xanh, Zərifə Əliyevanın oftalmologiyanın, Mirəsədulla Mirqasımov,
Mirməmməd
Cavadzadənin
urologiyanın,
Həsən
Əliyevin
torpaqşünaslığın, Budaq Budaqovun geomorfologiyanın. Cəlal Əliyevin
bitki fiziologiyasının. Validə Tutayuqun Qafqaz floraşünaslığının
inkişafında böyük xidmətləri olmuşdur.
Humanitar elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi.
Üzeyir Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsaslan». Heydər
Hüseynovun «XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən»,
Feyzulla Qasımzadənin «XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin
oçerkləri», Əbdüləzəl Dəmirçizadənin «Kitabi-Dədə Qorqud» dastanının
dili». Həmid Araslınm «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi»,
«Nəsimi» əsərləri, İsmayıl Hüseynovun, Zülfəli İbrahimovun, Əlövsət
Quliyevin, Əbdülkərim Əlizadənin, Ziya Bünyadovun, Əlisöhbət
Sumbatzadənin, Cəmil Quliyevin, İqrar Əliyevin, Sara Aşur- bəylinin.
Mahmud İsmayılovun, Teymur Bünyatovun, Tofiq Köçərlinin və
başqalarının Azərbaycan tarixinə. Məmməd Arifin, Cəfər Xəndanın, Əziz
Şərifin, Mir Cəlalın, Abbas Zamanovun, Məmməd Cəfərin, Bəkir
Nəbiyevin, Yaşar Qarayevin, Kamal Talıbzadənin Azərbaycan
ədəbiyyatına. Məmmədağa Şirəliyevin, Zərifə Budaqovanın, Ağamusa
Axundovun, Yusif Seyidovun, Əlövsət Abdullayevin və baş- qalannm
Azərbaycan dilinə, Firidun Köçərlinin, Fuad Qasımzadənin, Cəmil
Əhmədlinin, Məqsəd Səttarovun və başqalanmn Azərbaycanda fəlsəfi
fikrin inkişafına dair tədqiqat işləri xalqın mənəvi sərvətlərinə
çevrilmişdi. Bu illərdə üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi», üçcildlik
(dörd kitabda) «Azərbaycan tarixi», «Cənubi Azərbaycan tarixinin
oçerkləri», «Cənubi Azərbaycan tarixinin məsələləri», dördcild- lik
«Müasir Azərbaycan dili», «Azərbaycan fəlsəfi fikir tarixinin oçerkləri»,
«Azərbaycan memarlığının tarixi», «Azərbaycan etnoqrafiyası» (I cild)
və başqa əsərlər çap olunmuşdu. Qobustan qayaüstü təsvirlərinin
(arxeoloq İ.Cəfərzadə), Mingəçevir arxeoloji abidələrinin (arxeoloq
S.Qaziyev), Azıx mağarasında 350-400 min il bundan əvvəl yaşamış
qədim insan qalıqlarının (arxeoloq M.Hüseynov) orta əsr Şabran
şəhərinin (arxeoloq R.Göyüşov) və başqa abidələrin aşkar və tədqiq
edilməsi tarix elminə görkəmli töhfələr olmuşdu.
Lakin elmlərin, xüsusən ictimai elmlərin inkişafina hakim
ideologiyanın güclü təzyiqi ləngidici təsir göstərirdi. Xüsusən
Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin sovet dövrü birtərəfli
öyrənilir, mövcud dərin ziddiyyətlər və onlann kökü, ictimai quruluşun,
təsərrü
419
fatçılıq sisteminin qüsurları ilə bağlı səbəbləri açıqlanmırdı. Nailiyyətlər,
ancaq «Kommunist partiyasının diqqət və qayğısı» ilə əlaqələndirilirdi.
Bununla belə, bütün təzyiqlərə baxmayaraq, Ziya Bünyadov, Mahmud
İsmayılov və başqalan təhrif olunmuş tarixi həqiqətləri imkan daxilində
üzə çıxarmağa, saxtakarlıqlarla mübarizə etməyə çalışırdılar.
Respublikada elmin maddi-texniki bazasının inkişafına lazımi qədər
vəsait ayrılmırdı. 70-80-ci illərdə burada elmə milli gəlirin bir faizindən
də az (SSRl-də 6 faiz idi) vəsait sərf olunurdu. Alimlərin əməyi kifayət
qədər qiymətləndirilmirdi. Tədqiqat aparmaq üçün müasir avadanlıq,
hesablama texnikası, cihazlar çatışmırdı. Alimlərə xarici ədəbiyyatdan,
arxivlərdən istifadə etmək, beynəlxalq aləmə çıxmaq çətin idi.
Din
Din açıqca sıxışdınidığından əhalinin çoxu ona
gizlində inanır, mənəvi parçalanma baş verirdi. 40-cı illərdə respublikada
cəmi 17 məscid və 70 nəfərə qədər, əsasən azsavadlı və yaşlı din
xadimləri vardı. Bu, təhsil və mədəni səviyyəsi, bilik dairəsi xeyli artmış
dindarlann tələbatını ödəyə bilmirdi. Xüsusi səylərə baxmayaraq, ideoloji
aparatın ateist təbliğatı səmərə vermirdi. Xalq milli ənənələrini qoruyub
saxlamağa çalışırdı. Dini bayram və mərasimlər yanmieqal şəkildə qeyd
olunurdu. Respublikadakı yüzdən çox müqəddəs pir və ocaqdan 25-i, o
cümlədən «Ətağa» «Əli ayağı» (Bakı), «Babaratma» (Şəki),
«Əshabi-Kəhf», «İmamzadə» (Babək), «Əli pəncəsi» (Ağdam), «Soltan
xəlac» (Quba) və başqaları bütün maneələrə baxmayaraq, əsasən yaşlı və
xəstə adamlar tərəfindən fəal ziyarət olunurdu. 60-cı illərdə
Azərbaycanda 40-dan çox qeydə alınmamış müsəlman, habelə digər dini
birliklər vardı. Müsəlman birliklərindən 12-si gizli fəaliyyət göstərirdi.
30-dan çox müsəlman dini birliyi isə ancaq məhərrəmlik vaxtı (50 gün
ərzində) fəaliyyət göstərirdi. Dini birlikləri nəzarət altında saxlamaq üçün
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1976-cı ildə «Azərbaycan
SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul etdi. Dini birliklərin bir
neçəsi rəsmi məscidə çevrilə bildi, qalanlan isə fəaliyyətini dayandırmalı
oldu.
Kütləvi
Kommunist ideologiyası kütləvi informasiya
informasiya
vasitələrini, o cümlədən dövri mətbuatı tam inhisarı
vasitələri
altında saxlayırdı. Respublikada müharibədən sonrakı ilk illərdə 84 qəzet,
23 jurnal və başqa dövri nəşrlər çap olunurdu. 1952-ei ildən «Kirpi»
jurnalı, 1958-ei ildən «Bakı», 1963-eü ildən «Baku» axşam qəzetləri,
1961-ei ildən «Elm və həyat», 1967-ei ildən
420
«Ulduz», 1975-ci ildən «Azərbaycan təbiəti» jurnalları, 1969-'Cu ildən
«Qobustan» incəsənət almanaxı nəşr olunmağa başlandı. 1951-ci ildən
«Azərbaycan qadını», 1954-cü ildən «Literatumıy Azerbaydjan» jur-
nallan yenidən fəaliyyətlərini davam etdirdilər. Uşaqlar üçün 1946-cı
ildən «Pioner», 1958-ci ildən «Göyərçin» jurnallarının nəşrinə başlandı.
Bir sıra qəzet və jurnallar yeni adla nəşr edilirdi. 1945-ci ildən
komsomolun mətbuat orqanlan «Azərbaycan gəncləri» və «Molodej
Azer- baydjana» adlandmldı. «Müəllim qəzeti» 1946-cı ildən
«Azərbaycan müəllimi», «Vətən uğrunda» (əvvəllər «Revolyutsiya və
kultura» adlanırdı) jurnalı, 1946-cı ildən «İnqilab və mədəniyyət»,
1953-cü ildən isə «Azərbaycan», 1953-cü ildən «Ədəbiyyat» qəzeti
«Ədəbiyyat və incəsənət», «Azərbaycan kolxozçusu» qəzeti,
«Azərbaycan kənd təsərrüfatı», 1960-cı ildən «Sovet kəndi», 1991-ci
ildən «Bərəkət» adı altında çap olundu. Ümumiyyətlə, 1990-cı ildə
respublikada artıq 168 qəzet, 91 jurnal və digər dövri nəşrlər çap
olunurdu.
Bu illərdə respublikada kitab nəşri də xeyli genişlənmişdi. 1988-ci
ildə 1349 adda və ya 1945-ci ildəkindən 3,4 dəfə çox kitab və kitabça nəşr
olunmuşdu. Partiyanın sənədləri, «marksizm-leninizm klassiklərinin»
əsərləri tərcümə və böyük tirajla çap edilir, geniş təbliğ olunurdu.
1976-1987-ci illərdə böyük informasiya tutumuna malik və yarandığı
dövrün ruhunu əks etdirdiyi üçün, şübhəsiz, qiymətli olan X cildlik
«Azərbaycan Sovet ensiklopediyası» (Baş redaktoru akademik Cəmil
Quliyev) nəşr edilmişdi. 80-ci illərdə üçcildlik «Uşaq ensiklopediyası»
(Baş redaktoru akademik Cəmil Quliyev) hazırlanmış və iki cildi çap
olunmuşdu. 70-80-ci illərdə klassik Azərbaycan şair və yazıçılanmn
əsərləri külliyyatı, 20 cildlik klassik Azərbaycan ədəbiyyatı kitabxanası,
50 cildlik dünya uşaq ədəbiyyatı kitabxanası, 100 cildlik dünya
ədəbiyyatı kitabxanası, «Azərbaycan nağılları» çap edilmişdi. Görkəmli
şair və yazıçıların yubileylərinin təntənə ilə qeyd olunması, poeziya
günlərinin keçirilməsi ənənəyə çevrilmişdi. Bütün bunlar xalqın milli
oyanışına əhəmiyyətli təsir göstərmişdir.
Azərbaycan radiosu və televiziyası xeyli inkişaf etmişdi. Respublika
radiosu müxtəlif dalğalarda hər gün I proqram, «Araz» və «Stereo»
proqramlan ilə müxtəlif dillərdə 37 saat veriliş verirdi. Respublika
televiziyası sovet həyat tərzini geniş təbliğ edirdi.
Ədəbiyyat
Azərbaycan ədəbiyyatında tənqidi realizm,
mövcud reallıqlara qarşı etiraz motivləri hələ müharibə illərində
görünməyə başlamışdı. Süleyman Rəhimovun «Mehman» povestində, Sə
421
Dostları ilə paylaş: |