dəstəsi Yuqoslaviya Xalq Azadlıq ordusu IX korpusunun tərkibində 9 ay
döyüşmüş sovet partizan batalyonunda vuruşurdu. Bu döyüşçülərdən 50
nəfəri rəşadətinə görə Yuqoslaviyanın orden və medalları ilə təltif
olunmuşdu.
1942-ci ilin avqustunda ağır yaralanaraq əsir düşmüş, almanlann
təşkil etdiyi milli Azərbaycan hərbi hissəsinə daxil olmuş, lakin tezliklə
faşistlərin əsl niyyətini başa düşərək qaçıb Yuqoslaviya partizanlan- na
qoşulmuş cəsur kəşfiyyatçı Mehdi Hüseynzadə - məşhur əfsanəvi
«Mixaylo» düşmənə qarşı qəhrəmanlıqla mübarizə apanrdı. Yuqoslaviya
Xalq Azadlıq ordusu diversiya qrupuna rəhbərlik edən M.Hüseyn- zadə
və onun dəstəsinə daxil olan T.Əliyev, M.Seyidov, A.Məmmə- dov,
D.İsmayılov və başqaları sloven partizanları ilə birlikdə faşistlərə böyük
itkilər verdilər, müxtəlif əməliyyatlarda mindən çox alman zabitini məhv
etdilər. Faşistlər Mixaylonun başına 400 min lirə mükafat ajarmışdılar.
1944-cü ilin noyabnnda o, növbəti əməliyyat zamanı mühasirəyə düşdü
və ələ keçməsin deyə, özünü öldürdü. 1957-ci ildə ona Sovet İttifaqı
Qəhrəmanı adı verildi.
Faşist hərbi düşərgələrindən qaçmış əsirlərin İtaliyada təşkil etdiyi
partizan dəstələrindən birinə Ə.Babayev rəhbərlik edirdi. Şimali
İtaliyanın faşizmdən azad edilməsi uğrunda döyüşlərdə V.Hüseynov,
A.Mirzəyev, Ş.Məcidov və başqaları fərqlənmişdilər. Cəsur pulemyotçu
Vilayət Hüseynov İtaliya faşistlərinin başçısı Mussalinini həbs edən
partizanlar arasında olmuşdu.
Leytenant Hacıbəyov Çexoslavakiyada «Oraq və çəkic» adlı partizan
dəstəsinin təşkilində və fəaliyyətində yaxından iştirak etmişdi.
Almaniyada Veymar ətrafındakı «Buhenvald» ölüm düşərgəsində
fəaliyyət göstərən gizli antifaşist təşkilatın fəal üzvlərindən biri də gənc
azərbaycanlı Əkbər Ağayev idi. Ələ keçdikdə faşistlər onu ağır
işgəncələrlə öldürdülər. «Mauthauzen», «Dahau» və başqa faşist ölüm
düşərgələrində də əsirlərin gizli antifaşist təşkilatlannda azərbaycanlılar
fəal iş apanrdılar.
Azərbaycanın
Azərbaycanlılar arasında sovet vətənpərvərləri,
istiqlalı
uğrunda
habelə faşizmi bolşevizmdən daha böyük bəla hesab
mübarizə.
edib ona qarşı mübarizəyə qoşulanlarla yanaşı, Al-
MiUi legion
maniyanın
sovet imperiyası üzərində çalacağı qələbədə vətəninin istiqlalını görənlər
də vardı.
Azərbaycan zorla sovetləşdirildikdən sonra, təqiblərdən yaxa qur-
tanb siyasi mübarizəni davam etdirmək üçün xaricə getmiş siyasi
xadimlərin bir çoxu səhvən Almaniyanın kommunist imperiyasına son
352
qoyacağına, Azərbaycan xalqının milli azadlığının bərpasına münasib
şərait yaranacağına ümid edirdilər. Azərbaycanda yaşayanlar, Sovet
ordusunda xidmətə cəlb edilənlər arasında da belə düşünənlər az deyildi.
Xalqın daxilində ədalətsizliyə, milli ləyaqətin tapdanılmasına qarşı
etiraz səsini ucaldanlar get-gedə artırdı. 1937-ci ilin dəhşətli terrorundan
çox keçməsə də, mövcud quruluşa qarşı mübarizə məqsədi ilə xalq,
xüsusən gənclər qüvvələrini birləşdirməyə, öz təşkilatlarını yaratmağa
çalışırdılar. Gizli antisovet, milli-azadlıq uğrunda mübarizə qrupları
meydana gəlirdi. Hələ 1941-ci ilin yazında sovet quruluşuna, kommunist
partiyasının milli ayn-seçkilik siyasətinə qarşı mübarizə aparmaq,
müstəqil dövlət yaratmaq məqsədilə vətənpərvər qüw'ələri birləşdirmək
üçün tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə antisovet millətçi qrup
fəaliyyətə başlamışdı. Lakin bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv
edildi, fəallan güllələndi. Mübarizə isə davam edir, yeni gizli qruplar
yaranırdı. 1943-cü ildən tələbələr arasında gizli fəaliyyət göstərmiş
«İldırım» təşkilatı da onlardan biri idi. Tələbə Gülhüseyn Abdullayevin
(Hüseynoğlu) təşəbbüsü ilə yaradılmış bu təşkilat Sovet hökumətinin,
kommunist partiyasının milli siyasətim, Azərbaycan dilinin
sıxışdırılmasını ciddi tənqid edir, geniş təbliğat üçün imkan və vasitələr
axtanrdı. Bu işdə İsmixan Rəhimov, Hacı Zeynalov, Aydın Vahidov və b.
daha fəal iştirak edirdilər. 1944-cü ildən Bakının Sabunçu fəhlə
qəsəbəsində bir qrup gənc fəhlə gizli beynəlmiləl təşkilat yaradıb mövcud
siyasi rejimi qeyri-xəlqilikdə ifşa etməyə, üsyan qaldırıb onu devirməyə
çağırışlarla təbliğat işi aparırdılar.
Sovet imperiyasına qarşı fəal mübarizə aparmaq üçün cəbhələrdə
bəziləri qəsdən əsir düşür, almanlann tərəfinə keçirdilər. Hərbi
mütəxəssis, Moskvada hərbi akademiya bitirmiş mayor Əbdürrəhman
Fətə- libəyli Düdənginski müharibənin əvvəllərində Pribaltikada elə ilk
döyüşlərdə almanlara əsir düşmüş, onlann tərəfinə keçərək
azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq təşəbbüsü ilə 1941-ci ilin
avqustunda Hitlerə müraciət etmişdi.
Faşistlər müharibənin ilk aylannda əsir aldıqlan 3,6 milyon sovet, 0
cümlədən 150 mindən çox azərbaycanlı əsgər və zabitindən öz istila- çılıq
planlarını həyata keçirmək üçün istifadə etməyi qərara almışdılar.
Əsirlərlə iş aparmaq, onları almanlara sədaqətlə xidmət etməyin öz
xalqlarının mənafeyinə uyğun olduğuna inandırmaq, hərbi hissələrdə
birləşdirmək üçün faşist hökuməti siyasi mühacirlərin nüfuz və
bacarığından istifadə etməyə çalışırdı.
353