Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə25/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   216

millətin  formalaşmasında  mühüm  rol  oynayırdılar.  Bu  işdə  Həsən  bəy 

Zərdabinin və Məhəmməd Əmin Rəsulzadənin millətçilik və dövlətçilik, 

Cəlil  Məmmədquluzadənin  demokratizm  və  azərbaycançılıq  ideyaları 

misilsiz dərəcədə təsir gücünə malik idi. 

Formalaşan  milli  təfəkkürümüz  türk  aləminin  görkəmli 

mütəfəkkirləri  İsmayıl  Qasprinski,  Əli  bəy  Hüseynzadə,  Yusif 

Ağçuraoğlu, Əhməd bəy Ağayev, Ziya Göyalp və başqalannm türkçülüyə 

dair fikirlərindən bəhrələnirdi. Onlar obyektiv olaraq Azərbaycanın milli 

müstəqilliyini  ümumtürk  azadlığının  tərkib  hissəsi  kimi  qarşıya 

qoyurdular.  Vaxtilə  Türkiyə  cümhurİ3^ətinin  banisi  Mustafa  Kamal 

Atatürk belə demişdi: «Müstəmləkə halında yaşayan hər hansı bir xalq 

özü üçün ibrət dərsi götürə bilər. Müstəqilliyini əlindən vermiş hər hansı 

bir millət hansı həyat şəraitində yaşayırsa yaşasın, o mədəni bəşəriyyətin 

gözündə  yaltaq  nökərdən  başqa  bir  şey  deyildir.  Azadlıq  şirin  şeydir. 

Lakin  bunu  heç  vaxt  iki  əllə  gətirib  xalqlara  vermirlər.  Azadlıq  qanla 

alıniP). 

Əsrimizin əvvəlində ilk addımlarını atmağa başlayan milli hərəkatın 

hələ  lazımi  təcrübəsi  və  əsaslandırılmış  konsepsiyası  yox  idi.  Milli 

hərəkatın əsas apancı qüvvəsi milli burjuaziya və demokratik ziyalılar idi. 

Lakin bu qüvvələrin hər ikisi siyasi cəhətdən hələ yetkin deyildi. Siyasi 

muxtariyyət  haqqında  proqramlar  dəqiqləşməmişdi.  Onlar  obyektiv 

olaraq imperiyanın müstəmləkə zəncirini qırmaq üçün yollar axtanrdılar. 

Çar  hökumətinin  böyük  dövlətçilik  siyasəti,  milli  zülmün 

gücləndirilməsi,  xalqlann  hüquqlanmn  məhdudlaşdıniması  və  s. 

cəmiyyətin  bütün  təbəqələrinin  nümayəndələrini  milli  məsələ  ətrafında 

birləşdirirdi.  Millətin  taleyindən  narahat  olan  cəmiyyətin  mütərəqqi 

hissəsi  mövcud  quruluşun  yeniləşməsini,  islahatlar  keçirilməsini  daha 

qətiyyətlə  tələb  edirdi.  Xalqın  hər  cür  hüquqsuzluğu,  onun  arzu  və 

amallan haqqında çar idarələrinə bildirmək və demək imkanı yaranmışdı. 

Bu məsul işi həyata keçirmək milli ziyalıların öhdəsinə düşürdü. 

1905-ci  ilin  yazında  Azərbaycanın  liberal  ziyalılan  petisiya 

kampaniyasına  başladılar.  İlk  petisiya  Cənubi  Qafqaz  müsəlmanlan 

adından  1905-ci  ilin  aprelində  Ə.Topçubaşov  tərəfindən  yazılmış  və 

Nazirlər  Kabinetinə  təqdim  edilmişdi.  Petisiyanı  Ə.Topçubaşov, 

Ə.Ağayev, M.Vəkilov, Ş.Əsədullayev, Ə.Ziyadxanov, Q.Zülqədərov və 

başqaları  imzalamışdılar.  Bu  petisiya  əslində  Qafqazın,  o  cümlədən 

Azərbaycanın  qanunvericilik  əsasında  yenidən  qurulması  üçün 

ümummilli  proqram  idi.  İctimai  və  təsərrüfat  həyatında  müsəlmanlar 

üçün qoyulan 

62 



məhdudiyyətlər çox aydın şəkildə göstərilirdi. Qafqazda zemstvo tətbiqi 

xüsusi qeyd olunmuşdu. Petisiyada müsəlmanlara demokratik azadlıqlar 

verilməsinə xüsusi yer aynimışdı. 

Az sonra Gəncə quberniyası müsəlmanlan adından, demək olar ki, 

eyni məzmunlu petisiya Peterburqa göndərilmişdi. Zaqatala dairəsi, eləcə 

də  Nuxa  və  Cavad  qəzalannın  müsəlman  əhalisinin  Qafqaz  canişininə 

petisiyalan  ünvanlandı.  1905-ci  ilin  iyununda  Ə.Topçubaşovun  yeni 

yazdığı petisiya Qafqaz canişini qraf Vorontsov-Daşkova şəxsən təqdim 

edildi. Burada müsəlman əhalisinə ruslarla bərabər siyasi, mülki və dini 

hüquqlann verilməsi aynca q^d edilirdi. Canişin ana dilində məktəblərin 

açılmasına  icazə  verəcəyini  vəd  etdi.  Bundan  az  sonra  dalbadal  ana 

dilində  «Həyat»  (redaktorlan  Ə.Ağayev,  Ə.Hüseynzadə),  «İrşad» 

qəzetləri  və  «Füyuzat»  jurnalının  nəşrinə  başlanıldı.  Ə.Topçubaşov 

məqalələrindən  birində  yeni  yaranan  siyasi  partiyalann  əlbir  fəaliyyət 

göstərmələrini təklif etmişdi. Cənubi Qafqazda qanunvericilik səlahiyyəti 

olan siyasi partiyalann yaradılmasını da o irəli sürmüşdü. 

Cənubi Qafqaz müsəlman ziyalılarının təşəbbüsləri Knm və Kazan 

ziyalılan tərəfindən böyük həvəslə müdafiə edildi. 

Xaricdə  təhsil  alıb  Vətənə  qayıdan  türk  xalqlannm  ziyalılan  ilk 

vaxtlar siyasi həyatda, əsasən, Rusiya sosial-demokratlannın mövqeyində 

dayanırdılar.  Onlann  yaratdığı  ilk  siyasi  təşkilatlar  bu  məqsədə  xidmət 

edirdi.  Lakin  zaman  keçdikcə  onlar  başa  düşürdülər  ki,  müstəmləkə 

əsarətində olan xalqın azadlığı bolşeviklərin məramnaməsin- də nəzərdə 

tutulan sinfi mübarizədən daha çox milli-demokratik mübarizəni ön plana 

çəkməyi tələb edir. 

1905-1907-ci  illər  inqilabı  türk  xalqlan  içərisində  milli  hərəkatın 

yüksəlişinə təkan verdi. Türk məmləkətləri milli burjuaziyasının qabaqcıl 

ziyalıları  imperiyaya  qarşı  birgə  mübarizəni  təşkil  etmək  üçün  ümumi 

siyasi partiyanın yaradılmasını məqsədəuyğun hesab etdilər. 

Bu  işin  əsas  təşəbbüskarlanndan  və  təşkilatçılarından  biri 

Azərbaycanın  görkəmli  ictimai  və  siyasi  xadimi  Əlimərdan  bəy 

Topçubaşov  idi.  Müstəmləkə  əsarətinə  qarşı  mübarizə  üçün  partiya 

yaratmaq  ideyası  müsəlmanlar  yaşayan  bütün  bölgələrdə  -  Qafqazda, 

Knmda,  Tatarıstanda,  Mərkəzi  Asiyada,  Sibirdə  və  s.  yerlərdə  maraqla 

qarşılandı. 

1905-ci  ilin  iyununda  Rusiya  müsəlmanlannin  500  nəfər 

nümayəndəsi  Çistopola  yığışdı.  Burada  əsas  demokratik  azadlıqları 

saxlamaq şərti ilə Konstitusiyalı monarxiya quruluşu haqqında qətnamə 

qəbul edildi. Müsəlman ittifaqı yaradılması da qərara alındı. 

63 



1905-ci il avqustun 15-də Nijni-Novqorodda «Müsəlman ittifaqının» 

(«İttifaqi-müslimin») təsis qurultayı keçirildi. Qurultay gizli çağırılmışdı. 

Sədrliyə «dildə, fikirdə və əməldə birlib> sözlərinin müəllifi İ.Qasprinski 

seçildi.  Qurultayı  görkəmli  Azərbaycan  ziyalısı  Ə.Topçu-  başov  açdı. 

Qurultayda Rusiyanın bütün müsəlmanlarım birləşdirən siyasi partiyanın 

yaradılmasından söz açıldı. 

«Konstitusiyalı müsəlman partiyası»  «İttifaqi-müslimin»in II və III 

qurultayları  da  formalaşdı.  II  qurultay  1906-cı  ilin  yanvannda 

Peterburqda,  III  qurultay  isə  həmin  ilin  avqustunda  Nijni-Novqorodda 

keçirildi.  Həmin  qurultaylarda  partiyanın  Ə.Topçubaşov  tərəfindən 

yazılmış  proqram  və  nizamnaməsi  qəbul  edildi.  II  qurultayda 

T.Qarabəyov  və  Ə.Axundov  da  iştirak  edirdilər.  «İttifaqi-müslimin»in 

proqramı,  demək  olar  ki,  Kadet  partiyasının  proqramını  təkrar  edirdi. 

Partiyanın III qurultayında Mərkəzi Komitə seçildi. Komitənin daimi yeri 

Bakı şəhəri seçilmişdi. 

Partiyanın  Mərkəzi  Komitəsinə  seçilən  15  nəfər  arasında 

İ.Qasprinski, Ə.Topçubaşov, R.İbrahimov, U.Akçura və b. vardı. I Dövlət 

Duması buraxıldıqdan sonra 1906-cı ilin noyabrında MK-nın keçirilmiş 

iclasında  Konstitusiyalı  müsəlman  partiyası  Kadet  partiyasından 

aynldığını  elan  etdi.  Partiya  yarımleqal  şəraitdə  fəaliyyət  göstərirdi. 

Partiyanın IV qurultayı 1914-cü ilin iyununda Peterburqda keçirildi. 

Ə.Topçubaşov  təsis  qurultayında  «Rusiya  imperiyası  daxilində 

türklərin vəziyyəti və problemləri» mövzusunda çox maraqlı məruzə etdi. 

Elə həmin gün işini tamamlayan qurultay türk xalqlarının siyasi taleyində 

mühüm  və  cəsarətli  addım  atdı.  Türkçülük  və  müsəlmançılıq  əsasında 

birləşmənin  vacibliyi  qeyd  edildi.  I  qurultayda  Azərbaycam  Əlimərdan 

bəy  Topçubaşov,  Əhməd  bəy  Ağayev,  Şəmsi  Əsədullayev,  Haşım  bəy 

Vəzirov, Səfər Tağızadə və başqalan təmsil edirdilər. 

Çann 1905-ci il 17 oktyabr manifestindən sonra qurultayda nəzərdə 

tutulan  partiyanın  yaradılması  reallaşdı.  Həmin  ilin  sonunda  çarizmin 

Azərbaycanda  törətdiyi  milli  qırğmia  əlaqədar  şikayətə  gedən 

Ə.Topçubaşov  və  Ə.Ağayev  paytaxtda  Əbdünəşid  İbrahimovla  birlikdə 

«Müsəlman ittifaqı»nm nizamnaməsini və proqramını hazırladılar. 

Ümumrusiya  müsəlman  ittifaqının  nümayəndələri  II  qurultayı  tərk 

edərkən türklərin mənafeyinə namusla qulluq edəcəklərinə and içdilər. 

1906-


 

cı ilin aprelində fəaliyyətə başlayan I Dövlət Duması «Müsəlman 

parlament  fraksiyası»nın  təşəbbüsü  ilə  həmin  il  avqustun  16-23-də 

Nijni-Novqorodda Ümumrusiya müsəlmanlannm III qurultayı keçirildi. 



64 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə