Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə170/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   216

XV

 

F Ə S İ L  

CƏNUBİ AZƏJHBAyCAN 

İRAN İNQİLABI DÖVRÜNDƏ 

(1978-1979-cu ülər) 

§ 1. İnqilab ərəfəsində Cənubi Azərbaycanda 

sosial-siyasi vəziyyət 

1941-1946-cı illərdə İranda (Cənubi Azərbaycanda və Kürdüstanda) 

milli-azadlıq  hərəkatları  yatırıldıqdan  az  sonra  ölkədə  ingilislərin 

inhisarında  olan  neft  sənayesinin  milliləşdirilməsi  uğrunda  İran 

xalqlannın mübarizəsi başlandı. Milli burjuaziyanın başçılıq etdiyi həmin 

1949-l953-cü  illər  hərəkatı',  eyni  zamanda  ölkənin  ictimai-siyasi 

heyatının demokratikləşdirilməsi, tranda hökm sürən siyasi qadağanlann 

ləğv  edilməsi  uğrunda  gedən  mübarizə  idi.  Bu  mübarizədə  Cənubi 

Azərbaycan fəal iştirak etmişdir, Təbriz döyüşən Tehran, İsfahan, Əhvaz 

və  b.  şəhərlər  cərgəsində  olmuşdur.  Hərəkat  beynəlxalq  imperializmin 

(ilk  növbədə  ABŞ  və  İngiltərə)  bilavasitə  yardımı  ilə  qan  dəryasında 

boğuldusa  da,  İran  xalqlarının  həmin  illərdəki  mübarizəsi  ölkənin 

ictimai-siyasi və iqtisadi həyatının sonrakı inkişafına güclü təsir göstərdi. 

1949-1953-cü  illər  hərəkatı  nəticəsində  İngiltərənin  ölkənin  neft 

sənayesi üzərində inhisarına son qoyulmasına, daha son ralar bu mühüm 

sahənin  milliləşdirilməsi  üçün  əsas  yaranmasına  baxmayaraq,  İranın 

ictimai-siyasi  həyatında  hökm  sürən  ziddiyyətlər  aradan  qaldırılmadı, 

ölkəni,  xüsusilə  Cənubi  Azərbaycanı  50-ci  illərin  sonu  60-cı  illərin 

əvvəllərində  güclü  kəndli  çıxışları  bürüdü.  Sosial  partlayışın  baş  verə 

biləcəyi artıq hakimiyyətdə olanlara da aydın 

' Hərəkatın lideri  1949-cu il  oktyabrın 23-də təşkil olunmuş Milli Cəbhə adlanan 

milli burjuaziyaya mənsub siyasi təşkilatın başçısı doktor Məhəmməd Müsəd- diq idi. D-r 

M.  Müsəddiq  1951-1953-cü  illərdə  müəyyən  fasilələrlə  İran  hökumətinin  başçısı 

olmuşdur. 



428 


idi. Odur ki, gözlənilən sosial partlayışın qarşısını almaq məqsədilə dövlət 

bütün ölkədə islahatlar keçirmək qərarına gəldi. 

İranda 6Ü-70-ci 

1962-ci ildən başlayaraq 70-ci illərin ortaları- 

illər islahatları 

nadək «ağ inqilab» adı ilə yuxandan - şah tərə- 

və Cənubi 

findən  geniş  miqyasda  həyata  keçirilən  islahatlar 

Azərbaycan 

ölkənin 


kapitalistcəsinə inkişafını sürətləndirməyi, İranı inkişaf etmiş sənaye və 

aqrar-sənaye  ölkəsinə  çevirməyi  planlaşdırırdı.  Lakin  böyük  hay-küylə 

həyata keçirilən islahatlar ölkədə, xüsusilə Cənubi Azərbaycanda mövcud 

olan sosial gərginliyi ləğv edə bilmədi, əksinə, bir çox sahələrdə əvvəlki 

ziddiyyətlər daha da dərinləşdi. «Ağ inqilab»ın tərkib hissəsi olan aqrar 

islahat  (14.01.1962)  kəndlilərin  dövlətdən,  başlıca  olaraq  iri  torpaq 

sahiblərindən torpaq sahələri satın almasına yardım etməklə, onlan ölkəni 

kənd təsərrüfatı məhsulları ilə təchiz edən fermerlərə çevirmək, iri və orta 

torpaq  sahiblərini  isə  kapitalist  istehsal  üsuluna  əsaslanmalarını  təşviq 

etməklə  onların  mülkədar-kapitalistlər  kimi  yetişməsinə  rəvac  vermək, 

bununla da İranın yarımfeodal kəndləri əvəzində ölkədə kapitalist kəndi 

yaratmaq məqsədi daşıyırdı. Kağız üzərində olan bu islahat planı həmin 

tədbir  ərəfəsində  ölkənin  böhran  vəziyyətində  olan  kənd  təsərrüfatında 

sıçrayışlı  inkişaf  vəd  edirdi.  İlkin  təcrübələrini  Azərbaycanın  Marağa 

vilayətindən  başlamış  bu  islahat  nəticəsində  Cənubi  Azərbaycanda 

kəndlilərin təqribən 80%-i 1962-1978-ci illər ərzində torpaq sahiblərinə 

çevrildi. Lakin kənd təsərrüfat borc banklarının verdiyi vəsait hesabına 

Cənubi Azərbaycanda torpaq satın ala bilmiş kəndlilər fermer təsərrüfatı 

yaratmaq işində bir sıra mühüm çətinliklərlə üzləşdilər və bu çətinliklər 

(su, kənd təsərrüfatı maşınları, gübrə və s. təchizatın yantmazlığı) torpaq 

islahatının əhəmiyyətini əslində heçə endirdi. Keçmiş yanmfeodal torpaq 

sahibləri isə Cənubi Azərbaycan kəndində kapitalist təsərrüfatı yaratmaq 

imkanından  lazımınca  istifadə  etmədilər.  Onların  əksəriyyəti  islahat 

qanunu  ilə  müəyyən  olunmuş  normadan  artıq  torpaq  sahələrinin 

satılmasından 

əldə 


etdikləri 

vəsaiti 


təsərrüfatlarını 

yenidən 


kapitalistcəsinə  qurmağa,  Azərbaycan  kəndi  və  şəhərlərində  sənaye 

obyektləri yaratmağa sərf etməyə deyil, həmin vəsaiti, bir qayda olaraq, 

İranın mərkəz bölgələrinə köçürməyə tələsdilər. Üstəlik Azərbaycanda da 

aqrar-sənaye komplekslərinin (təbii və kimyəvi gübrə istehsalı və s. üzrə) 

yaranması haqqında mərkəzə yalançı raportlar təqdim edildi. 

429 



Bütün bunlar Cənubi Azərbaycan kəndlilərinin sosial vəziyyətində 

gözlənilən  köklü  dəyişikliklər  yaranmasına  imkan  vermədi.  Nəticədə 

Cənubi  Azərbaycan  kəndlərində  iş  ardınca  gedənlərin  (o  cümlədən 

tamam köçüb gedənlərin) sayı azalmaq əvəzinə daha da artdı. 

60-70-ci illərdə Azərbaycanda bir sıra sənaye obyektləri - Sof- yanda 

sement  zavodu,  Təbrizdə  maşınqayırma,  nefl  emalı  zavodu,  əsasən 

montaj  müəssisələri  olan  traktor  zavodu,  dizel  mühərrikləri  buraxan 

zavodlar  və  s.  yaransa  da,  bu  inkişaf  tempinə  görə  İranın  əsas  sənaye 

mərkəzlərindən xeyli geri qalırdı. Buna görə də Azərbaycan sənayesinin 

İran sənayesində xüsusi çəkisi azalırdı. 1956-cı ildə əhalinin sayına görə 

İranda  Tehrandan  sonra  ikinci  böyük  şəhər  olan  Təbrizin  1976-cı  ildə 

dördüncü  yerə  (İsfahan  və  Məşhəd  şəhərlərindən  sonra)  keçməsi  də  bu 

qəbildən idi. 

Cənubi  Azərbaycanda  yaranan  həmin  müəssisələr  dövlət 

müəssisələri idi. Xüsusi kapital isə burada maneələrə rast gəldiyindən, o 

cümlədən  mərkəzin  milli  ayrı-seçkilik  siyasətilə  üzləşdiyindən 

Azərbaycanın özündə sənayeyə, xüsusilə iri müəssisələrin yaradılmasına 

xüsusi kapital qoyuluşu çox az idi. Buna görə də Azərbaycan sənayesində 

hələ  də  xırda  müəssisələr  müəyyən  rol  oynayırdı.  Azərbaycan 

burjuaziyasının kapitalı İranın digər sənaye mərkəzlərində, ilk əvvəl isə 

Tehranda  mühüm  rol  oynayırdı.  Hətta  Tehran  iqtisadiyyatını  yaşadan 

amil məhz azərbaycanlılann ölkə paytaxtının iqtisadi həyatına qoyduqlan 

xüsusi kapital idi. 

Sənaye  üzrə  göstərilən  ləng  inkişaf  bu  illərdə  müşahidə  olunan 

vəziyyət  üzündən  torpaqdan  ayrılan  kəndlilərin  böyük  əksəriyyətinin 

Cənubi Azərbaycan şəhərlərində deyil, İranın digər sənaye şəhərlərində, 

ilk növbədə Tehranda cəmləşməsinə və məskunlaşmasına gətirib çıxartdı. 

Tehranda əvvəldən də çox olan azərbaycanlıların sayı inqilab ərəfəsində 

artıq çoxdan milyonu aşmışdı.' 

Azərbaycanda  iri  sənaye  obyektlərinin  zəif  inkişaf  etməsi  və 

sənayedə  xırda  müəssisələrin  xüsusi  çəkisinin  üstünlüyü  nəticəsində 

şəhər  əhalisinin  strukturunda  orta  təbəqələrin  (xırda  burjuaziyanın  və 

sənətkarların, eləcə də müəyyən peşəsi olmayan və başlıca olaraq şəhər 

yoxsullanndan ibarət olan marginal qüvvələrin) sayı çoxluq təşkil edirdi. 

' Qeyri-rəsmi məlumata görə inqilab ərəfəsində (1976-cı ildə) Tehranda yaşayan 4,5 

milyon əhalinin üçdə birini azərbaycanlılar təşkil edirdi. 



430 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə