Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə174/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   216

inqilabın ikinci mərhələsində hərəkata rəhbərliyin şah hakimiyyətinə 

müxalif olan ruhanilərin əlinə keçdiyi aydın görünürdü. Bu dövrdə, hələ 

60-cı illərdən şahlığın və Amerika imperializminin ölkədəki nüfuzunun 

barışmaz əleyhdarı kimi tanınmış ayətulla-əl- üzma (böyük ayətulla-dini 

başçı)  Ruhulla  Musəvi  Xomeyninin  geniş  kütlə  içərisində  şöhrəti  son 

dərəcə artmışdı. Buna görə də bütün əsas siyasi sol təşkilatlar da onu artıq 

inqilabın lideri kimi tanımalı oldular. 

İnqilabın ikinci mərhələsinin ilk çıxışları şah hakimiyyəti tərəfindən 

sentyabrın  7-də  ölkənin  12  şəhərində,  Təbrizdə  isə  sentyabrın  8-dən 

başlayaraq hərbi vəziyyət elan olunması və qadağan saatları qoyulmasına 

qarşı  etiraz  nümayişləri  ilə  başlandı.  Hərbi  vəziyyət  haqqında  qərarın 

qüvvəyə  minməsinə  baxmayaraq,  İranın  bir  çox  şəhərlərində  olduğu 

kimi, Təbrizdə də sentyabrın 8-də hakimiyyətə qarşı nümayiş və ümumi 

tətil keçirildi. Çıxışların əsas mərkəzlərində nümayişçilərin şiddətli atəşə 

tutulması, çoxlu ölən və yaralanan olması hərəkatın qarşısını ala bilmədi, 

əksinə, inqilabın daha böyük sıçrayışla vüsət almasına səbəb oldu. «Qanlı 

cümə günü» adını almış həmin gün əhalinin şaha qarşı qəzəb və nifrətini 

daha da artırdı. 

Sentyabrın sonları və oktyabrın əvvəllərindən bütün İranda başlanan 

və  getdikcə  artan  tətil  hərəkatı,  xüsusilə  neft  sənayesi  fəhlələrinin  bu 

hərəkata qoşulması inqilabın genişlənməsində böyük rol oynadı. Neftçi 

fəhlələrin  noyabr  ayında  iki  həftəlik,  daha  sonra  isə  1978-ci  ilin 

dekabnndan  1979-cu  ilin  fevralın  əwəllərinədək  davam  etmiş  aramsız 

ümumi tətili şah hakimiyyətinə ağır zərbə vurdu və inqilabın taleyini həll 

etdi.  Bütün  ölkəni  bürümüş  tətil  hərəkatı  zamanı  başlıca  olaraq 

SAVAK-ın  (gizli  polis  qurumu)  ləğv  edilməsi,  İran  cəmiyyətinin 

demokratikləşdirilməsi  və  başqa  tələblər  irəli  sürülürdü.  1978-ci  ilin 

noyabrında Fransada ayətulla Xomeyni ilə Milli Cəbhənin başçısı Kərim 

Səncabinin görüşündən sonra onların birgə bəyanatında Pəhləvi sülaləsi 

hakimiyyətinin 

' Məhəmməd Rza şahın daxili  və xarici siyasətinə qarşı çıxışlarına görə dəfələrlə 

həbs edilmiş R.M.Xomeyni 1964-cü ildə Türkiyəyə sürgün edilmiş, daha sonra oradan 

İraqa köçmüşdü. O, 1978-ci il oktyabrın əvvəlində İraq hökumətinin təkidi ilə ölkəni tərk 

etməli  və  Parisə  getməli  olmuşdur.  Buradan  onun  şahlığın  devrilməsi  çağırışı  ilə  İran 

xalqına  müraciətləri  yazılmış  lent  yazılan  İrana  gətirilərək  hərbi  vəziyyət  şəraitində 

yeganə leqal yığıncaq yeri olan məscidlərdə səsləndirilməklə əhaliyə çatdınlırdı. 



440 


ləğv edilməsi zərurəti qeyd olundu. Bundan sonra hələ 29 bəhmən Təbriz 

üsyanı gedişində irəli sürülmüş «şaha ölüm» şüan bütün hərəkata hakim 

kəsildi. 

Cənubi  Azərbaycanda  da  tətil  və  nümayişlər  ara  verməmişdi. 

Oktyabrın 1-də Urmiya, Zəncan, Həmədan və başqa şəhərlərdə ayətulla 

Xomeyninin  traqı  tərk  etməyə  məcbur  edilməsinə  qarşı  geniş  kütlənin 

nümayişi keçirilmiş, bütün oktyabr-noyabr ayları ərzində Azərbaycanın 

Təbriz, Ərdəbil, Marağa, Urmiya, Culfa, Zəncan, Həştrud, Şahpur və b. 

şəhərlərində  fəhlələrin,  müəllimlərin,  dövlət  qulluqçularının,  gömrük 

işçilərinin tətilləri keçirilmiş, geniş kütlənin, tələbə və şagirdlərin iştirakı 

ilə  hakimiyyətə  qarşı  nümayişlər  olmuşdur.  Bu  nümayişlər  zamanı 

nümayişçilərin,  bəzən  polis  və  hərbi  hissələrlə  toqquşmaları  da  baş 

vermişdir. 

Dekabrın  2-dən  başlanan  müsəlmanların  müqəddəs  məhərrəm 

ayında  Azərbaycanda  hakimiyyətə  qarşı  çıxışlar  və  hərbi  hissələrlə 

toqquşmalar  daha  kəskin  şəkil  aldı.  Dekabrın  11-də  aşura  günü  bütün 

İranda  olduğu  kimi,  Azərbaycanda  da  son  dərəcə  əzəmətli  nümayişlər 

keçirilmişdir.  Bütün  dekabr  ayında  ara  verməyən  nümayişlər  zamanı 

polislə  toqquşmalarda  onlarla  ölən,  yaralanan  və  həbs  edilən  olmuşdu. 

Dekabrın  sonlarında  Cənubi  Azərbaycanın  Sərab,  Urmiya,  Marağa, 

Ərdəbil şəhərlərində də geniş nümayişlər keçirilmiş, bunlardan birinci iki 

şəhərdə nümayişçilərlə ordu hissələri və polis arasında toqquşmalar baş 

vermişdir. 

1979-cu  ilin  ilk  günlərindən  həm  hərəkat  rəhbərlərinin  «şah 

getməlidir»  təkidli  tələbi,  həm  də  sayı  milyonları  ötmüş  inqilabçılann 

təzyiqi  nəticəsində  şah,  nəhayət,  yanvarın  16-da  çalıb-çapdığı  böyük 

sərvətlə şəxsi təyyarəsində İrandan qaçdı. İran əhalisi bu qələbəni böyük 

təntənə ilə qarşıladı. 

Cənubi  Azərbaycanın  bütün  şəhərlərində  şahın  heykəllərini  vurub 

yıxdılar.  Küçə  nümayişləri  ilə  müşayiət  olunan  bu  mərasimlər  zamanı 

şaha sadiq qalmış hərbi hissələrlə inqilabçılar arasında toqquşmalar baş 

vermiş, ölən və yaralanan olmuşdu. 

Fevralın  1-də  ayətulla  Xomeyninin  Parisdən  Tehrana  gəlməsi  ilə 

özünün  qələbəsinə  doğru  gedən  inqilabın  son  günləri  Cənubi 

Azərbaycanda,  xüsusilə  Təbrizdə  nümayişlər  daha  izdihamlı  şəkildə 

davam etmişdir. 

Azərbaycanlılar İranın digər başqa yerlərindəki inqilabi çıxışlarda, 

xüsusilə qələbə ilə nəticələnən Tehran üsyanında ən fəal surətdə iştirak 

etmişdilər. 

441 



Şahlığın  devrilməsi  və  fevralın  11-də  paytaxtda  şah  tərəfdarlan 

üzərində  qələbə  çalınmasına  baxmayaraq,  bir  çox  yerlərdə,  eləcə  də 

Cənubi  Azərbaycanda  əks-inqilab  qüvvələri  hələ  bir  neçə  gün  qu- 

duzcasına müqavimət göstərdilər. Bu səbəbdən, xüsusilə Təbrizdə ölən 

və yaralananların sayı çox idi. 

İnqilabi  qüvvələr  fevralın  13-14-də  şahpərəst  qüvvələrlə  qanlı 

vuruşmalar  aparmalı  oldular.  Fevralın  15-də  bütün  şəhər  əhalisi  ayağa 

qalxaraq  hərbi  qarnizonu  əhatə  etdi.  Ciddi  atışmadan  sonra  təbrizlilər 

qarnizonu ələ keçirərək oradakı zabit və əsgərləri həbs etdilər. Fevralın 

16-da  şahpərəstlərin  tör-töküntüləri  Cənubi  Azərbaycanın  hər  yerində 

tamamilə zərərsizləşdirildi və burada da nəzarət xalqın əlinə keçdi. 

Beləliklə, 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab 

Cənubi Azərbaycanda fevralın 16-da başa çatdırıldı. 

1978-1979-cu  illər  İran  inqilabı  dövründə  azərbaycanlılar  25  min 

nəfərə yaxın qurban verdilər. 

442 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə