Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə22/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   216

Bəhs edilən dövrdə obyektiv olaraq bu partiyalann əleyhinə danışan 

onlarla  hökumət  nümayəndəsi  «Daşnaksütyun»  terrorunun  qurbanı 

olmuşdu.  Bakı  qubernatoru  Nakaşidze,  Gəncə  qubernatorunun  müavini 

Andreyev, qəza rəislərindən Boquslavski, Neşşanski, Pavlov, Şmcr- linq, 

polis-meyster  Saxarov,  pristav  Şumakeviç,  sərhəd  qoşunlan  polkovniki 

Bıkov, jandarm zabitləri Appel, Burakski, quberniya həkimi Urazov və 

bir çox başqalan buna misal ola bilər. 

1905-ci  il  fevralın  əvvəllərində  Bakıdakı  milli  qırğın  ərəfəsində 

daşnaklar  hər  yerdə  gecə-gündüz  müsəlmanların  qaniçən  və  vəhşi  ol- 

duqlannı  təbliğ  edirdilər.  Ermənilər  hər  vasitə  ilə  və  çirkin  yollarla 

Azərbaycan türklərini doğma yurdlarından didərgin salmağa çalışırdılar. 

Fevralın  2-də  Bakıda  Ağarza  adlı  azərbaycanlı  erməni  komitəsi 

tərəfindən  öldürüldü.  Polis  idarəsi  buna  reaksiya  vermədi.  Sonra ikinci 

cinayət baş verdi - erməni əsgəri istintaqa apardığı müsəlman dustağını da 

yolda  öldürdü.  Bu  qətllər  əvvəlcədən  hazırlanmış  plana  əsasən  həyata 

keçirilirdi. Bunlar kütləvi qırğınlar üçün ilk qığılcımlara çevrildi. Həmin 

gün  bir  erməni  və  bir  nəfər  rus  öldürüldü.  Hər  iki  tərəfdən  şiddətli 

döyüşlər  başlandı.  Döyüşün  ikinci  günü  küçələrdən  50  erməni  meyidi 

götürüldü. Balaxanıda yanğın törədildi. Evlər dağıdılır, mal- mülk qarət 

edilirdi. Qubernator, ixtiyannda kifayət qədər əsgər və polis olsa da, baş 

verən  qırğını  yatırmaq  üçün  heç  bir  tədbir  görmürdü.  Şəhər 

pristavlanndan  biri  qoşun  komandanına  qırğını  yatırmaq  üçün  xahiş 

etdikdə o bildirdi ki, «Sizə borc deyil, biz öz qulluğumuzu yaxşı bilirib). 

Fevralın 6-dan 10-a qədər Bakıda davam edən qırğın nəticəsində hər iki 

tərəfdən  mindən  çox  adam  öldürüldü.  Senator  Kuzminsb  Bab  qırğını 

haqqındab  rəsmi  arayışında  öldürülən  və  yaralananların  sayı  haqqında 

məlumat verirdi. Şəhərə dəyən zərərin miqdarı milyonlarla hesablanırdı. 

Qırğına əvvəlcədən yaxşı hazırlaşsalar da ermənilərin itbsi daha çox idi. 

Ermənilər  Babdab  məğlubiyyətin  əvəzini  Naxçıvanda  çıxmaq 

istədilər.  Naxçıvanın  ərazicə  ermənilərə  yaxın  olması  onlarda  böyük 

ümid  yaratmışdı.  Daşnaklar  qəflətən  hücum  edəcəkləri  xəbəri  ilə 

Azərbaycan  türWəri  içərisində  vahimə  salmağa  çalışırdılar.  1905-ci  il 

mayın  5-dəki  döyüşdə  üç  nəfər  yaralandı  və  az  sonra  bir  nəfər  də 

öldürüldü. Naxçıvanlıların İrəvan qubernatorunun müavini Baranovskiyə 

ermənilərin  cinayət  əməllərindən  şikayət  etmələrinə  məhəl  qoyulmadı. 

Bu,  ermənilərə  əl-qol  açmağa  imkan  verdi.  Vəziyyət  gündən-günə 

pisləşirdi. Baranovskinin göstərişi ilə ermənilər şəhərin müsəlmanlar 

55 



yaşayan məhəllələrini kütləvi şəkildə atəşə tutdular. Adamlar öldürüldü, 

dükanlar  yandırıldı  və  qarət  edildi.  Döyüşü  müşahidə  edən  polis  rəisi 

Angin  qırğına  mane  olmadı.  Bir  qədər  sonra  Azərbaycan  türkləri  ilə 

ermənilərin  birlikdə  yaşadığı  Cəhri  kəndində  dəhşətli  faciə  baş  verdi. 

Ayın  26-da  kazaklarla  birləşən  erməni  caniləri  bir  neçə  ailəni  qətlə 

yetirdikdən  sonra  kəndi  xarabaya  çevirdilər.  Çoxlarına  bir  daha  aydın 

oldu ki, erməniləri qızışdıran və qırğına rəvac verən hökumət özüdür. 

Bakıda və Naxçıvanda törədilən qırğınlann nəticəsi erməniləri təmin 

etmədi.  Onlar  İrəvan  şəhəri  və  onun  ətrafındakı  bölgələrdə  yaşayan 

müsəlmanlardan  qisas  almaq  istədilər.  Məkrli  niyyətlərini  həyata 

keçirmək  üçün  yaradılmış  könüllü  quldur  dəstələrindən  istifadə  etməyi 

qərara  aldılar.  İrəvan  türkləri  belə  bir  qırğının  burada  da  törədilə 

biləcəyini  güman  etmədiklərindən  lazımi  müdafiə  tədbirləri 

görməmişdilər. Mayın  24-də  ermənilər  şəhərin  azərbaycanlılar  yaşayan 

hissəsinə qəflətən hücum edərək on bir nəfəri qətlə yetirdilər. İrəvan azər- 

baycanlılannı  ermənilərin  soyqınmından  xilas  etmək  üçün  qonşu 

qəzalardan, Türkiyədən və İrandan müsəlman könüllüləri İrəvana doğru 

hərəkət  etdilər.  Bu  könüllülərin  yaxşı  silahlanmamalanna  və  döyüş 

təcrübələrinin  az  olmasına  baxmayaraq,  onlar  böyük  rəşadətlə  döyüşə 

atıldılar və böyük itki verdilər. 

İyunun 30-da erməni hissələri Gəzəcik kəndini atəşə tutdular. Əhali, 

o  cümlədən  qonşu  Məngus  kəndliləri  yaşayış  yerlərini  tərk  etməyə 

məcbur  oldular.  Yalnız  Məngus  kəndinin  müdrik  ağsaqqalı  Novruz 

Kazım  oğlu  kəndi  tərk  etmədi.  O  həmkəndlilərinə:  «Hara  qaçırsınız, 

torpağı müdafiə etmək lazımdır» - deyə müraciət etdi. Son güllə qalana 

qədər  vuruşan  qoca  onlarla  erməni  vəhşisini  məhv  etdi.  Novruz  kişini 

tutub  bir  keşişə  verdilər,  keşiş  qocanın  başını  kəsdi.  Kəndə  od  vurub 

yandırdılar. Düşmənlər iyun ayında Güllücə və Kamal kəndlərini viran 

etdilər. Onlarla adamı vəhşicəsinə öldürdülər. İyunun 3-də Uşu kəndində 

8  saat  fasiləsiz  davam  edən  döyüşdə  könüllülər  erməni  başkəsənlərinə 

layiqli dərs verdilər. Ermənilər yaraldan və meyitlərini belə, səngərlərdə 

qoyub  qaçırdılar.  Məğlubiyyətin  əvəzini çıxmaq  üçün  onlar  iki  gündən 

sonra  daha  böyük  qüvvə  ilə  hücuma  keçdilər.  Lakin  məğlubiyyətə 

uğradılar. İyunun 9-u və 10-da düşmən yaxşı silahlanmış yeni qüvvələrlə 

Uşu  və  Təkyə  kəndlərinə  hücuma  keçdi.  Düşmənin  sayca  çoxluğu  və 

bizimkilərə kənardan lazımi kömək göstəriIməməsi əhalini hər iki kəndi 

tərk etməyə məcbur etdi. Lakin bu döyüşlərdə 180 nəfərdən çox erməni 

qulduru öldürüldü və bir o qədər də ağır yaralandı. 



56 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə