Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə149/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   216

Mərkəz  maraqlı  olmadığından  respublikada  heyvandarlığın 

inkişafına lazımi şərait yaradılmırdı. İribuynuzlu mal-qaranın sayı hələ də 

müharibədən əvvəlki səviyyəyə çatmamışdı. 

İş  qüvvəsindən  səmərəli  istifadə  edilməsi  üçün  ən  adi  şərait,  heç 

olmazsa  az-çox  sosial-mədəni  infrastrukturun  yaradılması  vacib  idi. 

Müharibə  qurtardıqdan  sonra  müəssisələrdə  8  saatlıq  iş  günü,  illik 

məzuniyyət verilməsi bərpa edilmişdi. 1947-ci ildə kartoçka sistemi ləğv 

olunmuşdu.  Eyni  zamanda  bəzi  ərzaq  məhsullarının  qiymətləri 

yüksəldilmişdi.  1948-ci  ildə  pərakəndə  satış  qiymətləri  1940-cı 

ildəkindən  3  dəfə  artıq  idi.  Hər  il  bəzi  sənaye  mallarının  qİ3anətləri 

azaldılsa da  əhalinin  alıcılıq  qabiliyyətini  əsaslı şəkildə  yaxşılaşdırmaq 

mümkün olmamışdı. İstiqrazların məcburi satışı da adamların güzəranına 

pis təsir edirdi. 

Kəndlərdə əhalinin maddi vəziyyəti daha ağır idi. Kənd təsərrüfatı 

məhsulları  ucuz  qiymətə  alınır,  kənddə  mallar  şəhərdəkindən  baha 

satılırdı.  Kobtozçular  qəpik-quruş  qazanırdılar.  1954-cü  ildə  kənd 

təsərrüfatı məhsullannın satış qiymətlərinin artıniması da kobcozçulann 

vəziyyətini yaxşılaşdıra bilmədi, çünki eyni zamanda kolxozlara texniki 

xidmətin  qiymətləri  də  artınIdı.  Kolxozçulara  avans  verilməsi  qərara 

alınsa da təsərrüfatlann çoxu bunu yerinə yetirə bilmir, hesablaşma ildə 

bir dəfə apanlırdı. 

Əvvəllər  olduğu  kimi,  partiya  və  dövlət  aparatlannm  ali  və  orta 

dairələrində  işçilərə  əməkhaqqından  başqa  «paket»  adlanan  əlavə  pul 

verilirdi.  Xeyli  miqdarda  olan  bu  ödənişlər  heç  bir  cədvəldə  qeydə 

alınmırdı. Bu, partiya və dövlət idarələri işçilərinin başqalanna nisbətən 

nəzərə çarpacaq qədər firavan dolanmasına imkan verirdi. 

40-cı illərin ikinci 

Müharibədən sonrakı illərdə xalqı itaətdə saxla- 

yarısı - 

50-ci 


ınaq, respublikalann potensial imkanlannı artırmaq 

illərin 


əvvəllərində 

VƏ 


ondan bəhrələnmək hesabına sovet imperiyasını 

totalitar 

rejimin 

nüfuzlu beynəbcalq hərbi-siyasi qüvvəyə çevirmək, 

güclənməsi 

sosialist  sistemini  genişləndirmək  üçün  mərkəzdə  və 

yerlərdə  totalitar  rejimi  daha  da  gücləndirmək  vacib  idi.  Bütün  siyasi 

hakimiyyət imperiyada Stalinin, milli respublikalarda isə onun canişinləri 

olan  respublika  partiya  mərkəzi  komitələri  birinci  katiblərinin  əlində 

cəmləşdirilmişdi.  Sov.İKP-nin  XIX  qurultayından  sonra  Stalin,  hətta 

Mərkəzi Komitənin Rəyasət heyətində dar büro seçilməsini tələb etmiş, 

bu  büroda  da  ən  yaxın  adamlarından  ibarət  beşlik  yaratmışdı.  Siyasi 

sistemin bütün dairələri - partiya, komsomol təşkilatlan, həm 

378 



karlar  ittifaqlan,  sovetlər  birinci  şəxsin  və  ona  ən  yaxın  olan  elitanın 

idarəsinə  tabe  idi.  Siyasi  hakimiyyət  nərdivanında  bunlardan  bir  pillə 

aşağıda  vilayət,  rayon,  şəhər,  partiya,  sovet,  hüquq-mühafizə  və 

təhlükəsizlik  orqanian,  ictimai  təşkilat,  idarə,  müəssisə  başçılanndan 

ibarət «partiya-təsərrüfat feallan» adlanan qrup dayanırdı. Bu başçılardan 

«yu-  xanlann»  əmr  və  göstərişlərini  sözsüz  icra  etmək  tələb  olunurdu. 

Onla-  nn,  demək  olar  ki,  hamısı  vəzifəyə  şəxsi  sədaqət,  dostluq 

prinsiplərinə  əsasən  gətirilirdi.  Partiya-təsərrüfat  fəallannın  böyük 

əksəriyyəti  partiya  sıralarına  1937-ci  ildən  sonra,  əsasən  müharibə 

illərində gəlmiş, sələflərinə nisbətən daha praqmatik, partiya biletindən 

vəzifə  tutmaq,  firavan  dolanmaq  vasitəsi  kimi  istifadə  etməyə  çalışan 

adamlar idilər. 

Stalinin, Azərbaycanda isə, həm də Bağırovun şəxsi nəzarəti altında 

işləyən  Dövlət  Təhlükəsizlik  və  Daxili  İşlər  Nazirlikləri  güclü  totalitar 

rejimin  təmin  olunması  üçün  mühüm  vasitə  idi.  Adamlara  qarşı 

etimadsızlıq, gizli izləmə, düşüncələrə nəzarət, çuğulluq, satqınlıq daha 

da  artmış,  cəmiyyətdə  ümumi  vahimə  yaradılmışdı.  Hamı  bir-birindən 

şübhələnirdi. 

Totalitar  rejimin  güclənməsinin  mühüm  göstəricilərindən  biri  elm, 

ədəbiyyat  və  incəsənət  üzərində  «kommunist»  ideologiyası  inhisannm 

daha  təzyiqedici  xarakter  alması  olmuşdu.  ÜİK(b)P  MK-nın  1947- 

1951-ci  illərdə  fəlsəfə,  biologiya,  fiziologiya,  siyasi  iqtisad,  dilçilik  və 

başqa elm sahələri üzrə açdığı «elmi» diskussiyalara «marksist» alimlərin 

əli  ilə  verdiyi  yekun  ehkamlar  uzun  illər  bu  elmlərin  inkişafını  ciddi 

şəkildə  ləngitdi.  Mühitin  və  tərbiyənin  canlı  aləmin  inkişafında  rolu 

şişirdilir, genlərlə verilən təbii imkanlar, demək olar ki, nəzərə alınmırdı. 

Genetika elmi lazımsız, dialektikaya zidd, «qeyri-elmi» elan olunmuşdu. 

Azərbaycanda  da,  bütün  ölkədə  olduğu  kimi,  «Lısenko  məktəbinə» 

uyğunlaşmayan  bioloqlar  -  M.Ə.Axundov  və  başqalan  ciddi  şəkildə 

sıxışdınlırdı.  İqtisad  elmi  Stalinin  «SSRİ-də  sosializmin  iqtisadi 

problemləri»  əsərindəki  qeyri-elmi  nəzəriyyələrin  təbliğinə,  iqtisadi 

tərəqqidə  əmtəə-pul  münasibətlərinin  mühüm  rol  oynadığını,  onun 

təsərrüfatın idarəsində nəzərə alınmasının vacibliyini iddia edən alimlərin 

mənəvi təqibinə xidmət edirdi. Hakim ideologiyanın tarix elmi üzərində 

təzyiqi daha güclü idi. XX əsrin tarixinə aid tədqiqatlar hələ 1938-ci ildə 

nəşr  edilmiş  «ÜİK(b)P  tarixinin  qısa  kursu»nun  tam  təsiri  altında 

qalmışdı.  Faktlar  saxtalaşdırılırdı.  Azərbaycan  xalqının  tarixi 

etnogenezinin  öyrənilməsində  qəsdən  dolaşıqlıq  yaradılırdı.  Şimali 

Azərbaycanın Rusiyaya könüllü birləşdirilməsi haqqında cəfəng 

379 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə