Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə10/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   216

Azərbaycanda  tütünçülüyün,  eləcə  də  tütün  məmulatının  geniş 

miqyas almamasına əngəl olan başlıca amil yüksək aksiz vergisi alınması 

(puda 3-4 manat) idi. Dövlət xəzinəni doldurmaq məqsədilə 

1914-


 

cü ildə bu vergini hələ bir qədər də artırdı. 

Azərbaycanda üzümçülük qədim tarixə malikdi. Lakin onun sənaye 

bağçılığma çevrilməsi keçən əsrin sonunda baş vermişdir. Azərbaycanın 

bütün  qəzalannda  üzümçülüklə  məşğul  olurdular.  Lakin  Gəncə 

quberniyasında  Şuşa  və  Gəncə,  Bakı  quberniyasında  isə  Şamaxı  və 

Göyçay üzüm istehsalında fərqlənirdi. Üzümlüklər, əsasən bu və ya digər 

şəkildə su çıxaniması mümkün olan sahələrdə salınırdı. Əlbəttə, məhdud 

miqyasda  dəmyə  torpaqlarda  da  üzümlüklərə  rast  gəlmək  mümkün  idi. 

Üzüm  istehsalı sahibkarlardan  xeyli  kapital  və  aqrotexniki  qulluq tələb 

edirdi. 

Əsrin ilk illərində Gəncə quberniyasında üzümlüklərin sahəsi 11,7 

min desyatin idisə, 1913-cü ildə bu, 15,3 min desyatinə çatmışdı. Artım 2 

min  desyatinə  qədər  olmuşdu.  Eyni  dövrdə  Bakı  quberniyasında  üzüm 

sahələri  10,4  min  desyatindən  11,3  min  desyatinə  qalxmışdı.  Naxçıvan 

qəzasında artım iki dəfə olduğu halda, Zaqatala dairəsində üzümlüklərin 

ümumi  sahəsi  dəyişməmişdi.  1901-1913-cü  illərdə  Azərbaycanda 

üzümlüklərin  ümumi  sahəsi  23,7  min  desyatindən  29  min  desyatinə 

çatmışdı.  Cənubi  Qafqazdakı  üzüm  bağlannın  üçdə  biri  Azərbaycanda 

yerləşirdi.  Əldə  olunan  üzümün  45%-i  də  Azərbaycanda  istehsal 

olunurdu.  1901-1913-cü  illərdə  ölkəmizdə  üzüm  istehsalı  3,2  milyon 

puddan  6,2  milyon  puda  qalxmışdı.  Əhalinin  qida  üçün  istifadə  etdiyi 

üzümü də nəzərə alsaq, onda sonuncu rəqəm 7-8 mln. pud götürülməlidir. 

Üzümlüklərin  böyük  bir  hissəsi  mülkədarlann,  qolçomaqların  və 

ayn-ayn  şirkətlərin  əllərində  cəmləşmişdi.  Bütün  üzüm  bağlannın  9%-ə 

qədəri  qolçomaqlara  məxsus  idi.  İri  şirkətlər  həm  üzüm,  həm  də  şərab 

istehsalında həlledici rol oynayırdılar. Becərilən üzümün müəyyən hissəsi 

yeyintiyə, qalanı isə ölkəmizdəki çoxsaylı şərab zavodlanna emal üçün 

satılırdı. 

Azərbaycanda  maldarlığın inkişafı  üçün  kifayət  qədər  şərait  vardı. 

Ona  görə  də  maldarlıq  qəzalann  hamısında  bu  və  ya  digər  dərəcədə 

inkişaf etmişdi. Maldarlığın əsas növləri qoyunçuluq, iri buynuzlu mal- 

qara  və  atçılıq  idi.  Bunlardan  başqa,  keçi,  dəvə,  donuz  və  qatır  da 

saxlanılırdı.  Maldarlıqla  məşğul  olanlar  bir  neçə  qrupa  bölünürdü. 

Bilavasitə əkinçiliklə və ya kənd təsərrüfatının başqa sahəsi ilə məşğul 

26 



olanlar üçün maldarlıq, ancaq istehlak məqsədi daşıyırdı. Belə ailələrdə 

mal-qaranın sayı minimum həddə idi. Bilavasitə maldarlıqla müntəzəm 

məşğul olan kəndlilər üçün əmtəə maldarlığı fərqlənirdi. 

XX  əsrin  əvvəlində  Azərbaycandakı  alman  kolonistlərinin,  habelə 

Rusiyadan  köçürülmüş  kəndlilərin  yaşadığı  yerlərdə  baytarlıq 

məntəqələrinin, təcrübə stansiyalannm yaradılması, müxtəlif xəstəliklərə 

qarşı mübarizə tədbirləri maldarlığın inkişafına köməklik etməklə yanaşı, 

yerli maldarların bilik və təcrübəsinin artmasına köməklik gös- srirdi. 

Maldarlar  mal-qaranı  yayda  yaylağa  apanr,  payızda  qışlağa 

qayırırdılar. Yaylaqlar və qışlaqlar, əsasən dövlətə məxsus olduğundan 

naldarlar onu ağır şərtlərlə icarəyə götürürdülər. 

Maldarlığın daha çox inkişaf edən və faydalı sahəsi qoyunçuluq idi. 

Qoyunlar qaba yunlu idi. Lakin 50-60 min baş zərif yunlu qoyun yalnız 

jəncə quberniyasında saxlanılırdı. 

1903-cü  ildə  Azərbaycanda  3  mln.  baş  qoyun  və  1,5  mln-dan  çox 

ribuynuzlu mal-qara var idisə, 1913-cü ildə davarlann və mal-qaranın ayı 

5  mln.  başı  keçmişdi,  ölkəmizdə  müxtəlif  illərdə  orta  hesabla  :00  min 

başadək at olmuşdur. Kəndlilərin böyük bir hissəsinin mallara və atı yox 

idi.  Heyvanların  çoxu  mülkədarlara,  qolçomaqlara  və  [ismən  ortabab 

kəndlilərə  məxsus  idi.  On  minlərlə  baş  mal-qarası  olan  nülkədar  və 

qolçomaq təsərrüfatları vardı. Təkcə onu demək kifayət- lir ki, maldarlıq 

təsərrüfatlanmn  12-13%-ni  təşkil  edən  5  minə  qədər  'arlı  maldarlıq 

təsərrüfatında bütün xırda buynuzlu heyvanların 60%-i əmlənmişdi. İri 

maldarlıq təsərrüfatlarında əmtəə südçülüyü, eləcə də •mtəəlik mal-qara 

yetişdirilməsi  geniş  miqyas  almışdı.  Hər  il  10-12  nln.  manatlıq  süd 

sağılırdı. Qoyunun pendiri, əti, yunu və dərisi xeyli ^lir gətirirdi. Hər il 

ölkəmizdə  əldə  edilən  0,5  mln.  pud  yunun  300-  •50  min  pudu  ixrac 

edilirdi,  ölkə daxilində  yundan  hər  cür istifadə  olu-  lurdu.  Azərbaycan 

xalçalan  dünya  bazannda  böyük  həvəslə  alınırdı  və  •nlar  hal-hazırda 

əcnəbi ölkələrdəki bir çox muzeylərin bəzəyidir. 

Hesablamalara görə, hər il Azərbaycanda orta hesabla 300 mindən 

'50 min başa qədər mal-qara satılırdı. İqtisadi yüksəliş dövründə Azər- 

laycanın  tələbatını  ödədikdən  sonra  Rusiyanın  mərkəzi-sənaye  rayo- 

lundakı  gön-dəri  sənayesinin  ehtiyacı  üçün  hər  il  təxminən  600  min 

•dəddən çox dəri göndərilmişdi. 

Kənd təsərrüfatında iribuynuzlu qaramalın, xüsusən kəllərin, öküz- 

ərin, həmçinin atın və dəvənin faydası çox idi. Torpağın şumlanmasın 

27 



da,  təsərrüfat  işlərinin  görülməsində,  yüklərin  mənzil  başına  çatdın  1- 

masında,  eləcə  də  minik  və  nəqliyyat  sahəsində  atın  və  dəvənin  rolu 

misilsiz idi. ölkəmizin məşhur cins atlanna dünya bazannda böyük maraq 

vardı. 


XX  əsrin  əvvəlində  bağçılıq  və  meyvəçilik  kənd  təsərrüfatının 

faydalı sahəsi kimi əhəmiyyətini saxlamışdı. Rusiyanın daxili qubemiya- 

lannda  və  dünya  bazarlannda  meyvəyə,  xüsusilə  quru  meyvəyə  böyük 

tələbat 


vardı. 

Qubanın, 

Şamaxının, 

Göyçayın, 

Ordubadın 

iqtisadiyyatında  meyvəçilik  mühüm  yer  tuturdu.  Gəncə  quberniyasında 

Qazax,  Gəncə,  Cavanşir,  Şuşa  qəzalannda  meyvəçilik  yaxşı  inkişaf 

etmişdi. 

Azərbaycanın ən iri meyvəçilik rayonu Quba və Göyçay qəzalan idi. 

Məhz bu qəzalardan ən çox quru me>^ə ixrac olunurdu. Naxçıvan qəzası 

da  onlardan  geri  qalmırdı.  1912-ci  ildə  Bakı  quberniyası  və  Naxçıvan 

qəzasından 1,1 mln. puddan çox meyvə qurusu ixra< adilmişdi. Gəncə 

quberniyasından göndərilən me3rvə də nəzərə alın onda bu rəqəm xeyli 

artmış olar. Zaqatala dairəsindən hər il 350 nnii puddan çox qoz-fındıq və 

başqa meyvələr satışa gedirdi. 

Meyvə  qurusu  ixracında  Quba,  Naxçıvan  və  Ordubad  daha  çox 

fərqlənirdi. 

Azərbaycanın  kənd  təsərrüfatında  kapitalizmin  inkişafı  muzdlu 

əməyin  tətbiqini  genişləndirmişdi.  Təsərrüfatlann  müəyyən  hissəsi 

kapitalist  əsaslarla  qurulmuşdu.  Birinci  Dünya  müharibəsi  ərəfəsində 

Azərbaycamn kənd təsərrüfatında 106 min nəfər daimi kənd təsərrüfatı 

fəhləsi  və  250  min  nəfərədək  mövsümi  və  günəmuzd  işçi  əməyindən 

istifadə edilirdi. Bu fəhlələr, başlıca olaraq 30 min qolçomaq və 4-5 min 

mülkədar-bəy  təsərrüfatında,  eləcə  də  kənd  təsərrüfatında  fəaliyyət 

göstərən, onunla bu və ya digər şəkildə bağlı olan şirkətlərin, həmçinin 

səhmdar 


cəmiyyətlərinin 

plantasiyalarında 

işləyirdilər. 

Kənd 


təsərrüfatında hər il Cənubi Azərbaycandan gəlmiş on minlərlə kəsbkarın 

da əməyindən istifadə edilirdi. 

Çarizmin 

Azərbaycanda kəndlilərin pay torpağının azlığına 

köçürmə siyasəti 

baxmayaraq, çarizmin müstəmləkəçilik və ruslaşdır- ma 

siyasəti  nəticəsində  Rusiyadan  buraya  köçürülənlərin  sayı  get-gedə 

artırdı.  Onlar  yerli  kəndli  torpaqlarının  hesabına  torpaqla  təmin 

edilirdilər.  Hesablamalara  görə,  əsrin  birinci  beş  ilində  təkcə  Bakı 

quberniyası ərazisində köçürülənlər üçün 44 min desyatin yararlı torpaq 

sahəsi aynlmışdı. Quberniyada bəzən bütöv bir kəndin torpaqlannı gəlmə 

rus kəndlilərinə verirdilər. Rəsmi çar məmurlanndan biri etiraf edirdi ki. 



28 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə