Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə163/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   216

Respublikanın  şəhər  və  kəndlərində  mənzil  tikintisi  xeyli 

genişlənmişdi.  70-80-ci  illərdə  ümumi  sahəsi  38  milyon  kv.m,  o 

cümlədən kənd yerlərində 14 milyon kv.m olan yaşayış evləri tikilmişdi. 

Lakin  əhalinin  mənzilə  olan  tələbatı  yenə  də  ödənmirdi,  80-ci  illərin 

axırlannda respublikada adambaşına şəhərlərdə 13, kənd yerlərində isə 12 

kv.m yaşayış sahəsi düşürdü. Bu mövcud normalardan 2-4 dəfə az idi. Ev 

növbəsində Bakıda 75 min,  Gəncədə 11 min ailə dayanmışdı. Minlərlə 

ailə kirayədə, o cümlədən yüzlərlə azərbaycanlı ailəsi ermənilərə məxsus 

mənzillərdə  kirayədə,  kommunal  mənzillərdə,  şəhərlərin  ətrafında 

genişlənməkdə  olan  «gecəqondu»larda  yaşayırdı.  Sumqayıtın  ekoloji 

baxımdan  «ölü zona» adlanan sahəsindəki «gecəqondu»larda 1500 ailə 

məskən salmışdı. 

Yaşayış məntəqələrində abadlıq işləri xeyli genişlənmişdi. Minlərlə 

məktəb,  klub,  kitabxana,  xəstəxana,  xidmət  müəssisəsi, istirahət  evi  və 

başqa binalar tikilmişdi. Bakı daha da gözəlləşmişdi, böyümüşdü. Onun 

ətrafında  yeni  mikrorayonlar,  Patamdar,  Əhmədli,  Günəşli,  Höv-  san 

kimi  yeni  yaşayış  massivləri  salınmışdı.  70-ci  illərdə  Bakıda  Dəniz 

vağzalı, indiki Respublika sarayı, «Moskva» mehmanxanası, 80-ci illərdə 

«Gülüstan»  sarayı,  yeni  zoopark,  örtülü idman  kompleksləri tikilmişdi. 

İndiki «Azadlıq» meydanı memarlıq ansamblı yaradılmışdı. Dənizkənarı 

bulvar, park və bağlar yenidən qurulmuş, yeni meydanlar, bağlar, parklar 

salınmışdı. Bakı metropoliteni daha da genişlənmişdi. 1990-cı ildə onun 

yeraltı  yollanmn  uzunluğu  artıq  28  km-dən  çox  idi,  əhaliyə  18  metro 

stansiyası xidmət göstərirdi. 

90-cı  illərin  əvvəllərində  respublikada  65  şəhər,  122  şəhərtipli 

qəsəbə vardı. 

İqtisadiyyatı inkişaf etmiş kənd rayonlarında yaşayış məntəqələrinin 

siması çox dəyişmişdi. Bu kəndlərdə ağ daşdan, aynabədli, müasir evlər 

inşa  olunmuşdu.  Lakin  «perspektivsiz»  adlandınlan  kiçik,  əsasən  dağ 

rayonlannda,  kəndlərə  qayğı  göstərilmirdi.  DQMV-nin  azərbaycanlılar 

yaşayan kəndlərində də vəziyyət belə idi. 

Yaşayış məntəqələrinin encıji, su və qaz yanacağı ilə təchizi nisbətən 

yaxşılaşmışdı.  80-ci  illərin  ikinci  yansında  şəhər  və  kəndlərə  ikinci 

sərbəst  elektrik  xətti  çəkilişinə  başlanmışdı.  Əhalinin  su  ilə  təchizini 

yaxşılaşdırmaq üçün müəyyən işlər görülmüşdü. 1971-ci ilinsentyabnn- 

da Kür su kəməri işə salınmış. Kür suyu Bakıya gətirilmişdi. 1982-ci ildə 

Sabirabadda  iri  su  təchizatı  kompleksi  istifadəyə  verilmişdi.  Lakin 

vəziyyət əsaslı şəkildə yaxşılaşmamışdı. Hələ də şəhərlərin 3, kəndlə 



409 


rin 89 faizinin su kəməri yox idi. Baxımsızlıq üzündən kəhrizlərin çoxu 

dağılmışdı.  Kəndlərin  əksəriyyətində  açıq  su  mənbələrindən  istifadə 

olunurdu. 

fJiB  Şəhər  və  kəndlərdə  mənzillərin  qaz  yanacağı  ilə  təchizini 

yaxşılaşdırmaq  üçün  70-ci  illərdə  Əli-Bayramlı-Astara  («Transiran»), 

Yevlax- Şəki, Dəvəçi-Xaçmaz, Yevlax-Xankəndi-Gorus-Naxçıvan, 80-ci 

illərdə  Naxçıvan-Culfa-Ordubad,  Mozdok-Qazıməmməd-Qazax  yüksək 

təzyiqli  qaz  kəmərləri  çəkildi.  Əhalinin  balonlarda  qaz  yanacağı  ilə 

təchizi  də  yaxşılaşdı.  90-cı  illərin  əvvəllərində  respublikanın  bütün 

şəhərlərində  və  kəndlərin  76  faizində  əhali  qaz  yanacağından  istifadə 

edirdi. Lakin xidmət mədəniyyətinin, xətlərə texniki nəzarətin zəif olması 

ilə  əlaqədar  mənzillərin  qazla  təchizi,  xüsusən  qış  aylarında,  xeyli 

pisləşirdi. 

70-80-ci  illərdə  televiziya  verilişlərinin  qəbulu  və  telefonlaşdırma 

sahəsində  də  mühüm  işlər  görülmüşdü.  Onlarla  radio-rele  xətləri 

çəkilmişdi.  1989-cu  ildə  Xankəndində  televiziya  studiyası  istifadəyə 

verilmişdi. 1990-cı ildə respublikada 150-ə qədər telestansiya vardı. 26 

peyk əlaqə stansiyasından istifadə edilirdi. Respublikada əhalinin artıq 95 

faizinin  respublika  televiziyasının  verilişlərinə  baxmaq  imkanı  vardı. 

Lakin  Qərb  zonasında  telesiqnallann  lazımi  səviyyədə  qəbul  olunması 

üçün texniki vasitələr kifayət qədər deyildi. 

Şəhər  və  kəndlərdə  telefon  şəbəkəsi  xeyli  inkişaf  etmiş,  500  minə 

qədər  yeni  telefon  saylan  istifadəyə  verilmişdi.  Şəhərlərarası  telefon 

rabitəsi  genişlənirdi.  Lakin  hələ  minlərlə  ailə  telefon  növbəsində 

dayanırdı.  Kommunikasiya  vasitələrinin,  telefon  xidmətinin  texniki 

səviyyəsi aşağı idi. 

Xəstəxanaların, ambulatoriyalann, sanitar-epidemioloji stansiyaların 

sayı artsa da əhaliyə səhiyyə xidməti, şəhər və kəndlərin sanitar vəziyyəti 

yaxşı deyildi. 1990-cı ildə respublikada 68 mindən çox çarpayısı olan 846 

xəstəxana,  xeyli  ixtisaslaşdınlmış  tibb  müəssisəsi,  onkologiya, 

kordiologiya, neyrocərrahiyyə, diaqnostika mərkəzləri, eksperimental və 

klinik  cərrahiyyə  institutu,  urologiya,  travmotologiya  və  başqa 

xəstəxanalar fəaliyyət göstərirdi. Bu müəssisələrdə 26 minə qədər həkim, 

63  mindən  çox  orta  tibb  işçisi  çalışırdı.  Yeni  sanatoriya  və 

profilaktoriyalar istifadəyə verilmişdi. Təkcə həmkarlar ittifaqının 12 min 

yerlik 22 sağlamlıq mərkəzi, 12 turist bazası və kompleksi vardı. Lakin 

əhalinin  xəstəxanalarda  çarpayı-yerlərlə  təmin  olunmasına  görə 

respublika SSRİ-də ən axınncı yerdə idi. Hər beş rayondan birin 

410 



də doğum evi vardı. İki mindən çox kənddə tibbi yardım xidməti təşkil 

olunmasına şərait yox idi. 

Sənayedə  və  kənd  təsərrüfatında  nəqliyyat  vasitələrindən  istifadə 

olunmasında,  tikintidə  istehsal  texnologiyalan  ciddi  şəkildə 

pozulduğundan, təmizləyici qurğulardan kifayət qədər səmərəli istifadə 

olunmadığından  respublikada  ekoloji  şərait  gündən-günə  pisləşirdi. 

Təkcə  Bakıda  il  ərzində  hər  kv.  km-ə  800-900  ton  zəhərli  maddə 

tökülürdü. Xəzər dənizinə hər gün nülyon kub metrdən çox zəhərli çirkab 

sular axıdılırdı. Ermənistan və Gürcüstandan Azərbaycana gələn çaylar 

zəhərli  maddələrlə  təhlükəli  dərəcədə  çirkləndin  İmişdi.  Kənd 

təsərrüfatında  ziyanvericilərə  qarşı  bütün  dünyada  hələ  60-cı  illərdə 

işlədilməsi  qadağan  olunmuş  DDT  zəhərləyicisindən  90-cı  illərə  qədər 

geniş istifadə edilirdi. Meliorasiya kanallannm çoxuna beton vurulmadığı 

üçün  su  sızması  nəticəsində  600  min  hektar  sahə  yenidən  şoranlaşıb 

sıradan çıxmışdı. Əkinəyararlı sahələrin, demək olar ki, yarısı eroziyaya 

uğramışdı. 

Ekoloji vəziyyəti Sovet ordusunun olduqca zərərli hərbi obyektləri 

daha  da  ağırlaşdınrdı.  Azərbaycanda  radioaktiv  maddələr  basdın  İmiş 

«şərq  qəbiristanlığı»  salınmışdı.  Yaşayış  məntəqələrinin  yaxınlığında 

canlı aləmə ciddi ziyan vuran güclü radioötürücü stansiyalar (ən böyüyü 

Qəbələdədir) qurulmuşdu. Əhalinin 75 faizi ekoloji baxımdan təhlükəli 

ərazilərdə yaşayırdı. 

Ətraf  mühit  təhlükəli  dərəcədə  korlandığından  respublikada  ağ  və 

qaraciyər,  öd  kisəsi,  mədə-bağırsaq,  şiş  və  digər  xəstəliklər  durmadan 

artırdı.  Qadmlann  hər  dörd  nəfərindən  biri  zərərli  istehsal  sahələrində 

işləyirdi.  Uşaq  ölümü  çox  idi.  Kəndlərdə  vəziyyət  daha  pis  idi. 

Yeniyetmələrin fiziki inkişaf göstəriciləri pisləşir, onlar həm boyda, həm 

də çəkidə geri qalırdılar. Əhalinin sayı artsa da illik artım sürəti azalırdı. 

§ 3. Respublikanın mədəni həyatı 

Maarif 


Sovet imperiyası Azərbaycanda siyasi və iqtisa- 

di ağalığının mənəvi dayaqlannı daim möhkəmlən- 

dirməyə çalışırdı. Məqsəd bu idi ki, adamlar ölkədə ən ədalətli cəmiy- 

yət qurulduğuna, kommunist partiyasına və onun liderlərinə inansın, 

sovet həyat tərzini səadət kimi qəbul etsin, vacib əmək vərdişlərinə, 

politexniki təhsilə yiyələnsin və daha məhsuldar işləyə bilsin. Hakim 



411 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə