Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə162/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   216

demək  idi.  Bundan  əlavə,  Azərbaycandan  mallar,  xüsusən  xammal 

olduqca  ucuz,  qəpik-quruşa,  hətta  çox  vaxt  maya  dəyərindən  də  aşağı 

qiymətə  alınırdı.  1990-cı  ildə  neftin  tonu  42  rubla  başa  gəldiyi  halda, 

dövlət  onu  37  rubla  alırdı.  Dünyada  ən  keyfiyyətli  hesab  olunan  Bakı 

nefti  badamlı  suyundan  2,5  dəfə  ucuz  alınıb  aparılırdı.  Xam  şərab 

materiallan ixrac etməklə respublika hər il 200 milyon rubl, tütün ixrac 

etməklə 8 milyon rubl, pambıq lifi ixrac etməklə isə 2 milyard rubl və ya 

dövlət büdcəsinin 50 faizi qədər pul itirirdi. 

Azərbaycanın  sərvətlərindən  istifadə  olunmasında  da  böyük 

israfçılığa yol verilirdi. Neftin emal səviyyəsi neftayırma müəssisəsində 

50  faizdən  (başqa  ölkələrdə  80-90  faiz  idi)  yuxarı  deyildi.  Dəniz 

mədənlərindən çıxan qazı qəbul və nəql etmək üçün qurğular tikilmir, hər 

il 2,5-3 milyard m* qiymətli yanacaq havaya sovrulurdu. Kifajrət qədər 

nəqliyyat  vasitələri,  ixtisaslaşdınImış  anbarlar  olmadığından  hər  il 

istehsal edilən kənd təsərrüfatı məhsullarının xeyli hissəsi zay olub gedir, 

itib-batırdı.  Azərbaycanın  flora  və  faunasına  ciddi  ziyan  vurulurdu.  60 

min  hektardan  çox  meşə  sahəsi  məhv  edilmişdi.  Abşeronda  60  min 

hektardan  çox  məhsuldar  torpaq  neftə,  mazuta  bulanmışdı.  Xəlvəti 

iqtisadiyyat daha da genişlənmişdi. 

80-ci  illərin  ikinci  yansında  rəhbərliyin  zəifləməsi  iqtisadi  inkişaf 

sürətinin aşağı düşməsinə səbəb olmuşdu. Belə ki, 70-ci illərə nisbətən 

80-ci illərdə istehsalın artım sürəti sənayedə 1,8, kənd təsərrüfatında isə 

2,3 dəfə azalmışdı. 

Respublikanın  iqtisadiyyatındakı  vəziyyət  adamların  güzəranını 

müəyyən  edirdi.  Əhalinin  sayı  70-80-ci  illərdə  xeyli  artmışdı.  1989-cu 

ildə əhali sayımı göstərirdi ki, Azərbaycan SSR-də artıq 7 milyondan çox 

adam yaşayır. Burada 6 milyona qədər Azərbaycan türkü və ya dünyada 

yaşayan Azərbaycan türklərinin 17 faizi (Birləşmiş Millətlər Təşkilatının 

hesablamasına görə dünyada 38 milyon nəfərə qədər Azərbaycan türkü 

yaşayır), 392 min rus, 391 min erməni, 42 min ləzgi, 35 min avar, 28 min 

yəhudi,  21  min  talış,  14  min  kürd,  7  min  tat,  7  min  udin  və  başqalan, 

ümumiyyətlə,  82  xalqın  nümayəndəsi  sakin  idi.  Azərbaycan 

uzunömürlülər diyan kimi tanınırdı. 1990-cı ildə respublikada yaşı 100-ü 

ötmüş  2500-dən  çox  adam  yaşayırdı,  əhalinin  sayına  münasibətdə  bu 

dünyada ən yüksək göstərici idi. 

Respublikada  əhalinin  sosial  strukturunda  da  dəyişikliklər  baş 

vermişdi.  Urbanizasiya  prosesi  davam  edirdi.  1990-cı  ildə  respublika 

əhalisinin artıq 54 faizi şəhərlərdə məskunlaşmışdı. Sənayedə və kənd 



407 


təsərrüfatında dövlət sektorunun inkişafı ilə əlaqədar fəhlələrin sayı daha 

da artmış, kolxozçu kəndlilərin sayı isə əksinə, xeyli azalmışdı. 1990-cı 

ildə respublikada 1,450 minə qədər fəhlə, 325 min kolxozçu vardı. Ali və 

orta ixtisaslı mütəxəssislərin sayı 650 mini ötmüşdü. 

Əhalinin  2600  min  nəfərdən  çoxu  xalq  təsərrüfatında  çalışırdı. 

Bununla  belə,  əmək  qabiliyyətli  əhalinin  xeyli  hissəsi  işsiz  idi.  Kənd 

rayonlannda,  sənayenin  zəif  inkişaf  etdiyi  yerlərdə  işsizlik  daha  kəskin 

şəkil almışdı. 80>ci illərin ortalannda burada 250 min nəfərdən çox işsiz 

vardı.  80-ci  illərin  axırlannda  Ermənistandan  və  Özbəkistandan 

azərbaycanh və məhsəti türklərinin qovulub Azərbaycana pənah gətirməsi 

ilə əlaqədar onlann sayı yanm milyonu ötüb keçmişdi. İşsizlərin 60 faizini 

gənclər,  60  faizini  isə  kənd  əhalisi  təşkil  edirdi.  İctimai  istehsaldan 

kənarda zəhmətlə gəlir əldə etmək yollan, demək olar ki, bağlı idi, şəxsi 

yardımçı təsərrüfatlara lazımi şərait yaradılmırdı. 

70-80-ci  illərdə  işçilərin  əməkhaqqı,  ictimai  istehlak  fondlarından 

gəlirləri  -  pensiyalar,  təqaüdlər,  müavinətlər  və  s.  formal  olaraq  xeyli 

artmışdı.  Pulun  məzənnəsi  isə  durmadan  aşağı  düşürdü.  1990-cı  ildə  1 

rublun  alıcılıq  qabiliyyəti  1961-ci  ildəkindən  5  dəfə  az  idi.  Belə  bir 

şəraitdə  adamlann  güzəranını  yaxşılaşdırmaq  mümkün  deyildi. 

İqtisadiyyatına  lazımi  qayğı  göstərilmə3rən  dağ  rayonlannda  əhalinin 

dolanacağı  daha  çətin  idi.  İqtisadi  çətinlik,  mənəvi  cəhətdən  təmin 

olunmamaq  üzündən  gənc  oğlanlann  bir  hissəsi  kəndləri  tərk  edib 

şəhərlərə,  respublikadan  kənara  qazanc  dalınca  getməyə  məcbur 

olurdular.  Vaxtında  ailə  həyatı  qura  bilməyən  qızlann,  xüsusən  kənd 

yerlərində,  sayı  xeyli  artmışdı.  Zəhmətsiz  gəlirlərlə  dolanan  ailələr  isə 

cəmiyyət  içərisində  aydın  şəkildə  seçilməyə  başlamışdı.  80-cı  illərin 

sonlarında  iqtisadi  tənəzzüllə  əlaqədar  əhalinin  güzəranı  daha  da 

pisləşmişdi, yoxsulluq içində yaşayanlann sayı durmadan artırdı. 

Əhalinin istehlak tələbləri də tam ödənilmirdi. Ət, balıq, kürü, süd, 

mejrvə,  hətta  üzüm,  tərəvəz  və  s.  üzrə  istehlak  səviyyəsini  müəyyən 

olunmuş  elmi  normalara  qaldırmaq  mümkün  deyildi.  80-ci  illərin 

ortalannda respublikanın şəhərlərində ət, yağ, axırlarında isə həm də şəkər 

talonlarla verilməyə başlanmışdı. 

Bazar durmadan bahalaşır, inflyasiya, qıtlıq artırdı. 70-80-ci illərdə 

qeyri-ərzaq  mallarının,  qızılın  və  başqa  qiymətli  metallann  qiymətləri 

dəfələrlə  qaldınimışdı.  Tələbat  olmayan,  dəbdən  düşmüş  malların 

qiymətlərinin tez-tez aşağı salınması isə əhalinin güzəranına elə bir əsaslı 

təsir göstərmirdi. 



408 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə