DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
66
MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG VƏ FORMA
Azərbaycanın  hansı  rəssamı  üslub,  qəhrəmanları  və  düşüncə  tərzinə 
görə Mircavad Mircavadova yaxın idi?
Düşünün və izah edin
Azərbaycan  incəsənətinin  tarixi  üçün  və  xüsusilə  müasir Azərbay-
can  rəngkarlıq  məktəbinin  formalaşmasında  Mircavad  Mircavadovun 
xidmətlərini sona qədər dərk etmək çətindir. Azərbaycan rəssamlarının 
“yet mişinci” illər nəslinin çoxu “Mircavad təsiri” altında formalaşmış-
dır.  Onların  əksəriyyəti  tədricən  incəsənətdə  öz  yolunu  və  hər  biri  öz 
fərdi özünüifadə tərzini tapmışdır. Bir çox rəssamların yaradıcılığında 
Mircavadın bu gün də dəsti- xətti hiss edilir.
Rəssamın sənəti yalnız 1987-ci ildə tanındı. Onun əsərləri dünyanın 
bir çox muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. Bakının, Mos-
kvanın, bir sıra Avropa paytaxtlarının, həmçinin Yaponiya şəhərləri nin 
ən nüfuzlu sərgi salonlarında bir çox sərgiləri təşkil olunmuşdur.
Müəyyən edin
1. 
M.Mircavadovun  dərslikdə  verilmiş  əsərlərinin  kompozisiyasının 
əsas mövzusunu nə təşkil edir?
Yaradıcı fəaliyyət
2. 
Rəng təzadını və forma müxtəlifliyini nəzərə alaraq qeyri-adi mifolo-
ji canlını və ətrafını təsvir edin.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar
3. 
M.Mircavadov haqqında əlavə məlumat toplayın və təqdimat hazırlayın.

Azərbaycanın müasir təsviri sənətində M.Mircavadovun rolu nədən 
  ibarətdir?
Özünüzü yoxlayın
Onun yaratdığı əsərlər arasında bir sıra mənzərələr də var.
Rəssam üçün məhz rəng başlıca məna yükü daşıyır. Rəssam rəngkar-
lıqda sanki rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışır. 
Rəng karlığın bu iki elementi Mircavad kompozisiyasının əsas təkraro-
lunmaz ifadə vasitəsidir.
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
67
Niyə rəsm əsərləri və monumental sənət növü olan, heykəllər və abidə-
lər haqqında fikir mübadiləsi adi adamlar arasında aparılmır?
ÖMƏR ELDAROV:  GÖZƏLLİK VƏ
 
HARMONİYA
Tanış olun
Ömər  Eldarovun  heykəlləri  əqli,  fiziki  və  mənəvi  gücü  ilə  diqqəti  cəlb 
edir. Ö.Eldarov xarakterinə xas qəhrəmanlıq, nikbinlik və mənəvi məsuliy-
yət daşıyan personajlarının fəal mövqeyi ilə sənətkarın yaradıcılıq təfəkkü-
rü, xüsusən bədii ifadəsi, plastik enerjisinin gücündə təcəssüm olunur ki, bu 
da mütləq onun yaratdığı obrazların daim hərəkətdə olduğunu təsdiq edir. 
Heykəltəraşın  Natəvan  şəxsiyyətinə 
müraciət  etməsi  və  onun  mər mər  portre-
tini yaratması sə nət kar cəsarətindən, ötən 
əsrin 50-ci illərinin ortalarındakı siyasi re-
allıqlarla  razılaşmamağından  xəbər  verir. 
Qeyri-iradi olaraq etiraza meyil etməsi tək-
cə  mövzuda  deyil,  kompozisiya  həllində  – 
Qarabağ xa nının qızının zəngin geyimində 
də özünü göstərməkdədir. Belə ki, burada 
“xalq  içindən”  çıxmış  adi  obrazın  əvəzinə 
intellektuallığa və  gözəlliyə malik, düşün-
cəli,  üzərində  çoxlu  daş-qaş,  zinət  əşyası 
olan, incə əllərinin cizgiləri görünən kübar qadınla üz-üzə dururuq.
Ömər  Eldarov  sonradan  Natəvanın  tunc 
abidəsini də yaratmışdır. Bu abidə şəhərin ən 
gur  guşələrindən  birində,  Bakının  memar-
lıq  ansambllarının  lap  mərkəzində  ucaldılıb. 
Zəngin geyinmiş, ampir üslubunda olan kres-
loda  oturmuş  zadəgan  qadının  heykəli  har-
moniyanın və zövqün ən yüksək təzahürünün 
nümunəsi kimi bu gün də meydanı bəzəyir. 
İnsanların fəaliyyətindəki romantikaya və 
dinamikaya  meyil,  obrazın  daxili  vəziyyəti, 
onun qəhrəmanlıq mübarizəsindən doğan duy-
ğuları  –  bütün  bunlar  müəllif  düşüncəsinin 
Heykəltəraşlıqda əsas ifadə vasitələri hansılardır?
İncəsənətə dair dialoq
Xatırlayın
15
“Bacılar”. 1973. Mis, qalvanoplastika
“X.B.Natəvan”. 1960. Tunc
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
68
əzəmətini, onun humanist istiqaməti-
ni  xarakterizə  edən  cə hət lərdir.  Hey-
kəltəraş  yaradıcılıq  konsepsiyasını 
ümumi, bütöv plas tik ifadənin drama-
tik  enerjisi  əsasında  qurur.  Xeyir  və 
şər,  yaratmaq  və  fanilik,  mənəviyyat 
və fəaliyyət – onun əsərlərinin mövzu-
sudur. Bu ifadə forması istər dahi şa-
irlərin, musiqiçilərin və mütəfəkkirlə-
rin monumental heykəllərində, istərsə 
də digər lirik biçimli dəzgah, kamera 
əsərlərində özünü göstərməkdədir. 
ÖMƏR ELDAROV: GÖZƏLLİK VƏ HARMONİYA
“Səadət”. Kompozisiya. 1956. Tunc
“S.Bəhlulzadənin məzarüstü abidəsi”. 
1975. Tunc
Lirik  mövzu  Ömər  Eldarovun 
bütün  yaradıcılığını  müşayiət  edir. 
Bun lar  portretlər,  büstlər  və  digər 
formalı  heykəllərdir.  Hər  birinin 
psixoloji ifa də həlli çox güclüdür.
Ömər  Eldarov  Səttar  Bəhlulzadə-
nin portretinə də fəlsəfi-romantik ya-
naşmışdır. Bir model olaraq bu obraz 
yaradıcı  ruhun  təcəssümüdür.  Hey-
kəltəraş  xüsusi  qayğı  ilə,  dəqiq  və 
məhəbbətlə  rəssamın  portretinə  mü-
raciət etmiş, onu iki dəfə ağacdan yon-
muş  və  tuncda  həkk  etmişdir.  Əmir-
canda  qəbirüstü  abidə  kimi  qoyulan 
heykəldə  məkan,  kompozisiya,  dina-
mika, obraz bir-birini tamamlayır.
Ustad  lirik  və  vətənpərvərlik  tu-
tumlu obrazlarının bədii həllində etik 
problemləri önə çəkir. Bu, Hüseyn Ca-
vidə həsr olunmuş heykəl ansamblında 
özünü qabarıq göstərir. Bu əsər – Ca-
vidin pyeslərinin ideyalarının heykəli, 
əyilməz ruhunun isə simvoludur. Hey-
kəltəraş şairi yüksək mənəvi, yaradı-
cı düşüncələrə daldığı anda təsvir et-
mişdir. Əsərin memarlıq-kompozisiya 
həlli bu güclü, mürəkkəb və yaradıcı 
ehtiraslı şəxsiyyətin obrazını açmağa 
yönəlmışdir.
“Dramaturq Hüseyn Cavid”. 1993. Tunc, 
qranit
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə