Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə20/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   216

Mayın  7-də  Azərbaycanın  ikinci  sənaye  şəhəri  olan  Nuxada  sənaye 

müəssisələrinin yarısından çoxunda işlər dayandırıldı. Mayın 12-də tətil 

ümumi  xarakter  aldı.  Bir  neçə  dəfə  küçələrdə  polis  dəstələri  ilə 

toqquşmalar  baş  verdi,  hər  iki  tərəfdən  yaralananlar  oldu.  Sahibkarlar, 

nəhayət,  fəhlələrin  tələblərini  müzakirə  etməyə  məcbur  oldular.  Mayın 

15-də  sahibkarlarla  fəhlələr  arasında  bağlanmış  müştərək  müqavilə 

Gəncə qubernatoru tərəfmdən təsdiq edildi. Müqaviləyə əsasən, iş günü 

qısaldıldı və əməkhaqqı artınidı. Tətilçilərin sayına görə Nuxadakı may 

tətili imperiyada müvafiq sənaye sahəsində ən böyük tətil idi. Bu tətildə 6 

min  nəfərdən  çox  fəhlə  iştirak  etmişdi.  1912-ci  ilin  scntyab-  nnda 

Nuxanın ipək sənayesi fəhlələrindən 3 min nəfəri yenidən tətilə başladı. 

Onlar öz tələblərinin yerinə yetirilməsinə nail oldular. 

1912-

 

ci  ildə  dördüncü  Dövlət  Dumasına  seçkilər  keçirildi. 



Azərbaycandan  vəkil  Məmmədyusif  Cəfərov  Dövlət Dumasına  deputat 

seçildi.  O,  Dumadakı  çıxışlarından  birində  göstərdi  ki,  milli  zülm  heç 

vaxt indiki miqyasda olmamış və rəhmsiz bürokratik aparat milli hislərə 

heç zaman indiki qədər laqeyd qalmamışdır. 

1913-

 

cü ilin aprelində neft mədənləri və zavodlarda tətil komitələri 



yaradıldı.  Fəhlələr  bir  günlük  əməkhaqlarını  tətil  fonduna  keçirdilər. 

Ümumi  tələblər hazırlandı.  1913-cü  il iyulun  22-dən 23-nə  keçən  gecə 

xəfıyyəçilər  tətil  komitəsinin  9  nəfər  üzvünü  həbs  etsələr  də  tətilin 

qarşısını  ala  bilmədilər.  İyulun  6-dan  başlayaraq  «Votan»  zavodunda, 

Xəzər-Qara  dəniz  şirkətinin  mədənlərində,  Rotşildin  zavodunda,  ayın 

22-dən  etibarən  Balaxanıda,  Suraxanıda,  Qara  şəhər  və  Bibiheybətin 

mədən və zavodlannda tətillər baş verdi. İyulun 28-də tətillər geniş vüsət 

aldı  və tətilçilərin  sayı  40 mini  keçdi.  Avqustun  8-də  Bakı  fəhlələrinin 

90%-i  tətilə  qoşulmuşdu.  İki  aya  qədər  davam  etmiş  tətil  tələblərin 

ödənilməsindən sonra dayandmldı. 

Əməkhaqlan  25-30%  artınidı.  Qabaqcıl  fəhlələrin  bir  hissəsi  həbs 

olundu.  Bununla  belə,  bu  tətil  fəhlələrin  mütəşəkkilliyini  və  mübariz 

ruhunu nümayiş etdirdi, yeni, daha qüdrətli çıxışlar üçün şərait yaratdı. 

İyulun  23-də  Nuxa  ipək  sənaye  fəhlələri  və  Gədəbəy  metallurqlan  da 

tətilə başladılar. 

1914-


 

cü ilin fevral-mart aylarından tətil və nümayişlərin sayı xeyli 

artmışdı.  1  May  nümayişində  30-a  qədər  sənaye  müəssisəsinin  və 

mətbəənin 10 minə qədər fəhləsi iştirak etmişdi. Nəzərdə tutulmuş ümumi 

tətilə rəhbərlik etmək üçün tətil komitəsi yaradıldı. Mayın 28-də başlanan 

tətil iki aya qədər davam etdi, tyunun əvvəlində tətilçilərin sayı 50 mini 



50 


keçmişdi. Təşvişə düşmüş hökumət Bakıda hərbi vəziyyət elan etdi. Bakı 

qarnizonu 600 nəfər əlavə kazakla xeyli gücləndirildi. Ayın axırına yaxın 

Daxili İşlər nazirinin müavini general Cunkovski Bakıya göndərildi. tki 

min  fəhlə  işdən  qovuldu.  3500  nəfər  fəhlə  Bakıdan  sürgün  edildi. 

Yüzlərlə fəhlə həbsxanalara salındı. Sabunçuda həbs edilmiş fəhlələrdən 

300 nəfərinin arvadı körpə uşaqlanni qucaqlanna alaraq nümayişə çıxdı. 

Ərlərinin  azad  edilməsini  tələb  edən  qadınlan  və  onların  uşaqlanni 

kazaklar qamçı ilə döydülər. Qadınlardan 40 nəfəri həbs edildi. Birinci 

Dünya müharibəsi başlanana yaxın hökumət tətilləri güclə yatıra bildi. 

Yeni  iqtisadi  yüksəliş  illərində  Azərbaycan  qəzalarında  kəndli  çı- 

xışlan da genişlənmişdi. Kəndli çıxışlan 1909-cu ildən etibarən daha da 

artmışdı.  Gəncə  qəzasının  Seyfəli  və  Goranboy-Əhmədli  kəndliləri  ilə 

polis dəstələri arasında toqquşmalar baş vermişdi. Gəncə quberniyasında 

üsyankar qaçaq dəstələrindən birinə Kərbalayı Əsgər və digərinə Məşədi 

Qədir  başçılıq  edirdi.  Gəncə  qəzasının  Yuxan  Ayıplı  kəndindən  olan 

Əsgərin dəstəsi 1911-1914-cü illərdə kəndliləri iri torpaq sahiblərindən 

Qarabəyov, Sultanov, Şamxorski və başqalanmn təzyiqindən qorumuş və 

onlann mülklərinə hücum etmişdi. 1914-cü ildə Qara- bəyovlar yerli çar 

məmurlannın  köməyi  ilə  Yuxan  Ayıplı  kəndlilərinin  suyunu  əllərindən 

almışdı.  Kəndliləri  heç  vaxt  darda  qoymayan  Əsgər  bu  dəfə  də  öz 

dəstəsilə  onlann  köməyinə  gəlmiş,  altı  saat  davam  edən  döyüşdə 

hökumətin və bəylərin silahlı qüvvələrini darmadağın etmişdi. 

Bu  döyüşdən  bir  neçə  gün  sonra  polis  dəstələrinin  mühasirəsinə 

düşən  Əsgər  və  onun  qaçaq  döyüşçüləri  bütün  günü  müqavimət 

göstərdilər. Lakin döyüşdə Əsgər və 6  nəfər silahdaşı yaralandı. Onları 

tutub Gəncəyə gətirdilər və az sonra Əsgər ömürlük Sibirə sürgün edildi. 

Cavanşir  qəzasının  Qarapirim  kəndliləri  yerli  mülkədann  torpaqla- 

nnı zəbt etmiş, buraya göndərilmiş polis dəstələri ilə döyüşə girmişdilər. 

Qarabağın  cənub-qərbində  bəylərin  və  hökumət  nümayəndələrinin 

qənimi  olan  qaçaq  Süleymanı  ələ  keçirmək  üçün  edilən  bütün  cəhdlər 

boşa çıxmışdı. Çünki əhali onu qoruyub-saxlayırdı. 

Qaçaq  Süleymanın  dəstəsi  1913-cü  ildə  Örənqalada  Şuşa  polis 

rəisinin başçılıq etdiyi böyük silahlı bir dəstə ilə qarşılaşmışdı. Bir neçə 

saat  davam  etmiş  döyüşdə  qaçaqlar  qələbə  çalmış,  qəza  rəisi  və 

polislərdən bir neçə nəfəri öldürülmüşdü. 

Qazax  qəzasında  atası  qaçaq  Kərəmin  yolunu  davam  etdirən 

Cahangir Salahlı kəndlilərini müdafiə etdiyinə görə hələ 1908-ci ildə 

51 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə