Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə16/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   216

kabnn  30-da  neft  sənayeçiləri  ilə  fəhlələr  arasında  müştərək  müqavilə 

imzalandı. Fəhlələr bu müqaviləni «mazut konstitusiyası» adlandırdılar. 

Tətil  dekabnn  31-də  fəhlələrin  qələbəsi  ilə  başa  çatdı.  Məğlub  olmuş 

sahibkarlar 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət günü və ildə bir dəfə 

məzuniyyət verilməsi, əməkhaqqının artıniması, xəstəlik üzündən işləyə 

bilməyən  fəhlələrə  əməkhaqqı  verilməsi  və  s.  məsələlərdə  güzəştə 

getdilər. Fəhlələrin orta əməkhaqqı 20-25% artırıldı. Lakin sahibkarlar bu 

güzəşti,  ancaq  bilavasitə  neft  sənayesində  çalışan  fəhlələrə  aid  etdilər. 

Halbuki,  yuxarıda  deyildiyi  kimi,  tətillərdə  Bakıda  və  onun 

rayonlarındakı  bütün  sənaye  müəssisələrinin  fəhlələri  iştirak  etmişdi. 

«Mazut  konstitusiyası»nın  verdiyi  imtiyazdan  məhrum  edilmiş  həmin 

qəbildən  olan  minlərlə  fəhlə,  başlıca  olaraq  mexaniki  istehsalda 

çalışanlar, özlərinin 17 maddədən ibarət tələblərini hazırladılar. Onla- nn 

tətili  1905-ci  ilin  yanvarında  da  davam  etdirildi  və  məqsədlərinə  nail 

oldular.  Müştərək  müqavilə  fəhlələrin  həm  neft  sahibkarları,  həm  də 

çarizm üzərində qazandıqları çox böyük qələbə idi. 

Çətinliklə  əldə  edilən  qələbə  fəhlələrin  güzəranını  bir  qədər 

yaxşılaşdırdı.  «Mazut  konstitusiyası»  qəbul  edildikdən  sonra  Bakıda 

zavod  komissiyalan  meydana  çıxdı.  Qazanılmış  uğurlardan  biri  də 

tətilçilər və onlann liderləri sırasında azərbaycanhiann sayca çoxalması 

idi. 

Dekabr tətili ölkədə mütləqiyyətə qarşı çıxan bütün qüvvələr üçün 



mübarizə  məktəbi  oldu.  Bakıda  və  qəzalardakı  kütləvi  tətillər, 

nümayişlər, kəndli çıxışları, milli hərəkat imperiyanın  milli ucqan olan 

Azərbaycanı da təlatümə gətirmişdi. Bakı fəhlələrinin dekabr tətili, həm 

də birinci rus inqilabının müjdəçisi oldu. 



§ 2. Azərbaycan birinci rus inqilabı dövründə 

1905-ci il yanvann 9-da «Qanlı bazar» hadisəsi ilə Rusiyada çoxdan 

yetişməkdə  olan  XX  əsrin  birinci  xalq  inqilabı  -  1905-1907-ci  illər 

burjua-demokratik  inqilabı  başladı.  Qanlı  bazar  günü  haqqında  xəbər 

həmin  gün  Bakıya  da  çatdı.  Peterburq  fəhlələri  ilə  həmrəyliyə  çağıran 

vərəqələr  hazırlanıb  H.Z.Tağıyev  teatnnda  keçirilən  mitinq  iştirakçılan 

arasında paylandı. Təkcə yanvar ayında Balada \*ə Bakı quberniyasının 

ərazisində  25  müəssisənin  fəhləsi  tətil  etdi.  Tətil  qəzalar-  dakı  sənaye 

müəssisələrinin fəhlələrini də əhatə etdi. Gədəbəy mis mədənlərinin, Ləki 

yağ  zavodunun,  Nuxa  və  Şuşa  ipək  emalı  fabriklərinin  fəhlələri  tətilə 

qoşuldular. Yanvann 25-də Gəncə dəmiıy'ol stansi 

41 



yasının 200-dən çox fəhləsi tətilə başladı. Şəhərdəki gimnaziya tələbələri 

də tətilçilərə qoşuldular. Tətil polis və əsgərlərin köməyi ilə yatınl- dı. 

Tətil hərəkatının getdikcə genişlənməsi hökumət dairələrini bərk narahat 

edirdi.  Hərəkatın  qarşısını  almaq,  əhalini  başqa  istiqamətə  yönəltmək 

məqsədilə  çarizm  dəfələrlə  sınaqdan  çıxanlmış  üsuldan-millətlər-  arası 

qırğından  istifadə  etdi.  Bakı  qubernatoru  təlimatlandınimaq  üçün 

paytaxta  çağırıldı.  Bakıya  qayıtdıqdan  sonra  qubernator  imperiyanın 

başçıları  adından  danışaraq  özünü  həm  ermənilərin,  həm  də  türklərin 

hima- yədan kimi qələmə verərək, onlan milli qırğına sövq etdi. Bakıda 

fevralın  6-dan  9-dək  davam  edən  qırğında  ermənilərin  əli  ilə  minlərlə 

azərbaycanlı  qarət  olundu  və  qətlə  yetirildi.  Qırğın  başqa  yerlərdə  də 

törədildi. 

Polisin  təzyiqini  gücləndirmək  üçün  Qafqazın  idarə  sistemində 

dəyişiklik  edildi.  Fevralın  26-da  əvvəllər  ləğv  edilmiş  canişinlik  bərpa 

olundu. Vorontsov-Daşkov canişin təyin edildi. Bakıda hərbi qubernator 

vəzifəsi  təsis  olundu.  Bakı  şəhəri  və  Bakı  quberniyası  ərazisində  hərbi 

vəziyyət elan edildi. 

Hökumətin gördüyü tədbirlərin köməyi az oldu. 1905-ci ilin yazında 

Azərbaycanda  tətil  hərəkatı  daha  da  genişləndi.  Martın  19-da  Gəncədə 

dəmiryolçuların  tətili  başlandı.  Səhərisi  gün  gimnaziya  tələbələri  də 

onlara  qoşuldu.  Tətil  tezliklə  Bakı,  Hacıqabul,  Kürdəmir,  Yevlax, 

Ağstafa və Cənubi Qafqazda əsas dəmiryol stansiyalannm əksəriyyətini 

bürüdü. Aprelin 1-də Bakı deposunda başlanan tətil 12 gün davam etdi. 

Bakının hərbi qubernatoru 400 fəhləni həbs etdirdi. Tətil qoşunun gücü 

ilə  yatınidı.  Mədən  və  zavod  fəhlələri  də  dəmiryolçularla  həmrəylik 

əlaməti  olaraq  çıxışlara  başladılar.  Həmin  il  Babda,  Gəncədə,  Nuxada, 

Yevlaxda  1  May  nümayişləri  mütəşəkkil  keçdi.  Mayın  10-da  başlamış 

yeni tətil az sonra yüzə qədər şirkətin müəssisələrini əhatə etdi və ümumi 

tətilə çevrildi. Fəhlələr sahibkarlara 26 siyasi və iqtisadi tələbdən ibarət 

tələbnamə  təqdim  etdilər.  Lakin  tələblərin  çox  az  bir  hissəsi  yerinə 

yetirildikdən  sonra  ayın  19-da  tətil  dayandırıldı.  1905-ci  ilin  iyun-iyul 

aylarında  Bakıda  və  qəzalardakı  sənaye  müəssisələrinin  75%-ni  tətil 

dalğası  bürümüşdü.  İyunda  Nuxa  ipək  emalı  fəhlələri,  iyulda  Gədəbəy 

metallurgiya  zavodu  və  Şuşa  ipək  fabriklərində  çalışanlar  da  tətilə 

başladılar.  Şuşa  şəhəri  və  qəzanın  bir  sıra  kəndində  ipəkçi  fəhlələr 

sənayeçilərə 17 maddədən ibarət tələbnamə verdilər. Lakin bu tələblərin 

az  bir  hissəsi  yerinə  yetirildi  və  fəhlələr  işə  başladılar.  İyulun  10-dan 

30-dək Şimali Qafqazdan Biləcəriyədək olan ərazilərdə dəmiryolçuların 

tətili oldu. İnqilabi hərəkatın yüksəlişi zəmi 

42 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə