Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə178/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   216

daha  da  açdı.  Moskva  Azərbaycanın  qanuni  ərazisini  ondan  qoparıb 

Ermənistana  birləşdirmək  istəyən  ermənilərlə  öz  torpaqlarını, 

konstitusiya hüquqlannı qorumaq üçün ayağa  qabcmağa məcbur olmuş 

Azərbaycan xalqının mənafelərini bərabər tutmaq kimi qeyri-real, riyakar 

təşəbbüslər göstərirdi. Qorbaçovun hər iki xalqa müraciəti (1988-ci il 23 

fevral). Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin «1988-1995-ci illərdə 

Azərbaycan SSR-in DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək 

tədbirləri haqqında» (1988-ci il 24 mart), habelə SSRİ Ali Soveti Rəyasət 

Heyətinin mövcud ixtilaflan hər iki xalqın mənafeyinə uyğun şəkildə həll 

etmək  haqqında  (1988-ci  il  18  iyun)  qərarlan  vəziyyətdən  real  çıxış 

yolları  göstərə  bilmədi.  Əslində  Ermənistanın  Azərbaycanın  daxili 

işlərinə qanşmasına icazə verildi. 

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti «Krunb> cəmiyyətini 

xalqlar  arasında  nifaq  salmaq  kimi  yolverilməz  bir  fəaliyyətdə  gü- 

nahlandınb rəsmən  qadağan  etsə  də o,  yenə  də fəal iş  aparırdı.  İyunun 

21-də DQMV Xalq Deputatlan Sovetinin sessiyası vilayətin Ermənistan 

SSR-ə  verilməsi  məsələsini  müzakirə  etdi.  Azərbaycan  SSR  Ali 

Sovetinin sessiyası bunun qeyri-qanuni, respublikanın hüquqlanna zidd 

olduğunu  bildirdi.  Ermənistan  SSR  Ali  Soveti  isə  yenə  kobudcasına 

Azərbaycanın daxili işlərinə qarışaraq vilayəti öz tərkibinə qəbul etməyə 

razılıq verdi. 

imperiyanın  səlahiyyətli  nümayəndəsi  A.İ.Volskinin  «iki  xalq 

arasında  kompromis  yaratmaq»  adı  altında  ermənipərəst  missiyası  da 

səmərəli oldu. Xankəndində tətil və nümayişlər ara vermirdi. Sentyabnn 

18-də ermənilər azərbaycanlılar yaşayan Xocalı kəndinə hücum etdilər. 

Qanlı toqquşma oldu. Sentyabnn 21-də və oktyabrın 18-də Xankəndində 

azərbaycanlıların,  Şuşada  isə  buna  cavab  olaraq  ermənilərin  evləri, 

avtomobilləri yandın Idı. 

«Vəziyyəti nizama salmaq üçün» SSRİ Ali Sovetinin Rəyasət Heyəti 

Azərbaycanın  hüquqlannı kobud  surətdə  pozaraq  1989-cu  il  yan-  vann 

12-də  «Azərbaycan  SSR-in  DQMV-də  xüsusi  idarəçilik  formasının 

tətbiqi haqqında» qərar qəbul etdi. Volskinin başçılığı ilə Muxtar Vilayət 

Xalq  Deputatlan  Soveti,  onun  İcraiyyə  Komitəsi  hüququnda  mərkəzə 

tabe  olan  müvəqqəti  Xüsusi  İdarə  Komitəsi  (XİK)  təşkil  edildi,  bütün 

dövlət  və  ictimai  orqanlann  səlahiyyəti  dayandınidı.  XİK  vilayətdə 

qayda-qanunu  bərpa  etmək  əvəzinə,  onun  Azərbaycanla  iqtisadi 

əlaqələrinin  tam  qınimasma,  azərbaycanlılann  buradan  qovulmasına, 

ermənilərin silahlanmasına və quldur dəstələrində birləşdiriİmə- 



452 


sinə  şərait  yaratdı.  DQMV-də  Laçın,  Şaumyan  və  Xanlar  (indiki 

Goranboy  rayonunun  bir  hissəsi)  rayonlarının  ərazisində  silah,  sursat 

cəbbəxanaları  yaradıldı.  Ermənistandan  DQMV-nin  Mardakert  (indiki 

Ağdərə) rayonundakı gizli təyyarə meydanına silah və sursat daşınırdı. 

Azərbaycanlılardan  isə  adi  ov  silahlan  da  alınırdı.  SSRİ  Nazirlər 

Sovetinin 6 may 1989-cu il qəran ilə DQMV-dəki idarə və müəssisələr 

Azərbaycan  SSR-in  tabeliyindən  çıxanidı.  İyunun  13-dən  XİK-in  tam 

imkan  yaratdığı  şəraitdə  azərbaycanlılar  yaşayan  məntəqələrin 

blokadasına  başlandı.  Sovet  Ordusunun  köməyi  ilə  silahlı  erməni 

quldurları  -  «saqqallılar»  iyulda  Xankəndindən  bütün  azərbaycanlıları 

(14  min  nəfər)  qovub  çıxartdılar.  Avqustun  sonlarında  isə  bir  hissəsi 

qınidıqdan  sonra  azərbaycanlılar  CəmiUi,  Həsənabad  və  Daşbulaq 

kəndlərini  tərk  etməyə  məcbur  oldular.  İ>Tjlun  axırlannda  Şaumyan 

Xalq  Deputatlan  Sovetinin  erməni  deputatlan  «sessiya»  adlandırılan 

yığıncaqlarında  bu  rayonun  DQMV-yə  birləşdirilməsini  Azərbaycan 

SSR Ali Sovetindən xahiş etdilər. Avqustun ortalarında daha bir təhrikçi 

akt  həyata  keçirildi.  DQMV-də  xüsusi  idarə  rejimi  pozularaq  «xalq 

adından  çıxış  edən  nümayəndələrin»  qurultayı  keçirildi  və  burada 

vilayətin bədnam ali hakimiyyət orqanı - Milli Şura «seçildi». 

Azərbaycamn  demokratik  qüvvələrinin  təkidli  tələbi  ilə  SSRİ  Ali 

Soveti  1989-cu  il  noyabnn  28-də  Dağlıq  Qarabağda  vəziyyəti  normal 

hala  salmaq  üçün  XİK-i  ləğv  etdi.  Vilayətin  idarəsi  SSRİ  Ali  Soveti 

xüsusi  komissiyasının  nəzarəti  altında  Azərbaycan  SSR-in  Təşkilat 

Komitəsinə  tapşınidı.  Lakin  yenə  də  Mərkəz  tərəfindən  qəti  tədbir 

görülməməsi  erməniləri  yeni  təhrikçi  hərəkətlərə  şirnikdirirdi. 

Ermənistan SSR Ali Soveti dekabnn 1-də «Ermənistan SSR-i və Dağlıq 

Qarabağı  birləşdirmək  haqqında»  qərar  qəbul  etdi.  Xankəndində 

Ermənistan  bayrağı  qaldırıldı,  təsərrüfat  idarələri  və  müəssisələr 

Ermənistanın  nazirlik  və  baş  idarələrinə  tabe  edildi.  Vəziyyət  daha  da 

gərginləşdi. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti 

DQMV və başqa rayonlarda fövqəladə vəziyyət elan etdi. SSRİ Nazirlər 

Soveti  1990-cı  il  maym  22-də  Muxtar  Vilayətin  iqtisadiyyatını  idarə 

etmək  hüququnu  yenidən  Azərbaycana  qaytardı.  Respublika  Təşkilat 

Komitəsi, hərbi komendatura, xüsusi təyinatlı milis dəstələri vilayətdəki 

azərbaycanlılar yaşayan kəndlərin blokadasını açmağa, qanunsuz silahlı 

dəstələri  ləğv  etməyə  başladı.  Ermənistandan  buraya  silah  və  sursat 

daşınmasının  qarşısını  almaq  üçün  tədbirlər  görüldü.  1990-cı  ilin 

yanvar-iyun  aylannda  vilayətin  43  yaşayış  məntəqəsində  67  xüsusi 

əməliyyat apanlıb, quldurlardan silahlar ahnmışdı. 

453 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə