Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə12/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   216

torpaqlan  verilməsi,  çəmən,  otlaq  və  meşələrdən  pay  aynlması  qayda- 

lanndan ibarət idi. Lakin nə qanun, nə də əsasnamə dövlət kəndlilərinin 

torpaq  quruluşu  məsələsini  həll  edə  bilmədi.  Kəndlilərin  istifadəsində 

olan pay torpaqlan, əsasən dövlətin mülkiyyətində qaldı. 

Çarizmin  müstəmləkəçilik  siyasəti  iqtisadi  inkişafın  qarşısını  ala 

bilməzdi. Mübahisə mövzusuna çevrilmiş «müvəqqəti mükəlləfiyyət- li» 

münasibətlər  məsələsini  dəfələrlə  müzakirə  etdilər.  Yeni  layihələr  və 

təkliflər irəli sürüldü. Orada qeyd edilirdi ki, kəndlilərin maddi imkanlan 

olmadığından  problemi  həll  etməyin  yeganə  çıxış  yolu  Kəndli  torpaq 

bankının  şöbələrinin  açılması  ola  bilər.  Təşkil  olunmuş  komissiya  və 

komitələrin  təqdim  etdiyi  layihələrdə  pay  torpaqlarının  satın  alınması 

əməliyyatının məcburi şəkildə həyata keçirilməsi və torpaq haqqının nağd 

pulla ödənilməsi nəzərdə tutulurdu. 

1905-


 

ei  ilin  noyabnnda  Qafqaz  canişini  Vorontsov-Daşkov 

«Qafqazda kəndli işinin nizama salınması haqqında Qeydlər»ini hazırladı. 

1905-ci il hadisələri göstərdi ki, kəndlilərdən mükəlləfiyyət tələb etmək, 

hətta onları torpaq pulu verməyə məcbur etmək qeyri-mümkündür. Ona 

görə  də  canişin  «Qeydlər»də  sahibkar  kəndlilərinin  torpaq  pulu 

verməkdən azad edilməsini nəzərdə tuturdu. 

Torpaq  pulu  ödəməkdən  azad  edilmiş  kəndlilər  1907-ei  ilin 

yanvarından  xüsusi  mülkiyyətçilər  qrupuna  daxil  edilməli  idilər. 

«Qeydləridə  Kəndli  torpaq  bankı  şöbələrinin  açılması  da  nəzərdə 

tutulmuşdu.  Canişin  öz  «Qeydlər»ini  1906-eı  ildə  Nazirlər  Şurasına 

təqdim  etdi,  lakin  bunlar  müsbət  qarşılanmadı.  Vorontsov-Daşkov 

hökumətinin tap- şınğı ilə təkmilləşdirilmiş layihə 1910-eu ilin mayında 

eanişin  idarəsi  tərəfindən  bəyənildi  və  Daxili  İşlər  Nazirli>i  yanında 

idarələrarası  müşavirəyə  təqdim  edildi.  Layihədə  nəzərdə  tutulurdu  ki, 

kəndli nizamnamə əsasında istifadəsində olan pay torpağını iebari şəkildə 

satın  ala  bilər.  Torpağın  satın  alınması  pulu  keçən  əsrin  60-eı  illərinin 

kənd təsərrüfatı məhsullan qiymətləri ilə hesablanmalıdır. Yararsız torpaq 

sahələri  pulsuz  olaraq  kəndlinin  mülkiyyətinə  keçməlidir.  Dövlət  pay 

torpağının dəyərini kəndlinin əvəzinə nağd pul şəklində deyil, 5 %-li bank 

kağızı ilə ödəməlidir. Kəndli dövlətin ona verdiyi borcu faizi ilə birlikdə 

28-56  il  müddətində  dövlət  xəzinəsinə  qaytarmalı  idi.  Bu  vaxtacan 

kəndlinin  mülkədarla  qarşılıqlı  razılıq  əsasında  istifadə  etdiyi  çəmən, 

otlaq,  meşə,  su  mənbəyi  satın  alınıb  onun  mülkiyyətinə  keçə  bilməzdi. 

İstifadə  əvvəlki  qaydada  olmah  idi.  Layihənin  müzakirəsi  bir  neçə  il 

çəkdi. Azərbaycamn mülkədar-bəyləri canişinin layihəsinə eti- 



32 


raz  etdilər.  Gəncə  quberniyası  mülkədarlan  adından  Fərrux  bəy  Vəzi- 

rovun canişin idarəsinə yazdığı etiraz məktubu cavabsız qaldı. 1910-cu 

ilin  sonunda  torpaq  sahiblərinin  nümayəndələri  Cəfərqulu  xan  və 

Abbasqulu  xan  Peterburqa  getdilər  və  təkliflərini  idarələrarası 

müşavirəyə təqdim etdilər. Onlar yenə də torpaq pulunun kənd təsərrüfatı 

məhsullarının  60-cı  illərdəki  qiymətlərlə  hesablanmasının  əleyhinə 

çıxırdılar.  O  vaxtki  məhsulun  qiyməti  ucuz  olduğundan  bu,  kəndlinin 

xeyrinə idi. Lakin mülkədarlar təklif edirdilər ki, hesablama 1910-cu ilin 

qiymətləri ilə aparılmalıdır. Bu vaxt məhsulun qiyməti baha olduğundan 

bu,  mülkədarlara  sərf  edirdi.  Təklifin  qəbul  edilməsi  kəndlilərin 

müflisləşməsinə səbəb olardı. Ona görə də dövlət onların təklifini rədd 

etdi. Mülkədarlara pay torpağı əvəzində 5%-li bank kağızı deyil, nağd pul 

verilməsi qərara alındı. 

Qanun  layihəsi  1911-ci  ilin  martında  Nazirlər  Şurası  tərəfindən 

təsdiq edildikdən sonra sentyabr ayında Dövlət Dumasına təqdim edildi. 

III Dumada layihənin müzakirəsində Azərbaycandan olan deputat Xəlil 

bəy Xasməmmədov da iştirak edirdi. 

Dövlət  Duması  Qanun  layihəsini  təsdiq  etdikdən  sonra  Dövlət 

Şurasına göndərdi. 1912-ci il dekabnn 19-da Şuranın 36 üzvünün razılığı 

ilə,  heç  bir  dəyişiklik  edilmədən  qanun  layihəsi  qəbul  edildi.  Dekabnn 

20-də qanun çar tərəfindən imzalandıqdan sonra qüvvəyə mindi. Deməli, 

1912-ci  il  dekabnn  20-də  «Cənubi  Qafqaz  qubemiyalannda  torpaqlann 

məcburi surətdə satın alınması haqqında qanun» verildi. Qanunla birlikdə 

onun həyata keçirilməsi üçün «Qaydalar» da təsdiq olundu. «Qaydalar»a 

görə,  Azərbaycanda  sahibkar  kəndliləri  1913-cü  il  yanvann  I-dən 

mükəlləfiyyət daşımaqdan azad olurdu. Elə həmin vaxtdan onlann xüsusi 

mülkiyyəti elan edilmiş pay torpağını məcburi şəkildə satın almalı idilər. 

Qanunda  qeyd  edildiyi  kimi,  kəndli  yalnız  torpaq  nizamnaməsində 

göstərilmiş  torpağı  öz  mülkiyyətinə  keçirə  bilərdi.  İcarəyə  verilən 

torpaqlar  isə  mülkədann  mülkiyyətində  qalmalı  idi.  Həmçinin  kəndli 

çəmən,  otlaq  və  meşə  sahələrini  satın  ala  bilməzdi.  Həmin  yerlərdən 

əvvəldə olduğu kimi torpaq sahibinin razılığı ilə istifadə edə bilərdi. Su 

arxları  mülkədarlann  xüsusi  mülkiyyətində  qalırdı.  Mülkədarlar  torpaq 

üçün  əvəz  haqqını  dövlət  xəzinəsindən  alır,  dövlət  xəzinəsi  isə  torpaq 

pulunu müəyyən müddət ərzində kəndlilərdən toplamalı idi. 

«Qaydalar»a əsasən, mülkədar pay torpağı üçün hesablanmış ümumi 

illik məbləğin 4,5%-ni əvvəlcədən almalı idi. Pay torpağının sahəsi 

33 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə