Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə168/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   216

məd  Vurğunun  «Dörd  söz»,  «Ürək»  şeirlərində  bu motivlər  aydın  hiss 

olunurdu. Bu günün problemlərini işıqlandırmağa, xalqı vətənpərvərlik, 

azadlıq  ruhunda  tərbiyə  etməyə  çalışan  bəzi  şair  və  yazıçılar  tarixi 

mövzulara  müraciət  edirdilər.  M.S.Ordubadi  «Qılınc  və  qələm» 

romanında müstəqil, vahid Azərbaycan dövlətinin qurulması üçün xalqın 

qılıncı  ilə  qələminin,  iqtidan  ilə  ziyalısının  birliyinin  vacib  olduğunu 

göstərirdi. 

Müharibədən  sonrakı  illərdə  Azərbaycan  ədəbiyyatında  «konflikt- 

sizlik»  «saf  sənəb>,  «saf  forma»  kimi  uydurma  cərəyanlar  meydana 

gəlmişdi. 

Səməd 

Vurğunun 



«Muğan» 

poeması 


poeziyada 

«konfliktsizlib> cərəyanının ən parlaq nümunəsi idi. C.Məcnunbəyovun, 

M.Təhmasi- bin pyeslərində ziddiyyətlər mübahisədən yuxarı qalxmırdı, 

bu,  guya  antaqonist  ziddiyyətlər  olmayan  sosializm  cəmiyyətində 

qanunauyğun hal kimi qiymətləndirilirdi. 

Kommunist  partiyası  yaradıcı  ziyalıları  həm  tənqidi  realizmə 

uymaqda,  həm  də  kosmopolitizmdə,  Avropa  mədəniyyətinə  pərəstişdə, 

formalizmdə  və  konfliktsizlikdə  ittiham  etdi.  Yaradıcı  ziyalılar,  o 

cümlədən  şair  və  yazıçılar  partiyanı,  rəhbərləri,  50-ci  illərin  ortalanna 

qədər şəxsən Stalini, mövcud sistemi təbliğ etməyə, onun nailiyyətlərini 

şişirtməyə  şimikləndirilirdilər.  Azərbaycan  ədəbiyyatında  «Zamanın 

bayraqdan»,  «Rəhbərə  salam»,  (S.Vurğun),  «Biz  kommunistlə-  rib>, 

«Mərkəzi Komitə» (S.Rüstəm), «Lenin» (R.Rza) və bu bmi başqa əsərlər 

belə meydana gəlmişdi. 

Siyasi  həyatda  Stalinin  vəfatından  sonra  müəyyən  mülayimləşmə 

yaransa da, yaradıcı ziyalılara yenə partiyanın əsgəri kimi yanaşırdılar. 

Ziyalılan N.S.Xruşşov partiyanın «avtomatçılan» adlandınrdı. 

Labn bütün təzyiqlərə baxmayaraq, ədəbiyyatda həyat hadisələrinə 

tənqidi  baxış  formalaşmaqda  idi.  S.Vurğunun  «Aygün»,  M.Hüsey-  nin 

«Qara  daşlar»,  «Alov»,  «Yeraltı  çaylar  dənizə  axır»,  M.İbrahimo-  vun 

«Böyük  dayaq»,  Ə.Vəliyevin  «Gülşən»,  Ə.Məmmədxanlının  «Şirvan 

gözəli»,  İ.Şıxlının  «Aynlan  yollar»,  İ.Əfəndiyevin  «Söyüdlü  arx», 

«Sanköynəklə  Valehin  nağılı»,  «Sən  həmişə  mənimləsən».  Bayram 

Bayramovun  «Aynlıq»,  V.Babanlının  «Vicdan  susanda»,  İ.Qasımovun 

«İnsan  məskən  salm>,  H.Seyidbəylinin  «Telefonçu  qız»  və  başqa 

əsərlərdə  konflikt  insanlann  şəxsi  keyfiyyətləri  arasındab  ziddiyyətlər 

üzərində  qurulurdu.  Lakin  bu  keyfiyyətlərin  mövcud  ictimai  mühitdən 

doğması, ictimai-iqtisadi sistemə bağlılığı, asılılığı açıqlanmırdı. 

60-cı 

illərin  əvvəllərindən  Sovet  cəmiyyətindəki  siyasi 



«mülayimləşmə»  mənəvi  əxlaqi  problematikası  ilə  fərqlənən  «yeni 

nəsil»in «alt- 



422 


mışıncılar»  ədəbi  məktəbinin  meydana  gəlməsinə  şərait  yaratmışdı. 

Cəmiyyətdəki  dərin,  barışmaz  ziddiyyətləri,  insan  hüquqlannın  lapda- 

lanmasmı, qanunsuzluğun baş alıb getməsini, bəşəri və milli dəyərlərin 

deformasiyalanm, saxtakarlığı və başqa eybəcərlikləri mövcud sistemin 

labüd nəticəsi kimi tədqim edən əsərlər də meydana gəlirdi. Rəsul Rza 

«Sarı  dana»  əsərində  Sovet  cəmiyyətində insanın  mal-qaradan  da  ucuz 

tutulduğunu göstərir, bu cəmiyyətin qeyri-humanist xarakterini ifşa edir. 

Cəmiyyətdə,  ailədə,  nəsillər  arasında  olan  ziddiyyətlərin  müxtəlif 

aşkarlıq formaları və əsas səbəbləri S.Rəhmanın «Yalan». İ.Hüseynovun 

«Doğma  və  yad  adamlar»,  «Yanar  ürəb>,  «Tütək  səsi»,  «Kabus», 

Ə.Əbülhəsənin  «Tamaşa  qarının  nəvələri»,  M.Sülcymanlı-  nın 

«Dəyirman»,  «Köç»,  Ə.Əylislinin  «Kür  qırağının  meşələri»,  Ana-  nn 

«Molla  Nəsrəddin-66»,  «Ağ  liman»,  «Yaxşı  padşahın  nağılı».  Bayram 

Bayramovun «Karvan yolu». Elçinin «Ağ dəvə», «SOS», İ.Əfən- diyevin 

«Büllur  sarayda»,  S.Əhmədovun  «Toğana»,  Y.Səmədoğlunun  «Qətl 

günü» əsərlərində məharətlə açıqlanırdı. Ədiblər xalqı öz milli dəyərləri 

əsasında,  vətənpərvərlik  ruhunda  tərbiyə  etməyə  çalışırdılar. 

Ə.Məmmədxanlının «Şərqin səhəri», «Od içində», İ.Şıxlının «Dəli Kür», 

İ.Hüseynovun  «Məhşər»,  Qabilin  «Nəsimi»,  F.Kərimzadənin  «Axınncı 

aşınm», İ.Əfəndiyevin «Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», 

«Şeyx  Məhəmməd  Xiyabani»,  Bayram  Bayramovun  «Karvan  yolu». 

Elçinin  «Mahmud  və  Məryəm»,  Ç.Hüseynovun  «Fətəli  fəthi»  kimi 

əsərləri,  Ə.Cəfərzadənin,  C.Bərgüşadın  və  başqalannm  tarixi romanları 

bu baxımdan mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin 1958-ci ildə 

yazdığı «Gülüstan» poeması gizli şəkildə yayılır, əldən-ələ gəzirdi. Şair 

1967-ci ildə iqtidann Azərbaycan dilinə ögey münasibətinə üsyan edərək 

«latın dili» şeirində yazırdı: 

Söylə necə azadsan ki, 

Komalarda dustaq olub ana dilin? 

Böyük-böyük məclislərdən, 

İtirilib ilim-ilim? 

Bəxtiyar  Vahabzadə  oxucusunu  dövrandan  küsməyə  yox,  mübariz 

olmağa, vətəndaş olmağa çağırır. 

Xalqın zəngin qaynaqları olan mənəvi aləmi öz poetik əksini Əliağa 

Vahidin,  Osman  Sanvəllinin,  Mirvarid  Dilbazinin,  Məmməd  Arazın, 

Hüseyn  Arifin,  Qasım  Qasımzadənin,  Musa  Yaqubun,  Nəbi  Xəzrinin, 

Xəlil Rzanın, Nəriman Həsənzadənin və başqalannm əsərlə 

423 



rində ustalıqla tapmışdı. Bəxtiyar Vahabzadənin fəlsəfi poeziyası xalqa 

olduqca yaxın idi. Vahidin qəzəlləri geniş yayılmışdı. Dövrün qüsurları 

şifahi  xalq  ədəbiyyatının  meyxana  jannnda,  əsasən  Bakı  kəndlərində 

özünəməxsus şəkildə tənqid olunurdu. Yazıçı Maqsud fbrahimbəyo* vun 

əsərləri Azərbaycan kinodramaturgiyası ənənələrini novatorluqla inkişaf 

etdirirdi.  1962-ci  ildən  başlayaraq  hər  ilin  may  ayında  M.Ə.Sa-  bir 

poeziya günləri keçirilməsi ənənəsi yaranmışdı. 

Milli  şüurun  oyanmasında  Cənub  mövzusunda  əsərlərin  xüsusi 

əhəmiyyəti vardı. Azərbaycanın böyük şairi Seyid Məhəmmədhü- seyn 

Şəhriyarın  1954-cü  ildə  yazdığı  «Heydərbabaya  salam»  poeması  bütün 

respublikada  geniş  əks-səda  doğurmuşdu.  Süleyman  Rüstəmin  Cənub 

mövzusunda  yazdığı  silsilə  şeirləri  böyük  poetik  və  siyasi  təsir  gücünə 

malik  idi.  M.lbrahimovun  «Gələcək  gün»,  «Pərvanə»,  P.Maku-  lunun 

«Səttarxan»  romanları  maraqla  qarşılanmışdı.  Balaş  Azəroğlunun,  Əli 

Tudənin,  Söhrab  Tahirin,  Mədinə  Gülgünün,  Hökümə  Billurinin 

əsərlərində parçalanmış vətən, aynlıq, həsrət mövzulan əsas yer tuturdu. 

İncəsənət Müharibədən sonrakı illərdə musiqi sənəti də xeyli inkişaf 

etmişdi.  Görkəmli  bəstəkar  Üzeyir  Hacıbəyov  musiqi  obrazları  təsvir 

vasitələrinin  orijinallığı,  dərin  məzmunu  ilə  fərqlənən  «Nizami» 

kantatasını  yazdı.  Onun  hələ  müharibə  illərində  «Sənsiz»  və  «Sevgili 

canan»  əsərləri  ilə  əsasını  qoyduğu  romans  -  qəzəl  musiqi  jann  geniş 

yayılmışdı.  Üzeyir  Hacıbəyov  məktəbinin  davamçılan  Qara  Qarayevin 

«Leyli və Məcnun» simfonik poeması, «Yeddi gözəl», «İldınmiı yollarla» 

biletləri,  «Don  Kixot»  simfonik  qravürləri,  3-cü  simfoniyası,  Fikrət 

Əmirovun  «Şur»,  «Kürd  ovşarı»,  «Gülüstan-Bayatı  Şiraz»  simfonik 

muğamlan,  «Azərbaycan  süitası»,  «Sevil»  operası,  «Azərbaycan 

kapriççiosu»,  «Nəsimi  haqqında  dastan»  vokal-xoreoqrafik  poeması, 

«1001  gecə»  və  «Nizami»  baletləri.  Soltan  Hacıbəyovun  «Karvan» 

simfonik lövhəsi, «Gülşən» baleti, Niyazinin «Rast»  simfonik muğamı, 

«Çitra» baleti, Arif Məlikovun «Məhəbbət əfsanəsi» və «İki ürək dastanı» 

baletləri,  «Axınncı  aşınm»,  «Metamorfozalan>  simfonik  poema-  lan. 

Cahangir  Cahangirovun  «Arazın  o  tayında»  vokal  simfonik  muğamı 

«Füzuli»,  «Nəsimi»  kantatalan  Azərbaycan  musiqisini  daha  da  şöh- 

rətləndirdi.  Simfonik  muğam  janrının  meydana  gəlməsi  Azərbaycan 

xalqının  Avropa  musiqisinə,  Avropanın  Azərbaycan  musiqisinə 

marağının artmasına şərait yaratdı. 

Bəstəkar  Şəfiqə  Axundovanın  «Gəlin  qayası»  operası.  Əşrəf 

Abbasovun  «Qaraca  qız».  Aqşin  Əlizadənin  «Babək»  baletləri.  Cövdət 

Ha 

424 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə