Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə171/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   216

Beləliklə,  ölkə  iqtisadiyyatının  sürətlə  inkişafına  baxmayaraq,  bu 

sahədə  böhranın  güclənməsi,  bununla  bağlı  şəhərlərə  axının  artması, 

bunlardan  əlavə,  yaranan  iri  sənaye  ocaqlannm  və  şirkətlərin  xırda 

müəssisələri kütləvi şəkildə sıxışdırmast, başqa sözlə desək, orta və aşağı 

təbəqələrin sosial-siyasi vəziyyətinin daha da pisləşməsi, eləcə də hakim 

Pəhləvi xanədanı elitasının azğınlıqları. Qərbin həyat tərzinin geniş təbliğ 

olunması  və  s.  70-ci  illərin  ortalarına  doğru  əhali  içərisində  dərin 

narazılıq  yaratmışdı.  Narazılığı  artıran  amillərdən  biri  də  bütün  ölkədə 

müxtəlif qüvvələr üzərində nəzarət edən, bilavasitə şahın başçılıq etdiyi 

SAVAK-ın (ölkənin asayişini qoruyan gizli polis qurumu) qəddarlığı və 

terror  siyasəti  idi.  Bütün  İran  üçün  ümumi  hal  olan  bu  vəziyyət  milli 

azlıqların  toplu  halında  yaşadığı  ətraf  əyalətlərdə  qüvvədə  olan  güclü 

milli  məhdudiyyətlər  üzündən  daha  kəskin  səciyyə  daşıyırdı.  Həmin 

cəhət  milli-təşəkkül  prosesini  çoxdan  keçmiş,  İranda  iki  ən  böyük 

millətdən  biri  olan  çoxsaylı  Azərbaycan  türklərinin*  mühüm  bir 

hissəsinin yaşadığı Cənubi Azərbaycana xüsusilə aid idi və 1977-ci ilin 

sonlanna  doğru  burada  ümumi  narazılıq  fonunda  siyasi  gərginlik 

yaranmışdı. 

Şahlığın  «milli  vəhdət»  adı  altında  apardığı  şovinist  milli  siyasəti 

Cənubi  Azərbaycanda  xüsusi  təzyiq  vasitəsinə  çevrilmişdi.  Uzun  illər 

ölkədə milli ayrı-seçkilik siyasəti aparan şah hakimiyyəti bəhs olunan «ağ 

inqilab» dövründə maarif sahəsindəki islahatlar adı altında digər xalqlan 

farslaşdırmaq  işini  daha  planlı  şəkildə  həyata  keçirirdi.  Bu  siyasət 

nəticəsində  başqa  milli  dillər  kimi  Azər-  baycan-türk  dili  də  yasaq 

vəziyyətinə  düşmüş,  bu  dildə  qəzet-jurnal,  kitab  nəşri  dayandırılmış, 

əvvəllər  nəşr  edilən  kitablar  isə  yığışdırılıb  yandırılmışdı.  Bu  siyasətə 

qarşı  çıxanlar  şiddətli  cəzalara  məruz  qalmış,  bir  çox  ziyalı  -  şairə 

Mərziyə  Üskui,  yazıçı-pedaqoq  Səməd  Behrəngi,  şairlərdən  Əlirza 

Oqtay, Behruz Dehqan və onlarla başqalan məhv edilmişdi. 

1977-ci ilin sonlarından etibarən İranın müxtəlif yerlərində baş verən 

siyasi  hadisələr  vəziyyətin sosial  partlayışa  doğru  getdiyini  göstərdi  və 

şah hakimiyyətinin cəza tədbirlərini artırması belə bu prosesin qarşısını 

ala bilmədi. 

' İran inqilabının başlanğıcında bütün ölkədə yaşayan Azərbaycan türklərinin sayını 

İran mətbuatı 13-16 milyon nəfər hüdudunda göstərmişdir. (Bax: «Ceyhan», 23.03.1979; 

«Yoldaş», 27.04.1979, №8.) 



431 


Cənubi 

Azərbaycanda 

ilk çıxışlar 

Ümumirana xas olan geniş narazılıqların 

təzahürü özünü, ilk növbədə 1977-ci ilin oktyabr- 

noyabr aylannda Tehran universitetində baş ver- 

miş və ölkənin digər ali məktəblərinə təsir etmiş tələbələrin həyə- 

can və çıxışlannda, bir sıra ziyalılann hökumətə açıq müraciətlərin- 

də - İranın yazıçılar ittifaqınm, hüquqşünas assosiasiyasının, insan 

hüquqlan və azadlıqlarının müdafiəsi komitəsinin ölkədə heç ol- 

mazsa minimum azadlıqlar verilməsi haqqında tələblərində göstər- 

di. Bu qəbildən 1977-ci ilin dekabnnda müxalif partiya olan və gizli 

fəaliyyət göstərən Milli Cəbhənin o dövrdəki İran üçün çox cəsarət- 

li addım hesab edilən bir toplantı keçirməsi bəllidir. Həmin aylarda 

İranın bəzi şəhərlərində hökumət əleyhinə çıxışlar da baş vermişdi. 

1977-ci  ilin  payızından  etibarən  Cənubi  Azərbaycanda  da  bir  sıra 

çıxışlar  olmuşdur.  Din  son  aylannda,  xüsusilə  1977-ci  ilin  dekabrında 

Təbrizdə tələbə və şagirdlər arasında həyəcanlann davam etməsi, tətil və 

nümayişlər  keçirilməsi,  nümayişçilərin  polislə  toqquşmalan,  tələbələrin 

həbs  edilməsi  gərgin  vəziyyət  yaratmışdı.  Bu  qəbildən  noyabrın  28-də 

Təbriz  bazarında  hökumətin  milli  siyasətini  pisləyən  nümayiş  olmuş, 

dekabrın 3-də isə şəhərin ali və orta məktəb müəllimlərinin yürüşü təşkil 

edilmişdi.  Bütövlükdə  götürüldükdə  isə  dekabr  ayı  Təbriz  universiteti 

tələbələrinin  hökumətə,  onun  antidemokratik  siyasətinə  qarşı  çevrilmiş 

çıxışlan  ilə  fərqlənmişdir.  Dekabnn  əvvəli  tələbələrlə  polis  arasında 

toqquşmalarla  başlanmışdı.  Toqquşmalar  dekabrın  1  O-dək  davam 

etmişdir. Lakin 1977-ci ilin ən iri tələbə çıxışı 21 azər günü, yəni 1945-ci 

il dekabrın 12-də Cənubi Azərbaycanda Milli Hökumətin yaranması günü 

olmuşdur. Həmin gün göndərilən hərbi dəstələrlə tələbələr arasında ciddi 

toqquşma baş vermiş, sonuncular arasında ölən və yaralananlar olmuşdu. 

Buna baxmayaraq, tələbələr hökumət əleyhinə şüarlarla Təbrizin mərkəzi 

küçəsi boyunca nümayiş keçirmişlər. Əlamətdar cəhətdir ki, həmin gün 

polis  nəfərləri  tələbə  nümayişinə  hücum  etdikdə  şəhər  əhalisi 

nümayişçilərə tərəfdarlıq etmişdir. Ara verməyən tələbə çıxışlarının daha 

bir səciyyəvi cəhəti bunda idi ki, bu çıxışlar zamanı Təbriz universitetinin 

müəllim  heyətinin  bir  qrupu  tələbə  hərəkatı  ilə  bağlı  şah  qvardiyasının 

universitet binasında yerləşdirilməsinə qarşı çıxdı. Yeri gəlmişkən qeyd 

olunmalıdır ki, bu müəllim qrupunun tələbələrlə həmrəyliyi bütün İranda 

ali məktəb müəllimlərinin ali hərəkata qoşulmasının başlanğı- 

432 



cını qoydu, belə ki, bundan sonra digər ali məktəblərin müəllimləri Təbriz 

universiteti  professorlannm  ardınca  gedərək  ümumi  mübarizəyə 

qoşuldular. 

1978-ci ilin ilk günlərində ölkədə ən böyük dini mərkəzlərdən olan 

Qumda baş vermiş hadisələr Cənubi Azərbaycanda əks-səda doğurmaqla 

birlikdə  inqilabi  situasiyanın  daha  sürətlə  yetişməsinə  təsir  etdi, 

hadisələrin inqilaba doğru getməsində mühüm rol oynadı. 

1978-ci il yanvarın 7-də Qum şəhərində müxalif qüvvələrə qarşı cəza 

tədbirlərinin tətbiq olunması əleyhinə, hökumət aparatının dəyişdirilməsi, 

demokratik  azadlıqlar  verilməsi  və  ümumiyyətlə,  konstitusiya 

qaydalarına  riayət  olunması,  hətta  şahlığın  ləğv  edilməsi  tələbləri  ilə 

nümayiş keçirilmişdi. Yanvarın 9-da Qumdakı dini məktəblərin minlərlə 

tələbəsinin  (Qumdakı  dini  tələbələrin  azı  17%-ni  azərbaycanlılar  təşkil 

edirdi), ruhanilərin və orta təbəqə nümayəndələrinin iştirak etdiyi növbəti 

nümayiş zamanı eyni tələblərlə çıxış edən nümayişçilərə polis tərəfindən 

atəş açılmışdı. Nəticədə nümayişçilərdən onlarla ölən, yüzlərlə yaralanan 

olmuşdu. 

Hakim dairələrin Qumda nümayiş iştirakçılanna qarşı silah işlətməsi 

bütün iranı təlatümə gətirirdi. Minlərlə əhalini əhatə etmiş həmin nümayiş 

öz-özlüyündə  hələ  inqilabın  başlanması  demək  olmasa  da,  bu  hadisə 

bütün  ölkədə  inqilabi  şəraitin  yetişməsinin  son  həddə  çatmasına  səbəb 

oldu, yaxın gün və aylarda daha mühüm siyasi hadisələrin baş verməsini 

zəruri etdi. 

§ 2. Təbrizdə 29 bəhmən üsyanı 

Gözlənilən  mühüm  hadisələrin  ilk  sədaları  yenə  də  Təbrizdən 

eşidildi.  1977-ci  ilin  son  ayları,  1978-ci  ilin  əvvəllərində  narahat  və 

həyəcanlı  olan  Təbriz  əhalisi  içərisində  fevralın  ortalarında  şəhər 

kinoteatrlarında  nümayiş  etdirilmiş  «iran  ikinci  Dünya  müharibəsi 

zamanı»  adlı film  (filmdə Azərbaycan  xalqının  azadlıq  mübarizi  Seyid 

Cəfər  Pişəvəriyə  bir  sıra  əsassız  hücumlar  edilmişdi)  əlavə  narazılıq 

yaratmışdı.  Bu  və  digər  səbəblərdən  həyəcanlı  olan  təbrizlilərin  ayağa 

qalxması  üçün  Qumdakı  hadisələrin  40-cı  günü  astanasında  həmin 

şəhərin din başçılarının müraciəti təkan oldu. Qumdakı azərbaycanlı din 

xadimlərindən baş ayətulla (ayatulla-əl- üzma) Seyid Kazım Şəriətmədari 

başda olmaqla, beş nəfər yüksək 



433 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə