AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
62
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
3
XX əsrin əvvəllərində memarlığın inkişafının
əsas ideya və prinsipləri
hansılardır?
Özünüzü yoxlayın
Yaradıcı fəaliyyət
2. a)
Dünyanın hər hansı bir
paytaxt şəhərinin kon struk-
tivizm nümunəsi olan ən
məş hur, onun “vizit kartı”
və “tanınma nişanı” sa yılan
tikilisinin siluetini çə kin və
ya qara kağızdan kəsib ha-
zırlayın.
b)
Konstruktivizm üslubunda ictimai və ya yaşayış binasının eski-
zini çək. Tikilinin görünüşü sütunlar üzərində dayanan iri şüşəli və
düz səthli ola bilər. Binanın eskizini elə çəkin ki, o, həm qarşıdan,
həm də yandan görünsün. Məsələn:
3.
M.Useynov haqqında əlavə məlumat toplayın və təqdim edin.
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
63
Rəngkarlıq əsərlərinin miqyası nəyə əsasən seçilir? Əsərlərdə rəng və
forma bir-biri ilə necə əlaqəlidir?
MİRCAVAD MİRCAVADOV: MİQYAS,
RƏNG VƏ FORMA
Tanış olun
Görkəmli fırça ustası Mircavad Mircavadov Azərbaycan rəssamlığın-
da müasir istiqamətin və “Abşeron məktəbi”nin banisi kimi tanınır. Azər-
baycan incəsənətinə improvizasiya və sərbəstlik gətirən rəssam tamamilə
yeni üfüqlərin açılmasına səbəb oldu. Qiyamçı və eksperimentator,
non-
konformist
1
və novator olan M.Mircavadovun əsərləri Azərbaycan təsviri
sənətinə böyük təsir göstərdi. M.Mircavadovun əsərlərini ya qeyd-şərtsiz
qəbul, ya da rədd edirdilər, lakin onun yaradıcılığı zaman baxımından biz-
dən uzaqlaşdıqca rəssamın müasir Azərbaycan incəsənəti tarixində tutdu-
ğu yerin unikallığı daha aydın görünməkdədir. Rəssam bu mövqeyi Sovet
dönəmində uzun illər davam edən sükut və biganəlikdən sonra qazanıb.
Müasir rəssamların etmək istədiyi yeniliklər nə ilə nəticələnir?
İncəsənətə dair dialoq
Xatırlayın
14
Təsviri sənət qalereyası
“Yüzilliklərin himni” silsiləsindən, 1986
“Nuhun gəmisi”. 1987
1
Nonkonformizm (
ingiliscə non – “yox”,
conformis – “oxşar”,
nonconformism – “qey-
ri-oxşar”) – hamı tərəfi ndən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qanunla-
rın inkar edilməsi. Neqativizm anlayışının sinonimi.
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
64
MİRCAVAD MİRCAVADOV: MİQYAS,
RƏNG VƏ FORMA
Tələbəlik illərində sənətlə bağlı o dövrdə qəbul olunmuş tədris sistemi
gənc, istedadlı rəssamı razı salmırdı. Sovet İttifaqındakı bədii təhsilin
çox mühüm hissəsini təşkil edən sosializm realizminin əsas mahiyyətini
M.Mircavadov qəbul etmirdi.
Rəssam Sezannın əsərlərini Ermitajda görmək arzusunda idi. O illər-
də Sovet İttifaqında impressionist və postimpressionistlərin yaradıcılığı
qadağan edilmişdi. Lakin M.Mircavadov Leninqrada (indi Sankt-Peter-
burq) gedir və Dövlət Ermitajında onu maraqlandıran hər bir kolleksi-
yaya baxmağa nail olur. Sənətə vurğunluğu onu Ermitajda adi fəhlə iş-
ləməyə vadar edir. Rəssam El Qrekonun, Rembrandtın əsərlərindən çox
şey öyrənir, surətlərini çıxarır, orijinalını ətrafl ı tədqiq edir. Sezannın
və Van Qoqun qadağan edilmiş əsərləri Mircavad üçün əsl məktəb olur.
Leninqrad Antropologiya və Etnoqrafi ya Muzeyindəki kolleksiyalarla
tanışlığı rəssamda güclü təəssürat yaradır. Burada o, Afrika, Okeaniya,
İndoneziya, Yaxın Şərq xalqlarının ənənəvi incəsənətini yaxından öyrə-
nir. Rəssamı şaman mərasimi ilə bağlı qə-
bilə incəsənəti çox maraqlandırır.
1954-cü ilədək Leninqradda (hal-ha-
zırki adı Sankt-Peterburq) yaşadıqdan
sonra o, Bakıya qayıdıb, yaradıcılıq eks-
perimentləri ilə məşğul olur və bu həyat
tərzi 10 il çəkir.
Rəssam öz təcrübələrində təsviri sənət
üçün ənənəvi olmayan materiallardan – me-
tal, daş, qum, bitum, qətran və sementdən
istifadə edirdi. Bu materiallar nəticəsində
yaranan eksperimental əsərlər özlüyündə
heyrətləndirici qüvvəyə malik idi.
M.Mircavadovun ən erkən rəngkarlıq
əsəri “Yırtıcı”dır. Burada ayaqları bağlı,
arxası üstə yıxılmış qoyun, yaxında isə bir
canlı, dişini ağardan və torbasayağı gövdə-
si olan məxluq təsvir olunub. Burada rəssa-
mın təsvir etdiyi cəmiyyətə, onu əhatə edən
mühitə alleqorik yanaşdığı aydın görünür.
“Yırtıcı”. 1967
Rəssamın qrafi k əsərlərinə məxsus
qüvvə, enerji, həm də miqyas tamaşaçını
heyrətləndirir. Onların bəziləri tuşla, bə-
ziləri karandaşla icra olunub. Qrafi k əsər-
lərdə digər cəhət də diqqəti cəlb edir: əksər
rəsmlərdə insanın bədən hissələrində baş
verən metamorfozu müşahidə etmək olur.
“Kişi rəsmi”. 1950. Kağız, qrafi t
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
65
MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG VƏ FORMA
Ətraf mühiti təsvir edərkən rəssamın müxtəlif emosional və psixoloji
nüanslarını div obrazında görmək mümkündür. Bu məfhum ənənəvi mi-
fologiyada öz əlamətinə görə birmənalı deyil (divlər xeyirxah və qəddar,
cəsur və qorxaq olurlar). Mircavad yaradıcılığında bu, insanda ola bilə-
cək bütün rəzil cəhətləri özündə birləşdirən personajdır.
M.Mircavadovun əsərlərindəki digər sabit obraz qadındır. O, xe-
yirxah və qəddar, zəhmətkeş və çox qəşəng, nəhayət, ağıllı və şəhvət-
pərəst ola bilir.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
19.01.1923–24.06.1992
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbi
(1941–1949)
Azərbaycan Rəssamlar İttifaqının üzvü (1975), Rəs-
samlar İttifaqı İdarə heyətinin üzvü (1987), Azər-
baycanın Əməkdar İncəsənət Xadimi (1987)
avanqard, rəngkarlıq
portret,
mifologiya, süjetli əsərlər,
mənzərə
“Xırmanda” (1968), “Fayton” (1968), “Öküzün nal-
lanması” (1970-1971), “Od gəlini” (1970), “Sirk”
(1981), “Yuva” (1982), “Məxfi gecə” (1982), “Letar-
giya” (1983), “Tamas. Oyaq olan kəs” (1984), “Hu-
may quşu” (1984), “Hərəkət” (1986), “Od tanrısı”
(1987), “Maninin gəmisi” (1987) və s.
Mircavad Mirhaşım oğlu Mircavadov
Həyat xronologiyası
GÖRKƏMLİ
RƏSSAMLAR
“Ümid işığı”. 1982
XX əsr rəssamlığının iki böyük nü-
mayəndəsi – Pablo Pikasso və Salvador
Dali Mircavad Mircavadovun sevimli
rəssamları və onun üçün şübhə doğur-
mayan avtoritetlər idilər. “Ümid işı-
ğı” adlı əsərini o, Salvador Dalıyə həsr
etmişdir.
Bilirsinizmi?
LAYİHƏ