Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə176/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   216

istər iqtisadi, istərsə də siyasi sahədə «yenidənqurma» partiya elitası 

mühafizəkar  qanadının  ciddi  müqaviməti  nəticəsində  baş  tutmurdu. 

Siyasi  idarəçilikdə  mövqelərini  saxlaya  bilən  partokrat-  lar  təsərrüfata 

rəhbərlikdə  köhnə,  qeyri-iqtisadi  metodlardan  əl  çəkməyə  imkan 

vermirdilər. Bu, onların hakimiyyətinin iqtisadi əsasının məhv edilməsi 

demək  olardı.  Köhnə  iqtisadi  idarəçilik  sisteminin  təzələnməsinə 

yönəldilən  lokal  tədbirlər  isə  uçot-hesabat  dairəsini  zəiflədir,  partokrat 

işbazlara  yeni-yeni  gizli  gəlir  yollan  tapmağa,  xalq  malının  talan 

edilməsinə daha münasib imkanlar yaradırdı. Bərabərhüquqlu mülkiyyət 

müxtəlifliyinə  əsaslanan çoxuk-  ladlı təsərrüfatçılıq, bazar  iqtisadiyyatı 

sisteminə keçmək üçün radikal tədbirlər haqqında hələ yalnız söz-söhbət 

gedir,  müxtəlif  alternativ  proqramlar  uzun-uzadı  müzakirə  olunurdu. 

«Yenidənqurma»  iqtisadiyyatı  daha  da  pozdu,  cəmiyyəti  siyasiləşdirdi, 

partiyanın  nüfuzunu  sarsıtdı,  imperiyanı  daha  da  dərin  ümumi  böhrana 

saldı. 

«Parçala və hökm- 



İmperiyada daxili sökülmə prosesləri baş- 

ranlıq 


et» 

siyasəti- 

landı.  Belə  şəraitdə  mərkəzdənqaçma  qüvvələrinin 

fəallaşması

 

güclənməsindən qorxuya düşən Moskva 



müxtəlif pozucu tədbirlərə əl atdı. Bu dəfə də bəraətvermə (rcablita- siya) 

prosesi  birtərəfli  oldu,  yalnız  partiya  totalitarizmini  ifşa  etməyə 

yönəldildi. «Xalqları oyatmamaq üçün» repressiyalann əsas obyektləri - 

antisovet, millətçi, istiqlalçı, üsyançı təşkilatlann fəal üzvləri, mübarizlər 

şəhid kimi deyil, qara böhtanlann qurbanlan kimi təqdim edildilər. Digər 

pozucu  vasitə  xalqlara  özünü  müstəqil  idarə  etmək,  təsərrüfat  qurmaq 

qabiliyyətinə inamsızlıq hissi aşılanması idi. 

Moskvada  yüksək  vəzifələrdə  işləyən  H.Əliyev  yenidənqurmanın 

metodlarına, gələcək milli münaqişələrə səbəb ola biləcək düşünülməmiş 

dövlət siyasətinə, xüsusən türk respublikalarına qarşı qərəzli siyasətə açıq 

və  kəskin  etirazını  bildirirdi.  Belə  bir  şəxsiyyətin  yüksək  vəzifələrdə 

olması,  xalqa  dayaq  durması  imperiyanın  planlarını  poza  bilərdi.  Buna 

görə  də  o,  nəinki  idarəçilikdən  uzaqlaşdırıldı,  hətta  xalqın  gözündən 

salınması üçün yalançı təbliğat obyektinə çevrildi. 

Mərkəzi  və  yerli  mətbuat  Azərbaycan  SSR-də  Heydər  Əliyevin 

rəhbərlik etdiyi illərdə iqtisadi və mədəni sahələrdə əldə edilmiş mühüm 

nailiyyətləri qərəzli, məqsədyönlü şəkildə riyakarcasına danır, xalqa qara 

yaxırdı.  Bu,  Azərbaycanda  cəmiyyətin  müəyyən  qruplarında  xalqın 

gücünə, idarəçilik bacarığına inamı zəiflədirdi. 

446 



:  f  Moskva  mərkəzdənqaçma  qüvvələrini  cilovlamaq  üçün  ənənəvi 

«parçala  və  hökmranlıq  el»  siyasətindən  daha  geniş  istifadə  edib  milli 

münaqişələri  qızışdırdı,  xalqlar  arasında  qanlı  nifah  saldı.  İmperiyanın 

30-dan  çox  bölgəsində  əvvəldən  məharətlə  hazırlanmış  milli  münaqişə 

ocaqları alovlandırıldı. 

«Yenidənqurma»nın  elan  edilən  nəcib,  cəlbedici  məqsədləri 

Azərbaycan  xalqında,  xüsusən  ziyalılarda  böyük  ümidlər  doğurmuşdu. 

Xalq arasında demokratik ideyalar sürətlə yayılırdı. Bundan ciddi narahat 

olan mərkəz mühüm geosiyasi ərazi olan Azərbaycanı və bütün Cənubi 

Qafqazı  əldə  saxlamaq  üçün  yenidən  uydurma  Dağlıq  Qarabağ 

problemini  qızışdırdı.  Sovet  imperiyasını  dağıtmaq  üçün  milli 

münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu 

işdə fəal iştirak etdilər. Avropa parlamenti 1987-ci ilin iyulunda erməni 

«genosid»i  qurbanlarına  xatirə  günü  təsis  etdi.  Avantürist  erməni 

jurnalisti, daşnak Zori Balayanın Azərbaycan xalqını təhqir edən, tarixi 

saxtalaşdıran «Ocaq» kitabı bu işdə müstəsna rol oynamışdı. 

Ermənilərin  hərəkətləri  daha  davakar,  həyasız  xarakter  aldı. 

H.Əliyevin  SSRİ  dövlət  hakimiyyətindən  uzaqlaşdırılması  onlarda  öz 

niyyətlərinə  çatmaq  ümidini  artırdı.  Erməni  millətçilərinin  tələbi  ilə 

Azərbaycanın  Qazax  və  Gədəbəy  rayonlarından  min  hektarlarla  torpaq 

sahələri  Ermənistana  «bağışlandı».  Bu,  xalqda  böyük  narazılıq  yaratdı. 

Hətta  Qazaxda  camaat  onları  sakitləşdirməyə  gələn  respublika  baş 

nazirinin  müavinini  döyüb  qovdu.  Lakin  Kamran  Bağırov  xalqın 

narazılıq  çıxışlarını  hərbçilərin  köməyi  ilə  susdura  bildi.  Erməni 

təxribatçıları  Bakıda  Opera  və  Balet  teatrını  üç  dəfə  yandırdılar,  şəhər 

nəqliyyatında  partlayışlar  törətdilər.  Bu  terrorçu aktların icraçıları həbs 

olunsa da artıq nifah düşmüşdü. Milli münaqişə getdikcə alovlanırdı. 

Qarabağ 


Azərbaycanlılar və emənilər arasında yarat- 

münaqişəsi 

dığı  Dağlıq  Qarabağ  münaqişə  ocağını  alovlandırmaq 

məqsədilə Moskva hələ 40-cı illərdə Ermənistanda təşkil edilmiş Qarabağ 

hərəkatı,  «Qarabağ  komitəsi»nin  fəaliyyətini  genişləndirmək  üçün 

münasib  şərait  yaratdı.  1987-ci  ilin  oktyabrında  Yerevanda  «Qarabağ 

komitəsi»nin ilk mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında 

Parisdə  Qorbaçovun  əsabələrin-  dən  olan  A.Aqanbekyanm  dili  ilə 

«Qarabağ hərəkatı»na müsbət münasibətini qeyri-rəsmi şəkildə olsa da, 

bütün dünyaya bildir 



447 


məkdən çəkinmədi. Hərəkata yenə də bir qrup millətçi erməni ziyaldan 

arxasından kommunist-daşnaklar, Ermənistan KP liderləri, DTK agentləri 

rəhbərlik edirdilər. Moskvada ermənilərin «Milli müqəddəratın müstəqil 

təyin  edilməsi  birliyi»  və  «Siyasi  məhbus-  lann  müdafiəsi  üzrə  erməni 

komitəsi» də bu istiqamətdə fəal iş görürdülər. Sovet imperiyası tənəzzül 

edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi. 

Erməni  millətçi-sosialist  Daşnaksütyun  partiyasının  1985-ci  ilin 

dekabrında  Afinada  keçirilən  XXIII  qurultayı  sərsəm  «Böyük 

Ermənistan» uğrunda mübarizəni yenidən genişləndirmək üçün yaranmış 

əlverişli  şəraitdən  səmərəli  istifadə  etməyə,  qüvvələri  birləşdirməyə 

çağırmışdı.  «Qarabağ  komitəsi»nin  Azərbaycan  SSR-də,  xüsusən 

DQMV-də  uzun  müddət  gizli  fəaliyyət  göstərən  yerli «Krunk»  (Duma) 

təşkilatı  bu  millətçi  təşkilatlann  bilavasitə  köməyi  ilə  açıq,  fəal 

mübarizəyə  başladı.  Dağlıq  Qarabağ  erməniləri  arasında  Ermənistanla 

birləşmək  uğrunda  «Miatsum»  (birləşmə)  hərəkatı  genişlənirdi.  Ona 

«55-lər komitəsi» adlı xüsusi orqan rəhbərlik edirdi. 

İki  xalq  arasında  milli  ədavətin  ilk  qurbanlan  bu  dəfə  də 

Ermənistanda  yaşayan  azərbaycanlılar  oldular,  öz  dədə-baba  yurdunda 

yaşayan  azərbaycanlılann  kütləvi  şəkildə  qovulmasının  son-dör-  düncü 

mərhələsi  başlandı.  Bunun  üçün  əvvəlcədən  xüsusi  silahlı  dəstələr 

hazırlanmışdı. 1987-ci ildə Ermənistanın Qafan və Mehri rayonlarından 

bu  cinayətkar  dəstələrin  əməllərindən  yaxa  qurtaran  ilk  qaçqınlar 

Azərbaycana pənah gətirdilər. Onlar, əsasən Sumqayıt şəhərində və onun 

ətrafındakı  məntəqələrdə  məskunlaşdılar.  1988-ci  il  fevralın  19-da 

Yerevanda  antitürk  mitinq  keçirildi.  «Ermənistanı  türklərdən 

təmizləməli»,  «Ermənistanda  ermənilər  ya-  şamalıdın>  və  s.  millətçi 

şüarlar irəli sürüldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış 

son  məscidə  hücum  edib  bu  müqəddəs  ocağı  dağıtdılar.  Vedibasarda 

Azərbaycan  türklərinə  qarşı  terror  1988-ci  ilin  əvvəllərində  daha  da 

genişləndirildi.  Kəndlər  talan  olunurdu.  Qızlar,  gəlinlər,  ağsaqqallar 

təhqir edilirdi. Heç yerdən köməyi olmayan, döyülmüş, alçaldılmış dörd 

min  nəfərə  qədər  adam  ev-eşiyini  atıb  böyük  çətinliklə,  piyada, 

ayaqyalm-başıaçıq  qarlı  dağ  keçidləri  ilə  qaçıb  Azərbaycana  gəlməyə 

məcbur  oldu.  DQMV-dəki  erməni  millətçiləri  bundan  ruhlanaraq  daha 

fəal  siyasi  aksiyalar  keçirməyə  başladılar,  1988-ci  ilin  əvvəllərindən 

Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər



448 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə