Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə179/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   216

Vəziyyətin  nizama  düşməsini  istəməyən  erməni  millətçiləri  ciddi 

müqavimət  göstərir,  Ermənistandan  Azərbaycan  ərazisinə  silahlı 

basqınlar  edirdilər.  Naxçıvan  MSSR  Ermənistan  tərəfindən  blokadaya 

alınmışdı.  Ermənilər  Azərbaycan  dəmir  yolunun  Ermənistamn  Mehri 

rayonu  ərazisindən  keçən  hissəsində  qatarlann  hərəkətinə  mane  olur, 

onlan atəşə tutur, dəmiryolçulan, sərnişinləri qətlə yetirirdilər. 1990-cı il 

yanvann  12-də  düşmən  bir  neçə  hərbi  vertolyotla  Azərbaycanın  Xanlar 

rayonunun Quşçu kəndinə desant ataraq dinc əhaliyə vəhşicəsinə divan 

tutdu,  onlarla  adam  -  qoca,  uşaq,  qadın  qəddarlıqla  öldürüldü.  Erməni 

faşistləri  Naxçıvanın  Kərçi  kəndinə  basqınlar  edib  320  sakini  oradan 

qovdu və kəndi ələ keçirdi. Bu əməliyyatlarda Sovet ordusunun əsgərləri 

və zabitləri də iştirak edirdilər. Azərbaycan ərazisi Ermənistandakı raket 

atəşinə  tutulurdu.  1990-cı  il  martın  24-də  gecə  üç  erməni  hərbi  hissəsi 

rusların  köməyi  ilə  Qazax  rayonunun  Bağams-Aynm  kəndinə  hücum 

etdilər. Kənd əhalisindən yeddi nəföri, o cümlədən iki qadını və ikiaylıq 

körpəni öldürüb yandırdılar. 

Azərbaycan  SSR  Ali  Soveti  1990-cı  il  iyunun  11-də  Ermənistanla 

sərhəd boyu (975 km) fövqəladə vəziyyət elan etdi. Sərhədlər mühəndis 

qurğuları ilə möhkəmləndirildi, onu müdafiə etmək üçün milis dəstələri 

yaradıldı.  Bu  zaman  SSRİ  Silahlı  Qüvvələri  SSRİ-nin  saxlanılmasına 

münasibət  haqqında  17  mart  Ümumittifaq  referendumunda  iştirak 

etməyən Ermənistana «dərs verməb>, habelə Azərbaycandakı kommunist 

rejimini dəstəkləmək üçün erməni silahlı dəstələrinə köməyi xeyli azaltdı. 

1991-ci il mayın əvvəllərində Çaykənd və Martuna- şendə pasport rejimi 

tətbiq  edildi  və  hərbiləşdiriimiş  erməni  birləşmələri  tərksilah  edildi. 

İyulun  əwələrində  Goranboy  rayonunun  Azad-  kənd,  Sansu,  Manaşid, 

Erkeç  və  Buzluq  kəndlərində  erməni  silahlı  quldurlannm  dayaq 

məntəqələri  dağıdıldı.  Erməni  əhalisi  öz  razılıqları  ilə  bu  bölgələrdən 

köçüb  getdilər.  Lakin  Ermənistan  yenə  rusların  köməyi  ilə  sərhəd 

zonalanndakı Azərbaycan kəndlərinə basqınlardan əl çəkmirdi. Avqustun 

18-22-də erməni hərbi hissələri rusların köməyi sayəsində vertolyotlarla 

və ağır texnika ilə Qazax rayonuna hücuma keçdi. Bağanıs-Aynm kəndi 

dağıdıldı,  dinc  əhaliyə  işgəncələr  verildi.  Erməni  hərbi  hissələrinin 

Zəngilan, Qubadlı və Laçın rayonu kəndlərinə də hücumlan ara vermirdi. 

Can üstündə olan imperiya milli münaqişəni daha da dərinləşdirirdi. 

Lakin  bütün  dayaqlan  çürümüş  imperiyanı  bu  yolla  da  xilas  etmək 

mümkün deyildi. Onun iflası günü-gündən yaxınlaşırdı. İmperiyanın 

454 



pəncəsindən xilas olmağa çalışan Azərbaycan xalqının tələbi ilə 1991-ci il 

avqustun  30-da  Azərbaycan  Respublikası  Ali  Sovetinin  növbədənkənar 

sessiyasında  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa 

edilməsi  haqqında  bəyannamə  qəbul  olunması  ilə  əlaqədar  Qarabağ 

münaqişəsi daha da kəskinləşdi, Ermənistanın əli ilə Azərbaycana qarşı 

apanlan təcavüzkar müharibəyə çevrildi. 



§ 2. Xalq hərəkatının başlanması 

Uzun  illər  əsarətə,  var-dövlətinin  talan  edilməsinə,  milli  və  dini 

hislərinin təhqir olunmasına, hüquqlannm tapdalanmasına dözmüş xalqın 

səbir kasası artıq dolmuşdu. İmperiyanın türk xalqlan ilə Türkiyə arasında 

mühüm  körpü  olduğundan  əsas  zərbə  hədəfi  Azərbaycan  seçilmişdi. 

Moskva  Ermənistanda  və  Dağlıq  Qarabağda  Azərbaycan  türklərinin 

soyqınmı törətmək, Azərbaycanı parçalamaq siyasətini həyata keçirirdi. 

Bu  siyasət  Azərbaycanda  xalq  hərəkatının  yüksəlməsinə  güclü  təkan 

verdi. 

1988-ci  ilin  əvvəllərindən  ilk  kütləvi  etiraz  tədbirləri  başlamışdı. 



Hərəkat həmin ilin sonunadək, demək olar ki, kortəbii xarakter daşıyırdı. 

Doğrudur, yenicə yaranmağa başlayan ictimai-siyasi təşkilatlar - 1987-ci 

ilin  axırlarında  Dövlət  Universitetində  yaradılmış  «Yurd»  təşkilatı, 

1988-ci ilin bahanndan fəaliyyət göstərən «Çənlibcl» cəmiyyəti, «Varlıq» 

komitəsi,  Azərbaycan  Xalq  Cəbhəsinin  (AXC)  təşəbbüs  qrupu  bu 

hərəkata istiqamət verməyə çalışırdı. Lakin yeni ictimai-siyasi təşkilatlar 

hələ kifayət qədər güclü deyildilər. İlk etiraz mitinqi 1988-ci il fevralın 

19-da 


Bakıda  keçirilmişdi.  Ermənistanda  Azərbaycan  türkləri 

soyqınmınm  kütləvi  hal  almasına  qarşı  mayın  16-da  universitetin 

qarşısında  «Yurd»  təşkilatının  fəal  iştirakı  ilə  böyük  mitinq  təşkil 

olunmuşdu. Mitinqçilər oradan şəhərin baş meydanına - indiki «Azadlıq» 

meydanına (o zaman Lenin adına meydan adlanırdı) getmişdilər. Burada 

davam  edən  mitinqdə  görkəmli  ziyalılar  çıxış  etmiş,  xalqı,  rəhbərləri 

respublikanın  hüquqlannı  müdafiə  etməyə  çağırmışdılar.  Mitinqçilər 

mərkəzdən  və  respublika  rəhbərliyindən  erməni  millətçilərinin  azğın 

hərəkətlərinə  son  qoymağı  tələb  edirdilər.  Respublikanın  başqa 

şəhərlərində  də  mitinqlər  keçirilirdi.  Ermənipərəst  Moskvada  sözü 

keçməyən respublika rəhbərliyi xalqın ciddi narazılığını nümayiş etdirib 

ağa-  lanna  təsir  göstərmək  istəyirdi  və  belə  mitinqlərin  keçirilməsinə 

mane 

455 



olmurdu.  Lakin  tanınmış  ziyalılan  mitinq  tribunalanna  cəlb  etməklə 

kortəbii etiraz hərəkatının böyüyüb bu milli münaqişəni törədən rejimə, 

onun respublikadakı canişininə qarşı ümumxalq hərəkatına çevrilməsinə 

yol verməməyə çalışırdı. 

Həmin  günlərdə  «Çənlibel»,  «Bakı  şəhər  alimlər  klubu»,  «Bakı 

incəsənət mərkəzi», AXC-nin təşəbbüs qrupu və başqa yeni ictimai-siyasi 

təşkilatlar  xalq  arasında  siyasi  maarifçilik  işini  genişləndirirdi. 

Seminarlar,  diskussiyalar,  konfranslar  təşkil  olunur,  xalqın  düşdüyü 

bəlanın əsl səbəbləri və ondan çıxış yollan axtanlırdı. 

Moskva 1988-ci ilin mayında Azərbaycandakı canişinini dəyişdirib, 

qəsdən  xalqın  psixologiyasını,  adət-ənənələrini,  köklü  maraqlann  yaxşı 

bilməyən  Əbdürrəhman  Vəzirovu  hakimiyyətə  gətirmişdi.  Xalqın 

tale3mklü  problemlərinin  həll  olunduğu,  hamının  siyasiləşdiyi, 

vəziyyətdən real çıxış yollan axtardığı vaxt, yeni birinci katibin on illərlə 

yığılıb qalan iqtisadi və sosial məsələləri «kompyuterləşdirmə», «qoz is- 

tehsalmı artırmaq», «kəndlərdə hamam tikintisini genişləndirməb) və s. 

kimi  vasitələrlə  həll  etmək  planlannı  açıqlaması  tezliklə  onu  nüfuzdan 

salmışdı. 

Moskvanın  Dağlıq  Qarabağdakı  səlahi)^ətli  nümayəndəsi  A.Vol- 

skinin  ermənipərəst  siyasəti,  xüsusən  nadir  «Topxana  meşəsi»ndə 

ermənilərin sənaye obyektləri tikintisinə başlaması xəbəri xalqı hərəkətə 

gətirdi.  Noyabrın  15-də  Bakı  Dövlət  Universitetinin  qarşısında,  səhəri 

gün  Elmlər  Akademiyasının  böyük  dairəvi  zalında  və  M.Ə.Sabir  adına 

bağda  «Yurd»  təşkilatının  təşəbbüsü  ilə  mitinqlər  keçirildi.  Xalq 

hərəkatının  kortəbii  mərhələsinin  ən  yüksək  dövrü  noyabnn  17-dən 

başlandı.  Həmin  gün  səhər  universitet,  akademiya,  politexnik,  iqtisad 

institut- lan qarşısında nümayişçi dəstələr milisin canlı maneələrini aşaraq 

Sabir  adına  bağa,  oradan isə  «Azadlıq»  meydanına  gəldilər. Meydanda 

mitinqçilərin  tələbləri  oxundu.  Ermənistanın  Azərbaycana  qarşı 

təcavüzünün dayandın İması, Dağlıq Qarabağda antiazərbaycan qurumun 

ləğv edilməsi, əks-təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar həyata 

keçirilməsi,  Azərbaycandan  olan  deputatların  SSRİ  Ali  Sovetinin 

sessiyasında  Ermənistanın  təcavüzü  ilə  əlaqədar  məsələ  qaldırması 

başlıca  tələblər  idi.  Bu  tələblər  Azərbaycan  rəhbərliyini  qane  edirdi. 

Lakin  axşam  hökumət  nümayəndələri  mitinqi  dayandınb  dağılışmağı 

təkid  etdikdə,  mitinqçilər  tələblər  yerinə  yetirilməyincə  meydanı  tərk 

etməyəcəklərini  bildirdilər.  Meydanda  liderliyi  gənc  fəhlə  Nemət 

Pənahov ələ aldı. Burada «Moskvanın fitnələri», «Suverenlüc», «Azad 



456 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə