Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə177/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   216

nümayişlər  keçirirdi.  Mitinqçilərin  tələbi  ilə  fevralın  20-də  Vilayət 

Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna 

baxılması  haqqında  müraciət  qəbul  etdi.  Moskva  münaqişəni  daha  da 

qızışdınrdı.  Sov.  İKP  MK  Siyasi  Bürosunun  Bakıya  gəlmiş  üzvü 

sərhədləri  dəyişdirməyin  yolverilməzliyindən  danışır,  Yerevana  gedən 

üzvü isə DQMV-dəki separatçılığa haqq qazandırırdı. 

Respublikanın  suveren  hüquqlarının  tapdalan  masına  Moskvanın, 

Azərbaycan rəhbərliyinin qəti etiraz etmədiyini görən Azərbaycan xalqı 

böyük  həyəcan  içində  idi.  Kortəbii  mitinqlər,  etiraz  nümayişləri 

keçirilirdi.  Ermənistandan  azərbaycanlılann  döyülüb,  alçaldılıb 

qovulmasına,  Yuxan  Qarabağda  isə  ermənilərin  həyasızcasına  torpaq 

iddialarına  qarşı  münaqişə  zonasında  yaşayan  azərbaycanlılar  xüsusən 

qəti  etiraz  edirdilər.  Aşağı  Qarabağ  bölgələrindən  toplanaraq  Yuxan 

Qarabağdan  satqın  erməniləri  birdəfəlik  qovmaq,  münaqişəni 

başlanğıcda həll  etmək,  onun  böyüyüb  qanlı  müharibəyə  çevrilməsinin 

qarşısını almaq üçün əliyalın olsa da, yürüşə hazırlaşan azərbaycanlıları 

rəsmi  Bakının  göstərişi  ilə  Bakıdan  gələn  və  yerli  funksionerlər 

dayandırdılar. 

Hətta  tanınmış  təsərrüfatçı  Xuraman  Abbasova  öz  torpağını 

müdafiəyə  qalxmış  cavanlan  sakitləşdirmək,  yürüşü  dayandırmaq  üçün 

baş  örpəyini  açıb  onların  qabağına  atmışdı.  Fevralın  24-də  vilayətin 

Əskəran  rayonunda  ermənilərin  iki  nəfər  azərbaycanlını  öldürməsi,  19 

nəfərin yaralanması vəziyyəti daha da gərginləşdirdi. 

Erməni millətçiləri xarici ölkələrdə kök salmış lobbilərinin dünyanın 

əsas  informasiya  mərkəzlərinə  təsir  imkanlarından  istifadə  edib 

beynəlxalq  ictimaiyyəti  aldatmağa,  öz  istilaçılıq  niyyətlərinə  haqq 

qazandırmaq  üçün  ermənilərin  cəfakeşliyi,  azərbaycanlıların  isə  vəhşi, 

quldur,  qaniçən  olması  haqqında  yalan  təsəvvürlər  yaratmağa,  xristian 

həmrəyliyinə  nail  olmağa,  münaqişənin  guya  dini  mahiyyət  daşıdığını, 

hansısa  qlobal  xristian  -  islam  qarşıdurmasının  tərkib  hissəsi  olduğunu 

göstərməyə çalışırdılar. Öz qeyri- insani əməllərinə haqq qazandırmaq, 

azərbaycanlılan  biabır  etmək  məqsədilə  ermənilər  böyük  sensasiya 

yaradacaq  dəhşətli  bir  faciə  törətməyi  planlaşdırırdılar.  Onlar  bu  işdə 

Moskvanın  himayədarlığına  arxalanırdılar  və  Azərbaycanda  sabitliyin 

pozulması ilə xalqın ciddi narazılığını mərkəzə çatdırmaq istəyən hakim 

dairələrin fəaliyyətsiz qalacağına əmin idilər. Bunun üçün ən münasib yer 

Sumqayıt şəhəri hesab olunurdu. Son iki ildə, xüsusən 1988-ci ilin yan 

449 



var-fevral  aylarında  Ermənistandan  zorla  qovulmuş  dörd  min  nəfərdən 

çox qaçqın buraya, qohumlarının yanma pənah gətirmişdi, milli iğtişaşa 

təhrikçilik üçün münasib şərait yaranmışdı. 

Sumqayıt  aktı  dəqiq  plan  üzrə  həyata  keçirildi.  Varlı  ermənilər 

əmlakını,  əmanət  kassalarındakı  pullanni  götürüb  şəhəri  tərk  etdilər. 

Ekstremist əhvali-ruhiyyə qəsdən qızışdınlan, hər an milli toqquşma baş 

verə  biləcək  şəhərdə  milisə  nəinki  odlu  silah,  heç  adi  dəyənək  də 

gəzdirməyə icazə verilmirdi. Prokurorluq orqanlan, fevralın 28-dən 29-na 

keçən  gecə  şəhərə  gətirilmiş  hərbi  hissə  də  hadisələrin  ən  gərgin  vaxtı 

fəaliyyətsiz dayanmışdı. 

Sifarişlə  törədiləcək  faciəni  lentə  almaq,  elə  səhəri  gün  hay-küylə 

bütün  dünyaya  çatdırmaq  üçün  əsas  cinayətlərin  baş  verəcəyi  yerlərdə 

əvvəlcədən tele, fotooperatorlar yerləşdirilmişdi. 

Sumqayıtda  Azərbaycanın  suveren  hüquqlanmn  tapdanmasına, 

Ermənistanda  azərbaycanlı  genosidinə  qarşı  kortəbii  çıxışlar  fevralın 

20-dən başlamışdı. Təhrikçi qüvvələr, cinayətkar elementlər vəziyyətdən 

istifadə  edərək  hüquq  mühafizə  orqanlannın  «qanşmazhqda»  təzahür 

edən razılığı ilə ehtirasları qızışdırırdılar. Fevralın 27-də şəhərdə böyük 

mitinq  oldu.  Səhəri  gün  erməni  talanları  başlandı.  Şəhər  rəhbərliyinin 

gətirilmiş  ordu  hissələrindən  istifadə  edib  cinayətlərin  qarşısını  almaq 

tələbi  cavabsız  qaldı,  tik  cinayət  hərəkətlərini  özünü  azərbaycanlı  kimi 

qələmə verən «Paşa» ləqəbli E.Qriqoryan törətdi. Cinayətkarlara erməni 

ünvanlannı  Mənzil  istismar  idarəsində  işləyən  erməni  tanışı  vasitəsilə 

Qriqoryanın arvadı əldə edib vermişdi. Qriqoryan özü şəxsən beş erməni 

öldürmüşdü.  Azərbaycanlılar  içərisində  emosiyaya  qapılaraq  cinayət 

törədənlər  də  olmuşdu.  Lakin  erməniləri  evlərində  gizlədən,  onları 

ölümdən xilas edənlər də az deyildi. 

Ordu və hüquq mühafizə orqanlan artıq iş-işdən keçəndən sonra, ayın 

29-da  axşama  yaxın  hərəkətə  gəlib  cinayətlərin  qarşısını  almaq  üçün 

tədbirlərə başladı. 

Erməni millətçilərinin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər, 

o  cümlədən  26  nəfər  erməni  və  6  nəfər  azərbaycanlı  öldürülmüş,  200 

mənzil  qarət  olunmuş,  onlarla  ictimai  bina,  avtobus,  şəxsi  maşınlar 

yandınlmışdı.  Bütün  Azərbaycan  xalqı,  onun  ictimai  təşkilatlan 

Sumqayıtda  törədilmiş  bu  faciənin  müəlliflərini  və  iştirakçılannı  ciddi 

tənqid  etdi.  Lakin  düşmənlər  istəyinə  nail  oldular.  Onlar  baş  vermiş 

faciənin  nəticələrini  ağlasığmaz  uydurmalarla  bəzəyib  beynəlxalq 

ictimaiyyətdə azərbaycanlılara qarşı mənfi rəy yarada bildilər. 



450 


Sumqayıt  hadisələrindən  sonra  Ermənistanda  qanlı  antitürk 

hərəkatının  hökumətin  və  «Qarabağ  hərəkatı»  liderlərinin  mütəşəkkil 

şəkildə  təşkil  etdiyi  bir  dövrü  başlandı.  Bu  işdə  yaxşı  silahlandırılan 

erməni qeyri-formal hərbi birləşmələri fəal iştirak etdilər. Martın 10-da 

Yerevandan  cənubda  Mehmandan  kəndinin  4  azərbaycanlı  sakini  qətlə 

yetirildi.  Martın  25-də  Ararat  rayonunun  Azərbaycan  kəndlərində 

100-dən çox ev talan edilib yandınIdı, əhalisi qovuldu. Mayın ortalannda 

Yerevan  yaxınlığındakı  Azərbaycan  kəndlərinə  yenidən  basqın  edildi. 

Şirazlı  kəndinin  880  nəfər  sakini  SSRİ-Türkiyə  sərhədinə  qaçıb  orada 

sığınacaq tapdılar. İyunun 20-də Ararat rayonunun daha beş Azərbaycan 

kəndinin 10 minə qədər sakini silahlı erməni quldurlarından yaxa qurtanb 

onlara qoşuldu. Erməni faşistləri Quqark rayonunda daha dəhşətli faciələr 

törətdilər. 1988-ci il noyabrın axırlan-dekabrın əvvəllərində bu rayonda 

70 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Rayonun Gö- zəldərə kəndində 

21  nəfər,  o  cümlədən  6  qadın  və  3  körpə  öldürülmüşdü.  Ermənistanda 

azərbaycanlıların genosidi, hətta burada baş verən dəhşətli zəlzələdən (7 

dekabr) sonra belə dayanmaq bilmədi. 

Təbii fəlakətə düçar olmuş qonşusuna ilk kömək əlini Azərbaycan 

uzatdı.  Dekabnn  8-də  Bakıdan  80  peşəkar  xilasedici,  28  güclü  avto- 

krandan ibarət mexanikləşdirilmiş dəstə Spitaka yola düşdü, onlar təkcə 

ilk günlər 63 nəfəri ölümdən xilas etdilər, uçqunlar altından 320 meyit 

çıxartdılar.  Dekabnn  11-də  Azərbaycandan  zəlzələ  zonasına  «İl-76» 

təyyarəsində köməyə gedən 78 nəfər, o cümlədən 50 nəfər azərbaycanlı, 1 

nəfər  ləzgi  və  başqa  millətlərin  nümayəndələri  Leninakan  yaxınlığında 

qəzaya  uğradı.  77  nəfər  həlak  oldu.  Lakin  erməni  millətçiləri 

azərbaycanlılara qarşı qanlı əməllərinə yenə də son qoymadılar. Nəticədə 

Ermənistanda  bir  nəfər  də  azərbaycanlı  qalmadı.  Onlarm  son 

nümayəndələri - Nüvədi kəndinin əhalisi də 1991-ci il avqustun 8-də bir 

gün  ərzində  rus  əsgərlərinin  köməyi  ilə  Ermənistandan  qovuldu. 

Beləliklə, Ermənistanda Azərbaycan türklərinin öz doğma torpaqlannda 

genosidi  başa  çatdı.  1988-ci  ildə  Ermənistandakı  185  azərbaycanlı 

kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər 

azərbaycanlı qovuldu. Onlara məxsus 31 min ev, 165 kobcoz və sovxoz 

əmlakı,  çoxlu  mal-qara  talandı.  225  nəfər  öldürüldü,  1154  nəfər 

yaralandı,  yüzlərlə  adama  işgəncə  verildi,  bədəninin  əzalan  kəsildi, 

gözləri çıxarıldı. 

Ermənistanda  azərbaycanlılara  qarşı  törədilən  cinayətlərin 

Moskvada,  habelə  müvəffəqiyyətlə  aldadılan  dünya  ictimaiyyəti 

tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ sepatarçılannm 

əl-qolunu 



451 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə