Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə148/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   216

Xalqın  böyük  əməyi  sayəsində  1946-cı  ildə  respublikada  xalq 

təsərrüfatının dinc dövrün tələbləri üzrə qurulması işi əsasən, başa çatdı. 

Artıq  1948-ci  ildə  burada  müharibədən  əvvəlki  illərdəki  qədər  sənaye 

məhsulu istehsal olunmuşdu. 

Müharibədən  sonrakı  illərdə  Azərbaycanın  neftçıxarma  sənayesi 

texniki  cəhətdən  yenidən  quruldu.  İstehsalatda  yeni  dövr  üçün  daha 

mütərəqqi texnologiyalar tətbiq edildi. SSRİ-nin 80 zavodu Azərbaycan 

neft  sənayesinin  sifarişlərini  yerinə  yetirirdi.  Texniki  təchizat  xeyli 

yaxşılaşmışdı. 

Bu  illərdə  yeni  Gürgan-Dəniz,  Neft  Daşlan,  Jiloy  adası,  Hövsan, 

Qaradağ,  Qum  adası.  Zirə,  Gürovdağ,  Mişovdağ  və  başqa  neft  və  qaz 

yataqlannm istismanna başlandı. 1948-ci ildə dünyada ilk dəfə olaraq açıq 

dənizdə  neft-mədən  estakadalan  quruldu.  I949-cu  il  noyabnn  7-də  ilk 

dəniz neft quyusu güclü fontan vurdu. Həmin il Azərbaycan Xəzər Neft 

Donanması fəaliyyətə başladı. Bütün bunların nəticəsində 

1945-


 

1955-ci  illərdə  respublikada  neft  hasilatı  1,4  dəfə  artıb  16,6 

milyon tona çatdırıldı. Azərbaycan neftçiləri Şimali Qafqaz, Volqaboyu, 

Qərbi  Sibir,  Türkmənistan,  Uzaq-Şərq  neft-qaz  yataqlannm  aşkar 

edilməsi və işlədilməsində yaxından iştirak edirdilər. 

Respublikada neft emalı sənayesi də inkişaf etdirilirdi. Müharibədən 

sonrakı  beş ildə  10  yeni  neftayırma  müəssisəsi  tikilmişdi.  1953-cü  ildə 

Yeni Bakı Neftayırma zavodu işə salındı. Neft maşınqayırma sənayesinin 

yeni  müəssisələri  istifadəyə  verildi.  Bakıda  elektrik  mühərrikləri, 

neft-mədən  maşınları,  boru  və  traktor  təmiri  zavodları,  habelə  yastıqlı 

diyircəklər (podşipnik) zavodu işə düşdü. 

Azərbaycanda  sənayenin  başqa  sahələri  də  inkişaf  etdirilir,  yeni 

sənaye  mərkəzləri  yaradılırdı.  Neft  hasilatı,  emalı,  neft  maşınqayırma 

sənayesi  ilə  yanaşı,  müharibədən  sonrakı  illərdə  respublikada  kimya, 

dağ-mədən,  qara  və  əlvan  metallurgiya,  energetika  sənayesi  sahələri 

inkişaf etmişdi. 

1945-ci ildə Sumqayıtda kimya zavodu fəaliyyətə başladı. Burada 

1946-


 

1948-ci illərdə iri boru prokatı zavodunun ilk sexləri, 1952-ci ildə 

isə zavodun özü istifadəyə verildi. 1952-ci ildə Sumqayıt sintetik kauçuk 

zavodu  işə  düşdü.  1955-ci  ildə  burada  Azərbaycan  əlvan 

metallurgiyasının  ilk  müəssisəsi  olan  Alüminium  zavodunun  birinci 

növbəsi  işə  salındı.  Sumqayıt  böyük  kimya  və  metallurgiya  şəhərinə 

çevrildi. 

Respublikada enerji sənayesi istehsalı da müharibədən sonrab on ildə 

sürətlə genişləndi. 1947-ci ildə Sumqayıtda istilik elektrik stansi 

375 



yasının yeni trubini istifadəyə verildi. 1945-1950-ci illərdə Ağsu, Şəmkir, 

Xankəndi,  Cəbrayıl  və  başqa  yerlərdə  istilik.  Qazaxda  su-elektrik 

stansiyalan tikildi. 1954-cü ildə Abşeronda «Şimal» Dövlət rayon elektrik 

stansiyası  işə  düşdü.  1945-1954-cü  illərdə  Mingəçevirdə  Cənubi 

Qafqazda ən böyük su elektrik stansiyası tikilib istifadəyə verildi. Ener- 

getiklər şəhərinin əsası qoyuldu. Artıq 1955-ci ildə Azərbaycan SSR-də 

4,7 milyard kVt saat, yəni 1945-ci ildəkindən 3 dəfə çox elektrik enerjisi 

istehsal olunurdu. 

Yeni  yaranan  sənaye  mərkəzlərindən  biri  də  Daşkəsən  idi.  Burada 

mövcud  zəngin  dəmir  filizi  yataqlannm  istisman  üçün  1948-1954-cü 

illərdə  Azərbaycan  filizsaflaşdırma  kombinatı  tikilib  istifadəyə  verildi. 

Azərbaycanın  dəmir  filizi  yataqları  vəhşicəsinə  istismar  edilməyə 

başlandı.  Respublikada,  xüsusən  kənd  rayonlarında  işsizlik  olmasına 

baxmayaraq,  Daşkəsən  filizi  ilə  işləyən  metallurgiya  zavodu 

Azərbaycanda deyil, Gürcüstanda inşa olundu. 

50-ci illərdə Ordubadda Paraqaçay molibden mədəni və saflaşdırma 

fabriki  istifadəyə  verildi.  Noraşen  rayonunda  Gümüşlü  qurğuşun 

yatağının, zəylik alunit yatağının istismarına başlandı. 

Müharibədən  sonrakı  illərdə  respublikada  tikinti  sənayesi 

müəssisələrinin  də  sayı  çoxaldı.  1948-ci  ildə  Bakı  asbest  şifer  zavodu, 

keramik  məmulatlar  kombinatı  işə  düşdü.  Naxçıvanda  mebel,  mərmər 

fabrikləri  istifadəyə  verildi.  Şəhərlərdə  sement,  kərpic  zavodlan, 

mexanik- ləşdirilmiş daş, qum karxanalan quruldu. 1951-ci ildə SSRİ-də 

ən  böyük  tikinti  müəssisələrindən  olan  Qaradağ  sement  zavodu  işə 

salındı. 

Başlıca məqsəd az məsrəflə çox qazanc əldə etmək olduğundan yeni 

müəssisələr, sənaye sahələri və mərkəzləri yaradılarkən ekoloji tələblər, 

demək  olar  ki,  nəzərə  alınmır,  tikinti  və  istismar  texnologiyası 

kobudcasına pozulur, təbiətə, insanlann sağlamlığına ciddi ziyan dəyirdi. 

Mərkəzin,  nəyin  bahasına  olursa-olsun,  xammal  sənayesini,  bunun 

üçün  vacib  köməkçi  sahələri  sürətlə  inkişaf  etdirmək  səyləri,  ağır 

məhrumiyyətlərə  dözməyə  məcbur  edilən  xalqın  böyük  zəhməti 

sayəsində 1945-1955-ci illərdə sənaye məhsulu istehsalı üç dəfədən çox 

artmışdı. Sənayenin coğrafiyası xeyli genişlənmişdi. Sənaye məhsulunun 

əvvəllər cəmi 10 faizi, 50-ci illərin ortalannda isə artıq 35 faizi Bakıdan 

kənarda istehsal olunurdu. 

İmperiya  Azərbaycanda  öz  mənafeyinə  uyğun  aqrar siyasət  həyata 

keçirirdi. Məqsəd həm daşınıb aparılan xammal - pambıq, tütün, habelə 

sonralar tərəvəz və üzüm istehsalını artırmaq, həm də respublikanı 

376 



vacib ərzaq məhsullan sandan mərkəzdən tam asılı vəziyyətə salmaq idi. 

Buna  nail  olmaq  üçün  müharibədən  sonrakı  illərdə  kobcozlarda  daxili 

demokratiyanın,  nizamnamə  tələblərinin  pozulmasını,  kəndlilər 

tərəfindən  ictimai  torpaqların  qanunsuz  zəbt  edilməsinin,  istehsal  və 

bölgünün təşkilində ciddi çətinlikləri aradan qaldırmaq adı altında aqrar 

sahəyə rəhbərlikdə inzibati-amirlik daha da gücləndirildi. Əvvəllər yerli 

şəraitə uyğun olaraq dağ və dağətəyi rayonlarda təşkil olunmuş 2200-ə 

qədər xırda kobcoz, camaatın narazılığına baxmayaraq, ləğv edildi və ya 

başqa təsərrüfatlara birləşdirildi. Mövcud 1359 iri kolxozun idarə heyəti, 

habelə 


46 

sovxozun 

rəhbərliyi 

etibarlı 

kommunistlərlə 

«möhkəmləndirildi». 

Məhsuldar qüvvələri inkişaf etdirmədən kəndlini daha çox istismar 

etmək mümkün deyildi. Sovet İtiifaqı Kommunist Partiyası (Ümumitti- 

faq  Kommunist  (bolşeviklər  Partiyası)  XDC  qurultayın  qəran  ilə  Sov. 

İKP adlanmağa başlanmışdı) Mərkəzi Komitəsinin sentyabr (1953-cü il) 

plenumunun  qərarı  ilə  aqrar  sahəyə  əsaslı  vəsait  qoyuluşu  artınimışdı. 

Respublikanın  kənd  rayonlannda  1955-ci  ildə  artıq  106  MTS  vardı. 

Onlara  yüzlərlə  yeni  traktor,  kombayn,  yük  maşını  və  başqa  texnika 

verilmişdi. Traktor parkının gücü 2,6 dəfə artmışdı. 1954-cü ildə kolxoz 

və MTS-lər dövlət enerji sistemindən enerji almaq hüququ əldə etmişdi. 

1955-ci ildə Yuxan Qarabağ kanalının birinci növbəsi, Samur- Abşeron 

kanalının  ikinci  növbəsi  istismara  verilmiş,  Kür-Araz  ovalı-  ğındakı, 

Abşerondakı təsərrüfatlann su ilə təminatı yaxşılaşmışdı. 

Respublikanın kənd təsərrüfatı müəssisələrində 50-ci illərin ortala- 

nnda  750  mindən  çox  kobcozçu,  fəhlə  və  qulluqçu  işləyirdi.  Bu 

müəssisələrin mütəxəssis və peşə ustaları ilə təchizinə diqqət artmışdı. 

Lakin  rayon  rəhbərlərinin  açıq-aşkar  saxtakarlıqla  bir  qrup  adamı 

özünə arxa yaratmaq üçün irəli çəkməsi ISollektivləri parçalayır, işçiləri 

ictimai təsərrüfata daha da özgələşdirirdi. Kobcoz və sovxozlarda adam- 

lan işə cəlb etməyin ən mühüm vasitəsi güclü inzibati amiranə tə2yiq idi. 

Bu  siyasətin  nəticəsində  Azərbaycan  SSR-də  on  ildə  taxıl  əkini 

sahələri  xeyli  azaldı,  texniki  bitkilər,  xüsusən  pambıq,  tütün  əkini 

sahələri isə, əksinə, sürətlə artdı. Pambıq istehsalı 65 min tondan 338 min 

tona, tütün istehsalı 3,9 min tondan 7 min tona çatdınidı. 1955- ci ildə 

respublikada 610 min tona qədər və ya on il əvvəlkindən cəmi 13 faiz çox 

taxıl istehsal  olunmuşdu.  İmperiyanın  mərkəzi  şəhərlərini təmin  etmək 

üçün bağ, bostan, üzümlük və çay əkini sahələri xeyli genişləndirilmiş, 

meyvə, tərəvəz, üzüm, çay yarpağı istehsalı çoxalmışdı. 

377 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə