Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə157/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   216

nun  ikinci  hissəsi,  1966-cı  ildə  Gəncədə  alüminium  zavodu  işə  düşdü. 

Kimya və neft-kimya müəssisələri tikildi. 1960-cı ildə Sumqayıt aşqar- 

lar  zavodunun  ilk  qurğusu  istifadəyə  verildi.  1962-ci  ildə  Sumqayıt 

superfosfat zavodu məhsul istehsal etməyə başladı. 1960-1963-cü illərdə 

Sumqayıt kimya kombinatı tikildi. 

İstehsalın  artması  enerji  sənayesinin  inkişafına  əsaslanırdı. 

Respublikada  yeni  güclü  elektrik  stansiyalan,  o  cümlədən  1968-ci  ildə 

Əli-  Bayramlıda  Dövlət  rayon  elektrik  stansiyası  istifadəyə  verilmişdi. 

1970-ci  ildə  Azərbaycan  SSR-də  12  milyard  kVt  saat  elektrik  enerjisi 

istehsal edilmişdi. 

Bu illərdə Azərbaycanda cihazqayırma sənayesi də inkişaf etdirilirdi. 

Elektron  hesablayıcı  texnika,  məişət  texnikası  müəssisələri  tikilirdi. 

1964-cü ildə Naxçıvanda Bakı radio zavodunun filialı açıldı, sonralar bu 

müəssisə müstəqil zavoda çevrildi. 1960-cı ildə Bakı soyuducular zavodu 

istifadəyə  verildi.  60-cı  illərin  əvvəllərində  Bakıda  mayesiz 

transformatorlar,  təcrübi-ekspcrimental,  «Bakı  elektroişıq»,  «Azərelek- 

troizolit» «Azərelektrosentrolit» zavodlan işə düşdü. 

Mərkəz respublikadakı əmək ehtiyatlarından daha səmərəli istifadə 

etmək  üçün  burada  istehlak  malları  istehsal  edən  müəssisələrin  də 

çoxalmasında maraqlı idi. 50-ci illərin sonu - 60-cı illərdə Azərbaycanda 

onlarla belə müəssisə, o cümlədən Bakıda komvol, mebel kom- binatlan, 

gön-dəri,  ayaqqabı,  tibb  preparatlan  zavodlan,  Gəncədə  xalça-mahud 

kombinatı,  Mingəçevirdə  pambıq-parça  fabriki,  Əli-  Bayramlıda  yağ 

ekstraktı zavodu və başqa müəssisələr tikilib istifadəyə verilmişdi. Lakin 

yeni  müəssisə  və  sexlərin  (xüsusən  yüngül  və  yeyinti  sənayesi 

sahələrində) çoxu artıq köhnəlmiş, hətta, bəzən başqa respub- likalardakı 

zavod  və  fabriklərdən  sökülmüş  avadanlıqlarla  təchiz  edilirdi.  Bu  isə 

buraxılan məhsulun keyfiyyətini aşağı salırdı. Ümumiyyətlə, 50-ci illərin 

ikinci yarısı - 60-cı illərdə respublikada 143 yeni, iri sənaye müəssisəsi 

tikilib  istifadəyə  verilmişdi.  Sənaye  məhsulu  istehsalı,  əsasən  xammal 

sahələri  üzrə  2,5  dəfəyə  qədər  artmışdı.  Lakin  sənaye  məhsulu 

istehsalının  artım  sürəti,  bütün  ölkədə  olduğu  kimi  nəinki  artır,  əksinə, 

azalırdı. Belə ki, bu 50-ci illərdə 2 dəfədən çox, 60-cı illərdə isə 1,9 dəfə 

olmuşdu. Bunun səbəbi işçilərin mülkiyyətə özgələşdiyi, maddi marağın 

az  olduğu  şəraitdə  tez-tez  səmərəsiz  islahatlar  keçirilməsi  nəticəsində 

təsərrüfatlara inzibati-bürokratik rəhbərliyin xeyli zəifləməsi idi. 



394 


Respublikanın  kənd  təsərrüfatında  da  müəyyən  irəliləmələr  baş 

vermişdi.  Aqrar  sahədə  istehsalın  maddi-texniki  bazasının  nisbətən 

yaxşılaşmasına,  meliorasiya  quruculuğuna,  meyvə-tərəvəz,  üzüm,  çay 

yarpağı, tütün istehsalına diqqət artınlmışdı. 60-cı illərin sonlarında kənd 

təsərrüfatında  artıq  25  mindən  çox  traktor,  4  mindən  çox  taxılyığan 

kombayn, 800-ə qədər pambıqyığan maşın, 18 mindən çox yük maşını, 

minlərlə başqa maşın və mexanizm vardı. 50-ci illərin ikinci yansı - 60-cı 

illərdə  Baş  Muğan,  Yuxan  Şirvan  kanallan,  Bəhramtəpə,  Xaçınçay, 

Ağstafaçay,  Bolqarçay  dəryaçalan  tikildi,  185  min  hektardan  çox 

suvanlan sahə istifadəyə verildi, 630 min hektara qədər otlağa su çıxanidı. 

70-ci illərin əvvəllərində respublikada 1,2 milyon hektar əkin sahəsi 

vardı.  Əvvəlki  on  beş  ildə  yeni  meyvə  bağlan,  üzümlüklər,  çay 

plantasiyaları  salınması  hesabına  əkin  sahələri  50  min  hektardan  çox 

azalmışdı. Taxıl, pambıq əkini sahələri xeyli ixtisar olunmuşdu. Tütün və 

tərəvəz əkinləri isə genişlənməkdə idi. Təkcə 60-cı illərdə respublikada 

80  min  hektardan  çox  yeni  meyvə  bağları,  95  min  hektardan  çox 

üzümlük,  xeyli  çay  plantasiyaları  salınmışdı.  Bütün  bunlar  kənd 

təsərrüfatı  məhsullan  istehsalına  öz  təsirini  göstərmişdi.  Respublikada 

taxıl və pambıq istehsalında nəzərəçarpacaq dəyişikliklər baş verməmiş, 

tütün (3,5 dəfə), tərəvəz (4 dəfə), meyvə (2,6 dəfə), üzüm (4,5 dəfə), yaşıl 

çay yarpağı (5,5 dəfə) istehsalı isə dəfələrlə artmışdı. 1970-ci ildə burada 

336 min ton pambıq, 723 min ton taxıl, 410 min ton tərəvəz, 352 min ton 

üzüm, 157 min ton meyvə, 25 min ton tütün, 10 min tona qədər yaşıl çay 

yarpağı istehsal edilmişdi. 

Respublikada  iribuynuzlu  mal-qara  və  davann  sayı  50-ci  illərin 

axırlannda  müharibədən  əvvəlki  səviyyəyə  çatdınImışdı.  60-cı  illərin 

sonlannda təsərrüfatlarda 1500 mindən çox iribuyunzlu mal-qara, 4300 

mindən çox qoyun və keçi vardı. Lakin dağlıq rayonlarda çoxsaylı kiçik 

heyvandarlıq  təsərrüfatlan  ləğv  edildiyindən,  yem  bazası  zəif 

olduğundan,  qayğı  göstərilmədiyindən  heyvandarlıq  hələ  də  geri  qalan 

sahə idi. 

Sənayedə  olduğu  kimi,  kənd  təsərrüfatında  da  istehsalın  nominal 

göstəriciləri artsa da, inkişaf sürəti getdikcə azalırdı. Belə ki, 50-ci illərdə 

burada kənd təsərrüfatı məhsulu istehsalı 1,5, 60-cı illərdə isə cəmi 1,3 

dəfə  artmışdı.  Bunun  səbəbi  kəndlinin  ictimai  istehsala  maddi  marağı, 

sahibkarlıq  hissinin  olmadığı  şəraitdə  mövcud  idarəçilik  mc-  todlannın 

tez-tez  dəyişdirilməsi  nəticəsində  təsərrüfatlara  rəhbərliyin  zəifləməsi 

olmuşdu. 



395 


Azərbaycanda  aparılan  neft,  neft  sənayesi  maşınlan,  kimyəvi 

xammallar,  pambıq,  tütün,  alüminium,  dəmir  filizi  və  s.  hesabına  bura 

əsasən  daha  intensiv  şəkildə  xammal  istehsal  etməyə  imkan  verən 

məhsuldar qüvvələr yaratmaq, zavod, fabrik, elektrik stansiyalan tikmək, 

kanallar  çəkmək  üçün  başqa  respublikalardan  maşın  və  mexanizmlər, 

avadanlıqlar və tikinti materiallan, habelə ərzaq gətirilirdi. 

Məhsuldar  qüvvələrdən  səmərəli  istifadə  etmək  üçün  mərkəz 

respublikada kommunikasiya vasitələrinin inkişafına müəyyən imkanlar 

yaradırdı. Təkcə 60-cı illərdə burada min km-dən artıq şose yollan, 156 

km dəmiryolu çəkilmiş, 525 km dəmiryolu elektrikləşdirilmişdi. Abşeron 

yanmadasında  elektrik  dəmiryol  xətləri  daha  da  şaxələnmişdi.  1962-ci 

ildə  Bab-Krasnovodsk  bərə  yolu  istifadəyə  verilmişdi.  1967-ci  ildə 

Yevlax-Bərdə-Ağdam dəmiryol xətləri işə salınmışdı. Nəqliyyatın başqa 

sahələri, xüsusən hava nəqliyyatı da xeyli inkişaf etmişdi. 

60-cı  illərdən,  bütün  imperiyada  olduğu  kimi,  Azərbaycanda  da 

xəlvəti  iqtisadiyyat  meydana  gəlməyə  və  tərəqqi  etməyə  başlamışdı. 

Buna  səbəb  adamlarda  ictimai  mülkiyyətə  sahiblik  hissinin  olmaması 

şəraitində  60-cı  illərin  ortalannda  islahatlarla  əlaqədar  yerlərə  bəzi 

müstəqilliklər  verilməsi,  habelə  partiya  təşkilatlannm  sürətlə  səbatsız- 

laşmağa,  pozğunlaşmağa  başlaması  olmuşdu.  Xəlvəti  iqtisadiyyatın 

yaranmasında və inkişafında Moskva və yerli rəhbərlər maraqlı idilər. Bu 

yolla  əldə  olunan  pullann  çoxu  baş  idarələrdə,  nazirliklərdə  əyləşən 

məmurların, partiya rəhbərlərinin cibinə axırdı. Respublikanın sənaye və 

kənd  təsərrüfatı  müəssisələrində  gizli  istehsal  və  mübadilə  ilə  məşğul 

olan  onlarla  qeydə  alınmamış  sex,  əkin  sahələri,  bağlar,  üzümlüklər, 

nəqliyyat vasitələri vardı. 

Bu  illərdə  respublikanın  iqtisadiyyatında  baş  verən  dəyişikliklər 

əhalinin  sosial  tərkibinə,  istehlak  tələblərinin  səviyyəsinə  təsir 

göstərmişdi.  50-ci  illərin  sonlannda  respublikada  əhalinin  sayı  artıq 

müharibədən  əvvəlki  səviyyəyə  çatmışdı.  1959-cu  ilin  əvvəllərində 

burada 3 milyon 698 min nəfər adam yaşayırdı. 60-cı illərin axırlannda isə 

bu  rəqəm  5  milyonu  ötüb  keçmişdi.  Əhalinin  sosial  tərkibində  də 

dəyişikliklər  baş  vermişdi.  Şəhər  əhalisinin  sayı  artmışdı.  70-ci  illərin 

əvvəllərində  respublika  əhalisinin  yansı  şəhərlərdə  yaşayırdı.  Sənaye 

müəssisələri və sovxozların inkişafı ilə əlaqədar bu illərdə fəhlələrin sayı 

çoxalmış,  kobcozçu  l^ndlilərin  sayı  isə,  əksinə,  xeyli  azalmışdı. 

Respublikada ziyalılann sayı artırdı. 60-cı illərin axnlannda burada 158 

min nəfər ali təhsilli mütəxəssis vardı. Orta ixtisas təhsillilərin sayı 200 

mini ötmüşdü. 

396 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə