Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə17/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   216

nində  avqust  ayında  Bakıda  ümumi  tətil  keçirmək  qərara  alındı. 

M.Məmmədyarov,  B.Ağayev,  S.Yaqubov  və  başqalarından  ibarət  tətil 

komitəsi yaradıldı. Əvvəlcədən nəzərdə tutulduğu kimi, avqustun 16-da 

səhər  tezdən  zavodlann  fit  səsi  ilə  tətil  başlandı.  Hökumət  ənənəvi 

fitnəsini işə saldı. Avqustun 16-21-də Şuşada, 20-26-da Bakıda yenidən 

qırğın  təşkil  etdi.  Ayın  20-də  mədənlərdə  yanğınlar  və  partlayışlar 

törədildi. Nəticədə Abşerondakı 3133 buruqdan 1795-i məhv edildi. 68 

neftayıran zavoddan 24-ü dayanmışdı. Avqustun 22-də Bakıda mühasirə 

vəziyyəti  elan  edildi.  Tətilçilərə  qarşı  qoşun  yeridildi.  Sabunçu 

xəstəxanasını  səngərə  çevirmiş  fəhlələr  mühasirəyə  alındı.  Kütləvi 

həbslər başlandı. Minlərlə adam Bakıdan sürgün edildi. 

Oktyabrın  7-do  Moskva-Kaz^n  dəmiryolunda  başlanan  və  ümum- 

imperiya  tətilinə  çevrilib  2  milyon  nəfərdən  çox  adamı  əhatə  edən  bu 

tətilin təsiri ilə oktyabrın 16-da Ağstafa stansiyasında və bütün Cənubi 

Qafqaz  dəmiryollarında  fəhlələr  işi  dayandırdılar.  Azərbaycanın  Ağs- 

tafadan Bakıya və Xaçmaza qədər iri stansiyalarında tətil komitələri və 

döyüş  drujinaları  yaradıldı.  Tətil  ayın  24-dək  davam  etdirildi. 

Dəmiryolçulardan  başqa  Bakının,  Gəncənin,  Gədəbəyin,  Nuxanın, 

Şuşanın sənaye müəssisələri və Kür boyundakı balıq vətəgələri fəhlələri 

də tətilə qoşuldular. Geri çəkilməyə məcbur olan Çar hökuməti oktyabrın 

17-də  manifest  verərək  söz,  mətbuat,  yığıncaq,  ittifaq  azadlığı  tətbiq 

etməyi və qanunverici dumaya seçkilər keçiriləcəyini vəd etdi. Çann ma- 

nifestindən sonra «Hümməb> təşkilatının çağırışı ilə oktyabnn 19-da on 

minlərlə  adamın  iştirak  etdiyi  siyasi  nümayiş  keçirildi  və  nümayişçilər 

siyasi məhbuslann azad edilməsini tələb etdilər. Bayılda polis və kazak- 

lar  nümayişçiləri  atəşə  tutdular,  bu  zaman  17  nəfər  öldürüldü  və 

yaralandı.  Bununla  belə,  hökumət  öz  məqsədinə  nail  ola  bilmədi. 

Məhbusların  bir  hissəsini  azad  etməyə  məcbur  oldular.  Gəncə 

nümayişçiləri  də  məhbus  yoldaşlannın  bir  çoxunu  azad  edə  bildilər. 

Azərbaycanda  nümayişlər  «Rədd  olsun  mütləqiyyət!»,  «Yaşasın 

azadlıq!»  və  başqa  şüarlarla  ayın  axınna  qədər  davam  etdirildi.  Çar 

manifestindən sonra imperiyanın mərkəzində və milli ucqarlarda bir sıra 

siyasi partiyalar yarandı. 

Oktyabrın  axırlarından  başlayaraq  mədənlərdə,  fabriklərdə  və 

zavodlarda  fəhlə  komissiyaları  təşkil  olundu.  Bunlar  fəhlə  deputatları 

sovetinin yaranması üçün ilk addımlar idi. 

Bakıda mədən-zavod komissiyalanndan seçilmiş nümayəndələrin 

1905-


 

ci il noyabrın 25-də keçirilən iclasında rəsmi olaraq 226 nəfərdən 

ibarət Bakı Fəhlə Deputatlan Soveti yaradılması elan edildi. Aym 27-dəki 



ilk  iclasda  menşeviklər  sovetdə  yerlərin  əksəriyyətini  tutmağa  və 

rəhbərliyi ələ keçirməyə müvəffəq oldular. Lev Şendrikov Sovetin sədri 

seçildi. Sovetdə sosial-demokratlann azlıqda qalan bolşevik fraksiyasının 

tərkibində  azərbaycanlı  fəhlələrdən  M.Məmmədyarov,  A.Zərgə-  rov, 

Q.M.Ağasiyev və başqalan da vardı. Fəhlələrin təşəbbüsü və yardımı ilə 

dekabnn  16-dan  «Bakı  şəhəri  Fəhlə  Deputatlan  Sovetinin  əxban»  adlı 

qəzet buraxıldı. Fəhlələrin təzyiqi ilə Bakı Soveti əhalinin ehtiyaclannı 

ödəmək  üçün  bəzən  qərarlar  da  çıxanrdı.  Lakin  inqilabın  yüksəldiyi 

şəraitdə  yaranmış  Bakı  Soveti  uzunömürlü  olmadı.  1906-cı  il  yanvann 

4-də  qəzetin  nəşri,  fevralın  23-də  isə  Sovetin  fəaliyyəti  da-  yandınldı. 

Bakı  qubernatorunun  əmri  ilə  Sovetin  bütün  üzvləri  həbs  edildi.  Az 

yaşamasına baxmayaraq, Sovet fəhlələrinin şüurunda müəyyən iz buraxa 

bildi. 

Noyabnn  sonlarında  Nuxadakı  ipəkçi  fəhlələrin  və  Ağdamda  «Ba- 



dior» səhmdar cəmiyyətinin pambıqtəmizləmə zavodunda tətil başlandı. 

Xəzər  ticarət  donanmasında  iş  dayandı.  Dənizçilərin  həmkarlar  ittifaqı 

yarandı. 

Dekabnn  7-də  Moskvada  başlanan  silahlı  üsyan  Azərbaycan 

fəhlələrinə  güclü  təsir  göstərdi.  Azərbaycanda  dekabr  tətili  də 

moskvalılarla  həmrəylik  bayrağı  altında  başladı.  Ayın  8-də  Biləcəri 

dəmiryolçulan  birinci  olaraq  tətilə  başladılar.  Dekabnn  9-da  Yevlax 

dəmiryol  stansiyasında  çalışanlar  tətilə  qoşuldular.  Azərbaycan 

dəmiıyolçularmm bu tətilləri ayın axınnadək davam etdirildi. 

Dekabnn 10-da Cənubi Qafqaz və Şimali Qafqaz dəmiryolçulannın 

başladıqlan tətil  ayın  24-nə  qədər  davam  etdi. Tətil ölkəmizin  yüzlərlə 

sənaye müəssisəsini əhatə etmişdi. 

Çar  hökumətinin  təqiblərinə  və  ağır  həyat  şəraitinə  baxmayaraq, 

Azərbaycan  fəhlələri  mübarizəni  davam  etdirirdilər.  Qanlı  yanvann 

ildönümündə Bakı və digər şəhərlərdə fəhlələrin tətil mübarizəsi başladı. 

Bakı və Gəncə tələbələri bu tətillərdə föal iştirak edirdilər. 1906-cı ilin 

yaz-yay aylannda tətil hərəkatı böyük vüsət aldı. Mayda Bakı fəhlələrinin 

75%-i işə çıxmadı. Bakı toxuculuq fabrikində iyunun 6-da başlamış tətil 

40  gündən  çox  davam  etdi.  Tətilçilərin,  demək  olar  ki,  hanusı 

azərbaycanlılardan ibarət idi. Avqust ayında başlanmış ümumi tətil uzun 

sürdü.  Noyabr-dekabr  aylannda  iri  inhisarlara  məxsus  mədən  və 

müəssisələrin  15  min  nəfər  fəhləsinin  tətil  mübarizəsi  iki  aya  qədər 

davam etdi. 

1906-


 

cı  ildə  tətil  hərəkatınm  nisbətən  zəifləməsinə  baxmayaraq,  il 

ərzində bütün tətillərdə 60 min nəfərədək adam iştirak etmişdi. 

44 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə