Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə15/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   216

qəzalannm kəndlərində, habelə Muğanda rus kəndlilərinin məskunlaşdığı 

ərazilərdə  özünü  qabanq  şəkildə  büruzə  verirdi.  1900-1904-cü  illərdə 

Azərbaycanda 100-dən artıq kəndi əhatə edən 120-dən çox kəndli çıxışı 

olmuşdu. 1903-cü ilin iyulunda Lənkəran qəzasının Cən- gəmiran kənd 

əhalisinin torpaq sahiblərinin özbaşınalığına qarşı çıxışı bəylərin silahlı 

dəstələri  və  kazaklarla  toqquşmaya  səbəb  oldu.  Lerik  kəndində  də 

kəndlilər müqavimət göstərməyə hazırlaşmışdılar. Gəncə quberniyasında 

kəndli  çıxışları  Gəncə,  Qazax,  Cavanşir,  Şuşa,  Nuxa  qəzalarında  və 

Zaqatala  dairəsində  baş  verirdi.  1900-1904-cü  illərdə  4-dən  çox  kəndi 

əhatə  edən  Göynük  kənd  cəmiyyətinin  üzvləri  onların  istəmədikləri 

adamın kətxuda seçilməsinə qarşı çıxmış və öz nümayəndəsini kətxuda 

seçməyə nail olmuşdular. Bundan istifadə edən yerli hökumət idarələri 

kəndliləri sıxışdırmağa başlamışdılar. 1900-1902-ci illərdə polis dəstələri 

və  kəndlilər  arasında  baş  yermiş  12  toqquşmanın  hamısı  kəndlilərin 

xeyirinə qurtarmışdı. Göynüklülərin çıxışlannın ətraf ərazilərə də sirayət 

edəcəyindən  qorxan  qubernator  və  Nuxa  qəza  rəisi  yüz  nəfərdən  çox 

əsgəri  polis  dəstələrinin  köməyinə  göndərdikdən  sonra  yalnız  1904-cü 

ildə Göynük kəndlilərinin hərəkatı yatırıldı və hərəkatın 5 nəfər ən fəal 

üzvü  həbs  edildi.  1903-cü  ildə  Gəncə  qəzasının  Qarabulaq  kəndində 

Burcalar  qaçaqlan  rəsmi  idarələrin  qeyri-qanuni  tədbirlərinə  qarşı 

çıxdılar.  Qarabulaqlılan  soyub-talayan  kətxudaya  və  hökumətin  digər 

nümayəndələrinə  qarşı  etiraz  edərək  əhalinin  daha  mübariz  hissəsi 

Burcalar  dərəsinə  köçdü  və  orada  təsərrüfatla  məşğul  olmağa  başladı. 

Onlar  hər  cür  vergi  verməkdən  və  mükəlləfiyyət  daşımaqdan  imtina 

etdilər və kətxudaya buraya gəlməməyi məsləhət gördülər. Onlar Aslan 

Həsən  oğlunun  başçılığı  ilə  qaçaq  dəstəsi  yaratdılar.  Qaçaqlan  həbs 

etməyə gəlmiş pristavın dəstəsi ilə toqquşma baş verdi. 

Pristava  köməyə  göndərilmiş  300  nəfər  kazak  da  burcalarlılann 

müqavimətini qıra bilmədi. Qaçaqlann hökumətin silahlı dəstələrinə qarşı 

mübarizəsi uzun müddət davam etdi. 

Cəbrayıl-Qaryagin  və  Şuşa  qəzalarında  qaçaq  Süleyman  Ağahü- 

scynoğlunun böyük bir dəstəsi mövcud quruluşa qarşı mübarizə aparırdı. 

Süleyman  kəndlilərə  hər  cür  kömək  və  müdafiə  etdiyinə  görə  əhali 

arasında  böyük  hörmət  qazanmışdı.  Onun  qaçaq  dəstəsi  15  ildən  çox 

mübarizəni davam etdirmişdi. Lakin bütün bunlara baxmayaraq, kəndli 

çıxışları yenə də mütəşəkkil deyildi. 

1904-cü  ilin  yanvarında  başlayan  rus-yapon  müharibəsində  çar 

ordusunun dalbadal biabırcasına məğlubiyyəti ölkədə siyasi vəziyyəti 



39 


yenidən gərginləşdirdi. İmperiyanın bütün ərazisində olduğu kimi, onun 

müstəmləkəsi  Azərbaycanda  da  ümumi  iqtisadi  və  siyasi  vəziyyət 

mürəkkəb  idi.  Belə  bir  şəraitdə  1904-cü  ilin  qışında  Xəzər  dənizində 

naviqasiyanın  kəsilməsi  tətil  keçirmək  üçün  əlverişli  deyildi.  Buna 

baxmayaraq, fəhlələrin təkidi ilə Bakı fəhlələrinin dekabr tətili başlandı 

və  imperiyada  böyük  əks-səda  doğurdu.  Əvvəlcədən nəzərdə tutulduğu 

kimi,  1904-cü  il  dekabnn  13-də  Balaxanı  mədənlərində  başlanan  tətil 

tezliklə digər müəssisələri də əhatə etdi. Az müddətdə Balaxanı, Sabunçu 

rayonunun bütün fəhlələri, Bibihcybət neftçiləri. Qara şəhər və Ağ şəhər 

müəssisələri də tətilə başladı. Həmin gün tətilçilə- rin sayı 30 min nəfəri 

keçdi  və  ümumbakı  tətili  xarakteri  aldı.  Səhəri  gün  tələblər  hazırlayıb 

sahibkarlara  vermək  üçün  tətil  komitəsi  təşkil  edildi.  Komitənin  işində 

M.Məmmədyarov, 

S.M.Əfəndiyev, 

S.Yaqubov, 

Ə.Axundov, 

A.Rəsulzadə və başqalan fəal iştirak edirdilər. Hazırlanmış tələbnaməyə 

34 bənd daxil edilmişdi. Tələblərin çoxu iqtisadi xarakterdə olsa da, siyasi 

tələblər də az deyildi: 8 saatlıq iş günü, 1 May günü işin dayandın iması, 

söz,  mətbuat,  yığıncaq  azadlığı,  ittifaqlar  təşkil  etmək,  məktəblər  və 

klublar açmaq, həftədə bir gün istirahət vermək, əməkhaqqını saxlamaqla 

ildə bir dəfə məzuniyyət vermək, gecə növbəsini ləğv etmək, mübahisəli 

məsələləri 

həll 


etmək 

üçün 


sənayeçilərin 

və 


fəhlələrin 

nümayəndələrindən  ibarət  mədən  məhkəmələri  təşkil  etmək  və  başqa 

tələbləri göstərmək olar. Dekabnn ikinci yansında Bakıda tətil etməyən 

bir müəssisə belə qalmamışdı və tətilçi- lərin sayı 50 min nəfəri keçmişdi. 

Belə  bir  vəziyyətdə  neft  maqnatlan  15  nəfərdən  ibarət  komissiya 

yaratdılar.  Dekabrın  19-dan  21-dək  neft  sənayeçiləri  bu  komissiyada 

tələblərin  müzakirəsini  keçirdilər.  Komissiya  fəhlələrin  bəzi  iqtisadi 

tələbləri ilə razılaşıb, siyasi tələbləri rədd etdi. Komissiya, həm də xüsusi 

olaraq  qeyd  edirdi  ki,  qəbul  edilmiş  tələblər  yalnız  neft  sənayesi 

fəhlələrinə şamil ediləcəkdir. Belə olan halda mexaniki istehsal və bir çox 

başqa sahələrdə çalışan fəhlələr kənarda qalırdı. Ona görə də elan edilmiş 

hərbi  vəziyyətə,  polis  və  kazak  hücumlarına  məhəl  qoymayan  Bakı 

fəhlələri  yeni  qüvvə  və  əzmlə  tətili  davam  etdirdilər.  Dekabnn  23-də 

Balaxanıda  polislə  toqquşmada  15  nəfərə  qədər  adam  öldürüldü. 

Hökumət  xəfıyyəsi  fitnə  mexanizmini  işə  salaraq  ayın  25-dən  30-dək 

mədənlərdə  yanğın  törədib  təqsiri  fəhlələrin  üzərinə  atdı.  Yanğın 

nəticəsində  225  buruq  məhv  oldu.  Tətili  yatıra  bilməyəcəklərini  yəqin 

edən  sahibkarlar  güzəştə  getməyə,  fəhlələrin  nümayəndələri  ilə  danışıq 

aparmağa məcbur oldular. De- 

40 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə