Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə24/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   216

Şuşanın  Ağdamla  əlaqəsinin  müvəqqəti  kəsilməsi,  çoxlan  kimi, 

Əhməd bəy Cavanşirin qızı, görkəmli ədibimiz M.Cəlilin zövcəsi Həmidə 

xanımı  da  narahat  etmiş  və  o,  200  atlı  ilə  Ağdama  gəlmiş,  ağdamlılar 

qarşısında çıxış edərək hər cür köməklik göstərəcəyini bildirmişdi (200 

pud un, böyük məbləğdə pul vermişdi). Bu çətin günlərdə ölkəmizin hər 

yerindən,  xüsusən  Bakıdan,  döyüş  yerlərinə  ərzaq  göndərilir  və  pul 

yardımı edilirdi. Məsələn, H.Z.Tağıyev 750 pud un, 105 pud qənd-çay, 

xeyli neft və digər şeylər, M.Muxtarov xeyli məbləğdə pul. Məşədi Xəlil 

Hacı Həsən oğlu və başqaları da pul göndərmişdilər. Uzaqlarda yaşayan 

qarabağlılar da həmvətənlərinə kömək etməyi unutmamışdılar. 

1905-ci  ilin  noyabr  ayında  Kolanı  elinin  Umudlu  kənd  əhalisinin 

faciəsi  dəhşət  doğurur.  Mühasirəyə  düşmüş  kəndlilər  çətinliklə  də  olsa 

kənddən  çıxmağa  imkan  tapdılar  və  qəza  rəisi  Pivovarovdan  özlərini 

müdafiə  etmək  üçün  kömək  istədilər.  Lakin  Pivovarov  müxtəlif 

bəhanələrlə umudluların xahişini rədd etdi. 

Yolda  erməni  kəndi  Hey  valının  kətxudası  Abram  Həsən  Calalov 

qaçqınlara  rast  gəldi  və  camaatı  dilə  tutub  Heyvalıya  apardı.  Buradakı 

erməni  silahlı  dəstələri  azərbaycanlılan  əhatəyə  aldılar.  Kişiləri  ayınb 

hamısının başlarını kəsdilər. Hamilə qadınlann qannlannı xəncərlə yarıb 

körpələri kənara tulladılar. Umudlu sakinlərindən yalnız 30 nəfərə qədəri 

qaçıb canlannı qurtara bilmişdi. 

Mənfur  ermənilər  1905-ci  ilin  sentyabrında  Qazaxda,  noyabnn  or- 

talannda  Gəncədə  və  noyabnn  axınnda  isə  Tiflisin  azərbaycanlılar 

yaşayan yerlərində qırğın törətdilər. 

Avqust  ayının  məğlubiyyətləri  daşnaklara  dərs  olmadı.  Onların 

Gülablıda,  Malıbəylidə,  Kosalarda,  Kolanı  elinin  Papravənd  və  başqa 

kəndlərində  tökdükləri  qanlann  qisası  layiqincə  alındı.  Cənubi 

Azərbaycandan  köməyə  gəlmiş  süvari  dəstələr  bir-iki  gün  Ağdamda 

qaldıqdan  sonra  ermənilərin  yaşadıqlan  Aranzəmin  və  Pircamal 

kəndlərinə  hücuma  keçdilər.  Qanlı  döyüşdə  213  nəfərdən  çox  erməni 

öldürüldü və sağ qalanlar qaçıb meşələrdə gizləndilər. Bütün bunlardan 

nəticə çıxarmayan düşmən 1906-cı ilin iyulunda general Kalaşakova 10 

min  man.  rüşvət  verdikdən  sonra  Şuşada  və  ətraf  kəndlərdə  yeni 

cinayətlər törətmək üçün kazak dəstələri, piyada rus əsgərləri və on minə 

yaxın könüllü quldur dəstəsini bir yerə topladı. Rus topunun hər atəşinə 

15  man.  vəd  edilmişdi.  İyulun  12-də  həmin  qüvvələr  hücuma  keçdilər. 

Qırğının  davam  etdiyi  beş  gün  ərzində  müsəlman  evləri  top  atəşi  ilə 

dağıdıldı və 



59 


yandınidı.  Lakin  gənclərimiz  rus-erməni  birləşmiş  silahlı  qüvvələrinin 

hücumlanndan  sarsılmadılar.  Əks-hücuma  keçərək  döyüşü  mərdliklə 

davam  etdirdilər.  Döyüşün  beşinci  günü  general  Kalaşakov  qərargahda 

olan  bütün  rus  əsgərlərini  döyüşə  göndərdi.  Belə  ağır  gündə  köməyə 

gəlmiş  Sultan  bəy  Paşa  bəy  oğlu  və  İbrahim  bəy  Əli  Məhəmməd  bəy 

oğlunun  bir  neçə  yüz  nəfərlik  dəstələri  gecəyan  şəhərə  daxil  oldular. 

Birləşmiş  qüvvələr  onlardan  qat-qat  çox  olan  və  yaxşı  silahlanmış 

erməni-rus qüvvələrinin üstünə hücuma keçdilər. Şəhərdə əli silah tutan 

cavandan  qocaya  qədər  hamı  döyüşə  atıldı.  Onlann  qətiyyəti  kazakları 

heyran  etdi.  Düşmən  rüsvayçılıqla  qaçmağa  başladı.  Ermənilərin  xəzəl 

kimi torpağa sərilmiş yüzlərlə meyidi qaldı. Kalaşakovun fitnəsi ilə baş 

verən  bu  döyüşdə  azərbaycanlılardan  30  nəfər  öldürülmüş»  21  nəfər 

yaralanmışdı; düşmən tərəfdən isə 500 nəfərdən çox adam öldürülmüş və 

290  nəfər  yaralanmışdı.  1906-cı  ilin  avqustunda  Zəngəzur  qəzasının 

Oxçu-Şəbadək 

kəndindən 

Ordubada 

getməyə 


məcbur 

olan 


azərbaycanlılar yolda erməni quldurlannm mühasirəsinə düşdülər. Molla 

Həsən  Əfəndi əlində  Quran  düşməndən  uşaqlara,  qocalara  və  qadınlara 

rəhm  etməyi  xahiş  etdi.  Lakin  erməni  başkəsənləri  Quranı  mollanın 

əlindən alıb yandırdılar, Həsən Əfəndini isə tikə-tikə doğradılar. Qaçmağa 

çalışan qadın və uşaqlan qəddarlıqla öldürdülər. Qırğın yerinə gəlmiş or- 

dubadlılar 62 qadın cəsədi və 15 nəfər günahsız körpənin kəsilmiş başım 

gördülər. 

*'!•  1905-1906-cı  illərdə  çarizmin  Azərbaycanda  törətdiyi  milli  qırğın 

bununla bitmir. Sonrakı tarixi dövrlərdə xalqın imperiya əsarətinə qarşı 

milli-azadlıq hərəkatı coşduqda bu tədbirə təkrar-təkrar əl atılmışdır. Hər 

dəfə  də imperiya  himayədarlannın  fitvası ilə  ermənilər türklərin  qanına 

susamış və qətl-qarətlər törətmişdilər. 



§ 4. Milli hərəkatın genişlənməsi 

Rusiyamn Qafqazdakı hakimiyyəti dövründə qonşu xalqlara nisbətən 

Azərbaycanda milli və ictimai zülm daha dözülməz idi. Qonşu ölkələrdə 

milli  məktəblər,  kilsələr,  milli  mətbuat,  müxtəlif  xeyriyyə  cəmiyyətləri 

olduğu  halda,  bunlar  xalqımız  üçün,  əsasən,  yasaq  edilmişdi.  Xristian 

kilsəsinə  etimad  və  qayğı  göstərildiyi  halda,  məscidlərimiz  təqib 

olunurdu. Rus məmurlannm razılığı olmadan yeni məscid binası tikmək 

mümkün deyildi. 



60 


Keçən əsrin sonlannda mütərəqqi rus ziyalılarının azadlıq ideyalan 

imperiyanın  tədricən  müstəmləkələrində,  o  cümlədən  Azərbaycanda  da 

əks-səda doğururdu. Millətin qabaqcıl ziyalılarının milli mənlik şüurunda 

bir oyanış, təbədüllat baş verməkdə idi. 

XX əsrin başlanğıcında Rusiya gerçəkliyinin doğurduğu labüd siyasi 

hadisələrin (rus-yapon müharibəsi, imperiyam sarsıdan 

1905-

 

1907-ci  illər  inqilabı,  kütləvi  tətillər  və  s.)  təsirilə  mütləqiyyət 



bəzi demokratik dəyişikliklər etməyə məcbur oldu. Belə bir tarixi şərait 

Azərbaycanda  milli  burjuaziyanın  formalaşmasına  və  milli  şüurun 

inkişafına  təsir  göstərirdi.  İstedadlı  gənclərin  imperiyanın  və  dünyanın 

müxtəlif  təhsil  ocaqlarına  göndərilməsi  müsbət  səmərəsini  verirdi.  Bu 

gənclər təhsillərini başa vurub Vətənə qayıtdıqdan sonra milli demokratik 

hərəkatın  yaranmasında  və  inkişafinda  böyük  rol  oynayırdılar. 

Avropadakı  qabaqcıl  ideyalarla  tanış  olan  gənc  mütəxəssislər  tədricən 

anlayırdılar  ki,  böyük  ideyalara  qovuşmaq  üçün,  ilk  növbədə  qan 

yaddaşına  qayıtmaq,  özünü  dərk  etmək,  millətinin  tarixini,  mənəvi 

dəyərlərini araşdırmaq lazımdır. 

Bu  istiqamətdə  müəyyən  işlər  görülür,  milli  məktəblərin  açılması 

planlaşdınlır,  proqramlar  hazırlanır,  dərsliklər  yazmağa  təşəbbüs 

göstərilirdi.  Ayn-ayn  xarici  müəlliflərin  ən  yaxşı  əsərləri  dilimizə 

tərcümə edilirdi. 

Bu  döNTdə  Azərbaycanda  özünüdərkə,  milli  hərəkatın 

güclənməsinə  təsir  edən  amillərdən  biri  də  çarizmin  milli-müstəmləkə 

əsarətinə qarşı fəhlələrin inqilabi mübarizəsi, kəndli hərəkatı və orduda 

etiraz  çıxışlanmn  eyni  vaxtda  baş  verməsi  idi.  1904-1905-ci  illərin 

rus-yapon  müharibəsində  çarizmin  biabırçı  məğlubiyyəti  imperiyanın 

türk-müsəlman  xalqlanna  qarşı  çevrilmiş  Şərq  siyasətinə  mənfi  təsir 

göstərdi.  Milli  hərəkatda  «Milliyyət  və  hürriyyəD>,  «Məşmtə  və 

müsavat» ideyalan geniş vüsət almışdı. Xalqın düşüncəsində Azərbaycan 

məfhumu  coğrafi  mənadan  daha  çox  fikir  və  əməl  şəklində  təcəssüm 

edirdi.  Məhəmməd  Əmin  Rəsulzadənin  dediyi  kimi,  «millət  inanmağa 

başladı ki, istiqlal xaricində onun üçün əlavə Azərbaycan yoxdur». 

O  dövrki  milli  ziyalılarımızın  qabaqcıl  nümayəndələrindən  Həsən 

bəy  Zərdabi,  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağayev,  Nəriman 

Nərimanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, 

Üzeyir  bəy  Hacıbəyov,  Mirzə  Ələkbər  Sabir,  Abdulla  Şaiq,  Əlimərdan 

bəy Topçubaşov, Firidun bəy Köçərli, Məhəmməd Əmin Rəsulzadə və 

başqaları mətbuatda çıxış etməklə xalqın şüurunun oyanmasında və 

61 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə