cıyevin, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin simfonik əsərləri,
Fikrət Əmirovun, Səid Rüstəmovun, Süleyman Ələsgərovun, Rauf
Hacıyevin, Zakir Bağırovun, Emin Sabitoğlunun komediyalara yazdığı
musiqilər xalq tərəfindən böyük maraqla qarşılandı. Qəmbər Hüseyn-
linin, Tofiq Quliyevin, Ağabacı Rzayevanın, Ələkbər Tağıyevin, Emin
Sabitoğlunun, Polad Bülbüloğlunun, Oqtay Rəcəbovun, Cavanşir
Quliyevin mahnıları geniş yayılmışdı.
Respublikada ifaçılıq sənəti də inkişaf etmişdi. Xalqın sevimli
müğənniləri Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov,
Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Həqiqət
Rzayeva, Əlövsət Sadıqov, Gülxar Həsənova, Tükəzban İsmayılova, Arif
Babayev, Əbülfət Əliyev, Rübabə Muradova, Qədir Rüstəmov, Alim
Qasımov, Səkinə İsmayılova və onlarla başqalarının vokal sənəti,
tarzənlər Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov,
Həbib Bayramov, Əhsən Dadaşov, Ramiz Quliyev, qarmonçalan Teyyub
Dəmi- rov, kamançaçalan Habil Əliyevin ifaçılığı özünəməxsus zəngin
milli kaloriti ilə seçilirdi.
Yüksək sənətkarlığı ilə bütün dünyada şöhrət qazanmış Niyazi
Azərbaycan milli dirijorluq məktəbinin formalaşmasında və inkişafında
mühüm rol oynamışdı.
Rəşid Behbudovun rəhbərliyi ilə «Mahnı teatn», İslam Rzayevin
başçılığı altında «Muğam teatrı» təşkil olunmuşdu.
Azərbaycan və Qərb musiqisi ənənələri müğənnilər Müslum
Maqomayevin, Lütfıyar İmanovun, Fidan və Xuraman Qasımovaların,
məşhur pianoçular Fərhad Bədəlbəylinin, Vaqif Mustafazadənin və
başqalarının sənətində ustalıqla qaynayıb-qarışırdı. Azərbaycan musiqisi,
ifaçılıq sənəti bütün dünyada maraqla qarşılanırdı.
Respublikanın teatr və kino sənəti də böyük inkişaf yolu keçmişdi.
Azərbaycan rejissorluq məktəbinin ən yaxşı ənənələrini, milli
özünəməxsusluğunu Adil İsgəndərov, Tofiq Kazımovski, Mehdi
Məmmədov və başqaları müvəffəqiyyətlə inkişaf etdirirdilər. Teatrlarda
dünya və Azərbaycanın klassik və müasir dramaturqlarının yüzlərlə
əsərləri tamaşaya qoyulmuşdu. Görkəmli aktyorlar Ələsgər Ələkbərov,
Mərziyyə Davı do va, İsmayıl Osmanlı, Hökümə Qurbanova, Ağasadıq
Gəraybəyli, Barat Şəkinskaya, İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli,
Möhsün Sənani, Rza Əfqanlı, Mustafa Mərdanov, Lütfəli Abdullayev,
Nəsibə Zeynalova, Məlik Dadaşov, Əli Zeynalov, Məmmədrza
Şeyxzamanov, Əliağa Ağayev, Sofa Bəşirzadə və
425
onlarla başqaları Azərbaycan səhnəsində yüzlərlə orijinal və parlaq
obrazlar yaratmışdılar.
Azərbaycan səhnəsində 60-80-ci illərdə Həsən Turabov, Amaliya
Pənahova, Səməndər Rzayev, Fuad Poladov, Səyavuş Aslan, Yaşar Nuri,
Hacıbaba Bağırov, Mikayıl Mirzə, Arif Quliyev, Hamlet Xanızadə,
Əlabbas Qədirov, Cahangir Novruzov və başqalanmn təmsil etdiyi yeni,
istedadlı bir nəsil gəlmişdi.
1945-ci ildə lentə alınan «Arşın mal alan» (rejissorlar R.Təhmasib və
N.Leşenko) filmi ilə Azərbaycan kinematoqrafı dünya ekranlanna çıxdı.
Milli kino sənətinin 1956-cı ildə «O olmasın, bu olsun» (rejissor
H.Seyidzadə), 1958-ci ildə «Uzaq sahillərdə» (rejissor T.Tağızadə),
1970-ci ildə «Yeddi oğul istərəm» (rejissor T.Tağızadə), 1959-cu ildə
«Ögey ana» (rejissor H.İsmayılov) kimi uğurlu əsərləri meydana gəldi.
Bu illərdə çəkilmiş filmlərdə xalqın tarixi keçmişi, yüksək mənəvi
dəyərləri, habelə ictimai reallıqlar, onlann doğurduğu bəzi eybəcərliklər
öz əksini tapırdı. «Nəsimi» (1973-cü il, rejissor H.Seyidbəyli), «Ba- bəb>
(1979-cu il, rejissor E.Quliyev), «İstintaq» (1979-cu il, rejissor
R.Ocaqov), «Axınncı aşırım» (1971-ci il, rejissor K.Rüstəmbəyov),
«Dədə Qorqud» (1975-ci il, rejissor T.Tağızadə), «Tütək səsi» (1975-ci il
rejissor, R.Ocaqov), «Ulduzlar sönmün> (1970-ci il, rejissor
Ə.lbrahimov), «Yaramaz» (1989-cu il, rejissor V.Mustafayev), «Lətifə»
(1990-cı il, rejissor N.Mirzəyev) və başqa filmlər bu baxımdan daha
maraqlı idi. Azərbaycan cizgi filmləri yaradılmasında rejissorlar B.Əliyev
və N.Məmmədovun böyük xidmətləri vardı. Bu illərdə Həsən
Məmmədov, Rasim Balayev, Şəfiqə Məmmədova və başqalarının təmsil
etdiyi istedadlı kino aktyorlan nəsli yetişmişdi.
Azərbaycan rəssamlıq məktəbi daha da inkişaf etməkdə idi. Rəs-
samlann, heykəltəraşların yaradıcılığına partiya öz ideallannın əyani
təşviqat vasitəsi kimi yanaşsa da, müxtəlif təzyiq vasitələri ilə onlan bu
ideallara xidmətə təhrik etsə də, istedadlı fırça və tişə ustaları yetişmiş,
bəşəri idealları tərənnüm edən yüzlərlə əsər yaranmışdı. Görkəmli rəssam
Səttar Bəhlulzadənin «Qudyalçay vadisi», «Kəpəzin göz yaşlan»,
«Şəlalə», «Xəzər üzərində axşam» mənzərələri milli rəngkarlığın ən gözəl
nümunələri idi. Tahir Salahovun «Səhər qatan», «Bəstəkar Qara
Qarayevin portreti», «Təmirçilər», «Xəzər üzərində», «Ramana kəndi» və
başqa əsərləri bədii əlvanlığı, estetik kamilliyi, müasirliyi və nova-
torluğu ilə səciyyələnirdi. Mikayıl Abdullayevin, Vəcihə Səmədova- nm,
Sala.m Salamzadənin, Toğrul Nərimanbəyovun, Tağı Tağıyevin,
426
Maral Rəhmanzadənin, xalçaçı rəssamlar Lətif Kərimovun, Kamil
Əliyevin, plakat ustalan Elmira Şahtaxtinskayanm, Hacıağa NəzəroNiın
və başqalarının əsərləri sənətkarlıq baxımından yetkin və təkrarolunmaz
idi.
Görkəmli heykəltəraşlar Fuad Əbdürrəhmanov «Nizami Gəncəvi»
(Gəncədə 1946-cı ildə, Bakıda 1949-cu ildə qoyulub), «Azad qadın»
(1960-cı il), «Səməd Vurğun» (1961-ci il), Cəlal Qaryağdı «M.Ə.Sa-
bİD>
(1958-ci il), «N.Nərimanov» (1972-ci il), ömər Eldarov «Natəvan»
(1960-cı il), Tokay Məmmədov «Üzeyir Hacıbəyov» (1960-cı il). Ömər
Eldarov və Tokay Məmmədov «Füzuli» (1962-ci il), Tokay Məmmədov
və İbrahim Zeynalov «Nəsimi» (1980-ci il), Mirələsgər Mirqasımov
«Cəlil Məmmədquluzadə» (1974-cü il, Naxçıvan), «Cəfər Cabbarlı»
(1982-ci il) kimi dərin ifadəli, möhtəşəm sənət əsərləri yaratmışdılar.
427