Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə154/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   216

sonra  Azərbaycanda  hakimiyyətə  gəlmiş  Heydər  Əliyev  bu  qərann 

icrasına yol vermədi. 

Uğursuz  islahatlar,  Sov.tKP-nın  XXII  qurultayında  (1961-ci  il 

oktyabr)  elan  edilən  yaxın  gələcəkdə  SSRİ-də  kommunizm  qurulacağı 

haqqında  utopik  ideyalar  N.S.Xruşşovu  cəmiyyətdə  və  partiyada 

hörmətdən salmışdı. Partiya elitasında ona qarşı müxalifət formalaşırdı. 

1961-ci  ildə  qəbul  olunmuş  nizamnaməyə  görə  partiyanın  seçkili 

orqanlarına  bir  nəfərin  dalbadal  iki  dəfədən  çox  seçilməsini  qadağan 

edən  maddə  daxil  edilməsi  də  rəhbər  partiya  vəzifələrində  çoxdan 

işləyənlərin  ona  qarşı  birləşməsinə  səbəb  olmuşdu.  Hakimiyyəti  əldə 

saxlamaq üçün Xruşşov partiyanı parçalamaq, siyasi məsələlərin həllində 

təşkilatlann  birgə  fəaliyyətini  məhdudlaşdınnaq,  onların  diqqətini 

təsərrüfat məsələlərinə, islahatlara operativ rəhbərliyə yönəltmək istədi. 

Sov.İKP MK-nın 1962-ci il noyabr plenumu rəhbər partiya orqanlarının 

istehsalat  prinsipi  üzrə  yenidən  təşkil  edilməsini  qərara  aldı.  Mərkəzi 

komitələrdə iki büro - sənaye, tikinti və kənd təsərrüfatına rəhbərlik üzrə 

bürolar  yarandı.  Azərbaycanda  da  AKP  MK-ya  bilavasitə  tabe  olan 

sənaye  istehsal,  kolxoz-sovxoz  istehsalat  idarələri,  şəhər,  dağlıq  rayon 

partiya  komitələri təşkil olundu.  Başqa  ictimai  təşkilatlar  da  bu prinsip 

üzrə yenidən quruldu. Xruşşov partiya və dövlət nəzarətini birləşdirməklə 

partiyanın  nəzarət  funksiyasını  da  xeyli  zəiflətdi.  Lakin  onun,  xüsusən 

1958-ci  ildən  SSRİ  Nazirlər  Sovetinin  sədri  olduqdan  sonra  xeyri 

intensivləşən  partiya  aparatını  zəiflətmək  cəhdlərindən  narazı  qalan  ali 

partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.tKP MK-nın 1964-cü il 14 

oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. L.İ.Brejnev 

Sov.İKP MK-nın birinci (1966-cı ildən baş) katibi seçildi. Partiya amirliyi 

yenidən güclənməyə başladı. 

Partiya amirliyinin yenidən gücləndirilməsinin mühüm amillərindən 

biri  60-cı  illərin  ortalarında  partiya,  onunla  birlikdə  sovet,  həmkarlar 

ittifaqları və komsomol orqanlannm təşkilatca yenidən ərazi prinsipi üzrə 

qurulması oldu. Dərhal Sov.İKP və respublika KP mərkəzi komitələrində 

bürolar  birləşdirildi,  kənd,  rayon  partiya  komitələri  bərpa  olundu. 

İqtisadiyyata  partiya  rəhbərliyini  gücləndirməklə  tərəqqiyə  nail  olmaq 

cəhdləri göstərildi. 

Partiya  amirliyinin  yenidən  güclənməsi,  xüsusən  respublikalara,  o 

cümlədən  Azərbaycan  SSR-ə  əvvəllər  verilmiş  bəzi  iqtisadi 

müstəqilliklərin yenidən geri alınması Azərbaycan rəhbərliyinin mərkəzə 

münasibətində müəyyən dəyişikliklərə səbəb oldu. Vəli Axundov 1965-ci 

388 



ildə  vahid  partiya-dövlət  nəzarəti  sistemini  yenidən  xalq  və  partiya 

nəzarəti dairələrinə bölməyə etiraz edən qüvvələr tərəfində L.İ.Brejnevə 

qarşı durdu. O, Azərbaycan SSR-in istehsalında az qala qul əməyi kimi 

ağır  zəhmət  tələb  olunan, əhalinin  sağlamlığına  və təbiətə  böyük  ziyan 

vuran pambıqçıbq üzrə dərin ixtisaslaşdınimanın əleyhinə çıxırdı. Onun 

rəhbərlik  etdiyi  illərdə  respublikada  texniki  bitkilərin  əkin  sahəsi  xeyli 

azaldılmış, tərəvəz, çay, bağ və üzümlük sahələri isə genişləndirilmişdi. 

Milli dəyərlərə diqqət nisbətən artmışdı. 1966-cı ildə tranda yaşayan 

Azərbaycan  şairi  Seyid  Məhəmmədhüseyn  Şəhriyarın  «Heydər  babaya 

salam» poeması çap olunmuşdu. Mütərəqqi fikirli yaradıcı gənclər üçün 

1967-ci  ildən  «Ulduz»  jurnalının  nəşrinə  başlanmışdı.  Novruz  bayramı 

rəsmi şəkildə «Bahar bayramı» adı ilə qeyd edilmişdi. Ədəbiyyatda yenə 

milli motivlər, tənqidi ruh qüvvətlənmişdi. 

Əvvəlki  illərdə  olduğu  kimi  bu  illərdə  də,  bütün  cəhdlərə 

baxmayaraq, imperiya Azərbaycan xalqının azadlıq ideyalarını məhv edə 

bilməmişdi.  Bu  ideyalar  vətənpərvər  şair  və  yazıçılann,  alimlərin 

əsərlərində yaşayır və əks olunurdu. 

Azadlıq  ideyalannın  yayılmasında  Azərbaycan  xarici  ölkələrdəki 

siyasi mühacirləri də az iş görmürdülər. 1955-ci il martın 6-da Ankarada 

Azərbaycan xalqının böyük oğlu Məhəmməd Əmin Rəsulzadə vəfat etdi. 

Onun ölümü Azərbaycanın milli-azadlıq hərəkatı üçün böyük itki oldu. 

Bu  hərəkata.  Müsavat  partiyasına  1955-1959-cu  illərdə  onun  yaxın 

silahdaşı  Mirzə  Bala  Məmmədzadə  başçılıq  etdi.  Sovet  imperiyasında 

əzilən xalqlann siyasi mühacirləri arasında kommunizmə qarşı qüvvələri 

birləşdirmək  meyli  getdikcə  artırdı.  1958-ci  ildə  İndoneziyada  türk 

xalqlarının  azadlığı  uğmnda  mübarizə  aparan  «Türküstan  libe-  reyşn» 

(Türküstan  azadlığı)  təşkilatı  fəaliyyətə  başlamışdı.  ABŞ-da  «Qafqaz 

təşkilatları  birliyi»  yaradılmışdı.  Azadlıq  ideyalarının  yayılmasında 

«Azadlıq», «Amerikanın səsi» radiostansiyalarının, gizli gətirilib yayılan 

nəşrlərin böyük rolu vardı. 

1962-ci  il  dekabrın  17-də  bir  çox  qabaqcıl  ziyalılar  -  Xudu 

Məmmədov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və başqaları, habelə bəzi 

vəzifəli  şəxslər  birləşib  gizli  «Milli  Azadlıq  Qərargahı»  (MAQ)  təşkil 

etdilər.  Onlar  liberal  vasitələrlə  dövlət  qurumlarında  vəzifəli  şəxslərin 

fəaliyyətini xalqın milli oyanışına yönəltməyə çalışırdılar. Azərbaycanda 

milli  azadlıq  uğrunda  yeni  mübariz  nəsil  yetişməkdə  idi.  60-cı  illərin 

əvvəllərində Azərbaycan Dövlət Universitetinin azadfikirli tələbələrindən 

bir qrupu Əbülfəz Əliyevin (sonralar Elçibəy ləqəbi qəbul 



389 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə