AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
79
FAZİL NƏCƏFOV: İNSAN
OBRAZINDA FORMA AXTARIŞLARI
“Zamanın oyunları”. 2008. Tunc
F.Nəcəfovun son illərə aid əsərlərindən
biri “Zamanın oyunları” adlanır. Bu, plastik
rəmzlər, portret və müdrik sözlərdən ibarət
geniş, əhatəli fəlsəfi proqramdır. Əsərdə mas-
ka – qədim əsgərin cəng arabasında yerləşdi-
rilmiş məşum dəbilqəsi Apokalipsisin obrazı
kimi göstərilib. Burada konkret tarixi ünvan
yoxdur. İnsanlar bütün dövrlərdə hakimiy-
yət və pul hərisi olmuş, bütün bunları mü-
haribələr, başqalarının qanı və canı hesabına
əldə etmişlər. Tarixdə bir çox böyük insanın
adı var və rəssam göz yuvaları boş olan bu
dəbilqədə onların bəzilərini təcəssüm etdir-
mişdir – Ramzes, Makedoniyalı İsgəndər,
Neron...
Bu, maraqlıdır
F.Nəcəfovun əsərlərindəki fəlsəfi baxışlar nədən irəli gəlir?
Düşünün və izah edin
Hərtərəfli inkişaf etmiş, kamil və fərdi yaradıcılıq uslubuna, bənzər-
siz heykəllərə, özünəməxsus rəsmlərə malik olan, sənətdə tamamilə yeni
yaradıcılıq yolu ilə gedən heykəltəraş Fazil Nəcəfovun yaradıcılığı döv-
lətimizin diqqət mərkəzindən kənarda qalmamış, yaradıcılığına yüksək
səviyyədə qiymət verilmişdir.
Müəyyən edin
1.
F.Nəcəfovun dərslikdə verilmiş heykəltəraşlıq əsərlərini mövzu, ma-
terial və texnika baxımından şərh edin.
Yaradıcı fəaliyyət
2.
İnsan obrazı yaratmağa çalış. Burada insana xas olan halları – dərd,
kədər, ağrı, sevinc, təəccüb və s. göstər.
Plastilin və yaxud gil, karton
Sərbəst iş üçün tapşırıqlar
3.
F.Nəcəfovun həyat və yaradıcılığı haqqında əlavə məlumat topla və
təqdimat et.
3
F.Nəcəfovun yaradıcılığını hansı müasir üsluba aid etmək olar?
Özünüzü yoxlayın
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
80
Qrafi kanın və rəngkarlığın əsas ifadə vasitələri hansılardır? Rəssam-
lar öz əsərlərində bunlardan nə üçün istifadə edirlər?
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
Tanış olun
Görkəmli qrafi ka ustası, Xalq Rəssamı Arif Hüseynov daim axtarış-
da olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun
illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssa-
mın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
Rəssamın mənəvi sərvətlərimizə, dəyərlərimizə göstərdiyi vətəndaş
münasibətinin ifadəsi olan əsərlərdə bunu daha aydın hiss etmək müm-
kündür. Bir çox əsərlərdə rəssamın qədim miniatür üslubu ənənələrinə
bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss
edilir.
Кitablardakı mətnlərə çəkilən təsvirlər necə adlanır?
İncəsənətə dair dialoq
Xatırlayın
18
Təsviri sənət qalereyası
“Nar çiçəkləri”
“Azərbaycan muğamı”
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
81
ARİF HÜSEYNOV:
AZƏRBAYCAN NAĞILI
Qrafika sənətinin bədii və texniki imkanlarına kifayət qədər bələd
olan rəssam sonda cəlbediciliyi ilə yanaşı, həm də dərin fəlsəfi yüklü
əsərlər yaratmağa nail olmuşdur. O, ağ-qara cizgilərdə olan işlərə aza-
cıq rəng ovqatı qatmaqla, əsərlərin bədii-psixoloji təsir gücünü artıra-
raq daha təsirli ifadə vasitələri axtarırdı. Ədəbiyyatı ürəkdən sevən Arif
Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib.
Onun N.Gəncəvi, M.Füzuli, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, R.Rza və di-
gər klassiklərimizlə bağlı yaratdığı əsərlər
dəzgah qrafikasının
1
ən gözəl
nümunəsi sayılır.
Arif Hüseynov azərbaycanlıların həyatını, adət-ənənələrini, vər-
dişlərini Azərbaycan nağılları və folkloru nöqteyi-nəzərindən aydın və
maraqlı, yumor və fantaziya ilə göstərən rəngkarlıq və qrafika əsərləri
işləmişdir. Bənzərsiz nağıl xəzinəsini hər kəs uşaqlıqdan sevir və kəşf
edir. O zamanlar xəyalda canlanan əşyalar, danışan heyvanlar və quşlar,
qəhrəmanların igidlikləri oxucusunu zəngin sehrə salaraq onun yaradı-
cılarının təxəyyülünə heyrətlənirdi. Şəxsi rəssam fantaziya cadugərlə-
rin, divlərin, hiyləgər vəzirlərin və qəddar hökmdarların, olduqca gözəl
qəhrəmanların görünüşünü tamamlayırdı. Nağıllar milli təxəyyülün xü-
1
Dəzgah qrafikası – təsviri sənətin qrafika növünün inkişaf sahəsi, molbert üzərində ya-
radılan və sərbəst təsvir dilinə malik qrafik əsərlərdir. Onların yaradılmasında tuş, qara
quaş, karandaş, kömürdən istifadə edilir.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
30.10.1943
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi (1960–1962)
Azərbaycan Dövlət İncəsənət İnstitutu (1965–1972)
Azərbaycan Respublikasının Əməkdar Rəssamı
(1992), “Hümay” mükafatı (1995), Azərbaycanın
Xalq Rəssamı (2006), Azərbycan Respublikası Prezi-
dentinin fəxri təqaüdü (2008)
rəngkarlıq, dəzgah qrafikası, kitab qrafikası və mi-
niatür sahəsi
natürmort, portret, mənzərə, süjet
“Azərbaycan nağılları” seriyasından “Cırtdan” (2006),
“Azərbaycan nağılları” silsiləsindən “Taptığın nağılı”
(2008), “Nar bayramı” (2005), “Nərd oyunu” (2008),
“Hophopnamə” (2012) və s.
Arif Şahbaz oğlu Hüseynov
Həyat xronologiyası
GÖRKƏMLİ
RƏSSAMLAR
LAYİHƏ