Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə173/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   216

Deməli, mahiyyət etibarilə antimonarxist və antiimperialist hərəkat 

olan 1978-1979-cu illər tran inqilabının sosial-siyasi səciyyəsini əslində 

elə  inqilabın  başlanğıcında  29  bəhmən  üsyanı  müəyyən  etmişdir.  Bu 

mənada Təbriz üsyanını İran inqilabının modeli hesab etmək olar. 

29 bəhmən 

İranda sükut buzunun qıniması baxımından 

üsyanının^ 

son dərəcə mühüm hadisə olan 29 bəhmən Təb- 

əhəmiyyətı

 

üsyanı ölkədə siyasi və sosial həyata təsir gös 



tərdi. Həmin üsyandan sonra İranda baş verən inqilabi çıxışlar dalğası, 

tədricən  bütün  ölkəni  bürüdü.  İnqilab  cəmiyyətin  başlıca  sosial 

qüvvələrini əhatə etdi, onları sel kimi öz ağuşuna aldı, halbuki 29 bəhmən 

üsyanınadək istər Tehranda, istər Qumda, istərsə də Təbrizin özündə baş 

vermiş çıxışlar əsasən gənclərin, o cümlədən tələbələrin hərəkatı idi. 100 

mindən çox kütləni əhatə etmiş Təbrizdəki 18-19 fevral üsyanı isə tranda 

uzun  illərdən  bəri  bütün  təbliğat  vasitələri  ilə  zahirən  möhtəşəm  və 

sarsılmaz bir qala kimi qələmə verilən Pəhləvi monarxiyasına ciddi, həm 

də həlledici zərbə vuran ilk xalq çıxışı idi. 

İranın  bir  sıra  azərbaycanlı  din  və  siyasi  xadimləri,  eləcə  də  türk 

dilində  nəşr  olunan  mətbuat  orqanları  Təbriz  üsyanının  siyasi 

əhəmiyyətinə  yüksək  qiymət  verməklə*,  bu  çıxışın  Ölkədəki  inqilabın 

başlanmasına və uğurlu nəticəsinə səbəb olmasım xüsusi qeyd etmişlər. 

Bunlardan  yuxarıda  adı  çəkilən  ayətulla-əl-üzma  S.K.Şəri-  ətmədari 

qəzet  müsahibəsində  demişdir  ki,  «29  bəhməndə  Təbrizdə  qanlarını 

axıdanlar İran inqilabının təməlini qoymuşlar»^ 

Tehranda çıxan «Varlıq» jurnalı 29 bəhmən tufanının «mənfur qara 

səltənətin  qanlı  dayaqlannı  lərzəyə  gətirdiyini»  qeyd  edərək,  inqilabın 

həmin  üsyandan  başlandığını  yazır.  Təbrizdə  yayılan  «Dədə  Qorqud» 

jurnalı isə obrazlı şəkildə yazmışdır: «Tomris xanımın balaları Təbrizdə 

29  bəhmən  üsyanı  ilə...  Məhəmmədrza  şahı  tarixin  küllüklügünə 

tapşırdı...»  «Günəş»  jurnalı  isə,  ümumiyyətlə,  azərbaycanlılann  həmin 

inqilabda roluna yüksək qiymət vermişdir. 

' Farsdilli İran mətbuatı, bir qayda olaraq 29 bəhmən üsyanının əhəmiyyətini qeyd 

etmədikləri  kimi,  rusdilli  Sovet  iranşünashğında  (eləcə  də  mətbuat  orqanlannda) 

1978-1979-cu  illər  İran  inqilabına  həsr  edilmiş  zəngin  ço.xsaylı  tarixi  ədəbiyyatda  da 

Təbriz üsyanı və onun inqilabın başlanmasında əhəmiyyəti üzərindən sükutla keçilmişdir. 

•«Günaydın», 15.06.1979. 



437 


Jurnal  yazırdı:  «Bu  əzəmətli  inqilabın  istərsə  başlanıb  ayaq  tutması  və 

istərsə  də  nəticələnməsində  Azərbaycan xalqının  mühüm  və  əsaslı  rolu 

olmuşdur». 

Beləliklə, 29 bəhmən Təbriz üsyanı 1978-1979-cu illərdə bütün İranı 

bürümüş  və  qələbə  ilə  nəticələnmiş  inqilabın  müjdəçisi,  onun 

yetişməsindən xəbər verən ilk qaranquş idi. 

§ 3. İnqilabın inkişafı və Cənubi Azərbaycan 

Təbriz üsyanından sonra ilk mühüm çıxışlar martın 29-30-da, yəni 

həmin  üsyanın  qırxıncı  günü  Tehran,  İsfahan,  Məşhəd,  Əraq,  Qum, 

Təbriz, Zəncan və başqa şəhərlərdə baş verdi. Şahlıq quruluşuna, eləcə də 

bu quruluşun arxasında duran və ölkəni öz nüfuz dairəsinə almış ABŞ-a 

qarşı Təbrizdəki çıxış zamanı həmin nüfuzun təcəssümü kimi banklara, 

kinoteatrlara, eləcə də dövlət idarələrinə hücumlar olmuş, polis nəfərləri 

ilə qanlı toqquşmalar baş vermişdi. Xarici mətbuatın verdiyi xəbərə görə 

Təbrizdə xeyli ölən olmuşdu. 

Martın 29-30-dakı bu hadisələr ölkə miqyasında çox geniş səsləndiyi 

üçün öz zəncirvari əksini həmin çıxışların qırxıncı günü - mayın 9-10-da 

İranın 20-dən çox şəhərində, o cümlədən Tehran, Qum vəTəbrizdə kütləvi 

çıxışların təşkilində tapdı. Çıxışlar yenə də Təbriz və Qumda daha geniş, 

daha  izdihamlı  keçmişdir.  Bu  şəhərlərdə  nümayişçilər  qırmızı 

bayraqlarla, hökumətə qarşı şüarlarla küçələrdə hərəkət etmişdir. Həmin 

şəhərdə nümayişin gedişində polis və SAVAK casusları ilə toqquşmalar 

baş  vermiş,  barrikadalar  yaradılmışdı.  Nümayişçilər  içərisində  ölən  və 

yaralananlar olmuşdur. 

Bütün  ölkədə  yüksəlişə  doğru  gedən  hərəkatın  aparıcı 

mərkəzlərindən olan Təbrizdə növbəti aylarda baş vermiş siyasi hadisələr 

içərisində  avqustun  24-də  imam  Əlinin  ölüm  günündə  təşkil  edilmiş 

nümayiş  bütün  İranda  keçirilmiş  nümayişlər  içərisində  ən  möhtəşəmi 

olmuşdur. Bu nümayişlərdə yüz minlərlə adam iştirak etmişdir. 

Bütün  bu  aylar  ərzində  Təbriz  «Azərabadəgan»  Universiteti 

tələbələrinin  hökumət  əleyhinə,  onun  antidemokratik  siyasətinə  qarşı 

çıxışları  səngimək  bilməmişdir.  Bu  çıxışlar  zamanı  tələbələrin  polislə 

toqquşması halları da olmuşdur. Mayın 8-dəki toqquşma 

438 



nəticəsində bir tələbə ölmüş, 24 tələbə və 3 polis nəfəri yaralanmışdır. Bu 

cəhət  ona  görə  çox  mühüm  və  diqqətəlayiqdir  ki.  universitetin 

professor-müəllim  heyəti  tələbələrlə  həmrəylik  bildirərək,  Ali  Təhsil 

Nazirliyi və Şərqi Azərbaycan ostandarlığına təqdim etdikləri qətnamədə 

bir sıra siyasi tələblər irəli sürmüşdür. 

Tələbələrin  bu  sonuncu  həyəcanından  sonra  «Azərabadəgan» 

Universitetinin  bir  neçə  günlüyə  bağlandığı  elan  edilmişdi.  Əslində  isə 

universitet  bir  neçə  ay  bağlı  olmuşdur.  Lakin  bu  və  ya  digər  cəza 

tədbirlərinə  baxmayaraq,  tələbələrin  hərbi  polis  idarə  üsuluna  qarşı 

çıxışları 1978-ci ilin bütün yayı davam etmişdi. 

Yay ayları müddətində Təbrizdə universitet tələbələrinin ən böyük, 

ən izdihamlı toplantısı avqustun 12-də olmuşdur. Universitet tələbələrinin 

böyük əksəriyyətini əhatə etmiş bu toplantıda onlar 27 maddədən ibarət 

təkliflərinin  və  yuxanda  xatırlanan  professor-  müəllim  heyətinin 

tələblərinin  yerinə  yetirilməsini  irəli  sürmüşlər.  Tələbələr  daha  sonra 

şəhərdə  geniş  nümayiş  keçirmişlər.  Nümayiş  zamanı  İsfahanda  təşkil 

olunmuş nümayişlə həmrəylik və ölənlər ilə əlaqədar başsağlığı və hüzn 

bildirilmişdir. 

Cənubi  Azərbaycanın  digər  şəhəri  Urmiyada  -  Qərbi  Azərbaycan 

ostanının  mərkəz  şəhərində  də  həmin  aylarda  tələbə  həyəcanlan  baş 

vermişdir. 

Bütün bu çıxışlar dövründə Cənubi Azərbaycan şəhərləri, xüsusilə 

Təbriz İranda inqilabın başlanğıcında olduğu kimi, onun yüksəlişə doğru 

getməsində də mühüm və qabarıq mövqe tutmuşdu (hərçənd ki, inqilaba 

dair  tarixi  ədəbiyyatda  bu  qiymət  Öz  dolğun  əksini  tapmamışdır).  Bu 

çıxışlarda  aparıcı  qüvvələr  şəhər  orta  təbəqələri  və  onlara  yaxın  olan 

sosial zümrələr, o cümlədən tələbələr idi. 

1978-ci  ilin  avqustunda  hökumətin  azca  güzəştə  getməyə  -  bəzi 

demokratik  azadlıqlar  (o  cümlədən  «qanun  daxilində»  partiyalar 

yaratmaq)  verməyə  məcbur  olması  ölkədəki  siyasi  gərginliyin  qarşısını 

ala bilmədi. 

tnqilabm yeni 

Həmin İlin sentyabrından inqilabın ikinci, 

mərhələsi 

hərəkatda iştirak edən qüvvələrlə şah hakimiyyəti arasında 

mübarizənin  həlledici  mərhələsi  başlandı.  İranın,  demək  olar  ki,  bütün 

əsas sosial təbəqələri, o cümlədən fəhlələr hərəkata qoşuldular. Müxalif 

siyasi qruplar fəaliyyətlərini genişləndirdilər. Sənaye fəhlələrinin ən çox 

təmərküzləşdiyi  Tehran,  İsfahan  və  s.  şəhərlərdə  hərəkat  geniş  miqyas 

aldı. Təbrizdə də inqilab genişlənirdi. 



439 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə