illərdə iqtisadi
inkişafın meyitləri.
Sosial həyat
azalması sosialist
etdi) rəhbərliyi ilə gizli siyasi mübarizəyə başlamışdılar. Onlar gizli
özək təşkil etmiş, üçlük qruplar yaradaraq tələbə gəncləri azadlıq uğrun-
da mübariz ruhunda tərbiyə etməyə çalışırdılar. 1966-cı ilin aprelində
Azərbaycanın 1920-ci ildə sovetləşdirildiyi gün kütləvi tədbir keçirməyə
hazırlaşan milli ruhlu gənclərin bir qrupu həbsə alınmış və ciddi xəbər-
darlıqdan sonra azad edilmişdi. Buna görə də gizli özəyin üzvləri mövcud
şəraitdə fərdi təbliğatı daha səmərəli vasitə hesab edib, bu sahədə fəaliy-
yəti genişləndirdilər. Milli şüurun oyanmasına istiqamətləndirilmiş təbli-
ğat işi gizli siyasi müxalifətin əsas mübarizə vasitəsi idi.
1968-ci ildən (Çexoslavakiya hadisələrindən sonra) bütün imperiya-
da ehkamçı ideologiyanın şüurlara təzyiqi yenidən güclənməyə başlandı.
50-cl
İllərin
ikinci
İqtisadiyyatı inzibati metodlarla səmərəli idarə
yarısı
-
60-cı
etmək yalnız güclü diktatura, totalitar rejim şəraitin-
də mümkün idi. İqtisadiyyata inzibati rəhbərliyin
azacıq belə zəifləməsi, təsərrüfat rəhbərlərinin baş-
lıca olaraq qorxuya əsaslanan şəxsi məsuliyyətinin
istehsal münasibətlərinə əsaslanan iqtisadiyyatın
geriləməsinə səbəb olurdu. 50-ci illərin ortalannda siyasi ab-havanın
yumşalmağa başlaması şəraitində iqtisadiyyatın köhnə metodlarla idarə
olunmasının davam etməsi SSRİ-də iqtisadi inkişaf sürətinin bütün əsas
göstəricilər üzrə azalmasına gətirib çıxarmışdı. 1955-ci ilin iyulunda
Sov.İKP MK elmi-texniki tərəqqi, istehsalın texniki səviyyəsini 3mk-
səltməyə dair xüsusi proqram qəbul etdi. Dövlət Texnika Komitəsi,
müəssisələrdə istehsalat texniki şuraları yaradıldı. Xalq təsərrüfatının
idarəedilmə sistemi yenidən qurulmağa başlandı. 1954-cü ilin iyulunda
SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Neft Sənayesi Nazirliyi
yaradıldı. 1956-cı ilin mayında Sov.İKP MK və SSRİ Nazirlər Soveti-
nin qəran ilə xalq təsərrüfatının idarə olunmasında müttəfiq respubli-
kalann rolu artınldı. Əsaslı tikinti, maddi-texniki təchizat, əmək məh-
suldarlığı, məhsulun maya dəyəri və satışı, habelə maliyyə təsisatı
məsələləri ilə artıq respublikalar özləri məşğul olmağa başladılar.
1956-cı ildə sənaye məhsulunun 84 faizi və ya 1953-cü ildəkindən iki
dəfə çox hissəsi Azərbaycan SSR-in tabeliyindəki müəssisələrdə isteh-
sal olunurdu. 50-ci illərin ortalannda kənd təsərrüfatında planlaşdırma-
nın yeni qaydası tətbiq olunmuşdu. İndi yuxandan təsərrüfatlara yalnız
dövlət tədarükü tapşınqlan verilirdi. Hətta rayon kənd təsərrüfatı ida-
rələri də ləğv edilmişdi. Lakin bütün bunlar kosmetik səciyyəli ya-
nmçıq tədbirlər idi. Kommunist partiyasının iqtisadi və siyasi amirli-
390
yinin saxlandığı şəraitdə başqa cür də mümkün deyildi. Yenə də əsas
məsələlər, planlar Sov.İKP MK-mn ciddi nəzarəti altında hazırlanır və
həyata keçirilirdi. Ən başlıcası isə bu idi ki, əslində heç kimin olmayan,
bir qrup partiya-təsərrüfat işçisinin müvəqqəti sərəncamında olan ictimai
mülkiyyətə yadlaşmanı aradan qaldırmaq mümkün deyildi. Əməkçilər
real vəziyyəti dərk etdikcə bu yadlaşma daha da artırdı. Ölkənin rəhbərliyi
vəziyyətdən çıxmaq üçün daha yeni bir cəhd göstərdi. Sov.İKP MK-nın
1957-ci il fevral plenumunun və SSRİ Ali Sovetinin həmin ilin mayında
keçirilən sessiyasının qərarlanna əsasən, sənaye və tikintinin idarə
olunması sistemi yenidən qurulmağa başlandı. Təsərrüfat nazirliyi ləğv
edildi, müvafiq istehsalat komitələri yaradıldı. Operativ idarəçiliyi
Mərkəzdən yerlərə keçirmək üçün iqtisadi rayonlarda Xalq təsərrüfatı
Şuralan təşkil olundu. 1957-ci ilin iyununda Azərbaycan SSR Ali
Sovetinin qəran ilə Azərbaycan iqtisadi rayonunun Xalq Təsərrüfatı
Şurası yaradıldı. Respublikanın 400-dək sənaye müəssisəsi onun
ixtiyanna verildi. Sənaye məhsulunun, demək olar ki, hamısı respublikaya
tabe müəssisələrdə istehsal olunurdu. 1959-cu ildə Azərbaycan Neft
Sənayesi Nazirliyi də ləğv edildi və onun müəssisələri də Azərbaycan
Xalq Təsərrüfatı Şurasının tabeliyinə verildi.
Lakin sovet imperiyası daxilində elə iqtisadi əlaqələr, elə təsərrüfat
kompleksi formalaşmışdı ki, artıq operativ rəhbərliyin yerlərə verilməsi
belə, respublikalara öz xeyrinə əsaslı bir iqtisadi tədbir həyata keçirməyə
imkan yaratmırdı. Hər şey yuxanda təsdiq olunan vahid xalq təsərrüfatı
planına uyğun olmalı idi. Beləliklə, bu islahat yerlərdə istehsalın
inkişafına marağı artırmadı. Əksinə, əməkhaqqının normallaş- dırı İması
prosesində vaxtamuzd sisteminin işəmuzd sistemə nisbətən xeyli artması
işçilərdə maddi marağın daha da azalmasına səbəb oldu.
SSRİ Ali Sovetinin 1958-ci il 31 mart tarixli qəranna əsasən MTS-lər
ləğv olunmuş, onlann texnikası kolxozlara satılmışdı. Bu tədbir
təsərrüfatların iqtisadi vəziyyətini xeyli pisləşdirmiş, onlan borca
salmışdı. Kolxozçulara pasport verilməsi demokratiya baxımından çox
müsbət hal olsa da, gənclərin sistemsiz şəkildə kənddən şəhərə axınına
şərait yaratmış, ictimai və yardımçı təsərrüfatlara ciddi ziyan vurmuşdu.
Kənd təsərrüfatında vəziyyəti yaxşılaşdırmaq məqsədilə 1961-ci ildə
məhəlli Kolxoz-Sovxoz İstehsalat idarələri yaradılmışdı. Lakin bu da
səmərəli olmadı..Kəndlilərin ictimai təsərrüfatlara iqtisadi marağını
artırmaq üçün onlann şəxsi yardımçı təsərrüfatlanna qarşı ciddi tədbirlər
həyata keçirildi. Həyətyanı torpaq sahələrinin 25 desyatindən artıq
391