Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə13/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   216

və  qiymətini  hesablamaq  üçün  münsiflər  heyəti  yaradılmışdı.  Həmin 

heyət  toıpaq  pulunun  illik  məbləğini  hesabladıqdan  sonra  onun 

qabaqcadan veriləcək faizinin miqdannı elan edirdi. 

Qanuna görə cəmi 1163 mülk üzrə Bakı quberniyasında 132 min və 

Gəncə  quberniyasında  271  min  des.  pay  torpağı  icbari  şəkildə  satın 

alınmalı idi. Kəndlilər malcəhət (məhsulun onda biri həcmində vergi) və 

bəhrə əvəzində də pul ödəyirdilər. Əkinçilik üçün yararsız olan torpaqlar 

kəndlilərin mülkiyyətinə pulsuz keçirdi. Pay toıpaqlannda salınmış bağ 

yerləri  əvəzində  pul  ödənilmirdi.  Hər  iki  quberniyada  sahibkar 

mülklərində yaşayan kəndlilər 403 min desyatin torpaq üçün 10,2 mln. 

manat  verməli  idilər.  Üstəlik  dövlət  xəzinəsinə  həmin  pulun  10,5  mln. 

manata  qədər  olan  faizini  ödəyirdilər.  Deməli,  sahibkar  kəndliləri 

mülkədarlara  və  dövlətə  20,7  mln.  manatdan  yuxan  pul  verməli  idilər. 

Ayn-ayn qəzalarda pay torpağının qiyməti müxtəlif idi. Orta hesabla bir 

desyatin torpağın qiyməti 15,5 manatdan 44 manata qədər idi. 

1912-ci  il  aqrar  qanunu  Zaqatala  dairəsinin  kəndlilərinə  şamil 

edilmədi.  Bu,  kəndlilərin  haqlı  narazılığına  səbəb  oldu.  Hökumət  bunu 

nəzərə alaraq 1912-ci il qanununa müvafiq olaraq Dağıstan və Zaqatala 

dairəsində asılı münasibətlərin ləğv olunması haqqında layihəni 1913-cü 

il  iyulun  7-də  qəbul  etdi.  Qanuna  görə,  ləğv  edilmiş  mükəlləfiyyətlər 

əvəzində bəylərə və kəşgəl sahiblərinə birdəfəlik mükafat olaraq 284 min 

manat  verilirdi.  Kəndlilərin  əvəzində  dövlətin  verdiyi  bu  borc  20  il 

ərzində xəzinəyə qaytanİmalı idi. 

1912-1913-cü  illərin  aqrar  qanunlannm  sahibkar  kəndlilərini  pay 

torpaqlannın  xüsusi  mülkiyyətçisinə  çevirməsinə,  «müvəqqəti  mükəl- 

ləfıyyətli»  münasibətlərdən  azad  etməsinə  baxmayaraq,  onlan  uzun 

müddətə  dövlət  xəzinəsinin  borclusu  etmişdi.  Bütün  nöqsanlanna 

baxmayaraq,  bu  qanunlar  Azərbaycan  kəndində  ictimai  təbəqələşməni, 

eləcə  də  kapitalist  münasibətlərinin  inkişafını  sürətləndirdi.  1917-ci  il 

kənd  təsərrüfatı  sayımına  görə  Azərbaycanın  yalnız  iki  quberniyasında 

15837  torpaq  sahibinin  ixtiyannda  790  min  des-ə  qədər  torpaq  sahəsi 

vardı. 


34 


I I

  F Ə S I L

 

X X   ƏSRİN ƏVVƏLİNDƏ AZƏRBAYCANDA 

İCTİMAİ-SİYASİ VƏZİYYƏT 

§ 1. Mövcud quruluşa qarşı etiraz çıxışları 

Azərbaycan  iqtisadiyyatına  mənfi  təsir  edən  1900-1903-cü  illərin 

iqtisadi böhranı əhalinin güzəranını daha da pisləşdirdi. Onlarla müəssisə 

bağlandı  və  minlərlə  adam  işsiz  qaldı.  Bakıda  fəhlələrin  xeyli  hissəsi 

küçəyə  atıldı,  bir  hissəsi  isə  yalnız  ayın  yansmı  işləyə  bilirdi. 

Azərbaycanın  sənaye  müəssisələrində  işsizlərin  sayının  artmasına 

baxmayaraq, buraya müəyyən qədər fəhlə axını vardı. Bakını ruslaşdır- 

maqla əhalinin milli tərkibini dəyişmək məqsədi güdən müstəmləkəçilər 

bu işə rəvac verirdilər. 

Sənaye  müəssisələrində  iş  günü  10-14  saata  çatırdı.  Fəhlələrin 

əməkhaqqı 20-25% azalmışdı. Qeyri-qanuni cərimələrin sayı çoxalmışdı. 

Fəhlələrin  iş  və  mənzil  şəraiti  dözülməz  idi.  Rəsmi  sənədlərdə  qeyd 

edildiyi kimi darısqal, qaranlıq, rütubətli otaqlann hər birində 12-15 fəhlə 

yaşayırdı.  Sabunçu  kəndində,  hətta  qayalann  arasındakı  mağaralardan 

mənzil kimi istifadə edilirdi. Qəzalardakı fəhlələrin əməkhaqqı çox az, iş 

və  mənzil  şəraiti  daha  ağır  idi.  Yüngül  və  yeyinti  sənayesi  fəhlələri 

dözülməz iş şəraitində gündə 10-12 saat işləmələrinə baxmayaraq, cüzi 

əməkhaqqı  alırdılar.  Sənayenin  bütün  sahələrində,  xüsusən  ipək  emalı 

müəssisələrində  uşaq  və  yeniyetmə  əməyindən  geniş  miqyasda  istifadə 

edilirdi.  Uzun  iş  günü  və  ağır  üzücü  əmək  uşaqların  hələ 

möhkəmlənməmiş orqanizmini zədələyirdi. 

Fəhlələrə göstərilən tibbi yardımın vəziyyəti qaneedici deyildi. İpək 

sənayesi fəhlələrinin böyük bir hissəsi kəndlərdəki fabriklərdə işlədiyinə 

görə,  tibbi  yardımdan  məhrum  idi.  Balıq  sənayesində  vəziyyət  daha 

dözülməz  idi.  Burada  tibbi-sanitariya  son  dərəcə  ağır  vəziyyətdə 

olduğundan balıq vətəgələrində vaxtaşın epidemiya başlayırdı. Xəstəliyə 

tutulmuş  fəhlələrlə  çox  zaman  maraqlanan  belə  olmurdu.  Bəzən  xəstə 

fəhlələri «düzün ortasında Allah ümidinə qoyub çıxıb gedirdilər». Bütün 

bunlar sənayeçilərə qarşı narazılıq yaradırdı. 

35 



Başqa müəssisələrdə də iş şəraiti pis idi. Adi sanitariya və təhlükə- 

sizlik qaydalanna əməl olunmurdu. Texniki nəzarət və əməyin mühafizəsi 

üçün  çox  az  tədbir  görüldüyünə  görə,  ölüm  və  şikəstliklə  nəticələnən 

hadisələr  tez-tez  baş  verirdi.  Neft  mədənlərində  hər  bir  təzə  quyunun 

qazılması  ondan  çox  adamın  ölümü  və  ömürlük  şikəst  olması  hesabına 

başa  gəlirdi.  İş  zamanı  əmək  qabiliyyətini  itirən  fəhlənin  taleyi  ilə  az 

maraqlanırdılar. 

Belə  bir  şərait  fəhlələrin  siyasi  cəhətdən  oyanmasına  və  inqilabi 

hərəkatın başlanmasına zəmin yaradırdı. 

Azərbaycanın, xüsusən Bakının sənaye müəssisələrində Rusiyadan 

gəlmiş on minlərlə fəhlə çalışırdı. Onlann çoxu tətil hərəkatı təcrübəsinə 

malik  idi.  Onlann  içərisində  peşəkar  inqilabçılar  da  vardı.  Bakıda  tətil 

hərəkatımn  təşkilatçılan  və  iştirakçılannın  böyük  bir  hissəsini  belələri 

təşkil  edirdi.  Tətillərdə  müsəlman  fəhlələri  ?xıif  iştirak  edirdilər.  Milli 

istiqlalımızın öndəri M.Ə.Rəsulzadənin obyektiv olaraq qeyd etdiyi kimi, 

bolşeviklərin  ideologiyası  onlann  əxlaqına  və  təbiətinə  yad  idi.  Lakin 

onlar  ətrafda  baş  verən  siyasi  hadisələrdən  kənarda  qala  bilməzdilər. 

Tədricən tətil və nümayişlərdə azərbaycanlı fəhlələrin sayı çoxalırdı. 

1901-

 

ci  ilin  əvvəlində  Babda  15-ə  qədər  sosial-demokrat 



dəməyi fealiyyət göstərirdi. Həmin dəməWərin əsasında RSDFP-nin Bab 

təşblatı yaradılmışdı. Onun rəhbər heyətində bir nəfər də olsa müsəlman 

yox idi. 

Bab  sosial-demobatlan  1901-ci  ildə  «İsba»  qəzetinin  redaksiya 

heyəti  ilə  əlaqə  yaratmışdılar.  Babda  gizli  mətbəə  də  təşbl  edilmişdi. 

«lsba»nın  matrisalan  1901-ci  ilin  sentyabnndan  gizli  yollarla  Babya 

gətirilirdi.  Onun  hər  nömrəsi  burada  çoxaldılıb  ölkəyə  yayılırdı. 

Mətbəədə, həmçinin tanınmış sosial-demobatların bəzi əsərləri, inqilabi 

sənədlər  çap  edilirdi.  Bu  mətbəə  müəyyən  fasilələrlə  1906-cı  ilin 

əvvəllərinə  qədər  Babda  fəaliyyət  göstərdikdən  sonra  Peterburqa 

köçürüldü.  Sosial-demobatlarla  yanaşı,  Babda  başqa  siyasi  cərəyanlann 

nümayəndələri də fəaliyyət göstərirdilər. 

İqtisadi  böhran  illərində  Azərbaycanda  tətil  hərəkatı  genişlənirdi. 

1901-ci ilin yanvarmda Babda tütün fabrikinin fəhlələri tətilə başladılar. 

Mart  ayında  Sabunçuda  «Remont»  mexanib  emalatxanasının  fəhlələri 

tətilə qoşuldular. Həmrəylik günü sayılan 1 May bayramı daha mütəşəkbl 

keçdi.  Orada  200  nəfər  iştirak  etdi.  İyun  ayında  Sabunçuda  mexanib 

emalatxana fehlələri və sentyabrda Balaxanı şosesindəb mexanib zavodun 

fəhlələri  tətil  etdilər.  Gəncə  dəmiryolçulan  arasında  da  həyəcanlar  baş 

verdi. İlin sonunda Tovuz dəmiryolu stansiyasında işlə 



36 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə