Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə161/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   216

Respublikada  kənd  təsərrüfatının,  xüsusən  pambıqçılığın, 

tərəvəzçiliyin,  tütünçülüyün,  70-ci  illərin  sonlanndan  isə,  həm  də 

üzümçülüyün inkişafına diqqət artınlmışdı. Kənd təsərrüfatında texniki 

təchizat  səviyyəsi,  ittifaq  üzrə  orta  göstəricilərə  belə çatmasa  da, xeyli 

yaxşılaşmışdı. 1990-cı ildə kolxoz və sovxozlarda 36,1 min traktor, 4,5 

min taxılyığan kombayn, 4,2 min pambıqyığan maşın, 10 minlərlə başqa 

texnika  vardı.  Buna  baxmayaraq,  işlərin  mexanikləşmə  səviyyəsi  çox 

aşağı  idi.  Pambıqçılıqda,  tütünçülükdə,  tərəvəzçilikdə  əsasən  ağır  əl 

əməyi tətbiq olunurdu. 

70-ci  illərdə  Baş  Mil,  Ciqar-Cibar,  Abşeron,  Lənkəran  kanalları, 

Araz su qurğusu, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Sirab, Şəmkir, 

Köndələnçay dəryaçalan tikilib istifadəyə verildi. 80-ci illərdə Əy- riçay, 

Vələşçay,  Bələnyar,  Qozluçay,  Cavanşir,  Aşağı  Əkərə,  İncəçay 

dəryaçalan  yaradıldı.  Yuxarı  Qarabağ,  Yuxan  Şirvan  kanalları,  Şirvan 

kollektorları  yenidən  quruldu,  Şəmkir  kanalı  çəkildi. 80-ci  illərin  axır- 

lannda  respublikada  1,4  milyon  hektara  qədər  suvanlan  torpaq  vardı. 

Texniki bitkilərin, xüsusən pambığın əkin sahələri taxıl əkini sahələrinin 

hesabına xeyli genişlənmişdi. 1986-cı ildə artıq 300,4 min hektar sahədə 

pambıq  əkilirdi.  Bərdə,  Ağcabədi,  Sabirabad  və  Beyləqan  (o  zaman 

Jdanov  adlanırdı)  iri  pambıq  istehsalı  rayonlarına  çevrilmişdi.  Dənli 

bitkilərin  əkin  sahəsi  ən  aşağı  həddə  412  min  hektara  endirilmişdi. 

Sonrakı 


illərdə 

rayonlann 

texnikimonokultura 

üzrə 


ifrat 

ixtisaslaşdırılması prosesinin qarşısı alındı. Pambıq əkini sahələri ixtisar 

edildi.  Dənli  bitkilərin  əkin  sahələri  isə  yenidən  artınidı.  80-ci  illərin 

sonlannda respublikada 245 min hektar sahədə pambıq, 652 min hektar 

sahədə isə taxıl əkilirdi. 70-ci illərin sonu - 80-ci illərin birinci yansında 

respublikada üzümçülük intensiv surətdə inkişaf etdirildi, 90 min hektara 

qədər  yeni  üzümlüklər  salındı.  1985-ci  ildə  burada  268  min  hektar 

üzümlük  vardı.  Lakin  80-ci  illərin  ikinci  yansında  bütün  Sovet 

imperiyasında  alkoqolizmə  qarşı  düşünülməmiş,  tələsik  mübarizə 

kampaniyası başlanandan sonra yüz min hektardan çox üzümlük məhv 

edilmiş, xalqa böyük ziyan vurulmuşdu. 

Respublikanın  dağlıq  rayonlannda  kiçik  heyvandarlıq  təsərrüfatla- 

nnın ləğv edilməsi burada heyvandarlığın inkişafının xeyli ləngiməsinə 

səbəb olmuşdu. Hətta 70-80-ci illərdə iri heyvandarlıq komplekslərinin 

tikilməsi,  təsərrüfatlararası  heyvandarlıq  müəssisələrinin  yaradılması, 

yem bazasının nisbətən genişləndirilməsi də bu sahədə köklü dəyişikliyə 

şərait yaratmadı. 80-ci illərin sonunda respublikada 2 milyon 

405 



başa  qədər  iribuynuzlu  mal-qara,  6  milyon  başa  qədər  qoyun  və  keçi 

vardı. Heyvandarlıq ən zəif sahə olaraq qalırdı. 

Bu illərdə respublikada tərəvəzçilik daha da inkişaf etdirildi. Tərəvəz 

əkini  sahələri,  əsasən  Lənkəran-Astara  və  Quba-Xaçmaz  zonala-  nnda 

xeyli artınldı. 80-ci illərin axırlarında hər il 900 min tona yaxın tərəvəz 

istehsal  edən  respublikanın  əhalisi  tərəvəzi  ölkə  üzrə  orta  göstəricidən 

çox az istehlak edirdi. 

70-80-ci  illərdə  Azərbaycan  SSR-də  kənd  təsərrüfatı  məhsulu 

başlıca olaraq, xammal və respublikadan kənara aparılan digər məhsullar 

hesabına  2  dəfə  artmışdı.  Lakin  texniki  monokultura,  şəxsi  təsərrüfat- 

lann  zəif  olması  kəndlilərin,  habelə  bütün  əhalinin  ərzaqla  təminatının 

pisləşməsinə  səbəb  olmuşdu.  Respublika  ərzaq  sandan  mərkəzdən, 

demək olar ki, tam asıb idi. 1990-cı ildə burada istehlak olunan taxılm 

cəmi 30, ətin - 43, südün - 32,3 faizini respublikanın təsərrüfatlan verirdi. 

Bu  illərdə  Azərbaycan  SSR-də  mühüm  təsərrüfat  əhəmiyyəti  olan 

kommunikasiya  vasitələrinin  inkişah  da  diqqət  mərkəzində  olmuşdu. 

70-80-ci  illərdə  respublikada  6  min  km  şose,  260  km  dəmir  yollan 

çəkilmişdi.  1979-cu  ildə  Ağdam  -  Xankəndi,  1984-85-ci  illərdə  Yev- 

lax-Balakən dəmiryol xətləri işə salınmışdı. 1975-ci ilədək Bakı-Böyük 

Kəsik  (Gürcüstan  sərhədindədir)  və  Bakı-Yalama  xətlərinin  elek- 

trikləşdirilməsi başa çatmışdı. 1985-ci ildə Bakı-Aktau (Şevçenko) bərə 

yolu  açılmışdı. Xəzər  dəniz  nəqliyyatı  gəmiləri  dünyanın  120  limanına 

yan alırdı. Bakıdan respublikanın 12, SSRİ-nin 80 şəhərinə hava yollan 

uzanırdı. Lakin respublikanın yerli avtomobil yollanna, körpülərə lazımi 

diqqət göstərilmirdi. Kənd yollannın çoxu payız və qış aylannda, demək 

olar ki, keçilməz olurdu. 

Respublikada  mərkəzin  maraqlı  olduğu  sahələr  üzrə  sənayenin  və 

kənd təsərrüfatının inkişafı buradan apanlan malların, xüsusən xammalın 

həcminin  artmasına  şərait  yaratmışdı.  80-ci  illərin  axırlann-  da 

Azərbaycan SSR-də hər il istehsal olunan milli gəlirin 75 faizi qədər mal 

ixrac olunurdu. Onun 45-50 faizini xammal təşkil edirdi. 

İmperiya Azərbaycanın 120-yə qədər müəssisəsində istehsal olunan 

380 adda məhsulu 90-a qədər xarici ölkəyə satır, əldə olunan valyutanın 

çox az bir hissəsini ona qaytanrdı. Aırarbaycana hər il 6,2 milyard rublluq 

məhsul gətirilirdi ki, onun da 60 faizdən çoxunu ərzaq təşkil edirdi. Hər il 

respublikaya  gətiriləndən  1,5-2  milyard  rubldan  çox  mal  apanlırdı 

(1987-ci ildə 100 ABŞ dollan 68,30 rubla bərabər idi). Bu, milli gəlirin bir 

hissəsinin onun əlindən əvəzsiz olaraq alınması 



406 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə