Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə146/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   216

lərini rədd etmək, təqiblərə əl atmaq və əslində yeni diktatura üçün yol 

açmaq  siyasəti  boşa  çıxdıqdan  sonra  Tehranın  hakim  dairələri  başqa 

vasitəyə  -  həyasız  yalan  və  iftira,  demaqogiya  kampaniyasına  başlayıb 

vaxt qazanmaq, bütün qüvvələri toplayıb qəti hücuma keçmək taktikasına 

əl atdılar  və  bu  məqsədlə yanvann  sonunda  mahir siyasətbaz,  hiyləgər, 

demaqoq  Qəvam  Səltənəni  Baş  nazir  vəzifəsinə  irəli  sürdülər.  O,  öz 

fəaliyyətinə geniş islahatlar keçirmək əzmində olduğunu bəyan etməklə 

başladı və bu mənada, hətta bəzi gurultulu tədbirlərə də əl atdı. Qəvam 

birinci dərəcəli vəzifə kimi «Azərbaycan məsələsini» dinc danışıqlar yolu 

ilə  həll  etməyə  çalışdığını  bildirib,  aprelin  28-də  Pişəvərinin  başçılığı 

altındakı nümayəndə heyətini Tehrana dəvət etdi və hər iki tərəf arasında 

danışıqlar başlandı. Lakin bu danışıqlar çox çətin gedirdi və tezliklə təxirə 

salındı.  ABŞ  və  İngiltərədən  hərbi-texniki  yardım  almaq  üçün  İran 

hökuməti  onların  təkidi  ilə  BMT-nin  Təhlükəsizlik  Şurasında  «İran 

məsələsinin»  qaldırılmasına  əl  atdı  (rəsmən  bunun  üçün  əsas  var  idi, 

çünki Sovet hökuməti öz qoşunlarının İrandan çıxarılmasını ləngidirdi). 

Eyni  zamanda  Qəvam  Moskva  ilə  əlaqələri  də  öz  xejTİnə 

istiqamətləndirmək  məqsədilə  Moskvaya  yollanıb  Stalinlə  görüşdü  və 

1946-cı il aprelin 4-də Sovet dövlətinin Şimali İranda çoxdan arzuladığı 

neft  axtanşı  və  çıxan  iması  üçün  müştərək  cəmiyyətin  yaradılması 

haqqında bəyanat qəbul olundu (Qəvamın nəzərdə tutduğu kimi, sonralar 

İran məclisi bu sazişi rədd etdi). İctimaiyyəti aldatmaq məqsədilə Qəvam 

Azərbaycan milli hökumətilə danışıqları başa çatdırmaq göstərişi verdi və 

iyunun  13-də  Təbrizdə  hər  iki  tərəfin  imzaladığı  müqavilə  bağlandı. 

Razılıq əldə edilməsi naminə milli hökumət ciddi güzəştlərə getməli oldu, 

bunlardan  başlıcası  o  idi  ki,  Azərbaycan  milli  hakimiyyəti  əyalət 

əncüməni statusunu qəbul edərək bu vaxtdan belə də adlanmağa başlayır. 

Müqaviləyə görə Azərbaycanı idarə edəcək xüsusi Şura yaradılmalı idi. 

Ən ağır güzəşt - Zəncan vilayətinin Azərbaycanın tərkibindən çıxanlaraq 

qonşu əyalətlərə qatılmasına razılıq verilməsi oldu. Digər tərəfdən İran 

hökuməti də Cənubi Azərbaycanda həyata keçirilmiş bir sıra islahatlann 

qanuniliyini təsdiq edirdi. Beləliklə, Cənubi Azərbaycan məsələsinin dinc 

yolla  həll  olunmasına  və  ümumiyyətlə,  İranda  demokratik  inkişafın 

gələcəyinə xidmət edə biləcək sənəd qəbul edilmiş oldu. 

Azərbaycan  demokratlan  bu  müqaviləyə  tam  riayət  etməyə  hazır 

olduqlanm  bir  daha  nümayiş  etdirməklə  sonrakı  iki-üç  ay  ərzində 

Azərbaycanda müvafiq islahatlann həyata keçirilməsilə məşğul idilər. 

370 



Lakin  İran  hökuməti  boynuna  götürdüyü  təəhhüdləri  heç  də  yerinə 

yetirmək  ni)^ətində  deyildi  və  müxtəlif  bəhanələrlə  bunlan  pozur, 

provokasiyalar vasitəsilə vəziyyəti gərginləşdirirdi. 1946-cı ilin yayı və 

payızında Tehran qəzetlərində Azərbaycana qarşı yeni geniş kampaniya 

başlandı. 

Bütün  bu  hazırlıq  işləri  başa  çatdırıldıqdan  sonra  tran  hökuməti 

ultimatum  şəklində  Milli  hökuməti  əvəz  etmiş  Şuraya  bildirdi  ki,  yeni 

parlament  seçkiləri  gedişində  qayda-qanunu  təmin  etmək  üçün 

Azərbaycana  qoşun  hissələri  daxil  ediləcəkdir  və  Azərbaycanın  hərbi 

qüvvələri qoşuna müqavimət göstərməməlidir. Noyabrın 30-da hökumət 

qoşunlan ilə fədailər  arasında  döyüşlər  başlandı.  Hökumət  qoşunlanmn 

hərbi-texniki  cəhətdən  qat-qat  üstünlüyünə  baxmayaraq,  bir  neçə 

cəbhədə, xüsusən Zəncan-Miyanə, Marağa istiqamətində fədailər, hətta 

əks-hücuma  keçərək  düşmənə  zərbələr  endirmişdilər.  Lakin  Qəvam 

hökuməti  ilə  sazişə  gəlmiş,  indi  artıq  Cənubi  Azərbaycan  demokratla- 

nnın  mərkəzi  hökumətə  tabe  olmasını  istəyən  sovet  rəhbərləri  (şəxsən 

Stalin) müqavimət göstərilməsinin əleyhinə idi. Sovet dövlətinin bu yeni 

mövqeyi ilə banşmaq istəməyən hərəkat rəhbərləri isə mübarizəni davam 

etdirmək  əzmində  idilər.  Sovet  dövləti  Cənubi  Azərbaycanda  tran 

qoşununa 

müqavimətin  qarşısını  almaq  məqsədilə  ölkədəki 

nümayəndələrin vasitəsilə dekabrın 11-də gecə ikən hərəkat rəhbərlərini, 

ilk növbədə Pişəvərini Sovet İttifaqına mühacirətə getməyə məcbur etdi. 

Hərəkatın yeni rəhbərliyi bütün silahlı qüvvələrə döyüş meydanlarını tərk 

etmək haqqında göstəriş verdi. Buna baxmayaraq, bütün Azərbaycan üzrə 

dekabnn  20-dək  tran  qoşunlanna  müqavimət  göstərildi.  Dekabnn  12-də 

Təbrizə daxil olan şah qoşunlan minlərlə adamı güllələdi və həbsə aldı. 

Kütləvi təqiblər başlandı. Milli hakimiyyət dövründə az-çox siyasi fəallıq 

göstərən  kəndlilər,  fəhlələr,  ziyalılar,  bir  çox  sahibkarlar  belə  təqiblərə 

məruz  qaldılar.  ADP  və  Milli  hökumətin  rəhbər  xadimləri  isə  birinci 

növbədə güllələnir, dar ağacından asılırdı. Cəza tədbirlərindən qurtarmaq 

üçün on minlərlə vətənpərvər qaçmağa mühacirət etməyə məcbur oldu. 

Onlann bir çoxu Şimali Azərbaycana keçdi. 

Beləliklə,  1941-1946-cı  illər  milli-azadlıq  hərəkatı  məğlubiyyətə 

uğradı.  Bu  məğlubiyyət,  obyektiv  daxili  səbəblərlə  yanaşı,  həm  də  o 

zaman böyük təsiri olan xarici amillərlə, ən əvvəl, bir tərəfdən ABŞ və 

İngiltərənin, digər tərəfdən isə Sovet dövlətinin İrandakı siyasəti ilə bağlı 

olmuşdur. Əks mövqelərdə duran bu dövlətlər nəticə etibarilə 



371 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə