AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
69
ÖMƏR ELDAROV: GÖZƏLLİK VƏ HARMONİYA
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Azərbaycan Rəssamlar İttifaqının üzvü (1953), “Şərəf
nişanı” ordeni (1959), Azərbaycan SSR-in Əməkdar İn-
cəsənət xadimi (1963), SSRİ Dövlət mükafatı laureatı
(1980), Azərbaycan Respublikasının Dövlət mükafatı
laureatı (1982), Azərbaycan Respublikasının Xalq Rəs-
samı (1982), “Qırmızı Əmək Bayrağı” ordeni (1986),
“İstiqlal” ordeni (1997), Rusiya Federasiyasının “Dos-
toynomu” medalı (2002), Azərbaycan Rəssamlıq Aka-
demiyasının rektoru (2000), “Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü (2001), “Şərəf” ordeni
(2012), “Birlik ulduzları–2014” mükafatı
heykəltəraşlıq
portret, süjetli əsərlər
“Məhəmməd Füzuli” (T.Məmmədovla birlikdə, 1963,
Bakı), “Sədrəddin Ayni” (1979, Düşənbə), “İbn Sina”
(1980, Düşənbə), “Heydər Əliyev” (1987, Naxçıvan),
“İhsan Doğramacı” (2001, Ankara), “Heydər Əli-
yev” (2001, Qars), “Üzeyir Hacıbəyov” (1955, Bakı),
“Səttar Bəhlulzadə” (1975, Bakı), Vaqif Mustafaza-
də (1984, Bakı), “Fikrət Əmirov” (1988, Bakı), “Ni-
yazi” (1989, Bakı), “Ziya Bünyadov” (2000, Bakı),
“Elegiya” xatirə abidəsi (1989), “Zərifə Əliyeva”
(1995, Bakı) və Azərbaycanın ümummilli lideri Hey-
dər Əliyevin (2004, Bakı) qəbirüstü abidələri və s.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
21.12.1927
Dağıstan, Dərbənd şəhəri. Rusiya
Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbinin
heykəltəraşlıq bölməsi (1941–1944), İ.Y.Repin adına
Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq
Akademiyasının heykəltəraşlıq
fakültəsi
Ömər Həsən oğlu Eldarov
Həyat xronologiyası
GÖRKƏMLİ
RƏSSAMLAR
Sənətkarın dəfələrlə fərdi sərgiləri keçirilmişdir, yaratdığı heykəllər dün-
yanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Onun ilk işlərindən – dip-
lom qorelyefindən tutmuş axırıncı əsərlərinə qədər bir parlaq, sabit yaradıcılıq
xətti var ki, bu da yaşadılmış aləmin gözəlliyini romantik tutumda görməkdir,
gözəlliyi xeyirxahlıq və məhəbbətdə axtarmaqdır, etik keyfiyyətlərə üstünlük
verməkdir. Ustadın heykəltəraşlıq irsi – onun əsərlərinin mahiyyəti, bütöv bir
orqanizmin
hissəsidir ki, bunun adı bənzərsiz Ömər Eldarov yaradıcılığıdır.
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
70
ÖMƏR ELDAROV: GÖZƏLLİK VƏ HARMONİYA
Müəyyən edin
1.
Ö.Eldarovun əsərlərinin oxşar və fərqli cəhətləri nədir?
Yaradıcı fəaliyyət
2.
Plastilin və yaxud gildən hərəkətdə olan əsgər fiquru yapın.
3.
Ö.Eldarovun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq-
dim edin.
Plastilin, yaxud gil, kağız, karton
Sərbəst iş üçün tapşırıqlar
3
Ö.Eldarovun Azərbaycan heykəltəraşlığına verdiyi töhfə və yeniliklər
nədən ibarətdir?
Özünüzü yoxlayın
Sənətkarın ən yadda qalan əsərlərindən biri də “Zamanın dörd rəngi”dir.
Müəllif burada son dərəcə fəlsəfi və etik problemləri həll edir. Burada həll
olunan məkan-plastik vəzifəsi yeni və çox mürəkkəbdir. Rəssam müxtəlif
çalarlı dörd qoz ağacını müxtəlif yaşlı qadınların yaşına müvafiq pozada
yonmuşdur. Qızın, gənc qadının, yaşlı və qoca qadının hərəkətləri ilin fəsil-
lərinə uyğundur. Burada eyni zamanda ağacın plastikasının musiqisi barə-
də dərhal informasiya alırıq, fiqurları nəzərdən keçirdikdə isə plastikanın
gözəlliyi, onun məkanla vəhdəti təəssüratlarımızı daha da zənginləşdirir.
“Zamanın dörd rəngi”. 1975. Qoz ağacı
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
71
Rəngkarlıq əsərinin məzmunu dedikdə nə başa düşülür?
TAHİR SALAHOV: NEFT
MÖVZUSU
Tanış olun
Mövzu üzrə rəsm əsərləri geniş anlayış olduğu üçün bu kateqoriyaya ta-
rixi, hərb və məişət səhnələri, insan həyatında gündəlik baş verənlər və ən
aktual hadisələr, insanlara və təbiətə ümumiləşdirilmiş fəlsəfi baxışlar təsvir
olunmuş əsərlər aid edilir. Bəzən bütün bu hadisələr bir əsərdə də cəmləşir.
Rəssamın mövzu üzrə əsərlərdə qarşısına qoyduğu məsələlər müxtəlif olur.
Təsviri sənətdə
süjetli (tematik) tablo – ümumi mövzu və ya təsvir
obyektlərini birləşdirən bədii əsərlərin məcmusudur.
Müasir dövrümüzün məşhur azərbaycanlı rəssamlarından biri, ən çox
süjetli əsərlər yaradan Tahir Salahovdur.
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı
şəhəri – neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft
hasilatı ilə sıx bağlıdır. Bu mövzu hər zaman rəssamları cəlb edib. O,
dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Rəssa-
mın V.İ.Surikov adına institutda müdafi ə etdiyi “Növbədən qayıdanlar”
adlı diplom işi də bu mövzudadır. Sankt-Peterburq Rəssamlıq Akademi-
yasının kolleksiyasında saxlanılan sənət əsərində addımlayan gənc fəh-
lələr təsvir olunmuşdur. Kompozisiya əsası T.Salahov tərəfi ndən qoyul-
muş “Sərt üslub”da işlənmişdir.
T.Salahovun əsərləri təkcə sənət xiridarlarının deyil, sadə insanların da
diqqətini cəlb edir. Həyatın real və səmimi təsvir olunması əsil həqiqətləri üzə
Süjetli əsərlərin janr müxtəlifl iyinin (bölgüsünün) hər biri haqqında
danışın.
İncəsənətə
dair dialoq
Xatırlayın
16
Süjetli əsərlər
Mifoloji janr
Batal janrı
Tarixi janr
Məişət janrı
Animalistika
Rəsm əsərlərində verilmiş mövzular nədən bəhs edə bilər?
Düşünün və izah edin
1
Tematik (
rusca тема – mövzu) janr – süjetli əsərlərin müxtəlifl iyidir. Buraya tarixi,
məişət, batal, animalistik, mifoloji və digərləri daxildir.
LAYİHƏ