Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə141/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   216

Diviziyanın  döyüşçüləri  aprelin  20-də  Klosserdorfiı  tutub  Reyxstaq 

üzərinə  hücuma  başladılar.  416-cı  diviziyanın  1374-cü  alayı  Kayzer 

Vilhelm  sarayını  aldı.  Berlindəki  küçə  döyüşlərində  və  Rcyxstaqın 

alınmasında  Yusif  Sadıqov  böyük  əsgəri  rəşadət  göstərdi.  Ona  Sovet 

İttifaqı  Qəhrəmanı  adı  verildi.  Mayın  2-də  416-cı  diviziyanın  1373-cü 

alayı Berlinin Brandenburq darvazasına qələbə bayrağı sancdı. 

1945-ci  il  mayın  8-dən  9-na  keçən  gecə  Almaniya  hərbi 

komandanlığı danışıqsız təslim aktına qol çəkdi. 1945-ci il avqustun 9-da 

Sovet  ordusu  Yaponiyaya  qarşı  müharibəyə  başladı.  Sentyabnn  2-də 

Yaponiyanın təslim olması ilə İkinci Dünya müharibəsi başa çatdı. 

SSRİ müharibədən qalib çıxdı. Bunun əsas səbəbi o idi ki, totalitar 

rejim imperiyaya birləşdirilmiş xalqlan qələbə üçün səfərbər edə bilmişdi. 

Əhali içərisində və Sovet ordusu sıralannda həqiqi sovet vətənpərvərləri, 

faşizmi bolşevizmdən daha böyük bəla hesab edənlər alman faşistlərinə 

qarşı  fədakarlıqla  mübarizə  apanrdılar.  Döyüş  meydanlarında  əsgəri 

rəşadətə təkcə Azərbaycan SSR-dən 120 nəfər (43-ü azərbaycanlı) Sovet 

İttifaqı Qəhrəmanı adı ilə, 30 nəfər «Şöhrəb> ordeninin hər üç dərəcəsi 

ilə, 176 min nəfər SSRİ orden və medalları ilə təltif edilmişdi. Cəbhələrdə 

400 minə qədər azərbaycanlı şəhid olmuşdu. 

SSRİ  xalqlannm  süni  birliyinin  və  Sovet  ordusunun  asanlıqla 

dağılacağına ümid edən faşistlər özləri də bu xalqlan kölə vəziyyətində 

saxlamaq  niyyətində  idilər.  Buna  görə  də  ölkədə  xalqlan  geniş  şəkildə 

azadlıq  hərəkatına  qaldırmaq,  çoxmillətli  Sovet  ordusunu  mənəvi  və 

maddi cəhətdən sarsıtmaq planları baş tutmadı. 

Sovet  imperiyası  öz  ərazisini,  müstəmləkələrini  qoruyub  saxlaya 

bildi, torpaqlannı, nüfuz dairəsini genişləndirdi. Şərqi Avropada və Uzaq 

Şərqdə kommunist rejimləri hakimiyyətə gəldi. 

Müharibədə  SSRİ-nin  qələbəsinin  mənəvi  nəticələri  də  böyük  idi. 

Qələbə  ölkədə  mövcud  siyasi,  iqtisadi  və  ideoloji  sistemin 

«üstünlüklərinə» inamı artırdı. Ölkədə xalqlann yaxın zamanlarda azadlıq 

əldə edə biləcəyinə ümid bəsləyənlər xeyli azaldı. 

358 



X I I I   F Ə S İ L  

CƏNUBİ AZƏRBAYCANDA MİLLİ-DEMOKRATİK 

HƏRƏKAT (1941-1946-cı illər) 

§ 1. İctimai-siyasi vəziyj'ət 

Cənubi  Azərbaycanın  ictimai-siyasi,  ideya  və  mənəvi  inkişafında 

İkinci  Dünya  müharibəsinin  gedişində  və  nəticəsində  yeni  mərhələ 

başlandı.  Müharibə  illərində  İran,  eləcə  də  Cənubi  Azərbaycan,  hərbi 

əməliyyat  meydanına  çevrilmədi,  müharibənin  özü  ilə  gətirdiyi 

dağıntılara,  insan  tələfatlanna,  tənəzzülə  məruz  qalmadı.  Bununla  belə, 

müharibə ilə bağlı olan hadisələr Cənubi Azərbaycanın tarixinin gedişinə 

güclü təsir göstərdi. 

Hələ 30-cu illərin ortalarında İran hökuməti daxili siyasətini azğın- 

laşdırmaqla  bərabər,  xarici  siyasətini  də  getdikcə  daha  artıq  dərəcədə 

faşist Almaniyasına tərəf yönəldirdi ki, bu da hər iki ölkə arasında həm 

iqtisadi,  hərbi-strateji,  həm  də  ideoloji-təbliğati  əlaqələrin  artmasında 

ifadəsini  tapırdı.  Almaniya  İrandan  Yaxın  və  Orta  Şərq  regionlanna 

çıxmaq üçün bir vasitə kimi istifadə etmək planlarını hazırlayırdı. İranın 

hakim  dairələrinə  gəldikdə  isə  onlar  faşist  Almaniyasına,  hər  şeydən 

əvvəl, SSRİ tərəfindən kommunizm təhlükəsinə qarşı bir sədd kimi, İranın 

özündə Rza şah diktaturasının istinadgahı kimi baxırdılar. Lakin 1939-cu 

ilin  avqust-sentyabr  hadisələri  (Almaniya  ilə  SSRİ  arasında  hücum 

etməmək və dostluq haqqında müqavilənin imzalanması və eyni zamanda 

Polşaya hücumla İkinci Dünya müharibəsinin başlanması) ilk vaxtlar İran 

hakim dairələri içərisində çaşqınlıq doğurdu. Sentyabrın 4-də İran özünün 

bitərəfliyinin və lazım gələrsə, bunu əldə silahla qoruyacağını elan etdisə 

də,  onlar  bir  müddət  Almaniya  ilə  SSRİ-nin  İran  hesabına  razılığa 

gələcəyi  təhlükəsi  qarşısında  (Polşada,  Finlandiyada,  Pribaltika 

ölkələrində  olduğu  kimi)  qorxu  hissinə  qapılmışdılar.  Lakin  tezliklə 

müharibənin gedişi və Almaniyanın 

359 



irandakı siyasəti belə bir təhlükənin olmadığını göstərdi. Almaniya yenə 

də  İrana  öz  iqtisadi  və  hərbi  planlarında  böyük  əhəmiyyət  verirdi: 

1939-1941-ci illərdə Almaniyanın SSRİ-dən tranzit yolu ilə İranla ticarəti 

xeyli  artdı,  Almaniya  İrandan  pambıq,  yun,  gön-dəri,  düyü,  taxıl,  quru 

meyvə alırdı ki, bunlann da əhəmiyyətli hissəsi Cənubi Azərbaycandan 

gətirilirdi.  Nəhayət,  1941-ci  ilin  iyunundan  faşist  Almaniyası  SSRİ-yə 

qarşı müharibəyə başlandıqdan və müharibənin bu mərhələ- sindəki ilk 

müvəffəqiyyətlərdən  sonra  Rza  şah  başda  olmaqla  hakim  dairələr  açıq 

faşistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatçı- lannm fəaliyyət 

meydanı etmiş və əslində onu Almaniyanın əlaltısına çevrilmək təhlükəsi 

qarşısında  qoymuşdu.  Buna  görə  1941-ci  il  avqustun  25-də  SSRİ  və 

Böyük  Britaniya  hökumətləri  öz  qoşunlarını  İrana  yeritdilər.  İngilis 

qoşunları İranın cənub. Sovet qoşunlan isə şimal regionları, o cümlədən 

Azərbaycan  əyalətini  tutdu.  Bir  qədər  sonra  (1942-ci  ilin  sonlarında) 

ABŞ-ın  da  hərbi  hissələri  İrana  gətirildi.  Bütövlükdə  İran,  xüsusilə  də 

Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi sursat və texnika, 

ərzaqla  təmin  edən  ən  mühüm  nəqliyyat  arteriyasına  (İran  körfəzindən 

Xəzər dənizi sahillərinə qədər) çevrildi. Müharibə illərində İranın daxili 

işləri və xarici siyasəti, habelə müttəfiqlərin İran qarşısında təəhhüdləri 

bir sıra sazişlərlə (xüsusən 1943-cü ildə SSRİ, ABŞ və İngiltərənin dövlət 

başçılarının Tehran konfransında qəbul etdiyi bəyanatla) müəyyən edildi. 

Sazişlərdə  nəzərdə  tutulurdu  ki,  müttəfiqlər  İranın  daxili  işlərinə 

qanşmayacaq,  bütün  vacib  məsələləri  birgə  həll  edəcək  və  müharibə 

qurtarandan sonra ən geci altı ay ərzində qoşunlannı İrandan çıxaracaqlar. 

Rza  şahın  hərbi-polis  rejiminin  iflasa  uğraması  (1941-ci  ilin  sen- 

tyabnnda  müttəfiq  qoşunlanna  müqavimət  göstərmək  niyyəti  puça 

çıxdıqda  Rza  şah  oğlu Məhəmməd  Rzanın  xeyrinə  taxtdan  əl  çəkdi  və 

ingilislər  tərəfindən  İrandan  sürgün  edildi)  nəticəsində  ölkədə  real 

hakimiyyətin  parlamentə  və  onun  təşkil  etdiyi  hökumətə  keçməsi, 

konstitusiyada  nəzərdə  tutulmuş  bəzi  təsisatlann,  siyasi  azadlıqların 

qismən  bərpası,  siyasi  məhbuslann  azad  edilməsi  (bütün  bunlar  İran 

tarixində  «ŞəhrivəD)'  hadisələri  adını  almışdı)  İranda  ictimai-siyasi 

həyatın  canlanması  üçün  əlverişli  şərait  yaratdı.  İlk  vaxtlar  kortəbii 

çıxışlar,  mitinq  və  nümayişlər  şəklində  başlanmış  bu  hərəkat  yenidən 

siyasi meydana 

adıdır. 


360 

«Şəhrivən) - İran təqvimində avqustun 22-də scntyabnn 22-dək davam edən ayın 




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə