Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə19/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   216

Aslandüz  batalyonunun  əsgərləri  keyfiyyətsiz  yeməyi  qəbul  etməkdən 

boyun qaçırdılar. Şamaxı alayının əsgərləri köhnə paltarlan geyinməkdən 

imtina  etdilər.  Noyabnn  sonlannda  Bakıda  Kurinski  alayının  əsgərləri 

komandanlığın əmrinə tabe olmaqdan boyun qaçırdılar. Kiyevdən Bakıya 

göndərilmiş  132-ci  Bəndər  və  131-ci  Tiraspol  alaylanmn  əsgərləri  də 

inqilabi hərəkata qoşuldular. Dekabnn əvvəllərində Bəndər alayı və digər 

hərbi hissələrin əsgərlərinin izdihamlı nümayişi oldu. Nümayişi dağıtmaq 

üçün  göndərilmiş  Salyan,  Samur  və  başqa  alayların  əsgərləri  öz 

yoldaşlanna  atəş  açmaqdan  boyun  qaçırdılar.  Əsgərlərin  etiraz  çıxışları 

Gəncədə də güclü idi. Zaqatala hərbi hissəsində də sakitlik pozulmuşdu. 

Qazaxdakı  alayın  kazakları  yoldaşlarına  atəş  açmaqdan  və  polisin 

göstərişlərini  icra  etməkdən  boyun  qaçırdılar.  Dekabrda  Gəncədəki 

alaylann  əsgərləri  44  maddədən  ibarət  tələbnaməni  komandanlığa 

verdilər.  Kuban  kazak  dəstəsinin  14-cü  piyada  batalyonunda  həyəcan 

daha kəskin idi. Bu batalyon tətil etmiş dəmiryolçular və kəndlilərə qarşı 

çıxmaqdan  qəti  imtina  etdi.  Onlar  Yevlaxda  dəmiryolçulardan  xüsusi 

qatar alaraq Kubana - öz stansiyalanna getdilər. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda inqilabi hərəkata qoşulmuş 

alaylardakı  əsgərlərin  xristian  olmalanna  baxmayaraq,  imperiyanın 

mərkəzində və digər əyalətlərində olduğu kimi, burada da ordu şüurlu və 

mütəşəkkil şəkildə inqilab tərəfinə keçmədi. 

1905-ci ildə inqilabın yüksəldiyi dövrdə Dumaya seçkilər keçirmək 

haqqında qanun verildi. I906-cı ilin mayında Dumaya seçkilər başlandı. 

Azərbaycanın  görkəmli  ictimai-siyasi  xadimlərindən  İ.Ziyadxanov, 

Ə.Topçubaşov,  M.Əliyev,  Ə.Muradxanov,  Ə.Xasməmmədov  birinci 

Dumaya  deputat  seçildilər.  Dumada  müsəlman  fraksiyasına  görkəmli 

hüquqşünas Ə.Topçubaşov sədr seçildi. Lakin birinci Duma 1906-cı ilin 

iyulunda çar tərəfindən buraxıldı. 

Birinci  Duma  buraxılan  kimi  deputatlardan  bir  qrupu,  o  cümlədən 

Ə.Topçubaşov və İ.Ziyadxanov «Vıborq muraciətnaməsi»ni imzaladılar. 

Qəzəblənmiş  çar  müraciəti  imzalayanlan  deputat  olmaq  hüququndan 

məhrum etdi və hər biri 3 aylıq həbsə alındı. 1906-cı ilin sonu - 

1907-

 

ci ilin əvvəlində Azərbaycanda ikinci Dövlət Dumasına seçkilər 



keçirildi.  İkinci  Dumaya  Azərbaycandan  Fətəli  xan  Xoyski,  Xəlil  bəy 

Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov, Zeynal Zeynalov 

deputat seçildilər. 1907-ci il fevralın 20-də II Duma açıldı. Duma- dakı 

azərbaycanlı deputatlar, əsasən, müsəlman fraksiyasına daxil olmuşlar və 

«Kadet» partiyasının mövqeyini müdafiə edirdilər. 

47 



Müsəlman  fraksiyasının  Ə.Topçubaşov  tərəfindən  hazırlanmış 

proqramı  aynca  kitabça  halında  çap  edilmişdi.  İkinci  Dumanın  tərkibi 

hökumətin ürəyincə deyildi. Ona görə də 1907-ci il iyunun 3-də hökumət 

dövlət  çevrilişi  edərək  Dumanı  qovdu.  Sosial-demokrat  fraksiyasının 

üzvləri həbs edildi və III Dumaya seçkilər haqqında yeni qanun verildi. 

Yeni seçki qanunu son dərəcə müstəmləkəçi xarakter daşıyırdı. Qafqaz, 

Orta  Asiya  və  Sibir  xalqları  siyasi  cəhətdən  «qejn-i-yetkin»  hesab 

edildilər  və  onlann  seçki  hüquqlan  xeyli  məhdudlaşdırıldı.  Cənubi 

Qafqaza verilən deputat yerlərinin sayı bir neçə dəfə azaldıldı. 

Azərbaycandan III Dumaya yalnız görkəmli hüquqşünas Xəlil bəy 

Xasməmmədov seçildi. 

Dumada  tək  olduğuna  baxmayaraq,  Xəlil  bəy  öz  üzərinə  düşən 

vəzifələri çox böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirirdi. 3 iyun 

çevrilişindən  sonra  Azərbaycanın  hər  yerində,  xüsusilə  Bakıda  inqilabi 

hərəkatın  əvvəlki  hərarəti  qalmaqda  idi.  İyunun  8-də  mədən-zavod  ko- 

missiyalannm ümumi yığmcağında tətil etmək üçün tələblər hazırlandı. 

Tətili  neftdaşıyan  gəmilərin  Xəzər  dənizində  işlədiyi  yay  vaxtına 

təyin etdilər ki, onun davam etdiyi hər bir gün sahibkarlara külli miqdarda 

zərər vursun. Hazırlanmaqda olan tətildən qorxuya düşən sahibkarlar və 

hökumət dairələri tətili pozmağa və yaxud heç olmasa payıza qədər təxirə 

salmağa çalışdılar. Məqsədlərinə çatmaq üçün 1905-ci ildə olduğu kimi, 

yenə  də  sahibkarlarla  fəhlə  nümayəndələri  arasında  müşavirə 

kampaniyası keçirməyə cəhd göstərdilər və məqsədlərinə qismən nail ola 

bildilər. 

Bununla  belə,  Bakıda  və  qəzalarda  tətil  və  nümayişlər  davam 

etməkdə idi. 

1907-ci  il  iyunun  21-də  Kür  çayı  sahilindəki  Bankə  qəsəbəsində 

balıq sənaye fəhlələri işi dayandırdılar. Balıq vətəgələri idarəsinin müdiri 

Canişin  dəfrərxanasına  məktubunda  tətil  haqqında  belə  yazırdı:  «Balıq 

vətəgələrində  baş  vermiş  tətillər  Bakının  neft  mədənləri  və  za- 

vodlarındakı tətillərin acınacaqlı nəticəsidir». Balıq sənayesi fəhlələri ağır 

iqtisadi  güzəranlarını  yaxşılaşdırmaq  üçün  46  maddədən  ibarət  tə- 

ləbnamə  irəli  sürdülər.  Maraqlı  orasıdır  ki,  tələbnamədə  qadınlann 

əməkhaqqının həcmi barədə aynca maddə  yazılmışdı. Onlara da kişilər 

qədər  məvacib  verilməsi  tələb  olunurdu.  Tətili  yatırmaq  üçün  Bakıdan 

buraya göndərilmiş 100-ə yaxın silahlı əsgərin gəlişini fəhlələr istehza ilə 

qarşıladılar.  İyulun  15-dək  davam  edən  tətil  fəhlələrin  qələbəsilə  başa 

çatdı. Bankə və ətrafdakı balıq vətəgələrində işləyən 



48 


fəhlələrin  əzəmətli  iyun-iyul  tətili  başqa  balıq  vətəgələri  üçün,  nccə 

deyərlər, örnək və sınaqdan çıxanimış bir təcrübə oldu. Avqustun 14-də 

Kür  boyundakı  balıq  vətəgələrinin  3  mindən  çox  fəhləsi  yenidən  tətilə 

başladı. Avqustun 25-də sahibkarlar fəhlələrin çoxsaylı tələblərini yerinə 

yetirməyə məcbur oldular, jyun-iyul və avqust ümumi tətilləri hökumətin 

yerli orqanlannı elə lərzəyə salmışdı ki, hətta tətillər qurtarandan sonra da 

vətəgələr polis nəzarətində saxlanılırdı. Hələ bir qədər əvvəl isə iyulun 

3-də  Şuşa  qəzasının  2500 nəfərə  qədər  ipəkçi  fəhləsi  tətilə  başlamış  və 

sahibkarlara 31 maddədən ibarət tələbnamə təqdim etmişdilər. Bir aydan 

çox davam edən bu tətil tələblər yerinə yetirildikdən sonra dayandırıldı. 

Hökumətin sərt tədbirləri və «fövqəladə polis nəzarəti» müddətinin 

yenidən uzadılmasına baxmayaraq, Azərbaycanda tətil mübarizəsi davam 

edirdi.  1908-ci  il  fevralın  sonuna  qədər  Bakının  30-dan  artıq  sənaye 

müəssisəsinin 10 mindən çox fəhləsi tətillərdə iştirak etmişdi. Həmin il 

imperiyada tətilçilərin sayı kəskin şəkildə azaldığı halda, Bakıda əvvəlki 

illərin  səviyyəsi  saxlanılmış  və  tətilçilərin  sayı  47  min  nəfərə  çatırdı. 

Halbuki  bu  müddətdə  inqilabın  mərkəzi  sayılan  Peterburqda  17  min, 

Moskvada 10 min nəfər tətil etmişdi. 1909-cu ilin 1 May nümayişində 

xeyli adam iştirak etdi. 

1909-


 

cu ildən başlayaraq iqtisadiyyatda baş verən canlanma və 

yüksəliş fəhlə hərəkatında da müəyyən canlanmaya səbəb oldu. 

Sənayenin  inkişafı  istehsalın  genişlənməsi  ilə  yanaşı,  fəhlələrin 

sayca artmasına və təmərküzləşməsinə gətirib çıxarmışdı. Fəhlələr ən iri 

müəssisələrdə  cəmləşmişdi.  Lakin  onlann  iş  və  mənzil  şəraiti  ağır  idi. 

İstehsalda texniki təhlükəsizlik işləri qaydasında deyildi. İş günü 10-14 

saat davam edirdi. Tibbi xidmət yarıtmaz vəziyyətdə idi. Belə bir şəraitdə 

fəhlələrin  aldıqları  əməkhaqqı  çox  hallarda  onlann  minimum 

ehtiyaclarını belə ödəmirdi. Ona görə də yeni iqtisadi yüksəliş dövründə 

fəhlələr bütün bu kəm-kəsirlər üçün sahibkarlara müraciət edir, tələbləri 

yerinə yetiriİməyəndə işi dayandırıb tətilə başlayırdılar. 

1910-

 

1911-ci illərdə Bakıda bir sıra pərakəndə tətillər baş verdi. Çox az 



iştirakçısı olan bu tətillərdə ancaq iqtisadi tələblər irəli sürülürdü. 1912-ci 

il aprelin 4-də Sibirdə Lena mədənlərində fəhlələrin gülləba- ran edilməsi 

Azərbaycanda inqilabi hərəkatın yüksəlişinə təkan verdi. Bakı fəhlələri 

yüksək  şüurluluq  göstərərək  bir  günlük  əməkhaqlanm  toplayıb  Lenada 

öldürülən  fəhlələrin  ailələrinə  göndərdilər.  Tətil  təkcə  Bakıda  deyil, 

qəzalardakı iri sənaye müəssisələrini də əhatə etdi. 



49 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə