AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
66
MİRCAVAD MİRCAVADOV: MİQYAS,
RƏNG VƏ FORMA
Azərbaycanın hansı rəssamı üslub, qəhrəmanları və düşüncə tərzinə
görə Mircavad Mircavadova yaxın idi?
Düşünün
və izah edin
Azərbaycan incəsənətinin tarixi üçün və xüsusilə müasir Azərbay-
can rəngkarlıq məktəbinin formalaşmasında Mircavad Mircavadovun
xidmətlərini sona qədər dərk etmək çətindir. Azərbaycan rəssamlarının
“yet mişinci” illər nəslinin çoxu “Mircavad təsiri” altında formalaşmış-
dır. Onların əksəriyyəti tədricən incəsənətdə öz yolunu və hər biri öz
fərdi özünüifadə tərzini tapmışdır. Bir çox rəssamların yaradıcılığında
Mircavadın bu gün də dəsti- xətti hiss edilir.
Rəssamın sənəti yalnız 1987-ci ildə tanındı. Onun əsərləri dünyanın
bir çox muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. Bakının, Mos-
kvanın, bir sıra Avropa paytaxtlarının, həmçinin Yaponiya şəhərləri nin
ən nüfuzlu sərgi salonlarında bir çox sərgiləri təşkil olunmuşdur.
Müəyyən edin
1.
M.Mircavadovun dərslikdə verilmiş əsərlərinin kompozisiyasının
əsas mövzusunu nə təşkil edir?
Yaradıcı fəaliyyət
2.
Rəng təzadını və forma müxtəlifliyini nəzərə alaraq qeyri-adi mifolo-
ji canlını və ətrafını təsvir edin.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş
Sərbəst iş üçün tapşırıqlar
3.
M.Mircavadov haqqında əlavə məlumat toplayın və təqdimat hazırlayın.
3
Azərbaycanın müasir təsviri sənətində M.Mircavadovun
rolu nədən
ibarətdir?
Özünüzü yoxlayın
Onun yaratdığı əsərlər arasında bir sıra mənzərələr də var.
Rəssam üçün məhz rəng başlıca məna yükü daşıyır. Rəssam rəngkar-
lıqda sanki rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışır.
Rəng karlığın bu iki elementi Mircavad kompozisiyasının əsas təkraro-
lunmaz ifadə vasitəsidir.
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
67
Niyə rəsm əsərləri və monumental sənət növü olan, heykəllər və abidə-
lər haqqında fikir mübadiləsi adi adamlar arasında aparılmır?
ÖMƏR ELDAROV: GÖZƏLLİK VƏ
HARMONİYA
Tanış olun
Ömər Eldarovun heykəlləri əqli, fiziki və mənəvi gücü ilə diqqəti cəlb
edir. Ö.Eldarov xarakterinə xas qəhrəmanlıq, nikbinlik və mənəvi məsuliy-
yət daşıyan personajlarının fəal mövqeyi ilə sənətkarın yaradıcılıq təfəkkü-
rü, xüsusən bədii ifadəsi, plastik enerjisinin gücündə təcəssüm olunur ki, bu
da mütləq onun yaratdığı obrazların daim hərəkətdə olduğunu təsdiq edir.
Heykəltəraşın Natəvan şəxsiyyətinə
müraciət etməsi və onun mər mər portre-
tini yaratması sə nət kar cəsarətindən, ötən
əsrin 50-ci illərinin ortalarındakı siyasi re-
allıqlarla razılaşmamağından xəbər verir.
Qeyri-iradi olaraq etiraza meyil etməsi tək-
cə mövzuda deyil, kompozisiya həllində –
Qarabağ xa nının qızının zəngin geyimində
də özünü göstərməkdədir. Belə ki, burada
“xalq içindən” çıxmış adi obrazın əvəzinə
intellektuallığa və gözəlliyə malik, düşün-
cəli, üzərində çoxlu daş-qaş, zinət əşyası
olan, incə əllərinin cizgiləri görünən kübar qadınla üz-üzə dururuq.
Ömər Eldarov sonradan Natəvanın tunc
abidəsini də yaratmışdır. Bu abidə şəhərin ən
gur guşələrindən birində, Bakının memar-
lıq ansambllarının lap mərkəzində ucaldılıb.
Zəngin geyinmiş, ampir üslubunda olan kres-
loda oturmuş zadəgan qadının heykəli har-
moniyanın və zövqün ən yüksək təzahürünün
nümunəsi kimi bu gün də meydanı bəzəyir.
İnsanların fəaliyyətindəki romantikaya və
dinamikaya meyil, obrazın daxili vəziyyəti,
onun qəhrəmanlıq mübarizəsindən doğan duy-
ğuları – bütün bunlar müəllif düşüncəsinin
Heykəltəraşlıqda əsas ifadə vasitələri hansılardır?
İncəsənətə
dair dialoq
Xatırlayın
15
“Bacılar”. 1973. Mis, qalvanoplastika
“X.B.Natəvan”. 1960. Tunc
LAYİHƏ