Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə172/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   216

rütbəli azərbaycanlı din xadiminin imzaladığı həmin müraciət Qumdakı 

yanvar şəhidlərinin 40-cı günündə, yəni fevarlın 18-də təbrizliləri etiraz 

nümayişi keçirməyə çağırırdı. Zahirən din xadimlərinin çağınşı ilə həyata 

keçirilmiş nümayiş böyük bir çıxışa çevrildi. 1978-ci il fevralın 18-l9-da 

Təbrizdə  53  il  hökmranlıq  etmiş  Pəhləvi  xanədanını,  o  dövrki  türkdilli 

İran  mətbuatının  qiymətləndirdiyi  kimi,  «mənfur  qara  səltənətin  qanlı 

dayaqlarını lərzəyə gətirən» («Varlıq», 1980, № 10, s. 3) 100 min nəfərin 

iştirak etdiyi üsyan baş verdi. 

Hicri tarixlə 1356-cı il bəhmən ayının 29-da (18.02.1978) başlanmış 

və buna görə də «29 bəhmən üsyanı» kimi artıq tarixə düşmüş üsyanın 

birinci günü eyni bir vaxtda - səhər saat 9-da on minlərlə təbrizli sanki bir 

işarə  ilə  şəhərin  müxtəlif  rayonlarında  küçələrə  çıxdılar.  Nümayişçilər 

şəhərin  mərkəzinə  doğru  irəlilədilər.  Bütün  mərkəzi  küçələr 

nümayişçilərlə dolur, meydanlarda mitinqlər keçirilirdi. Qızıllı məscidin 

önündə  on  minlik  xalq  kütləsi  toplaşmışdı.  Nümayişçilər  mitinqləri 

dağıtmaq istəyən polis nəfərlərini qaçmağa məcbur etdilər. Bundan sonra 

hökumət  küçələrə  çıxmış  kütlə  üzərinə  təcili  olaraq  ordu  hissələri 

göndərdi. 

Əllərində  dəyənək,  daş-kəsək,  bəzilərində  isə  alışqan  maddə 

doldurulmuş şüşə qablar olan nümayişçilər avtomat, pulemyot və s. ilə 

silahlanmış polis və ordu hissələrinə, tank və zirehli maşınlara qarşı çıxdı. 

Bundan  sonra  dinc  etiraz  nümayişi  onun  təşəbbüsçüləri  olan  Qum 

ruhanilərinin  də  gözləmədiyi  halda,  mövcud  quruluşa  və  şaha  qarşı 

kəskin bir çıxışa - üsyana çevrildi. Ordu hissələrinin şəhərə yeridilməsi 

əhalinin  qəzəbini  çoşdurdu  və  onlar  hökumət  idarələrini,  bankları, 

mehmanxanaları, xüsusi sahiblərə məxsus və başlıca olaraq Qərb həyat 

tərzini təbliğ və yanpamoqrafık filmlər nümayiş etdirən kinoteatrlan heç 

bir talana yol vermədən dağıdaraq, şahın paniranist siyasətinin və «böyük 

mədəniyyət»  haqqında  demoqoqcasına  fikirlərinin  carçısı  olan  hakim 

«Rəstaxize  mil-  ləte  İran»  («İran  xalqının  dirçəlişi»)  partiyasının  yerli 

şöbəsinin binasına od vurdular. 

Çoxlu ölən və yaralanan olmasına baxmayaraq, üsyan ertəsi günü də 

davam etdi. Üsyan vaxtı bütün şəhər həyatı ölgünləşmişdi - dükan-bazar, 

idarə  və  məktəblər  bağlanmış,  fabrik-zavodlar  dayanmış,  Təbriz 

universitetinin  fəaliyyəti  isə  tələbə  hərəkatının  mərkəzi  kimi  uzun 

müddətə dayandırılmışdı. 



434 


Təbrizdəki polisə və ordu hissələrinə etibar elməyən şah (həqiqətən 

də,  polis  yerli  əhaliyə  qarşı  silah  işlətməmişdi)  ertəsi  günü  -  fevralın 

19-da  Təbrizə  başqa  şəhərlərindən  nizami  hərbi  dəstələr  gətirtdi.  Bu 

hissələrlə  üsyançılar  arasında  qanlı  toqquşmalar  fevralın  19-da 

axşamadək - üsyan yatırılanadək davam eldi. Şəhərdə kütləvi həbslər və 

axtanşlar başlandı. Həmin gün axşam şəhər evlərinin divar və qapılarına 

ayətulla Şəriətmədari və digər ruhanilərin imzası ilə əhalini sakitliyə və 

insan  tələfatının  qarşısını  almağa  və  bazar-dükanı  açmağa  çağıran 

müraciətlər yapışdırıldı. 

İki gün davam edən bu üsyan zamanı İranı rəsmi məlumatının əksinə 

olaraq (9 nəfər ölən, 125 nəfər yaralanan) böyük tələfat - yüzlərlə ölən, 

minlərlə  yaralanan  və  həbs  edilən  oldu.  Üsyanın  əsas  iştirakçılarından 

olan gənclər (o cümlədən tələbələr) içərisində tələfat, xüsusilə çox idi. 

Təbrizdəki üsyanın əks-sədası yaxın kəndlərdə (bunlann əhalisinin 

bir  çoxu  üsyanda  iştirak  edirdi)  və  Cənubi  Azərbaycanın  digər 

şəhərlərində  də  eşidildi.  Mərənd,  Zinuz,  Sərdrud,  Şəbüstər  və  başqa 

şəhərlərdəki kütləvi həbslər həmin əks-sədanın bilavasitə nəticəsi idi. 

Təbriz  üsyanında  ziyalılar,  tələbələr,  sənətkarlar,  xırda  tacir  və 

sahibkarlar, fəhlələr, məktəb şagirdlərindən ibarət 100 min nəfərlik geniş 

kütlə iştirak edirdi. Çoxlu faktlar şəhər əhalisinin bütövlükdə üsyançılarla 

həmrəy olmasını göstərir. 

Üsyanın ön cərgəsində, əlbəttə, 1977-ci ilin sonlanndakı çıxışlarda 

olduğu kimi, ilk növbədə tələbələr gedirdi. 

Üsyan  yatırıldıqdan  sonra  Təbrizin  yüksək  məqamlı  ruhanilərinin 

şəhərdən  uzaqlaşdırılması  ruhanilərin  də  bu  çıxışda  müəyyən  rolu 

olduğunu,  daha  dəqiq  desək,  üsyanın  havadan  kimi  çıxış  etməsini 

göstərirdi. 

Üsyana  rəhbərlik  etmiş,  onu  hazırlamış  və  həyata  keçirmiş  siyasi 

qüvvələr hansılar idi? 

İranın rəsmi dairələrində «İslam  marksistləri» üsyanın başçıları və 

təşəbbüsçüləri  elan  edilmişlər.  Bu  faktı  və  həmin  dövrdə  Cənubi 

Azərbaycanda  (bütün  İranda)  ən  güclü  sol  siyasi  qüvvə  olan  «Xalq 

mücahidləri»  və  bir  çox  məsələlərdə  onlara  yaxın  olan,  Azərbaycanda 

güclü təşkilatlara malik «Xalq fədailəri» təşkilatlarının varlığını nəzərə 

alaraq  bu  iki  təşkilatı  üsyanın  təşkilatçıları  hesab  etmək  olar.  Bununla 

bərabər çıxışın keçirilməsində hərəkatda hələ aparıcı yer tutmasalar da, 

ruhanilərin müəyyən rolu nəzərə alın 

435 



malıdır.  Bu  halda  xalq  mücahidlərinin  üsyanın,  daha  doğrusu,  əvvəlcə 

dinc  etiraz  nümayişi  və  mitinqi  kimi  nəzərdə  tutulan  çıxışın 

hazırlanmasında  ruhanilərlə  əlaqədə  olmaları  müstəsna  deyildir.  Çıxış 

zamanı ən böyük  mitinqin Qızıllı məscid önündə nəzərdə tutulması və 

keçirilməsi, hər halda, təsadüfi deyildi. 

Təbriz  üsyanının  əsas  səbəblərindən  biri  şahlıq  idarə  üsulunun 

ölkədə,  xüsusilə  son  onilliklərdə  rəvac  verdiyi  imperialist  nüfuzunun 

artmasından  və  onun  fəal  şəkildə  təbliğ  etdiyi  Qərb  həyat  tərzindən 

narazılıq  idi.  Üsyanın  antiimperialist  cəhəti  özünü  xarici  bankların, 

maşınların  yandırılmasında.  Qərbin  həyat  tərzini  təbliğ  edən 

kinoteatrların dağıdılmasında göstərdi. Çıxışın açıq antişah istiqaməti isə 

daha  qabarıq  şəkildə,  daha  əhatəli  miqyasda  həyata  keçirildi.  Bu 

cəhətdən,  yəni  üsyanın  Pəhləvi  monarxiyasına  və  şəxsən  müstəbid 

Məhəmməd  Rza  şaha  qarşı  çevrilməsi  çox  önəmlidir.  Ölkədə  açıq 

fəaliyyət  göstərən,  yeganə  siyasi  təşkilat  olan  və  şahın  başçılıq  etdiyi 

hakim  «Rəstaxiz»  partiyasının  Azərbaycandakı  şöbəsi  binasının 

yandırılıb  dağıdılması,  başqa  sözlə,  şahın  bu  anadək  möhtəşəm  və 

əlçatmaz  hesab  edilən  qüdrətinə  əl  qaldırması  öz-özlüyündə  böyük 

cəsarət istəyirdi. Bu və digər faktlar (üsyan zamanı sayı xeyli artırılmış 

SAVAK xəfiyyələrinə baxmayaraq, əhalinin uzun illərdən bəri ilk dəfə 

olaraq  küçə  və  bazarlarda  şaha  qarşı  düşmən  münasibətini  büruzə 

verməsi,  uşaqların  şahın  portretlərini  daşa  basmaları,  şəhərin  baş 

prospektində onun heykəlini yıxmağa cəhd etmələri və s.) əhalinin şaha 

qarşı  nifrətinin  bir  anda  güclü  şəkildə  üzə  çıxmasını  aydın  şəkildə 

nümayiş etdirdi. Həmin baxımdan bu da əlamətdardır ki, üsyan zamanı 

Təbriz  ətrafındakı  kənd  məktəblərindən  birində  bütün  uşaqlar  şah  və 

arvadının portretlərini dərsliklərdən qoparıb atmışlar. 

Bu  kimi  faktlar  bir  də  ona  görə  qiymətlidir  ki,  İranın  başqa 

yerlərində  inqilab  dövründə  şaha  qarşı  açıq  şüarlar  verilməsi  və  onun 

xalqın  bütün  bədbəxtliyinin  baisi  elan  edilməsi  yalnız  1978-ci  ilin 

avqustunda  ayətulla  Xomeyninin  Pəhləvi  sülaləsini  yıxmaq  haqqında 

tran  xalqına  müraciətindən  sonra  və  xüsusilə  şəhrivər  ayındakı  «qanlı 

cümə günü»ndən (sentyabrın 8-dən) etibarən irəli sürülməyə başlandığı 

halda,  Cənubi  Azərbaycanda  şaha  və  ümumiyyətlə,  şahlığa  qarşı  açıq 

çıxışın  əsası  fevral  üsyanında  qoyulmuşdur.  «Şaha  ölüm»  şüarı  belə 

kəskin şəkildə ilk dəfə məhz Təbriz üsyanı zamanı irəli sürülmüşdü. 



436 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə