1905-ci il iyunun 16-da daşnaklar Cəbrayıl qəzası əhalisinin
nümayəndələrini Ağoğlan monastınna dəvət etdilər. Haradansa gəlmiş üç
nəfər erməni növbə ilə çıxış edərək rus-yapon müharibəsində çar
ordusunun rüsvayçılıqla məğlubiyyətindən, imperiyanın dağılacağından
danışdı. Sonra da bizləri qorxutmaq məqsədilə ermənilərin əllərində
kifayət qədər silah anbarlanmn olduğunu xatırlatdı. Qacar kəndinin
nümayəndələri bu hədyanlara dözməyib onlara təhqirlə cavab verdilər və
bütün nümayəndələr nümayişkaranə surətdə monastırı tərk etdilər.
Zəngəzurun erməni kəndlərindən və başqa yerlərdən toplanan quldur
dəstələri az sonra Sokratın rəhbərliyi altında qəflətən hücuma keçərək
Veysəlli kəndini yandırdılar. 150 evdən ibarət olan Qacar kəndinin
igidləri 6 saatdan çox davam edən döyüşdə düşməni pərən-pərən saldılar.
Aşot adlı zabitin başçılıq etdiyi alay bütünlüklə məhv edildi. Qonşu
müsəlman kəndlərindən yeni könüllü dəstələr gəldilər. Onlar döyüş mey-
danmdan qaçan erməniləri təqib etdilər. Əfşar adlı erməni kəndi
yandınIdı və xeyli quldur əsir götürüldü. Daşnak zabitləri üç min quldurla
Qacar kəndinə yeni hücuma keçdilər. Lakin döyüşdə qələbə çalan
qacarlılar və könüllülər çox az itki ilə 400 nəfər ermənini məhv etdilər.
Müsəlman süvariləri Şeyxməli kəndində məşq edən min nəfərlik
quldur üzərinə qəflətən hücum etdilər. Bütün günü davam edən döyüşün
sonunda ermənilər xeyli itki verdikdən sonra qaçıb Düdüklü kəndinə
sığındılar. Lakin igidlərimiz onları vurub bu kənddən də çıxartdılar və
onlann İşxan adlı zabitini əsir götürdülər. Həmin günün səhəri müsəlman
süvariləri Çəmənli kəndinə hücum edən erməniləri ağır məğlubiyyətə
uğratdılar. Qələbənin qazanılmasında qorxmaz kəşfıyyatçıla- nmızın
misilsiz rolu oldu. Bu məğlubiyyətdən və itkilərdən sonra ermənilər
Xırmancıq kəndinə 2500 quldur topladılar. Hər tərəfdən dağlarla əhatə
edilmiş bu kəndi hücumla almaq son dərəcə çətin idi. Oraya yalnız bircə
yerdən tək atlının keçə biləcəyi yol vardı. Müsəlman könüllüləri
ermənilərin ələ keçirmək istədikləri Anş kəndinə toplaşmışdılar.
Kəşfiyyatın düşmən haqqında topladığı dəqiq məlumat döyüşün uğurla
nəticələnməsində həlledici rol oynadı. Döyüşdən əvvəl komandir
döyüşçülərimizə müraciət etdi: «Övladlanm! Bu saatda bizlərə... yalnız
xəncər-patron köməyə gələr. Bəli! Sülh vaxtı sülh etmək, müharibə vaxtı
mərdanəlik göstərmək lazımdır... Ona görə qorxu və hür- küyə
qəlbimizdə yer olmamalıdır. Bizim bu müharibədə müzəffər olduğumuz,
əlbət ki, tarix səhifələrinə düzülüb millət istiqbalına və vətən övladına
yadigar qalacaqdır». Komandirin çıxışı əsgərləri coşdur
57
du. Seçilmiş düzgün döyüş taktikası erməniləri əzməyə imkan verdi.
Quldurlar atlannı və silahlarını qoyub qaçdılar. Alınmaz hesab edilən
Xırmancıq kəndi əsgərlərimiz tərəfindən tutuldu. Pristav Davıdovun öz
strajnikləri ilə ermənilərə köməyi də nəticə vermədi. Buna baxmayaraq,
Cəbrayıl və Qaryagin qəzalannda milli münaqişə davam edirdi.
Ermənilər hər dəfə yeni hərbi toqquşma törədirdilər. Onlar bizim
kəndlərdən Veysəlli, Divanəlilər, Süleymanlı və b. yandırmış, xeyli insan
tələf etmişdilər.
Yuxanda qeyd edildiyi kimi, rəsmi dövlət nümayəndələri, pristav-
lar, zabitlər münaqişəni qızışdınr və erməniləri müdafiə edirdilər. Pristav
Davıdovun əməli buna sübutdur.
1905-ci ilin hadisələri içərisində Şuşa faciəsi daha kədərli idi. Qə-
zalardakı qırğının qarşısım almalı olan əsgərlər qəsdən Şuşada saxlanırdı.
Məqsəd müsəlmanlann soyqınmında onlardan istifadə etmək idi.
Ermənilər Şuşa dÖ5dişünə böyük hazırlıq işləri görmüş və canlı qüvvə
toplamışdılar. Avqustun 8-də növbəti fitnə törədildi - Cənubi
Azərbaycandan gəlmiş və məktəbin təmirində işləyən 17 fəhlə qətlə
yetirildi. Bir həftə sonra, yəni avqustun 16-da kilsənin döyüşə çağınş
zəngi ilə silahlı ermənilər azərbaycanlılan atəşə tutdular. Rus ordusunda
qulluq edən 15 nəfər erməni əsgəri komandanlığın razılığı ilə silahlannı
götürüb vuruşan quldurlara qoşuldular. Tiflisdən isə 100 erməni köməyə
gəlmişdi.
Azərbaycan türkləri qatı düşmənə layiqli cavab vermək üçün şəhərin
müxtəlif yerlərində 5 səngər qurmuşdular. Hər səngərə bacarıqlı və
seçilən adamlar başçılıq edirdilər. Onlardan Abbas bəy Talib oğlu,
Əfrasiyab Hacı Əzim oğlu, Məşədi Abış Bəylər bəy oğlu və b. xüsusi
olaraq fərqlənirdilər. Şuşaya ətraf kəndlərdən xeyli atlı dəstələri köməyə
gəlmişdilər. Hlə həmin gün ermənilərin hücumlanmn qarşısı mərdliklə
alındı. Səhəri gün döyüşçülərimiz şir kimi meydana atılaraq yüzlərlə
qulduru qanma qəltan elədilər. «Qoçaq» ermənilər evlərini qoyub
qaçırdılar. Çoxunun qorxudan səngərdə ürəyi partlayıb ölmüşdü. İki-üç
gün ərzində ermənilərin bütün mövqeləri ələ keçirildi. Avqustun 19-da
ermənilər tərəfindən yandınlan binalar içərisində teatr və qız məktəbinin
binası da vardı. Ermənilər bir yerdə göz yaşı axıdaraq sülh istəyir, başqa
yerdə isə yeni fitnələr törədirdilər. 1905-ci il avqustun 16-dan 21-dək
Şuşada davam edən milli qırğın Azərbaycan türklərinin qələbəsi ilə başa
çatdı. Əslində bu, haqqın və ədalətin qələbəsi idi. Çünki bizim nahaq qan
tökülməsində heç vaxt marağımız olmamışdır.
58