Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə175/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   216

XVI

 

F Ə S İ L  

SOVET İMPERİYASININ SÜQUTU. 

AZƏRBAYCANDA MİLLİ-AZADLIQ HƏRƏKATI 

§ 1. İmperiyanı iflasdan qurtarmaq cəhdləri 

İflasın 

80-ci illərin ortalarında Sovet imperiyasının 

səbəbləri 

iqtisadi,  siyasi  və  mənəvi  həyatında  böhran  vəziyyəti 

yaranmışdı.  Adamlar  siyasətə,  dövlətin,  təsərrüfatın  idarə  olunmasına 

yadlaşmışdılar.  İstehsalın  artım  sürəti,  səmərəliliyi,  əməyin 

məhsuldarlığı  durmadan  aşağı  düşürdü.  Mövcud  üsul-idarənin  mənəvi 

dayağı olan ehkamçı «kommunist» ideologiyası iflasa uğramışdı. Milli 

respublikalarda milli özünüdərk, hüquqlann tap- dalanmasına, sərvətlərin 

talan  olunmasına  etiraz  əlamətləri  güclənməkdə  idi.  Sonuncu, 

imperiyanın xammal bazasına çevrilmiş türk respublikalarına daha çox 

aid idi. 

Sovet dövlətinin iqtisadi, siyasi və ideoloji əsaslarının ciddi şəkildə 

laxlamasının,  labüd  iflasın  bir  sıra  mühüm  daxili  və  xarici  səbəbləri 

vardı. 

Artıq imperiyanın respublikalan ənənəvi vasitələrlə istismar etmək, 



fövqəldövlət  rolunu,  xalqların  ağır  əməyi  və  düçar  olduqları 

məhrumiyyətlər  bahasına  yaratdığı  hərbi  pariteti  saxlamaq  imkanları 

tükənmişdi.  Güclü  inzibati-amirlik  üsul-idarəsi  iqtisadi  tərəqqini 

buxovlayırdı. İqtisadi iflasın başlıca səbəbi «sosialist iqtisadi modeli»nin 

səmərəsizliyi, adamlarda mülkiyyətə sahiblik hissinin, bazar rəqabətinin 

olmaması  idi.  Artıq  xammal  istehsal  edən  milli  ucqarlann  istismannı 

gücləndirmək  kimi  ənənəvi  vasitələrlə  də  iqtisadi  geriliyi  aradan 

qaldırmaq mümkün deyildi. Buna külli miqdarda yeni investisiyalar tələb 

olunurdu. Bu tələbi bÖ3mk hissəsi hərb maşını tərəfindən udulan milli 

gəlir artıq ödəyə bilmirdi. 



443 


Dövləti  qanunlar  deyil,  partiya  elitasının  maraqları  idarə  edirdi. 

Sözdə elan olunmuş demokratik hüquq və azadlıqların real təminatı yox 

idi.  İqtidar  hüquqi  nihilizmin  dərinləşməsində  maraqlı  idi.  Qanun- 

suzluğun mövcud sistemin təbii keyfiyyəti olması, ona qarşı mübarizənin 

səmərəsizliyi adamlan siyasi həyata laqeydləşdirirdi. 

«Kommunist»  ideologiyasının  təbliğ  etdiyi  ehkamlarla  qurulmuş 

cəmiyyət və onun «böyük gələcəyi» haqqında uydurma iddialarla həyat 

həqiqətləri  arasında  ziddiyyətin  dərinləşməsi  də  iflasın  mühüm  daxili 

səbəblərindən  biri  idi.  Dövlət  məhsuldar  qüvvələri,  istehsalı  inkişaf 

etdirmək  üçün  adamlara  müəyyən  bilik  və  təhsil  verməyə  məcbur  idi. 

Mədəni  səviyyəsi,  dar  hüdudlar  daxilində  belə  artan  xalq  isə  öz  real 

vəziyyətini  düzgün  dərk  edir,  «Kommunist»  ideologiyasının  dayaqları 

məhv olurdu. 

SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Məlumdur ki, 

«Bəla  imperiyası»  adlanan  bu  dövlət  çox  böyük  çətinliklə  iki  sistem 

arasında  hərbi  paritet  yaratmağa  nail  olmuşdu.  Lakin  dünyanın 

demokratik  ölkələri  SSRİ-yə  qarşı  qüvvələrini  birləşdirirdilər, 

Ümumdünya  antikommunist  liqasımn  fəaliyyəti  genişlənmişdi. 

Beynəlxalq  müsəlman  dini  mərkəzlərinin  nümayəndələri  də  bu  liqaya 

qoşulmuşdular.  Ümumdünya  islam  liqası  (1968-ci  ildə  Məkkədə  təşkil 

olunmuşdur)  1976-cı  ildə kommunizmə  qarşı  müqəddəs  müharibə  elan 

etmişdi.  70-ci  illərin  sonlannda  təşkil  olunmuş  İslam  internasionalı  da 

SSRİ-də  müsəlman  antikommunist  və  antisovet  qüvvələri  birləşdirmək 

uğrunda mübarizə apanrdı. 

70-ci illərin ortalannda SSRİ Şərqi Avropada orta mənzilli raketlər 

yerləşdirdi.  Bu,  strateji  tarazlığı  xeyli  pozdu.  1979-cu  ilin  dekabnnda 

Sovet  ordusu  Əfqanıstana  soxuldu.  Nəticədə  demokratik  Ölkələr  artan 

sovet  təhlükəsinə  qarşı  yeni  hərbi  proqramlar  hazırladılar.  Lakin 

SSRİ-nin  bu  tədbirlərə,  xüsusən  külli  miqdarda  vəsait  tələb  edən  yeni 

hərbi proqramlara cavab verməyə artıq imkanı yox idi. 

«Yenidənqurma» 

80-ci  illərin  ikinci  yarısında  Kommunist  Parti- 

cəhdləri 

yası növbəti dəfə Sovet  imperiyasını böhran vəziyyətindən xilas etmək 

üçün  bir  sıra  cəhdlər  göstərdi.  M.S.Qorbaçov  1985-ci  ilin  martında 

Sov.İKP MK-nın Baş katibi vəzifəsini tutduqdan sonra Sov. İKP MK-nın 

həmin  il  çağırılmış  aprel  plenumunda  ölkədə  iqtisadi  və  sosial-mədəni 

tərəqqini  «sürətləndirmək  konsepsiyası»nı  irəli  sürdü.  Sovet 

cəmiyyətində  elmi-texniki  tərəqqini,  maddi  texniki-  bazanı  inkişaf 

etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək, bütün siyasi, ictimai 

və ideoloji təsisatlar sistemini fəallaşdırmaq, «insan 

444 



amilinin  rolunu  yüksəltməb)  üçün  təşəbbüslər  edildi.  Tezliklə  əməyin 

təşkili, təsərrüfat hesabının təkmilləşdirilməsi, çoxukladlı iqtisadiyyatın, 

eləcə  də  icarə  sisteminin,  kooperasiyanın  inkişaf  etdirilməsi,  müxtəlif 

mülkiyyət formalarına əsaslanan təsərrüfatlar üçün imkanlar yaradılması 

haqqında qanunlar və qərarlar qəbul olundu. Lakin onlann tətbiqi üçün 

münasib şərait yox idi. Əvvəlki direktiv aktlar kimi bu qanun və qərarlar 

da gözlənilən nəticəni vermədi. Ona görə ki, təkpartiyalı siyasi sistem, 

partiya  amirliyi  ləğv  olunmadan,  respublikalann  suveren  hüquqları 

özlərinə qaytanimadan artıq iqtisadiyyatı dirçəltmək qeyri- mümkün idi. 

İqtidar  bunu  dərk  edirdi.  Lakin  partiya  elitasının  üç  qrupu  - 

mühafizəkarlar,  yenilikçi  partokratlar  və  öz  dünyagörüşləri  ilə  Avropa 

sosial-demokratlanna yaxın islahatçılar arasında gedən gərgin mübarizə 

əsaslı  islahatlan  ləngidirdi.  Qorbaçov  1987-ci  ilin  yanvarında  Sov.İKP 

MK plenumunda yeni siyasətin - aşkarlıq xəttinin qəbul edilməsinə nail 

oldu. Əvvəllər stalinizm, 20-30-cu illərin partiya liderlərinə qarşı terror, 

sosializmin  ideallaşdınimış  «Lenin  prinsiplərindən»  sapınmalar  ciddi 

tənqid  edildi.  Respublika  mətbuatında  M.Bağırov  rejimi,  onun  qanlı 

əməlləri  geniş  işıqlandınIdı.  Konkret  faktlarla  partiyanın  totalitar 

idarəçilik  metodlan,  qeyri-humanist,  milli  ayn-scçkiliyə  əsaslanan, 

xalqları parçalamaq, düşünən başlardan məhrum etmək, mütiləşdirmək, 

insanlan  robotlaşdıımaq  siyasəti  ifşa  olunurdu.  1988-ci  ildə  SSRt  Ali 

Soveti  Rəyasət  Heyətinin  Sədri  vəzifəsini  ələ  keçirdikdən  sonra 

Qorbaçov partiya amiri iyinə qarşı daha ciddi addımlar atmağa başladı. 

O, Sov. İKP-nin XIX partiya konfransında (1988-ci il iyun) «Humanist, 

demokratik  sosializm»  qurmaq  şüarını  irəli  atıb,  belə  bir  cəmiyyət 

yaratmaq üçün partiya və dövlət orqanlarının funksiyaları arasında hədd 

qoyulmasının,  partiyanın  əsasən  nəzəri,  strateji  siyasətlə  məşğul 

olmasının  vacibliyini  qeyd  etdi.  1989-cu  ildə  ilk  dəfə  çoxman-  datlı 

sistem  əsasında  xalq  deputatlan  seçkiləri  təşkil  olundu.  Lakin  yenə  də 

partokratlann  müqavimətini  qırmaq  mümkün  olmadı.  Kadrlar  partiya 

nomenklaturasında  saxlanıldı.  Partokratlar  yeni  qəbul  edilən  seçki 

qanunlarında deputatların üçdə birinin ittifaq üzrə orqanları olan ictimai 

təşkilatlardan seçilməsinə nail oldular. Bu yeni seçilən xalq deputatları 

içərisində  partokratlann  çoxluq  təşkil  etməsinə  imkan  yaratdı. 

Azərbaycandan  seçilən  SSRİ  xalq  deputatlarının  da,  demək  olar  ki, 

hamısı  partnomenklaturadan  idilər.  Lakin  ölkə  parlamentində 

«qeyri-formal»  deputatlar da  sanballı  bir  qrup təşkil edə  bildilər, bu  da 

siyasi müxalifətin formalaşmasına şərait yaratdı. 



445 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə