Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə6/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   216

Lakin Birinci Dünya müharibəsi işləri yanmçıq qoydu. 1917-ci ildə 

isə  Staxeyev  ticarət-sənaye  səhmdar  cəmiyyəti  ilə  bağlanmış  yeni 

müqaviləyə görə Daşkəsəndə ildə 20 mln. puddan az olmamaq şərtilə filiz 

çıxanimalıydı. 

Azərbaycan başqa faydalı qazıntı yataqlan ilə də zəngin idi. Cavanşir 

qəzasında Mehmanada və Naxçıvanda Gümüşlüdə ildə təxminən 15 min 

puda qədər gümüş-qurğuşun filizi çıxanlırdı. 

Yfingfil səaaye 

ölkəmizin qiymətli sərvətlərindən olan ipək əsrlər 

sahələri 

boyu dünyada Azərbaycanın şöhrətini yüksəltmişdi, 

Azərbaycanın ipək emalı fabriklərini xammal ilə iki mindən çox kənddə 

barama becərənlər təchiz edirdilər. Kümdarlar hər il fabriklərə 260 min 

puddan çox barama satırdılar. Xammal bolluğu ipək emalı fabriklərinin 

sayca artmasına şərait yaradırdı. 

Əsrin  əvvəlində  Rusiya  iqtisadiyyatını  bürüyən  iqtisadi  böhran 

Azərbaycanın  ipək  sənayesinə  ciddi  zərər  yetirə  bilmədi.  Doğrudur, 

1902-ci ildə 30 xırda müəssisə dayansa da bütövlükdə istehsalda sabitlik 

pozulmadı. 

tpək sənayesi ölkəmizin şimal-qərb və cənub-qərb hissəsində geniş 

yayılmışdı. Cənubi Qafqazda ipək emah sənayesinin mərkəzi olan Nuxa 

(Şəki)  haqlı  olaraq  «Qafqaz  Lionu»  adlandınlırdı.  1900-cü  ildə  xırda 

müəssisələr nəzərə alınmasa, Nuxa-Zaqatala zonasında 46 fabrik vardısa, 

1915-ci ildə onların sayı 87-ni keçmişdi. Müvafiq illərdə Qarabağda və 

Naxçıvanda, xüsusən Ordubad şəhərində, 14 və 36 fabrik işləyirdi. Bütün 

fabriklər əcnəbi ölkələrdən gətirilmiş avadanlıqla təchiz edilmişdi. 

Rusiyada  iqtisadi  yüksəliş  illərində  (1910-1914)  xam  ipəyə  artan 

tələbatla əlaqədar olaraq, Azərbaycanda onlarla yeni ipək istehsal edən 

müəssisə meydana gəlmişdi. Bəhs edilən dövrdə ipək emalı sənayesində 

şirkətlər  və  səhmdar  cəmiyyətləri  mühüm  rol  oynayırdılar.  İstehsal 

edilmiş  məhsulun  beşdə  dördündən  çoxunu  onlara  məxsus  müəssisələr 

verirdi. 1913-cü ildə Azərbaycanın ipək sənayesinin illik istehsal məbləği 

20 milyon manat olmuşdu. 

ölkəmizdə  istehsal  edilən  ipək  dünya  bazarlannda  uğurla  rəqabət 

aparırdı. Sahibkarlardan Hacı Məmməd Hacı Rəsul oğlu, Salam Ləti- fov, 

Rzaqulu  Rzayev,  Ə.  və  H.Rəhimov  qardaşları.  Ağa  Musa Məmmədov, 

l.Nağıyev,  M.Babayev,  Ş.  və  A.Sərkərov  qardaşları  və  başqa--  lannın 

fabriklərində  istehsal  edilən  xam  ipək  beynəbcalq  və  ümumrusiya 

sərgilərində qızıl və gümüş medallar almışdı. Azərbaycanın xam 

15 



ipəyindən  tək  ölkəmizin  özündə  deyil,  Moskvanın,  Lodzun,  Milanın, 

Marselin və Lionun ipəktoxuma sənayesində də istifadə edilirdi. 

Bu  dövrdə  pambıqçılığın  inkişafı  ilə  yanaşı,  pambıqtəmizləmə 

sənayesi  də  irəliləməkdə  idi.  tik  pambıqtəmizləmə  zavodunun  keçən 

əsrdə  meydana  gəlməsinə baxmayaraq,  sənayenin  coşqun inkişafı əsrin 

əvvəlinə  təsadüf  edir.  Bu  dövrdə  Şimali  Azərbaycanda  100-dən  çox 

pambıqtəmizləmə zavodu vardı. 

Bu  sahədə  Gəncə  quberniyası  birinci  yerdə  gedirdi.  1908-ci  ildə 

quberniyada 15 zavod olmuşdusa, 1912-ci ildə onlann sayı 28-ə çatmışdı. 

Gəncədə  pambıqtəmizləmə  zavodlan  «Xlopob>,  «Ulduz»,  «Ümid» 

şirkətlərinə, Ağdaşda «Səmədov qardaşlan», «Hacı İbrahim Əfəndiyev və 

K°»  ticarət  evlərinə,  Hacıağa  Vahidova,  Şuşa  qəzasında  «Qafqaz 

pambığı»  səhmdar  cəmiyyətinə,  Hindatxda  Fərrux  bəy  Vəzirova  və  b. 

məxsus idi. 

Bakı qubemiyasındakı 23 zavodun bir hissəsi Uçarda, Kürdəmirdə, 

Göyçayda, Hacıqabulda, qalanı isə quberniyanın kəndlərində yerləşirdi. 

Cavad qəzasının Xıllı kəndindəki zavod H.Z.Tağıyevə məxsus idi. 

1912-


 

ci 


ildə 

Naxçıvan 

qəzasında 

irili-xırdalı 

51 

pambıqtəmizləmə  zavodu  vardı.  Zavodlann  çoxu  texnika  ilə  təchiz 



edilmişdi. Azərbaycanlı sahibkarlar trəvan quberniyasının Eçmiədzin və 

başqa  yerlərində  80-dən  çox  pambıqtəmizləmə  zavodu  tikdirmişdilər. 

Qubemiyadakı  bütün  pambıqtəmizləmə  zavodlarının  60%-ə  qədəri 

azərbaycanlı sənayeçilərə məxsus idi. 

Pambıqtəmizləmə  zavodlan  ildə  2  milyon  puddan  çox  mahlıc 

istehsal  edirdilər.  Sənaye  məhsulunun  illik  dəyəri  32  milyon  manatdan 

yuxan  idi.  İri  zavodlann  hər  biri  ildə  10-50  min  puddan  artıq,  ən  iri 

zavodlar isə 100-150 min pud mahlıc istehsal edirdi. Pambıqtəmizləmə 

sənayesinə qoyulan kapitalın 80%-i milli kapitala mənsub idi. 

Mahlıcın müəyyən hissəsi H.Z.Tağıyevin Bakıda və Pctrovsk (Ma- 

haçqala)  şəhərlərindəki,  Mahmudbəyov  qardaşları  və  Məstanzadənin 

Tiflisdəki  toxuculuq  fabriklərinə  satılırdı,  qalanı  isə  Rusiyanın  və 

Polşanın pambıq-parça toxuculuğu sənayesi sahibləri tərəfindən alınırdı. 

Polşanın  əsas  kapitalı  10  mln.  man.  olan  4  iri  səhmdar  cəmiyyəti,  o 

cümlədən  «İ.K.Poznanski»  ticarət  və  sənaye  cəmiyyəti  Azərbaycanda, 

həm də pambıq becərməklə məşğul idi. 

Pambıqtəmizləmə  sənayesində  14  səhmdar  cəmiyyət  və  onlarla 

şirkət fəaliyyət göstərirdi. Bu cəmiyyət və şirkətlər sənayedə hakim rol 

oynayırdılar.  Bu  sahədə  kapitalın  mərkəzləşməsi  və  istehsalın 

təmərküzləşməsi özünün yüksək mərhələsinə çatmışdı. 



16 


Azərbaycanda  maldarlığın  geniş  yayılması  gön-dəri  istehsalı  üçün 

hərtərəfli  imkanlar  açırdı.  Azərbaycanın,  eləcə  də  Rusiyanın  gön-dəri 

sənayesi  üçün  ildə  600  min  ədəd  dəri  satılırdı.  1900-cü  ildə  Gəncə 

quberniyasında olan 70 belə müəssisənin 5O-dən çoxu Nuxa şəhərində və 

kəndlərdə yerləşirdi. Bütövlükdə həmin ildə Azərbaycandakı 160 göndəri 

müəssisəsi 0,5 milyon manatlıq məhsul istehsal etmişdi. 

1913-

 

cü  ildə  Azərbaycanın  gön-dəri  istehsalı  müəssisələrinin 



sayı o qədər də dəyişməmişdi. Lakin iri, hər birində 40 nəfərdən çox fəhlə 

çalışan  zavodların  sayı  artmışdı.  Bütövlükdə  ölkəmizin  gön-dəri 

müəssisələri  müharibə  ərəfəsində  artıq  2  milyon  manatlıq  100  min 

pudadək məhsul vermişdilər. 

Yeyinti 

Azərbaycanın yeyinti sənayesinin mühüm sahələ- 

sənayesi 

rindən  olan  şərabçılığın,  spirt  və  konyak  istehsalının 

xammal mənbəyini üzümçülük təşkil edirdi. Hər il becərilən 5-6 milyon 

pud  üzümün  böyük  hissəsi  Azərbaycanda  emal  edilirdi.  1900-cü  ildə 

ölkəmizdə  1000-dən  çox  şərab-spirt  və  araq  istehsal edən  zavod  vardı. 

Həmin ildə l mln.345 min vedrə* şərab, 20 milyon dərəcə spirt və araq 

əldə olunmuşdusa, 1913-cü ildə şərab istehsalı 4 milyon vedrəyə, spirt, 

araq  və  konyak  istehsalı  29  milyon  dərəcəyə  qabtmışdı.  Şərab 

hazırlanmasında Gəncə qəzası xüsusilə fərqlənirdi. Əgər qəzada 1903-cü 

ildə 880 min vedrə şərab alınmışdısa, 1913-cü ildə bu, iki dəfədən çox, 

yəni  1  mln.  992  min  vedrə  olmuşdu.  Bakı  quberniyasında  hazırlanan 

şərabın,  demək  olar  ki,  hamısını  Şamaxı  və  Göyçay  qəzala-  nnm 

müəssisələri  verirdilər.  Azərbaycanın  təkcə  4  qəzası  (Gəncə,  Şuşa, 

Şamaxı,  Göyçay)  şərabın  74%-ni  istehsal  edirdi.  Cənubi  Qafqazda 

istehsal edilən şərabın üçdə bir hissəsini Azərbaycan verirdi. 

Azərbaycanda  5-7  rektifıkasiya  (təmizlənmiş)  spirti  istehsal  edən 

zavod vardı. 1913-cü ildə bu zavodlann 4-ü Gəncə quberniyasında və 3-ü 

Bakı  quberniyasında  yerləşirdi.  Həmin  ildə  ölkəmizdəki  9  konyak 

zavodundan  3-ü  Bakı  quberniyası  və  6-sı  Gəncə  quberniyasında  idi. 

İstehsal  gücünə  görə  iri  müəssisələr  hesab  edilən  Ağdam,  Gəncə  və 

Kürdəmir konyak zavodları yüksəkkeyfıyyətli konyak istehsal edirdilər. 

1913-


 

cü  ildə  Cənubi  Qafqazda  hazırlanan  konyakın  45%-ni 

Azərbaycan  vermişdi.  İqtisadi  böhrandan  sonrakı  illərdə  sənayenin  bu 

sahələrində 

şirkət 

və 


səhmdar 

cəmiyyətlərin 

şayrftrtrmşdt.-<>^i“ra-raəxsus 

* Bir vedrə - 10-12 litrə bərabərdir. 




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə