlar  «pantürkist»  kimi  damğalanmış  Hüseyn  Cavidin  cənazəsinin 

qalıqları  1982-ci  ildə  İrkutsk  vilayətindən  gətirilib  Naxçıvanda  dəfn 

edilmişdi.  1977-ci  ildə  Nizami  irsinin  yenidən  öyrənilməsi  haqqında 

qərar qəbul olunmuş, bu sahədə səmərəli işlər görülmüşdü. 1979-cu ildə 

Azərbaycan  Yazıçılar  İttifaqının  Cənub  üzrə  katibi  seçilmişdi.  1981-ci 

ildə  M.Şəhriyann  «Aman  aynlıq»  poema  və  şeirlər  kitabı  çap  edildi, 

«Şəhriyar  gecələri»  keçirildi.  Cənubi  Azərbaycanla  birlik,  həsrət 

hislərinin  ədəbi  ifadəsinə  geniş  imkanlar  açıldı.  Azərbaycanda  milli 

özünüdərk  prosesi  xeyli  güclənmişdi.  Bu  proses  Heydər  Əliyev 

tərəfindən  həssaslıq  və  uzaqgörənliklə  idarə  olunur  və  tənzimlənirdi. 

SSRİ-nin, demək olar ki, hər yerində amansız «dissedent ovu» apanidığı 

halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti 

hökm  sürürdü.  Heydər  Əliyev  milli  təəssübkeşlikdə  suçlanan  Bəxtiyar 

Vahabzadə,  Xəlil  Rza  Ulutürk,  Əkrəm  Əylisli,  Ziya  Bünyadov  kimi 

istedadlı yazıçı və alimləri repressiya təhlükəsindən xilas etdi. Yer adları, 

tədricən  incəliklə  yad  ünsürlərdən  təmizlənirdi.  «Gəncə»  sözü  yasaq 

olduğu vaxt «Gəncə» rayonu yaradılmış, «Yeni Gəncə» yaşayış massivi 

salınmışdı.  Rayonlara  «Nizami»,  «Nəsimi»,  «Babəb>  adlan  verilmişdi. 

Dağlıq Qarabağda «Əsgəran» rayonu təşkil olunmuşdu. 

Heydər Əliyev DQMV-də vəziyyəti daim nəzarət altında saxlamağa 

çalışırdı.  Vilayətin  iqtisadi  və  mədəni  tərəqqisinə  diqqət  artınlmış-  dı. 

70-ci  illərdə  Şuşa  şəhərinin  inkişafı  üçün  bir  neçə  xüsusi  qərar  qəbul 

edildi. Şəhərdə tarixi abidələr bərpa olundu. Yeni binalar tikildi. 



400 


Şuşa Ümumittifaq səviyyəli kurorta çevrildi. M.P.Vaqifin qəbri üzərində 

möhtəşəm abidə, türbə ucaldıldı. Ü.Hacıbəyovun, Bülbülün ev muzeyləri 

açıldı. Natəvanın heykəli qoyuldu. DQMV-də əhalinin təminatı həmişə 

Azərbaycan SSR üzrə orta göstəricilərdən yüksək olurdu. 1973-cü ildə 

Xankəndində  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  filialı  açıldı. 

1979-cu ildə Ağdamdan bura dəmiryolu çəkildi. H.Əliyevin hakimiyyəti 

dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ildə 

Dağlıq  Qarabağ  məsələsi  növbəti  dəfə  qaldı-  nldı.  Lakin  onun  qarşısı 

qətiyyətlə alındı. 

Bu  illərdə  Sovet  imperiyasında  qanunvericilik  fəaliyyətinin 

genişlənməsi,  sözdə  sovetlərin,  partiyanın  ilk  təşkilatlarının, 

komsomolun, həmkarlar ittifaqlarının hüquqlarının artırılması, lakin bu 

hüquqların real şəkildə təmin olunması, «xalq hakimiyyəti orqanlannda», 

ictimai təşkilatlarda formalizmin daha da dərinləşməsi xarakterik hal idi. 

Yerli  sovetlər,  deputatlann  statusu  haqqında  bir  neçə  dəfə  qanunlar  - 

SSRt  və  Azərbaycan  SSR  qanunlan  qəbul  olunmuş,  sözdə  onlann 

hüquqları  genişləndirilmişdi.  1977-ci  ilin  oktyabnnda  qəbul  olunmuş 

yeni «SSRt Konstitusiyası»nda mövcud siyasi, İqtisadi və ideoloji sistem 

bir  daha  təsbit  edildi.  Burada  da  sovetlərin,  ictimai  təşkilatların, 

vətəndaşların  real  təminatı  olmayan  «geniş»  siyasi  hüquqlanndan  bəhs 

olunurdu.  Konstitusiyanın  6-cı  maddəsində  Kommunist  Partiyasının 

cəmiyyətin  rəhbər  və  istiqamətverici  qüvvəsi,  onun  siyasi  sisteminin, 

dövlət  və  ictimai  təşkilatlannın  özəyi  olduğu  göstərilmişdi.  SSRİ 

Konstitusiyasına  müvafiq  olaraq  1978-ci  ilin  aprelində  Azərbaycan 

SSR-in, həmin ilin mayında isə Naxçıvan MSSR-in yeni Konstitusiyalan 

qəbul edilmişdi. 

Geniş qanunyaradıcılıq fəaliyyəti sovet cəmiyyətinin demokratikli- 

yini hay-küylə bəyan etmək məqsədi güdürdü. Xalqın siyasi proseslərə, 

təsərrüfat  idarəçiliyinə  təsiretmə  mexanizmi  səmərəsiz  idi.  Siyasi 

hüquqlann  təmin  olunması,  hüquqi  nihilizmin  dərinləşməsi,  adamlan 

siyasətə daha da özgələşdirir, siyasi laqeydliyi artırıdı. 

80-ci illərin sonlannda Azərbaycan Kommunist Partiyasının sırala- 

nnda  400  minə  qədər  üzv  vardı.  Partiyaya  əsasən  şəxsi  ambisiyalarına 

nail  olmaq,  vəzifə  tutmaq  üçün  çox  vaxt  əyri  yollarla,  hətta  rüşvət 

verməklə  daxil  olurdular.  Partiyanın  mənəvi  cəhətdən  çürüdüyü  göz 

qabağında idi. Gələcəkdə «partiyaya keçməb>, vəzifə tutmaq istəyənlər 

komsomolda  «tərbiyə  olunmalı»  idilər.  Bu  təşkilatın  sıralarında  artıq 

milyona  qədər  oğlan  və  qız  birləşdirilmişdi.  «Kommunizm  məktəbi»  - 

həmkarlar ittifaqı ən kütləvi təşkilata çevrilmişdi. 1976-cı ildən sıravi 

401 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə