Cənubi Azərbaycanın milli-demokratik quruluşu uğrunda mübarizəsinin
düşməni kimi çıxış etdilər.
Sovet hökuməti, sonralar da başqa yerlərdə (məsələn, Şərqi Avropa
ölkələrində) olduğu kimi, xalqın mübarizəsini öz imperiya məqsədlərinə
tabe etdirməyə çalışırdı. Bu, xüsusən Sovet İttifaqında sığınacaq tapmış
demokratlann ADP-nin fəaliyyətini bərpa etmək təşəbbüsü timsalında
özünü aydın göstərdi. Sovet rejimi hər vasitə ilə, o cümlədən hərəkatın
bir çox fəallanna qarşı cəza tədbirləri ilə onun xarakterini, siyasi
prinsipləri və taktikasını marksizm-leninizm məfkurəsi çərçivəsinə
salmağa çalışaraq, özünün antihumanist «proletar diktaturası» ehkamına
tabe etdirməyə, ADP-ni tXP ilə birləşdirməklə əslində ÜtK (b)P- nin
bölmələrindən birinə çevirərək, ondan öz xarici siyasət məqsədləri üçün
istifadə etməyə başladı. ABŞ və İngiltərə isə o zaman bütövlükdə İranda
demokratik hərəkatın, xüsusən də Azərbaycandakı milli-azadlıq
hərəkatının əleyhinə idi, çünki bu hərəkatın müvəffəqiyyəti onlann
İrandakı mövqelərinə raənfı təsir edər, İranın onlardan asılılığını zəiflədə
bilərdi.
Cənubi Azərbaycandakı milli-demokratik hərəkat məğlubiyyətə
uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi, xalqda öz
milli varlığı, tarixi və mədəniyyəti ideyasını möhkəmlətdi, bu məqsədlər
uğrunda gələcək mübarizəsi üçün təməl daşı qoydu.
372
XIV
F Ə S İ L
AZƏRBAYCAN SSR 1945-1991-ci İLLƏRDƏ
§ 1. 40>cı illərin II yarısı - 60-cı illərdə respublikanın
iqtisadi və siyasi həyatı
Müharibədən
sonrakı onillikdə
iqtisadi inkişafın
xüsusiyyətləri.
Əhalinin güzəranı
İkinci Dünya müharibəsindən sonra sovet impe-
riyası malik olduğu beynəbcalq mövqeyini saxlamaq,
sosialist sistemini genişləndirməyə və bütün bunlan
həyata keçirmək üçün öz hərbi potensialını qüvvət-
ləndirməyə, nüvə silahına malik olmağa çalışırdı.
Müttəfiqlər arasında hələ müharibənin sonlanna yaxın dərinləşməyə
başlayan ziddiyyətlər tezliklə «soyuq müharibə»yə gətirib çıxarmışdı.
Atom silahının gücünə və psixoloji səmərəsinə arxalanan ABŞ
kommunizmə qarşı «Ümumdünya əks-hücumunun təşkilinə rəhbərliyi»
öz üzərinə götürmüşdü. 1947-ci ildə ABŞ Türkiyə və İranla hərbi
müqavilələr bağlamışdı. 1949-cu ildə onun təsiri altında fəaliyyət
göstərən «Şimali Atlantika Müqaviləsi Təşkilatı» - NATO təşkil
olunmuşdu. 1950-ci ildən ABŞ İrana - SSRİ-nin cənub qonşusuna müasir
silahlar satmağa başlamışdı. ABŞ Sovet imperiyasını ram etmək üçün
1948- ci ildə atom silahı ilə silahlanmış xüsusi 22 diviziya və 22 təyyarə
qrupu ayırmışdı. Bütün sovet müstəmləkələrinin, o cümlədən
Azərbaycanın da başı üzərindən «damokl qılıncı» asılmışdı. Əvvəllər
Bakı, 1949- cu ildən isə həm də respublikanın başqa iri şəhərləri SSRİ-yə
qarşı bütün hərbi planlarda atom bombaları üçün hədəfə çevrilmişdi.
Lakin Sovet imperiyası totalitar rejimi daha da gücləndirib inzibati
təzyiqlə xalqların bütün imkanlarını səfərbər etdi, dövlətin hərbi-sənaye
potensialını sürətlə artırdı və 1949-cu ildə atom silahına malik oldu, iki
dünya sistemi - kapitalizm və sosializm sistemləri arasında nisbi hərbi
bərabərlik yarada bildi.
373
1949'CU ildə SSRİ-nin başçılığı ilə sosialist ölkələrinin Qarşılıqlı
tqtisadi Yardım Şurası, 1955-ci ildə isə Varşava hərbi bloku yaradıldı.
Sovet imperiyası beynəbcalq aləmdə daha nüfuzlu bir hərbi-siyasi
qüvvəyə çevrildi.
Bunlar imperiyanın xalqlanna ağır əmək, maddi və mənəvi
məhrumiyyətlər, xüsusən xammal və əmək ehtiyatlan ilə zəngin olan milli
respublikalann, o cümlədən Azərbaycanın sərvətlərinin daha intensiv
istisman hesabına başa gəldi.
Müharibə Azərbaycanın xalq təsərrüfatına ciddi ziyan vurmuşdu.
Minlərlə mütəxəssis, ixtisaslı fəhlə müharibədən qayıtmamışdı. Təcrübəli
neftçilərdən bir çoxu SSRt-nin başqa rayonlarında geoloji-kəşfiyyat və
qazma işlərinə səfərbər olunmuşdu. Sənaye və kənd təsərrüfatı
müəssisələrindən minlərlə texnika - maşın və mexanizm alınıb cəbhələrə
göndərilmişdi. Müəssisələrin bir çoxu hərbi məhsullar istehsalı üzrə
yenidən qurulmuşdu. Müharibə illərində Azərbaycan SSR-də sənaye
məhsulu istehsalı xeyli azalmışdı. Neft hasilatı iki dəfə aşağı düşmüşdü.
Kolxoz və sovxozlarda əkin sahələri ixtisar olunmuş, mal-qaranın sayı
azalmışdı. Kənd təsərrüfatında məhsul istehsalı sürətlə azalırdı.
Moskva müharibədən sonrakı ilk beşillik planda (IV beşillik -
1946-1950-ci illər) respublikanın məhsuldar qüvvələrinə, xalq
təsərrüfatına müharibənin vurduğu ziyanı aradan qaldırmaq, onun iqtisadi
potensialını artırmaqla sərvətlərindən daha geniş faydalanmaq üçün
münasib maddi və sosial imkanlar yaratmaq vəzifələri müəyyən etmişdi.
Bu iqtisadi siyasət sonrakı illərdə də davam etdirildi. Ümumiyyətlə, bu
illərdə Azərbaycan rəhbərliyi iqtisadiyyatın və əsasən sənayenin inkişafı
üçün mərkəzdən böyük vəsait «qopara» bildi. Müharibədən sonrakı on
ildə respublikada 108 yeni iri sənaye müəssisəsi tikilib istifadəyə verildi.
Fəhlə və qulluqçulann sayı 1,5 dəfə artıb 623 minə çatdı. On minlərlə
mühəndis-texniki işçi hazırlanıb istehsalat sahələrinə göndərildi.
Bu illərdə Azərbaycan rəhbərliyi xalq təsərrüfatının, xüsusən
sənayenin inkişafı, yeni sənaye sahələri və mərkəzlərinin yaranması
sahəsində böyük inzibati təşkilatçılıq işi aparırdı. Xalq ağır inzibati təzyiq
altında mərkəzin qoyduğu planların yerinə yetirilməsinə məcbur edilirdi.
Bu məcburetmə «yuxandan» təşkil olunan «sosializm yanş- lan»nın,
«yüksək öhdəliklər»in, «sürətçilən>, «yenilikçilən>, «çoxdəz- gahçılar»
və s. formal hərəkatların hay-küylü təbliği ilə pərdələnirdi.
374